Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-17/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı üzrə (Açar söz:icra məmurunun təqdimatı, borclunun əmlakı üzərinə həbs qoyulması, borcluya məxsus olmayan əmlak) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X8 və X1 ibarət tərkibdə İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurunun təqdimatı üzrə Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərardadından Maraqlı şəxs X2 nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. 1 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Maraqlı şəxs Firmasının "xxxx" ASC-nə qarşı “müqavilələrin etibarsız hesab olunaraq ləğv edilməsi; "Mars-M” firması və "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM saylı “Sonrakı ipoteka müqaviləsi”nin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun Maraqlı şəxs firmasının xeyrinə tutulması; qarşılıqlı iddianın təmin edilməsi; Maraqlı şəxs Firmasından xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17 000 000 ABŞ dolları məbləğində əsas borcun, 2 388 957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11 161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19 400 119,08 ABŞ dollarının və xx.xx.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin "xxxx" ASC-nin xeyrinə tutulması; tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli "Sonrakı ipoteka müqaviləsi” üzrə ipoteka predmeti olan və Maraqlı şəxs firmasına məxsus ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən Maraqlı şəxs firmasından tutularaq “Xalq” Bank” ASC-nin xeyrinə tutulması; ipoteka predmeti olan "Mars-M” firmasına məxsus ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 26 000 000 manat müəyyən edilməsi qət edilmişdir.
2. Həmin qətnamədən Maraqlı şəxs Firması, müstəqil tələb irəli sürən üçüncü şəxslər X12 və Ağa-X20 tərəfindən apelyasiya şikayətləri verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2017-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs firmasının apelyasiya şikayətinin qismən təmin edilməsi; müstəqil tələb irəli sürən 3-cü şəxslər Ağa-X20 və X6 apelyasiya şikayətlərinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsinin qismən qarşılıqlı iddianın xx.xx.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin "xxxx" ASCnin xeyrinə tutulması; tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli "Sonrakı ipoteka müqaviləsi” üzrə ipoteka predmeti olan və "Mars-M” firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin 26 000 000 manat müəyyən edilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilməsi; həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi; tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli "Sonrakı ipoteka müqaviləsi” üzrə ipoteka predmeti olan və "Mars-M” firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına, 3-cü şəxslər Ağa-X17 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26.4 kv.m sahəsi olan 1№-li mağaza və həmin mərtəbədə yerləşən 30.2 kv.m qeyri-yaşayış sahəsi, X9 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla yönəldilməsi; ipoteka predmeti olan "Mars-M” firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla, ümumi sahəsi 16100.5 kv.m təşkil edən qeyri-yaşayış binasının (3-cü şəxslər Ağa-X17 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26.4 kv.m sahəsi olan 1№-li mağaza, həmin mərtəbədə yerləşən 30.2 kv.m qeyri- yaşayış sahəsi, X9 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla) ilkin satış qiymətinin 38 473 040 manat müəyyən edilməsi; "Xalq Bank” ASC-nin qarşılıqlı iddiasının xx.xx.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində rədd edilməsi; qətnamənin qalan hissələrdə - Maraqlı şəxs firmasının iddia tələbinin təmin edilməməsi, "Xalq Bank” ASC-nin qarşılıqlı iddiasının "Mars-M” Firmasından xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17 000 000 ABŞ dolları məbləğində əsas borcun; 2 388 957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11 161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19 400 119,08 ABŞ dollarının, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin "Xalq Bank” ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması; müstəqil tələb irəli sürən 3-cü şəxslər Ağa-X20 və X6 Maraqlı şəxs Firmasına və "Xalq Bank” ASC-yə qarşı iddialarının təmin edilməsi; "Mars-M” Firması ilə "Xalq Bank” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli "Sonrakı ipoteka müqaviləsi”nin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16100.5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin Ağa-X17 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26.4 kv.m sahəsi olan 1№-li mağaza, həmin mərtəbədə yerləşən 30.2 kv.m qeyri- yaşayış sahəsi, X9 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m 18 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bundan sonra, "xxxx" ASC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin İİK-nın xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 oktyabr 2018ci il tarixli qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı, onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə Maraqlı şəxs firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X20 və X6 apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Maraqlı şəxs firmasının ASC "Xalq” Bankına qarşı "Mars-M” firması ilə ASC "Xalq” Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, "Mars-M” firması ilə ASC "Xalq” Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən "Mars-M” firmasının xeyrinə tutulması” tələblərinə dair ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, "Mars-M” firmasından xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17 000 000 ABŞ dolları məbləğdə əsas borc, 2 388 957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11 161,62 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 19 400 119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC "Xalq” Bankının xeyrinə tutulmuş, tutma xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "Mars-M” firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən "Mars-M” firmasından ASC "Xalq” Bankının xeyrinə tutulmuş, ipoteka predmeti olan "Mars- M” firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiyməti 38 600 000 manat müəyyən edilmiş, qarşılıqlı iddia “xx.xx.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin "Mars-M” firmasından ASC "Xalq” Bankının xeyrinə tutulması” hissəsində təmin edilməmiş, üçüncü şəxs Ağa- X14 "Mars-M” firması ilə ASC "Xalq” Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16l00.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2ci mərtəbəsində yerləşən 56.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, eləcə də digər üçüncü şəxs X6 "Mars-M” firması ilə ASC "Xalq” Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir.
7. Maraqlı şəxs firması, üçüncü şəxslər Ağa-X20 və X12 tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi əsasında xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilərək icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə icra icraatına başlanılmışdır.
9. Bakı şəhəri, Nizami rayonu, 2528 məhəllə, Qara Qarayev prospekti 74 G ünvanında yerləşən qeyri-yaşayış sahəsi Maraqlı şəxs Firmasının adına xx.xx.2012-ci il tarixdə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
10. ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, 2528 məhəllə, Qara Qarayev prospekti 74 G ünvanında yerləşən qeyriyaşayış sahəsi Maraqlı şəxs Firmasının adına xx.xx.2012-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir, arxiv əsaslarında mövcud olan sənədlərdə firmanın VÖEN nömrəsi ********** kimi qeyd olunmuşdur.
11. Maraqlı şəxs X5 xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, 2528 məhəllə, Qara Qarayev prospekti 74 G, VÖEN-i **********, təsisçiləri X10 və X11, qanuni təmsilçisi X7r.
12. Maraqlı şəxs Firmasının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, S. Vurğun küçəsi ev 120, VÖEN-i **********, qanuni təmsilçisi Nümayəndə2dur.
13. Bakı şəhəri, Nizami rayonu, 2528 məhəllə, Qara Qarayev prospekti 74 G ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri qismində həbs qoyulmuş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin tədbir ləğv olunmuşdur.
14. Sözügedən qərardadında məhkəmə vurğulamışdır ki, Bakı şəhəri, Nizami rayonu, 2528 məhəllə, Qara Qarayev prospekti 74 G ünvanında yerləşən qeyri-yaşayış sahəsi Maraqlı şəxs Firmasına deyil, Maraqlı şəxs X3 məxsusdur.
Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə aktı
15. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru təqdimatla Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının təmin edilməsi məqsədilə Maraqlı şəxs firmasına məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 74 G, məhəllə 2528, otaq sayı 19, ümumi sahəsi 492.80 m2 olan 2 mərtəbəli tikilinin üzərinə həbsin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən "Mars-M” firmasından cəmi 19 400 119,08 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq tələbkar "Xalq Bank” ASC-nin xeyrinə ödənilməli, tutulacaq məbləğ ipoteka predmeti olan Maraqlı şəxs firmasına məxsus ünvan 7 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan əsas sahəsi 16043,1 kvm olmaqla, ümumi sahəsi 16100,5 m2 təşkil edən qeyri-yaşayış binasına yönəldilməli, həmçinin sənədlərin notariat qaydasında təsdiqlənməsinə görə 45 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən borclu "Mars-M” firmasından tələbkar "Xalq Bank” ASC-nin xeyrinə ödənilməlidir. Aparılan icra tədbirləri nəticəsində "Xalq Bank” ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən "Mars-M” firmasının 4 925 119,07 ABŞ dolları məbləğində borcun qaldığı qeyd edilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün elektron bazadan əldə edilmiş məlumata əsasən borclu "Mars-M” firmasına məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 74 G, məhəllə 2528, otaq sayı 19, əmlakın ümumi sahəsi 492.80 m2, 2 mərtəbəli tikilidən ibarət əmlak aşkar edilmişdir.
17. Məhkəmənin xx.xx.2024-cü il qərardadı ilə təqdimatın təmin olunması qərara alınmışdır.
18. Məhkəmə, gəldiyi nəticəni “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə istinadla belə əsaslandırmışdır ki, Maraqlı şəxs firması tələbkar "xxxx" ASC-yə ödəməli olan borcunun təmin edilməsi məqsədi ilə əmlakın üzərinə həbs qoyulmalıdır.
19. Həmin qərardaddan Maraqlı şəxs X2 nümayəndəsi tərəfindən verilmiş şikayət məhkəmənin 25 iyun 2025-ci tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
20. Şikayət belə əsaslandırılmışdır ki, “Nərimanov rayon İcra Şöbəsi təqdimatında qeyd edilən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-6/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbkar "Xalq Bank” ASC, borclu isə "Mars-M” Firması (VÖEN:**********) olmuşdur. "Mars-M” X2 isə dövlət qeydiyyat nömrəsi fərqlidir (VÖEN: **********). Bundan əlavə həmin şirkətin hüquqi ünvanı AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, ev 120-dir. "Mars-M” X2 isə hüquqi ünvanı ünvan 9irkətin qanuni təmsilçisi Nümayəndə2dur, "Mars-M” X2 direktoru isə X4r. Həmçinin "Mars-M” X2 (VÖEN: **********) Bakı Apellyasiya Məhkəməsində "Xalq Bank” ASC ilə hər hansı bir məhkəmə mübahisəsi ümumiyyətlə olmayıb və təqdimatda qeyd edilən Bakı Apellyasiya Məhkəməsinin qərarının ona heç bir aidiyyəti yoxdur. Lakin buna baxmayaraq, məhkəmə diqqətsizlik edərək təqdimatı təmin etmiş və iş üzrə ümumiyyətlə tərəf olmayan hüquqi şəxsin əmlakının üzərinə əsassız olaraq həbs qoymuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-6/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədində qeyd edilən əsl borclu olan "Mars-M” Firmasının (VÖEN:**********) "Xalq Bank” ASC ilə məhkəmə mübahisəsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli Qərarı mövcuddur. Həmin Qərarla da müəyyən etmək olur ki mübahisə tərəfi "Mars-M” X5 deyil. Güründüyü kimi, Bakı Kommersiya Məhkəməsi əsassız olaraq 8- 2(113)-19/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə "Mars-M” X3 (VÖEN: **********) məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, məhəllə 2528, 74 G ünvanında yerləşən binanın üzərinə həbs qoymuşdur. Bu səbəbdən də həmin qərardad ləğv edilməlidir”.
Apellyasiya baxışı
21. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.
23. Maddə 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır.
24. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
“İcra haqqında” Qanun
25. Maddə 43.1.1. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir.
26. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.
27. Maddə 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür.
28. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur.
29. Maddə 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.
30. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.
31. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
32. Maddə 50.3. Borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
33. Maddə 50.4. Borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün.
34. Maddə 50.5. Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər.
35. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
36. Maddə 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
37. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
38. Maddə 54.1. İcra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur.
Apellyasiya baxışının həddi
39. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Məhkəmə kollegiyasının mövqeyi
40. “İcra haqqında” Qanunun yuxarıda göstərilən müddəalarının mənasına görə, məcburi icra tədbiri olaraq həbs, yalnız borclunun əmlakı üzərinə qoyula bilər.
41. Yuxarıda qeyd olunduğu kimi, Bakı Apelyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə "Mars-M” firmasından xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə cəmi 19 400 119,08 ABŞ dollarının (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin ASC "Xalq” Bankının xeyrinə tutulması qət olunmuş, hazırkı icraatın başlanmasına səbəb olan təqdimatla məhkəməyə müraciət edən icra məmuru da, məhz sözügedən icra sənədi üzrə borclu "Mars-M” Firmasına məxsus olduğunu bildirdiyi əmlak üzərinə “İcra haqqında” Qanunun qeyd olunan müddəalarına əsasən həbs qoyulmasını istəmişdir.
42. Kollegiya hesab edir ki, üzərinə həbs qoyulması istənilən əmlaka münasibətdə “İcra haqqında” Qanunun müddəalarının dispozitiv şərtlərinin mövcudluğu qeyri-müəyyən qalmışdır və bu məsələnin yenidən araşdırılmasına, yəni Bakı şəhəri, Nizami rayonu, 2528 məhəllə, Qara Qarayev prospekti 74 G ünvanında yerləşən qeyriyaşayış sahəsinin Maraqlı şəxs Firmasın, yaxud Maraqlı şəxs X3 məxsus olubolmadığının aydınlaşdırılmasına zərurət vardır.
43. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunmaqla qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin, habelə icra məmurunun və Maraqlı şəxs X2 nümayəndəsinin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq təqdimata qiymət verməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-19/2024 saylı iş üzrə 26 fevral 2024-cü il tarixli qərardadı ləğv olunaraq iş, təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: Elnur Həsənov
Təranə Mahmudova
Leyla Əliyeva