Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-2/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 8-2(113)-64/2021 saylı qərardadından tələbkar İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 1.469.823,32 manat məbləğində borcun, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 manat məbləğində pul vəsaitinin cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. 05 iyul 2021-ci il tarixdə iddiaçının ərizəsi əsasında həmin qərardad üzrə icra vərəqəsi verilmiş və icra olunması Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. 16.11.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 məhkəməyə ərizə ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli e-2-2(113)-2457/2021 saylı icra vərəqəsinə izah verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 8-2(113)-64/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş və Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli e-2-2(113)-2457/2021 saylı qərardadına və onun əsasında 05.07.2021-ci il tarixdə verilmiş -2-2(113)-2457/2021 saylı icra vərəqəsinə dair izah verilərək, həmin qərardada və icra vərəqəsinə əsasən borclu Cavabdeh-dən tələbkar İddiaçı xeyrinə tutulmalı olan 608.000 manat borc məbləğinə ƏDV məbləğinin daxil edildiyi qərara alınmışdır. Tələbkar İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 23.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş apellyasiya icraatında olan vaxt tələbkar İddiaçı şikayətdən imtina etmə barədə ərizə vermişdir. Məhkəmə kollegiyası şikayətdən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, tələbkarın şikayətdən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 369, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 8-2(113)-64/2021 saylı qərardadından tələbkar İddiaçı tərəfindən verilmiş şikayətdən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №8-2(103)-2/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-2/2022
07.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver