Məhkəmə qərarları › İş №8-2(103)-2/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-2/2023

26.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-2/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8-2(**3)-68/2022 saylı qərardadından Tələbkar* tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: * saylı Bakı İnzibati İqtisadi məhkəməsinin 2- 2(8*)-782/20*8 saylı 3*.07.20*8-ci il il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin iddiası qismən, yəni 69075.25 manat əsas borc, **976.75 faiz borcu, 500 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, cəmi 8*582 manat pulun cavabdehlər Borclu* və X* müştərək qaydada tutulması, 05.06.20*4-ci il tarixli LM№*60/06-20*4 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında *7.*2.20*4 tarixli LM № *60/06-20*4-0* saylı, 2*.0*.20*5 tarixli LM № *60/06- 20*4-02 saylı, 30.03.20*5 tarixli LM № *60/06-20*4-03 saylı, 29.07.20*5 tarixli LM № *60/06-20*4-04 saylı və 29.04.20*6 tarixli LM № *60/06-20*4-05 saylı razılaşma müqaviləsi ləğv edilməklə “MİMAKİ UJV-*60” çap avadanlığının (Seriya № G93CB57*); “Roland EKC 540 UV” plotter-çap avadanlığının (Seriya № ZBQ0398); “MAXİMA PZ3208 GT2” çap avadanlığının (Seriya№ EJ32902*2800T); “Roland ARM *0” çap avadanlığının (Seriya № ZBR0208); “Roland EGX 360” çap avadanlığının (Seriya № ZBN0328); “Mimaki CJV 30-*60BS” çap avadanlığının (Seriya № N62CE**3); - “Flora LJ 320P” çap avadanlığının (Seriya № EJİİ+3200A/8P-B/USB/789); “Maxima GT2 PZ 3208" çan avadanlığının (Seriya № H|**********0) və Polietilen paket istehsal -xəttinin (ekstruder *, ekstruder 2, kəsim avadanlığı 2, çap avadanlığı, doğrayıcı, drabilka), təkrar emal) Borclu* tərəfindən "xxxx" QSC-yə geri qaytarılması hissəsində təmin edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(*03)-65/20*9 saylı *6.0*.20*9-cu il tarixli qətnaməsi ilə * saylı Bakı İnzibati İqtisadi məhkəməsinin 2-2(8*)-782/20*8 saylı 3*.07.20*8-ci il il tarixli qətnaməsi dəyişdirilmiş, Borclu* və X* müştərək qaydada 92952.90 manat məbləğində cəmi borc, 30 manat dövlət rüsumu, hüquqi xidmətlərə görə 800 manat xidmət haqqı, cəmi 93783 manatın Tələbkar*-nin (əvvəlki adı "xxxx" QSC) xeyrinə tutulması, 05.06.20*4-ci il tarixli LM № *60/06-20*4 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektləri olan “MİMAKİ UJV-*60” çap avadanlığı (Seriya № G93CB57*); “Roland LEC 540 UV” plotter-çap avadanlığı (Seriya № ZBQ0398); “MAXİMA PZ3208 GT2” çap avadanlığı (Seriya № EJ32902*2800T); “Roland ARM *0” çap avadanlığı (Seriya № ZBR0208); “Roland EGX 360” çap avadanlığı (Seriya № ZBN0328); “Mimaki CJV 30- *60BS” çap avadanlığı (Seriya № N62CE**3); “Flora LJ 320P” çap avadanlığı (Seriya № LJİİ+3200A/8P-B/USB/789); “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya № EJ**********0) və Polietilen paket istehsal xətti (ekstruder *, ekstruder 2, kəsim avadanlığı 2, çap avadanlığı, doğrayıcı, (drabilka), təkrar emal) Borclu* tərəfindən Tələbkar*-yə geri qaytarılması qət edilmişdi. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Tələbkar* ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-2(8*)-782/20*8 saylı 3*.07.20*8-ci il tarixli qətnaməsinin və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-2(*03)-65/20*9 saylı *8.0*.20*9-cu il tarixli qətnaməsinin icra üsulu və qaydası qismən dəyişdirilməsi, 3 avadanlığın: “Mimaki CJV 30-*60BS” çap avadanlığının (Seriya№ N62CE**3), “Flora LJ 320P” çap avadanlığının (Seriya № LJİİ+3200A/8P-B/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığının (Seriya№EJ**********0) Borclu* tərəfindən Tələbkar*-yə geri qaytarılması əvəzinə həmin avadanlıqların cəmi dəyəri olan 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitinin Borclu* tutularaq Tələbkar*-yə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, indiyədək “Mimaki CJV 30-*60BS” çap avadanlığı (Seriya № N62CE**3), “Flora LJ 320P” çap avadanlığı (Seriya №LJİİ+3200A/8P- B/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya № EJ**********0) Borclu* tərəfindən "xxxx" QSC-yə geri qaytarılmamışdır. Borclu* 28.08.20*8-ci il tarixində Yasamal rayon İcra və Probasiya şöbəsinə verdiyi izahatda bildirmişdir ki, 3 avadanlıq: “Mimaki CJV 30-*60BS” çap avadanlığı (Seriya № N62CE**3), “Flora LJ 320P” çap avadanlığı (Seriya № LJ**+3200A/8PB/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya № FJ**********0) onda yoxdur və onların dəyərini ödəməyə hazırdır. Bu hal Yasamal rayon icra şöbəsinin məktublarında da təsdiq edilir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-2(*03)-65/20*9 saylı *8.0*.20*9-cu il tarixli qətnaməsi həmin 3 avadanlığın qaytarılması hissəsində icra edilməmiş qalır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 sentyabr 202*-ci il tarixli 9/3799 saylı rəyinə əsasən, “Mimaki CJV 30-*60BS” çap avadanlığı (Seriya № N62CE**3) 02.06.20*9-ctı il tarixə 20.000 manat, “Flora LJ 320P” çap avadanlığı (Seriya № LJ **+3200A/8P-B/USB/789) 02.06.20*9-cu il tarixə 25.000 manat, “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya № EJ**********00) 02.06.20*9-cu il tarixə 25.000 manat, cəmi 70.000 manat müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(**3)-68/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Tələbkar*-nin həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 23*.*-ci maddəsinə istinad edərək, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra üsulunun dəyişdirilməsi ilə bağlı tərəfin dəlilləri əsaslı sayılmır. Göründüyü kimi birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan yalnız yuxarıda qeyd olunan bir cümlə ilə ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında dəfələrlə qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququnun məzmunu, o cümlədən ədalətli məhkəmə qərarının qəbul edilməsini nəzərdə tutur (V.Ozerovun şikayəti üzrə 20**-ci il *5 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23*.*-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20*5-ci il 22 may tarixli və s. Qərarlar). Qərarın ədalətliliyi isə onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin *-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə *987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il * iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X3rşı iş üzrə *994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67). Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və tələbkarın ərizəsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar* ərizə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8-2(**3)-68/2022 saylı qərardadı ləğv edilsin. Qətnamənin icra üsulu və qaydasının qismən dəyişdirilməsi barədə Tələbkar*-nin ərizəsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar