Məhkəmə qərarları › İş №8-2(103)-20/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-20/2022

28.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-20/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyev ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, 8-2(**3)-40/2022 saylı qərardadından Borclu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin 09.04.202*-ci il tarixli 2(8*)-2234/2008 saylı icra sənədinin izah edilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, icra sənədində yol verilmiş qeyd olunan mövcud anlaşmazlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası * saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(8*)-2234/2008 saylı *0.*2.2008-ci il tarixli barışıq sazişinin təsdiqinə dair qərardadın icrası ilə bağlı Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 09.04.202*-ci il tarixli icra sənədinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 09.04.202*ci il tarixli icra sənədi, onun verilməsi üçün əsas olmuş Azərbaycan Respublikası * saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(8*)-2234/2008 saylı, *0.*2.2008- ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadından irəli gələn tələbə uyğun olmadığı baxımından, icrasında həlli mümkün olmayan anlaşılmazlıq yaratdığından, icra sənədinə izah verilməsi vacibliyi ortaya çıxmışdır. Belə ki, adı çəkilən icra vərəqəsində Borclu tərəfindən "xxxx" tipli avadanlıq Azərbaycan Respublikası Neft Şirkətinə (SOCAR) qaytarılması qeyd edilmişdir. Bunun əsası kimi icra vərəqəsində Azərbaycan Respublikası * saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(8*)- 2234/2008 saylı, *0.*2.2008-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadına və mötərizədə “xx.xx.2007-ci il tarixli akta qeyd edilmişdir” sözləri əks etdirilməsi, həmin akta istinad edilməsi kimi başa düşülür. Lakin adı çəkilən 2(8*)-2234/2008 saylı, *0.*2.2008-ci il tarixli qərardadında və xx.xx.2007-ci il tarixli akta "xxxx" tipli avadanlığın Borclu-yə verildiyi və ya ondan geri alınması barədə dəlil mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası * saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(8*)-2234/2008 saylı, *0.*2.2008-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadında, Borclu-yə aid olan öhdəlik bu şəkildə qeyd edilir: “Bayıl Limanı” DKQİ Borclu-yə 5000 DQU tipli avadanlığılıqların hissələrinin qaimə üzrə verilmiş avadanlıqları bir-birinə qaytaracaqlar”. xx.xx.2007-ci il tarixli Aktı Tələbkar-ın Borclu-yə avadanlıqların verilməsi üçün deyil, əksinə “Real Ltd’’ MMC-nin “SOCAR"-a avadanlıqların təhvil verilməsi ilə bağlı tərtib edilmişdir. Həmin Aktın fablu hissəsində də Tələbkar-ın “Real Ltd" MMC-yə 5000 DQU tipli qazma qurğusunun komplekt şəklində deyil, 5000 DQU tipli avadanlıq qaimələr üzrə “Bayıl Limanı” DKQİ-dən Borclu-yə verilmişdir” kimi şəkildə qeyd olunur. Mülki prosessual və icra haqqında qanunvericiliyin tələbinə əsasən icra sənədində “alınmalı olan əşya natura şəkilində tələb olunursa onun adı, növü, forması, miqdarı, markası, yeri və s.” eyniləşdirmə göstəriciləri açıq və başa düşülən şəkildə qeyd edilməlidir. Bundan başqa icra sənədi tərəflər arasında mövcud akt deyil, məhkəmə aktı əsasında verilir. Hazırkı icra vərəqəsinin verilməsinə əsas olmuş adı çəkilən *0.*2.2008-ci il tarixli qərardadı Borclu-dən “5000 DQU tipli avadanlıqlığın qaimələr üzrə verilmiş hissələrini” qaytarılması tələbi baxımından, icra sənədi “verildiyinə dair qaimələrdə təsdiqini tapan avadanlıqların adı, sayı və s. texniki göstəriciləri" qeyd edilməklə verilməli idi. Eyni qərardadla bağlı verilmiş icra vərəqəsində Tələbkar-dan Borclu-nin xeyrinə alınmalı olan avadanlıqlar, qərardadda qeyd edildiyi kimi adları, miqdarı, sayı və s. texniki göstəriciləri açıq şəkildə qeyd olunmuşdur. Bundan başqa, icra vərəqəsində adı çəkilən “5000 DQU" tipli qurğu komplekti, çox saylı avadanlıqlardan (hisslərdən) ibarət olmaqla, * komplektinin daşınması üçün 20-25 ağır tonajlı xüsusi maşınlar tələb olunur. Bunun özüdə o qədər qaimə və yol vərəqinin mütləq mövcudluğu deməkdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitseprezidenti M. İsmayilovun imzası ilə Borclu-yə və Sosial İnkişaf İdarəsinin rəisinə ünvanladığı 25.02.08-ci il tarixli 22/MQ-*88Mİ nömrəli məktubda “Neftsənayexidmət” departamentində saxlanılan avadanlıqlar istisna olunmaqla 2 ədəd tam komplekt "xxxx" qazma qorğusunun digər komplektləşdirici hissələrin *0 gün müddətində qaytarılmasını tələb edir. Bundan sonra icra sənədinin verilməsinə əsas olan qərardadın aid olduğu tərəflər arasında iqtisadi mübahisəyə dair iş üzrə iddiaçı “SOCAR"-ın öz iddia ərizəsində, mübahisələndirilən müqavilənin aid olduğu qazma qorğusunun iddia edilən müddətə durumunu belə qeyd edir: 5000 DQU qazma qurğusu avadanlıqların bir qismi ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin “Neftsənayexidmət” Departamentinin yük həyətində, digər qismi isə "xxxx" ASC-nin anbarında saxlanılır. Tələbkar-ın “Kompleks qazma işləri” tresti ilə "xxxx" MMC arasında 22.07.20*4-cii il tarixdə bağlanmış İN-KQ0*/*4 saylı müqaviləyə əsasən qazma qurğuları "xxxx" MMC-nin saxlancına verilmişdir və təhvil vermə həmin müqaviləyə tərtib edilmiş * saylı əlavədə 2 dəst 5000 DQU qazma qurğusuna aid 22 adda avadanlıqların 44 ədəd və dəst şəklində tam, * ASP mexanizmi isə natamam şəkildə təhvil verildiyi təsdiqlənmişdir. Göründüyü kimi icra vərəqəsində Borclu-dən tələb olunan 5000 DQU qazma qurğusunu avadanlığının bir hissəsi, tərəflər arasında mübahisə başlanılan zamana ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin “Neftsənayexidmət” Departamentinin yük həyətində olmuş, daha sonra da digər qismi "xxxx" ASC-nin anbarında saxlanıldığı müəyyən edilmişdir. 6 ildən sonra da "xxxx" MMC-yə saxlanca verilmişdir və saxlanca təhvil vermə zamanı yalnız * ASP mexanizmi natamam olmuşdur. Bununla da, Borclu-də 5000 DQU qazma qurğusu avadanlıqları qərardadda qeyd edildiyi kimi onların verilməsini özündə əks etdirən qaimələr üzrə avadanlığın hissələri adları və miqdarı qeyd edilməklə icra sənədi verilməlidir. Bununla bağlı qaimələrin təqdim edilməsi də tələbkara aid məsələdir. Lakin qərardadla Borclu-nin təhvil verilməli olan avadanlıqlar verildiyinə dair qaimələr üzrə tələb edildiyi halda, icra sənədi isə məzmun etibarı ilə ona 5000 DQU tipli avadanlığın tam şəkildə təhvil verilməsi kimi mövcud olmayan öhdəlik yaratmışdır. Nəticədə icra sənədi onun verilməsinə əsas olan qərardada uyğun verilməmişdir. Qeyd olunanlar tam şəkildə icra məmuruna məlum olduğu halda, bu onun deyil, məhkəmənin səhvidir deyə, qeyd olunan aşkar yanlışlığa aydınlıq gətirilməsi üçün tədbir görmür. Bakı Kommersiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, 8-2(**3)-40/2022 saylı qərardadı ilə Borclu Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Kommersiya Məhkəməsinin 09.04.202*-ci il tarixli, 2(8*)-2234/2008 saylı icra sənədinin izah edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Kommersiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, 8-2(**3)-40/2022 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 30 avqust 2022-ci il tarixli, 8-2(**3)-40/2022 saylı qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib, həmin məhkəmə tərəfindən verilmiş 09.04.202*-ci il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizənin verilməsi, adı çəkilən icra sənədi “onun verilməsinə əsas olmuş məhkəmə aktına və həmin aktla təsdiq edilmiş barışıq sazişinə” uyğun olmadığından irəli gəlmişdir. Bakı Kommersiya Məhkəməsinin şikayət olunan 8-2(**3)-40/2022 saylı, 26 may 2022ci il tarixli qərardadı ilə Borclu tərəfindən verilmiş “icra sənədinə izah verilməsi” barədə ərizəsi təmin edilməmişdir. Ərizəçi haqlı olaraq qərardadla razılaşmır və hesab edir ki, qərardad ləğv edilməli və icra səədinin, onun verilməsinə əsas olmuş məhkəmə aktından irəli gələn tələblərə uyğun icrasını təmin edilməsi üçün icra sənədinə izah verilməsi vacibdir. İzahı ilə bağlı ərizə təqdim edilmiş Bakı Kommersiya Məhkəməsi tərəfindən 09.04.202*-ci il tarixli icra sənədi, Azərbaycan Respublikası * saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(8*)-2234/2008 saylı, *0.*2.2008-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadın icrası məqsədləri üçün verilmişdir. İcra sənədinin onun aid olduğu məhkəmə aktının müəyyən etdiyi tələb nəticəsi ilə eyni olması bəllidir və mübahisəsiz prosessual qaydadır. İzahı tələb olunan icra sənədinin aid olduğu Azərbaycan Respublikası * saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(8*)-2234/2008 saylı, *0.*2.2008-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadın nəticə hissəsində, tərəflərin müqavilə üzrə aldıqları avadanlıqların qarşılıqlı olaraq bir-birinə qaytarmalarına dair bağladıqları *0.*2.2008-ci il tarixli barışıq müqaviləsinin təsdiq edilməsi göstərilmiş, lakin barışıq üzrə tərəflərin birinin digərinə konkret olaraq hansı avadanlıqların hissələrinin qaytarılmalı olduqları qeyd edilməmişdir. Adı keçən qərardadın əsaslandırıcı hissəsində “Bayıl Limanı” DKQİ Borclu-yə 5000 DQU tipli avadanlığılıqların hissələrinin qaimə üzrə verilmiş ...”dir şəkildə qeyd edilir. Göründüyü kimi həmin qərardadla Borclu-yə aid edilən öhdəlik, “Bayıl Limanı” DKQİ tərəfindən ona qaimələr əsasında verilmiş avadanlıqların hissələrinin qaytarılması ilə əhatə olunur. Bu baxımdan da Borclu-dən tələb olunan avadanlıq hissələri, onların verilməsini təsdiq edən qaimələrin təqdim edilməsi ilə götürülməli olduğu bəllidir. Çünki 5000 DQU tipli qazma qurğu kompleksi 22 ayrı-ayrı avadanlıqlardan, hər bir avadanlıq isə formasından asılı olaraq 5-30 ayrı-ayrı hissələrdən ibarətdir və bu avadanlıqların bir sıra hissələrinin, tərəflər arasında mübahisə başlanılan zaman “Bayıl Limanı” DKQİ-nə məxsus anbar sahəsində, yəni tələbkarda olduğuna dair məhkəmələr tərəfindən müəyyən edilmiş hallar mövcuddur. Tərəflər arasında *0.*2.2008-ci il tarixdə imzalanmış barışıq sazışində (*.2 və *.3-cü bəndləri) qaytarma ilə bağlı öhdəlik bu şəkildə qeyd edilmişdir: “... tərəflər hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə həbsdən, girovdan və s. yüklülükdən azad edilməklə * ay müddətində təhvil verəcəklərini öhdəsinə götürürlər”. Lakin izah verilməsinə dair ərizə təqdim edilmiş Bakı Kommersiya Məhkəməsi tərəfindən 09.04.202*-ci il tarixli icra sənədində “... Azərbaycan Respublikası * saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(8*)-2234/2008 nömrəli, *0.*2.2008-ci il tarixli barışıq müqaviləsinin təsdiq edilməsi haqqında qərardadına əsasən, Borclu tərəfindən 5000 DQU” tipli avadanlıq (xx.xx.2007-ci il tarixli akta qeyd edilmidir) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qaytarılsın...” kimi qeyd edilmişdir. Bu qeyddən elə görsənir ki, Borclu "xxxx" tipli avadanlığı (qazma qurğusunu komplekt şəklində) qaytarmalıdır. İcra məmuru da bu tələblə çıxış edir. İcra sənədində qeyd edilən xx.xx.2007-ci il tarixli akt Borclu-nin avadanlıq hissələrinin qəbulu ilə deyil, təhvili barəsindədir. Göründüyü kimi icra sənədində qeyd edilmiş icra edilməli olan tələb, həmin icra sənədinin verilməsinə əsas olan Azərbaycan Respublikası * saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(8*)-2234/2008 saylı, *0.*2.2008-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadın nəticə hissəsində, nə də həmin qərardadın əsaslandırıcı hissəsində, nə də tərəflər arasında imzalanmış *0.*2.2008-ci il tarixli barışıq sazlşində “alınmış malların qaytarılması ilə bağlı” hissələrində öhdəlik qeydlərinə, nədə icra sənədində adı çəkilən xx.xx.2007-ci il tarixli aktın məzmununa uyğun deyildir. Nəticədə qaytarma ilə bağlı mühüm anlaşılmazlıq meydana çıxmışdır ki, bu da icranın mümkünsüzlüyünə yol açmaqdadır. Belə ki, mahiyyəti üzrə mövcud məhkəmə aktı, onda müəyyən edilmiş hallar və əlaqəli sənədlərdə irəli gələn Borclu-nin öhdəliyi “qaimələrlə ona verilmiş 5000 DQU tipli avadanlıqların hissələrinin həmin qaimələr üzrə qaytarılması” olduğu halda, icra sənədində 5000 DQU tipli avadanlığın qaytarması kimi qeyd edilmişdir. Aşkar məsələdir ki, icra ilə bağlı qeyd olunan dəlillərə görə mövcud anlaşmazlığın aradan qaldırılması üçün icra sənədində qeyd olunan tələbin, onun verilməsinə əsas olan məhkəmə aktına uyğun “5000 DQU tipli avadanlıqların hissələrinin qaimə əsasında qaytarılması” kimi başa düşülməsi kimi izah verilməsi vacibdir. Bundan başqa barəsində şikayət verilən Bakı Kommersiya Məhkəməsinin 8- 2(**3)-40/2022 saylı, 26 may 2022ci il tarixli qərardadın özündə məhkəmə “.... Azərbaycan Respublikasının Neft Şirkətinin “Bayıl Limanı” DKQİ-si ilə Borclu arasında bağlanan xx.xx.2007-ci il tarixli aktdan görünür ki, “Bayıl Limanı” DKQİ Borclu-yə 5000 DQU tipli avdanlıqların hissələrini qaimə üzrə vermiş...” kimi müəyyən edib, qeyd etmişdir. Lakin müəyyən etdiyi halın, buna zidd olan, izah verilməməsi nəticəli qərardad qəbul etmişdir. İzahı istənilən adı çəkilən icra sənədi “onun verilməsinə əsas olmuş məhkəmə aktına və həmin aktla təsdiq edilmiş barışıq sazişinə” uyğun verilməmişdir. Bu da icra sənədinin icrasında çaşqınlıq yaratmış, məhkəmə aktı ilə müəyyən edilməyən əlavə öhdəliklər yaratmış, nəticədə icrasının həyata keçirilməsini mümkünsüz etmişdir. Ona görə də məhkəmə aktının olduğu kimi icrası təmin edilməsi üçün icra sənədinə izah verilməklə mümkündür. Bunun üçün də icra sənədinə izah verilməsi qaçırılmazdır. Bu baxımdan şikayət olunan qərardad qeyd olunan prosessual hüquq normasının tələbinə ziddir. Sonda borclu şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.*-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Ərizənin məzmunundan və iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Borclu-yə və 3-cü şəxs “X*” Şirkətinə qarşı müqavilənin etibarsız sayılması və dövlət əmlakının qaytarılmasına və qarşılıqlı olaraq “X*” Şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Borclu-yə, “Kompleks qazma işləri” Trestinə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası * saylı Bakı Yerli İqtisadi Məhkəməsinin *0.*2.2008-ci il tarixli, 2(8*)- 2234/2008 nömrəli qərardadı ilə tərəflərin barışıq sazişinə dair ərizələri təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Borclu arasında 04.0*.2006-cı il tarixli * saylı Distribyutor müqaviləsi üzrə aldıqları avadanlıqların qarşılıqlı olaraq bir-birinə qaytarmalarına dair bağladıqları *0.*2.2008-ci il tarixli barışıq müqaviləsinin təsdiq edilməsi və iddianın tərəflərin aralarında bağlanan 04.0*.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası * saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(8*)-2234/2008 nömrəli, *0.*2.2008-ci il tarixli barışıq müqaviləsinin təsdiq edilməsi haqqında qərardadına əsasən, (Borclu tərəfindən "xxxx" tipli avadanlıq (xx.xx.2007-ci il tarixli aktda qeyd edilmişdir)” (qərardadın əsaslandırıcı hissəsində qeyd edilmişdir) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qaytarılması barədə) verilmiş 09.04.202*-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası * saylı Bakı Yerli İqtisadi Məhkəməsinin *0.*2.2008-ci il tarixli, 2(8*)-2234/2008 nömrəli qərardadın əsaslandırıcı hissəsindən görünür ki, tərəflərin aralarında bağlanan barışıq sazişi digərlərinin mənafelərinə toxunmur. Belə ki, barışıq sazişi üzrə tərəflərin hər ikisi də hesab edirlər ki, aralarında neft sənayesi üzrə avadanlıqların dəyişdirilməsi qanuni əsaslarla həyata keçirilməmişdir. Bu səbəbdən də bir-birlərinə verdikləri avadanlıqları siyahı üzrə geri qaytarmaq istəyirlər. Azərbaycan Respublikasının Neft Şirkətinin “Bayıl Limanı” DKQİ-si ilə Borclu arasında bağlanan xx.xx.2007-ci il tarixli aktdan görünür ki, “Bayıl Limanı” DKQİ Borclu-yə 5000 DQU tipli avdanlıqların hissələrini qaimə üzrə vermiş və əvəzində 3D-76 qurğusunun aşağıda adları çəkilən hissələrini almışdır: * ədəd -Vişka BV 53x320, 2 ədəd – BL *200, 2 ədəd sürətlər qutusu, 5 ədəd nasos Y8x6M, ** ədəd – mühərrik V2- 450, 4 ədəd – * şkifli aqreqat, 4 ədəd – 2 şkifli aqreqat, 2 ədəd –mərkəzli şkifli aqreqat, 2 ədəd – firlanqıc-250T, 2 ədəd – kranblok-320t, 2 ədəd –qarmaqdan ibarət avadanlıqlar. Barışan tərəflər nəzərdə tutmuşlar ki, yuxarıda adları çəkilən avadanlıqları bir-birinə qaytaracaqlar. Məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Borclu arasında 04.0*.2006-cı il tarixli * saylı Distribyutor müqaviləsi üzrə aldıqları avadanlıqların qarşılıqlı olaraq bir-birinə qaytarmalarına dair bağladıqları *0.*2.2008-ci il tarixli barışıq müqaviləsini təsdiq etmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tələbkar kimi, Borclu isə borclu kimi göstərilərək 09.04.202*-ci il tarixdə icra vərəqəsi tərtib edilmiş və icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə göndərilmişdir.Həmin icra vərəqəsində borclu, tələbkar və geri qaytarılacağı avadanlıq aydın göstərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası * saylı Bakı Yerli İqtisadi Məhkəməsinin *0.*2.2008-ci il tarixli, 2(8*)-2234/2008 nömrəli qərardadında, həmçinin 09.04.202*-ci il tarixdə verilmiş 2(8*)- 2234/2008 nömrəli icra vərəqəsində aydın olmayan və izahı tələb olunan hallar aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.*, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 230, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, 8-2(**3)-40/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar