Məhkəmə qərarları › İş №8-2(103)-20/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-20/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-20/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən verilmiş “borcluya məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması” barədə təqdimat üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-125/2025 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Emin Abiyev ünvan 1 ünvanında qeydiyyatda olan borclu "xxxx" MMC-nin adına olan “MİTSUBİSHİ L200” minik markalı, ** PG ***, “MİTSUBİSHİ L200” minik markalı, ** PY ***, “NİSSAN X-TRAİL” minik markalı, ** AX ***, “NİSSAN X-TRAİL” minik markalı, ** PH ***, “MİTSUBİSHİ L200” minik markalı, ** PY ***, “HYUNDAİ PALİSADE” minik markalı, ** AR ***, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 8-2(113)- 125/2025 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-920/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu MMCyə məxsus olan “MİTSUBİSHİ L200” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ L200” minik markalı, ** PY *** dövlət qeydiyyat nişanlı, “NİSSAN X-TRAİL” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı, “NİSSAN X-TRAİL” minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ L200” minik markalı, ** PY *** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ PALİSADE” minik markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Borclu MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)- 125/2025 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən icra məmuru tərəfindən verilmiş təqdimatda qeyd olunmuş “icra vərəqəsi üzrə icra icraatı başlanılsa da, lakin borclu tərəfindən könüllü icra həyata keçirilməmişdir” əsası ilə təqdimatı təmin etmişdir. Lakin icra sənədinin könüllü icrası barədə borclunun lazımınca məlumatlandırılıb məlumatlandırılmamasını, icra məmuru tərəfindən bildirişin borcluya çatdırılıb çatdırılmaması kimi halları araşdırmamışdır. Yuxarıda da qeyd edildiyi kimi sözügedən bildiriş və qərar Borclu MMC-nin qeydiyyatda olduğu ünvana (Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov pr. 206,466) göndərilmişdir. Lakin Borclu MMC-nin ofisinin faktiki yerləşdiyi ünvan fərqli (ünvan 3rişini almamışdır. Bu halda qətnamənin könüllü olaraq icra edilməməsindən söz gedə bilməz və bu əsasla borclunun mülkiyyətində olan nəqliyyat vasitələrinə həbs qoyulması əsassızdır. Bu səbəbdən yuxarıda qeyd edilən faktiki halları məhkəmə tərəfindən ayrıca araşdırılmalı və qiymətləndirilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-125/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. 45.1-ci madəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsinin icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən tədqiq edilmiş icra işinin materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-920/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu MMC-dən 854.513,58 (səkkiz yüz əlli dörd min beş yüz on üç manat əlli səkkiz qəpik) manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 78320 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 326 manat və dövlət rüsumunun əvəzi olaraq 1223 manat tutularaq iddiaçı Tələbkar MMC-nə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-920/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi icra olunması üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-920/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmışdır. Yasamal rayon İcra Şöbəsi xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildirişlə -2-2(113)-920/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunmasını borcludan tələb etmişdir. Yasamal rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” qərarları ilə Borclu MMC-nin mülkiyyətində olan “MİTSUBİSHİ L200 MİNİK” markalı, 99PG419 dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ L200 MİNİK” markalı, 77PY419 dövlət qeydiyyat nişanlı, “NİSSAN X-TRAİL” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı, “NİSSAN X-TRAİL” minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ L200” minik markalı, ** PY *** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ PALİSADE” minik markalı, ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclunun elektron informasiya sistemində olan məlumatlarından görünür ki, borclu "xxxx" MMC-nin mülkiyyətində “MİTSUBİSHİ L200” minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ L200” minik markalı, ** PY *** dövlət qeydiyyat nişanlı, “NİSSAN X-TRAİL” minik markalı, ** AX *** dövlət qeydiyyat nişanlı, “NİSSAN X-TRAİL” minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ L200” minik markalı, ** PY *** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ PALİSADE” minik markalı, ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Xornsbin Yunanıstana qarşı” iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir. Göründüyü kimi, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən tutulacaq borcun məbləği kifayət qədər çox olduğundan (854.513,58 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 78320 manat faiz borcu, vəkil xərcinin əvəzi olaraq 326 manat və dövlət rüsumunun əvəzi olaraq 1223 manat) məhkəmə təqdimatı təmin edərək düzgün nəticəyə gəlmişdir. Borclu MMC-nin apellyasiya şikayətində qeyd etdiyi digər dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-125/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar