Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-23/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu, Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Ağazadə Nüsrət Qasım oğlunun katibliyi, Tələbkar1 MMC-nümayəndəsi X3, Tələbkar2 QSC BOKT-un nümayəndəsi X4, borclu "xxxx" MMC-nin X5 və vəkili X6, Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, maraqlı şəxs "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin Borclu MMC-yə məxsus olan avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatına baxılmasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-2(113)-36/2022 nömrəli qərardadından maraqlı şəxs "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Fəxrəddin Şahhuseynov təqdimatla məhkəməyə müraciət edərək, Borclu MMC-yə məxsus olan “Kia Sorento” minik markalı 99-AE554, “İsuzu Turkuaz” minik markalı **-JP-***, “Hyundai Tucson” minik markalı 90-AU667, “VAZ 21074” minik markalı **-JS-***, “Nissan Sunny” minik markalı **-AU-***, “Kia Sorento” minik markalı **-JS-***, “Hyundai” minik markalı **- PK-***, “Nissan Pathfinder” minik markalı **-JS-***, “Hyundai Hİ” mikroavtobus markalı **- JP-*** və “Qaz 33021” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Qərardadla razılaşmayan "xxxx" ASC ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv olunmuş, iş təqdimata baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. "xxxx" ASC ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, təqdimat işlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat rədd edilmişdir. Tələbkar1 MMC ondan şikayət verərək, ləğv edilib, təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, qərardad ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli, 8- 2(113)-36/2022 nömrəli qərardadı ilə icra məmrunun təqdimatı təmin edilmişdir. Maraqlı şəxs "xxxx" ASC ondan şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2017-ci il tarixli 1704 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Tələbkar2 QSC-nin "xxxx" ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən, bu Fərmanın əlavəsində göstərilən "xxxx" MMC-yə məxsus olmuş dövlət əmlakı, o cümlədən, avtonəqliyyat vasitələri, “ASK”-nin mülkiyyətinə verilmiş, 2017-ci ilin may ayında tərtib olunmuş Akt əsasında həmin əmlaklar “ASK”-ya təhvil verilmişdir. İcra şöbəsi tərəfindən təqdimat verilərkən 2 saylı Bakı İnzibati_İqtisadi Məhkəməsinin 9 avqust 2018-ci il tarixli 2- 2(82)-590/2018 saylı icra sənədi ilə Tələbkar2 QSC-nin və həmin Fərmanın icrası ilə əlaqədar “ASK”-nın sözügedən nəqliyyat vasitələri üzərində gözlənilən mülkiyyət hüququ mövcud idi. Odur ki, təqdimatın təmin edilməsi barədə məhkəmənin qərardadı “ASK-nın gözlənilən mülkiyyət hüququnun pozulması ilə nəticələndiyindən qanunsuzdur, ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 8- 2(103)-14/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan maraqlı şəxs "xxxx" (“ASK”) kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 8-2(102)- 1/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 8- 2(103)-23/2022 saylı qərardadı ilə maraqlı şəxsin şikayəti üzrə apellyasiya mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi E.Qocayev şikayətin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar2 QSC BOKT-un nümayəndəsi R.Ağayev izahatında QSC tərəfindən qeyd olunan fərmanından irəli gələn öhdəliklər yerinə yetirildiyini, təsçisi olduğu borclu "xxxx" MMC-yə məxsus əmlakların, o cümlədən, nəqliyyat vasitələrinin akt əsasında "xxxx" ASC-yə təhvil verildiyini və halhazırda da həmin nəqliyyat vasitələrinin sonuncuda olduğunu qeyd edərək həmin avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə icra məmuru tərəfindən təqdimatı əsassız hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən Tələbkar1 MMC nümayəndəsi R.Quliyev isə onun müraciəti əsasında icra məmuru tərəfindən borclunun əmlakının axtarılması haqqında qərar qəbul olunduğunu və qeyd olunan avtonəqliyyat vasitələri aşkar edildikdən sonra üzərinə həbs qoyulması barədə təqdimat verildiyini, 4 ildən də çox olan müddətdə məhkəmənin qərarının icra olunmadığını bilirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu "xxxx" MMC-nin X8 və vəkili X9 izahatlarında Fərmandan irəli gələn öhdəlikləri qarşılığında "xxxx" MMC-nin ümumi yığıncağının qərarı ilə (18 may 2018-ci il tarixli) icra edilərək 2017-ci ilin may ayında əmlakların, o cümlədən, adıçəkilən nəqliyyat vasitələrinin "xxxx" ASC-nin mülkiyyətinə verilməsi qərara alındığını və həmin vaxtdan avtomaşınların sonuncunun sahibliyində olduğunu bildirərək hesab etmişdir ki, məhkəmənin qərardadı ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən icra məmuru Ə.Şahüseynov iki icra borclu eyni şəxs olduğundan işin birləşdirildiyini qeyd edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin qeyd olunan qeyd olunan Fərmanı ilə borclu "xxxx" MMC-yə məxsus əmlakların "xxxx" ASC-yə keçməsindən məlumatlı olmadığını, dövlət yol polisindən əldə etdyi məlumatlar əsasında məhkəməyə təqdimat verdiyini bildirmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə maraqlı şəxsin şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimatın təmin edilməməsi barədə yeni qərardad çıxarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50-2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru Fəxrəddin Şahhuseynov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixdə verilmiş 2(82)-577/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu X14 Klubu MMC-dən 158.802,67 manat borc pul vəsaiti tutularaq Tələbkar1 MMCnin xeyrinə və həmin məhkəmənin 2(82)-590/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən isə 30.159.943,20 ABŞ dolları məbləğində pul tutularaq Tələbkar2 QSC BOKT-un xeyrinə tutulmalıdır. Borclu tərəfindən icra sənədləri könüllü icra olunmamış, borclunun əmlakının axtarılması məqsədilə müxtəlif idarə və təşkilatlar müraciət olunmuş, AR DİN BDYPİ-dən daxil olmuş məlumatına əsasən borclu “İnter” PİK” MMC-yə məxsus avtonəqliyyat vasitələri aşkar ounmuş və həmin avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İşdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə icra məmurunun həmin təqdimatı təmin edilmiş, borclu X14 Klubu MMC-yə məxsus olan “Kia Sorento” minik markalı 99- AE-554, “İsuzu Turkuaz” minik markalı **-JP-***, “Hyundai Tucson” minik markalı 90AU-667, “VAZ 21074” minik markalı **-JS-***, “Nissanı Sunny” minik markalı **-AU-***, “Kia Sorento” minik markalı **-JS-***, “Hyundai” minik markalı **- PK-***, “Nissan Pathfinder” minik markalı **-JS-***, “Hyundai Hİ” mikroavtobus markalı **- JP-*** və “Qaz 33021” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin həmin qərardadından görünür ki, təqdimatla həll edilməli olan məsələ üçün mühüm əhəmiyyət kəsb edən sənədlər qətiyyən araşdırılmamış, onlara hüquqi qiymət verilməmiş, əlalxüsus, maraqlı şəxsin birbaşa maraqlarına toxunan normativ-hüquqi aktların tələblərinə də diqqət yetirilməmiş, bütün bunların nəticəsi olaraq da məhkəmə, təqdimatın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki, iş materiallarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2017-ci il tarixli 1704 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Tələbkar2 QSC-nin "xxxx" ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən, bu Fərmanın əlavəsində (Əlavədə sıra №-si 32) göstərilən "xxxx" MMC-yə məxsus olmuş dövlət əmlakı, o cümlədən, avtonəqliyyat vasitələri "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. İşdən görünür ki, "xxxx" MMC-nin təsisçisinin 25 may 2018-ci il tarixli ümumi yığıncağında cəmiyyətin nizamnamə kapitalında 100 faiz iştirak payı olan Tələbkar2 QSC BOKT qərara almışdır ki, Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Fərmana uyğun olaraq "xxxx" MMC-nin mülkiyyətində olan əmlak "xxxx" ASC-nin mülkiyyətinə verilsin və müvafiq rəsmiləşdirmə işlərinin aparılması üçün səlahiyyətli dövlət orqanlarına müraciət edilsin. Eyni zamanda, işdən görünür ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında 02 avqust 2018-ci il tarixində əmlakların təhvil-təslimi haqqında akt bağlanmış, 03 iyun 2020-ci il tarixində isə "xxxx" MMC-nin təsisçisi” Aqrarkredit” QSC BOKT, maraqlı şəxs "xxxx" ASC ilə aralarında tərtib olunmuş təhvi-təslim aktı ilə sözügedən nəqliyyat vastilərini “ASK-ya təhvil vermişdir. Tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan göründüyü kimi, icra məmuru tərəfindən avtonəqliyyat vasitələrinin harada və kimdə olduğu aydınlaşdırılmadan, xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdimat verilənə qədər qeyd edilən icra sənədləri üzrə borclu "xxxx" MMC-nin əmlakları, o cümlədən, üzərinə həbs qoyulması xahiş edilən avtonəqliyyat vasitələri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1704 nömrəli Fərmanının icrası qaydasında "xxxx" ASC-ın mülkiyyətinə təhvil verilmiş və halhazırda da sonuncunun sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 159.1ci maddəsinə əsasən Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlar nəzərə alınmamış, "xxxx" MMC-nin sahiblik və istifadə hüququnu artıq itirmiş olduğu və yalnız formal olaraq onun adına rəsmi reyestrdə qeydiyyatda qaldığı, faktiki olaraq isə həmin nəqliyyat vasitələrinə sahiblik və istifadə hüququ maraqlı şəxsə keçdiyi halda, sərəncamvermə hüququnun rəsmiləşdirilmə ərəfəsində icra məmurunun təqdimatı əsasında həmin nəqliyyat vasitələri üzərinə məhkəmə öz qərardadı ilə həbs qoyaraq maraqlı şəxsin gözələnilən mülkiyyət hüququnu pozmuşdur. Halbuki, Avropa İnsan hüquqları Məhkəməsi “Əliyeva və digərləri Azərbaycana qarşı” işdə öz qərarında qeyd etmişdir ki, mülkiyyət hüququ yalnız qeydiyyata alınmış mülkiyyət hüququ deyil, eyni zamanda, gözlənilən mülkiyyət hüququnu da əhatə edir. Konkret halda, icra məmurunun təqdimatında sadalanan nəqliyyat vasitələrinə sahiblik və istifadə hüququ həmin təqdimat məhkəməyə verilən qədər maraqlı şəxsə məxsus olduğu halda, qeyd edilən normativ-hüquqi aktın müəyyən etdiyi göstərişlər çərçivəsində onun gözlənilən mülkiyyət hüququnun rəsmiləşdirilməsi (qeydə alınması) mərhələsində onun bu hüququnun reallaşdırılması həmin əmlakların üzərinə həbs qoyulması üzündən mümkünsüz olmuşdur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası maraqlı şəxs "xxxx" ASC-nın şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən gözlənilən mülkiyyət hüququnun pozulması ilə nəticələnən qanunsuz qərardad qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-2(113)-36/2022 nömrəli qərardadı ləğv edilməli və Bakı şəhəri Nizami rayon icra şöbəsinin təqdimatının rədd olunması barədə yeni qərardad çıxarılmalıdır. Beləliklə də göstərilənlərə əsasən və MPM-in 363-364, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs "xxxx" ASC-nın şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-2(113)-36/2022 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №8-2(103)-23/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-23/2022
07.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver