Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-24/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 8-2(113)-76/2022 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Tələbkar "xxxx" Firması Nərimanov Rayon İcra Şöbəsinin “İcra sənədi üzrə icraatın dayandırılması barədə” 05 oktyabr 2022-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək, həmin qərarın qanunsuz hesab edilərək ləğv olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu MMC ərizə ilə məhkəməyə müraciət edərək, tələbkar "xxxx" firması tərəfindən verilmiş şikayət üzrə məhkəmənin icraatında olan 8-2(113)-76/2022 nömrəli işin aidiyyəti üzrə icra məmurunun yerləşdiyi yer üzrə ümumi məhkəməyə, yəni Bakı səhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 8-2(113)-76/2022 nömrəli qərardadı ilə Borclu MMC-nin vəsatəti təmin edilməmişdir. Borclu MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində ifadə edilmiş hüquqi mövqeyə görə, ədalətli məhkəmə araşdırması hüququ yalnız pozulmuş hüququn məhkəmə tərəfindən müdafiəsini deyil, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməsini də ehtiva edir. Məhkəmə aktının icrası mərhələsində verilən ərizə və şikayətlərin məhkəmə aidiyyəti bağlı mübahisələrin həll edilməsi üçün Mülki Prosessual Məcəllədə ayrıca normalar olmadığından kollegiya hesab edir ki, məhkəmə aktının icrası mərhələsində daxil olmuş ərizə və şikayətlərin məhkəmə aidiyyəti ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlər də qanunun analogiyası qaydasında Mülki Prosessual Məcəllənin 402 və 403cü maddələrində nəzərdə tutulmuş qaydada həll edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Qeyd edilən normaların tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Borclu MMC-nin Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadından verdiyi şikayətə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılmalı olduğundan şikayətə apellyasiya qaydasında baxılması mümkün sayılmamalıdır. Hazırkı halda Borclu MMC-nin şikayəti Mülki Prosessual Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən və Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlanmadığından birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalı idi. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 8-2(113)-76/2022 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün sayılmasın. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №8-2(103)-24/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-24/2022
06.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver