Məhkəmə qərarları › İş №8-2(103)-25/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-25/2025

25.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-25/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalov tərəfindən verilmiş təqdimata baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-130/2025 nömrəli 01 iyul 2025-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin "xxxx" ASC-nin borclu olduğu Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6132/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-2(113)-1550/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-2(113)-666/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(113)-163/2023 sayli xx.xx.2023-cü il tarixli, e-2-2(113]- 5525/2022 saylı xx.xx.2022-ci il tarixli, e-2-2(113)-234/2023 saylı xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 221/2023 saylı xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6109/2022 saylı xx.xx.2022-ci il tarixi, e- 2-2(113)-2010/202 saylı xx.xx.2023-cü il tarixli, e2-2(113)-6107/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-2(113)-302/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-3534/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-3592/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)- 3042/2023 sayli xx.xx.2023-cü il tarixli, 2-2(113)-4010/2023 saylı xx.xx.2023-cü il tarixli, 2- 2(113)-2095/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)- 4245/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-2(113)-3534/2023 saylı xx.xx.2023-cü il tarixli, 2- 2(113)-6551 /2023 saylı xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3809/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)- 575/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-3457/2022 saylı xx.xx.2022-ci il tarixli, 2- 2(113)-236/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-5150/2022 saylı xx.xx.2022-ci il tarixli, 16(113)-79/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-2(113)-138/2021 saylı xx.xx.2021-ci il tarixli, 2-2(81)-565/2020 saylı xx.xx.2020-ci il tarixli, 2-2(113)-394/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-522/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-1272/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-716/2024 saylı xx.xx.2024-cü il tarixli, MTT(113)-276/2022 saylı xx.xx.2022-ci il tarixli, 16(113)-307/2024 saylı xx.xx.2024-cü il tarixli, 16(113)- 333/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-3388/2021 saylı xx.xx.2021-ci il tarixli, 2- 2(113)-117/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-2220/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-1350/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-2894/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-2613/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)- 3718/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-5270/2024 saylı xx.xx.2024-cü il tarixli, 2- 2(113)-115/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-919/2025 saylı xx.xx.2025-ci il tarixli, 2-2(113)-4920/2024 saylı xx.xx.2025-ci il tarixli, 2-2(113)-2965/2024 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərinin olduğu “əmlakının üzərinə həbs qoyulması” tələbi barədə Nərimanov rayonu İcra şöbəsinin icra məmuru E.Zeynalov icra sənədlərində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, "xxxx" ASC-nin “X6 Company” MMC-də, "xxxx" MMC-də, “X2” MMC-də və "xxxx" MMC-də olan 100% təsis payının üzərinə üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borclu hüquqi şəxsin mülkiyyətində olan əmlaklar bütün icra sənədləri üzrə tələblərin təmin etməsinə kifayət etmir. Belə ki, icra sənədləri üzrə ümumi ödənilməli məbləğ ********* manatdan çoxdur. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-130/2025 nömrəli 01 iyul 2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin "xxxx" ASC-nin borclu olduğu Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 6132/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-2(113)-1550/2022 saylı xx.xx.2022-ci il tarixli, 2- 2(113)-666/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(113)-163/2023 sayli xx.xx.2023-cü il tarixli, e-2-2(113]- 5525/2022 saylı xx.xx.2022-ci il tarixli, e-2-2(113)-234/2023 saylı xx.xx.2023cü il tarixli, e-2-2(113)-221/2023 saylı xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6109/2022 saylı xx.xx.2022-ci il tarixi, e-2-2(113)-2010/202 saylı xx.xx.2023-cü il tarixli, e2-2(113)- 6107/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-2(113)-302/2023 saylı xx.xx.2023-cü il tarixli, 2- 2(113)-3534/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-3592/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-3042/2023 sayli xx.xx.2023-cü il tarixli, 2-2(113)-4010/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-2095/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)- 4245/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-2(113)-3534/2023 saylı xx.xx.2023-cü il tarixli, 2- 2(113)-6551 /2023 saylı xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3809/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-575/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-3457/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-2(113)-236/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-5150/2022 saylı xx.xx.2022-ci il tarixli, 16(113)-79/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-2(113)-138/2021 saylı xx.xx.2021-ci il tarixli, 2-2(81)-565/2020 saylı xx.xx.2020-ci il tarixli, 2-2(113)- 394/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-522/2024 saylı xx.xx.2024-cü il tarixli, 2- 2(113)-1272/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-716/2024 saylı xx.xx.2024-cü il tarixli, MTT(113)-276/2022 saylı xx.xx.2022-ci il tarixli, 16(113)-307/2024 saylı xx.xx.2024cü il tarixli, 16(113)-333/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-3388/2021 saylı xx.xx.2021-ci il tarixli, 2-2(113)-117/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-2220/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-1350/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)- 2894/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-2613/2024 saylı xx.xx.2024-cü il tarixli, 2- 2(113)-3718/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-5270/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-2(113)-115/2023 saylı xx.xx.2023-cü il tarixli, 2-2(113)-919/2025 saylı xx.xx.2025ci il tarixli, 2-2(113)-4920/2024 saylı xx.xx.2025-ci il tarixli, 2-2(113)-2965/2024 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərinin olduğu “əmlakının üzərinə həbs qoyulması” tələbi barədə Nərimanov rayonu İcra şöbəsinin icra məmuru E.Zeynalov icra sənədlərində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, "xxxx" ASC-nin “X4 Company” MMC-də, "xxxx" MMC-də, “X2” MMC-də və "xxxx" MMC-də olan təsis payının üzərinə həbs qoyulması qərara alınmışdır. Hazırda borclu şikayət verərək göstərmişdir ki, qərardadının ləğv edilməsi və təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MMC-lərdən “X4 Company” MMC, "xxxx" MMC "xxxx" ASC-yə birləşərək ləğv olunmuşdur. Digər MMC-lər barəsində isə icra məmuru təqdimat verərkən bilirdi ki, “X3” MMC–nin 914776 manat və "xxxx" MMC-nin isə 12243 724 manat borcları mövcuddur. Bundan əlavə qeyd edilən borclara görə məhkəmə qərardaları ilə MMC-lərin əmlaklarının üzərinə həbs qoyulmuş bir çox əmlaklar isə hərrac vasitəsilə satılmışdır. Qeyd edilən əmlaklar borclunun təsis paylarıdır. Bununla da qeyd edir ki, MMC-lər tələbkarlara olan borclarını öz əmlakları ilə ödəyə bilmir. Belə olan halda borclunun MMC-lərdə olan təsis paylarının üzərinə həbs qoyulması qanunsuzdur. Belə ki, həmin əmlaklarının çox hissəsi hərrac vasitəsilə satılaraq özgəninkiləşdirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, 25 fevral 2021-ci il tarixdən hazırki vaxtadək borclu barədə 34 icra sənədi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icraatdadır (Təqdimatda 132 icra sənədi qeyd edilmişdir). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. Həmin qanunun 45.1-ci maddəsində isə göstərilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur. Göründüyü kimi, hazırki təqdimatla icra məmuru borclunun digər hüquqi şəxslərdə olan 100% təsis paylarının üzərinə həbs qoyulmasını xahiş etmişdir ki, qanunla da bu yolveriləndir, əmlak üzərinə həbs qoyulması həmin əmlak barəsində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Hazırki halda borclu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək üçün borclunun digər hüquqi şəxslərdə olan 100% təsis paylarının üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq təqdimatı təmin etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-130/2025 nömrəli 01 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar