Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-27/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 8-2(113)-79/2024 saylı qərardadından Tələbkar1 və Tələbkar2 tərəfindən verilmiş şikayətlər üzrə işin məhkəmə baxışından çıxarılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayonu icra şöbəsinin böyük icra məmuru Zamiq Kazımov təqdimat verərək icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2027 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Həmin qərardaddan “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2027 saylı, xx.xx.2024-cü il tarixli qərardadından tələbkarlar Tələbkar1 və Tələbkar2 tərəfindən şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 8-2(103)-27/2024 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə tələbkar "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından tərəflərindən şikayət verildiyindən işin apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apelyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verdiyindən iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalı, Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 8-2(103)- 27/2024 nömrəli qərardadı ləğv edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 8-2(103)-27/2024 nömrəli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayətə baxılması üçün iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8-2(103)-27/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-27/2024
02.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver