Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-29/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-114/2024 saylı qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Tələbkar QSC (bundan sonra – iddiaçı) cavabdehlər Borclu2, Borclu4, Borclu5, Borclu1 və Borclu3 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 18850.18 manat məbləğində kredit bоrcu, 1590.09 manat məbləğində faiz bоrcu və 588.12 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 21028.39 manat məbləğində bоrcun və ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-959/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Borclu2, Borclu4, Borclu5, Borclu1 və Borclu3 müştərək qaydada 18850,18 manat əsas bоrc, 1590,09 manat faiz borcu, 588,12 manat cərimə borcu, ödənilmiş 210 manat məbləğində dövlət rüsumu, ümumilikdə 21238,39 (iyirmi bir min iki yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-959/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədi Borclu1 aid hissədə icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə, borclular Borclu4, Borclu3 aid hissədə icra edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə, Borclu2, Borclu5 aid hissədə icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi “borclunun əmlakının üzərinə həbs qoyulması” barədə təqdimatla məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-114/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-959/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu1 məxsus “HYUNDAİ SANTA FE MİNİK” minik markalı, 77EZ060 dövlət qeydiyyat nişanlı və “VAZ 21074 MİNİK” markalı, 90XG074 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Borclu1 qərardaddan şikayət ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)- 114/2024 nömrəli qərardadının ləğv edilməsini, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən verilmiş təqdimatın təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-114/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e2-2(113)-959/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Borclu2, Borclu4, Borclu5, Borclu1 və Borclu3 müştərək qaydada 18850,18 manat əsas bоrc, 1590,09 manat faiz borcu, 588,12 manat cərimə borcu, ödənilmiş 210 manat məbləğində dövlət rüsumu, ümumilikdə 21238,39 (iyirmi bir min iki yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməsi qət edilmişdir. Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-959/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2024-ci il tarixli 139955/2024-18-25-001 nömrəli tələbin könüllü icrası haqqında bildirişə əsasən icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcludan tələb olunmuşdur. Borclunun elektron informasiya sistemində olan məlumatlarından görünür ki, Borclu1 adına aşağıdakı avtomobil nəqliyyat vasitələri mövcuddur: “HYUNDAİ SANTA FE MİNİK” minik markalı, 77EZ060 dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21074 MİNİK” minik markalı, 90XG074 dövlət qeydiyyat nişanlı avtomobil. Şikayətin dəlillərindən görünür ki, borclu iş üzrə bir kredit alan, habelə biri o, olmaqla 4 zamin və 5 cavabdeh olduğunu və məhkəmənin ümumilikdə 21238,39 manat məbləğində pulun müştərək qaydada tutulmasını qət etdiyini bildirmişdir. Həmçinin qeyd etdiyinə görə o, dövlət orqanında işləyir və stabil əmək haqqı alır. Məhkəmə qətnaməsi üzrə tələb icra orqanı tərəfindən borclunun əmək haqqına yönəldilib və icra vərəqi verildiyi vaxtdan cəmi 4 ay ərzində ümumilikdə 5000 manatdan artıq məbləğdə ödəniş edilib. Qərardaddan göründüyü kimi, mütəmadi ödəniş etməyi ilə bağlı heç bir söz yazılmamışdır. Maraqlıdır ki, borclu tərəfindən ödəniş həyata keçirilməsinə baxmayaraq qeyd olunan borcun ödənilməsi üçün icra məmuru yalnız borcluya qarşı icra tədbirləri görülməsində maraqlıdır. Qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Bunun nəticəsində də qeyri-qanuni qərardad qəbul edilib. Hazırki iş üzrə qeyd olunan qərardadı qəbul etmiş məhkəmə təqdimatı əsaslı hesab etməklə yanlışlığa yol vermişdir. İcra işi üzrə heç bir araşdırma aparmamış, davamlı olaraq ödənişlər edildiyini nəzərə almamışdır. Buna görə də, məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Göründüyü kimi, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Suraxanı rayon İcra Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 959/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin icra sənədində olan tələblər borclu tərəfindən icra edilməmişdir. Bu səbəbdən Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, təqdimatın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-114/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(103)-29/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-29/2024
23.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver