Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-3/2025 07.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 8-2(113)-9/2025 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Binəqədi rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək “Mitsubishi L200” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı; “X8” minik markalı, **- JZ-*** dövlət qeydiyyat nişanlı; “Mitsubishi L200” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-2(113)-3817/2022 saylı icra vərəqəsinə əsasən Borclu QSC-dən cəmi 29430 manat məbləğində borc tutularaq “Ariston Firmasının” xeyrinə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-602/2024 saylı, icra vərəqəsinə əsasən Borclu QSC-dən cəmi 16381,12 manat pul vəsaiti tələbkar X3 xeyrinə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2826/2024 saylı icra vərəqəsinə əsasən borclu "Encom Construction” QSC-dən cəmi 43366,40 manat məbləğində pul vəsaiti Tələbkar1 MMC-nin xeyrinə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(113)-3109/2024 saylı icra vərəqəsinə əsasən borclu “Encom Construction'' QSC-dən cəmi 9440 manat pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İcra vərəqəsində göstərilən tələbi könüllü olaraq təmin etməsi barədə borcluya bildiriş və qərar göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən təmin edilməmişdir. Borcluya dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, o icra vərəqəsi üzrə borcu ödəməkdən yayınmışdır. Bakı Kommersiya Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 8-2(113)-9/2025 saylı qərardadı ilə təqdimat qismən təmin edilmişdir. Qeyd edilən qərardaddan borclu “Encom Construction'' QSC tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon icra şöbəsi Borclu QSC-nin mülkiyyətində “Mitsubishi L200 minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, “X8 minik” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200 minik” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin mövcud olduğunu qeyd edir. Borclu QSC tikinti şirkəti olmaqla inzibati binaların, betonolit konstruksiyalar və dəmir konstruksiyalar mikrotunel, mühəndis şəbəkələri və kommunikasiyaları sahəsindəki, mərkəzləşdirilmiş havalandırma və ventilyasiya sistemləri layihələri üzrə fəaliyyət göstərir. Hazırda şirkət yaranmış borclar səbəbindən öhdəliklərinin icrasında gecikir. Binəqədi rayon İcra Şöbəsinə bu barədə məlumat verilmiş, öhdəliyin hissə-hissə icra olunacağı qeyd edilmişdir. Qeyd edilən nəqliyyat vasitələrinə həbs qoyulması onun fəaliyyətinə maneə yaradır. Belə ki, adıçəkilən nəqliyyat vasitələri şirkətin işləri ilə bağlı və təyinatı üzrə istifadə olunur və şirkətin öz borclarını bağlamasında, öhdəliklərini icra etməsində dolayısı ilə bağlıdır. Bu səbəbdən onların üzərinə qoyulan həbs cavabdeh tərəfindən borclu tərəfindən öhdəliklərin icrasına maneə yaradacaqdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-9/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2-2(113)-3817/2022 saylı icra vərəqəsinə əsasən Borclu QSC-dən cəmi 29430 manat məbləğində borc tutularaq “Ariston Firmasının” xeyrinə; Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-602/2024 saylı, icra vərəqəsinə əsasən Borclu QSC-dən cəmi 16381,12 manat pul vəsaiti tələbkar X3 xeyrinə; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-2826/2024 saylı icra vərəqəsinə əsasən borclu "Encom Construction' QSC-dən cəmi 43366,40 manat məbləğində pul vəsaiti Tələbkar1 MMC-nin xeyrinə; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3109/2024 saylı icra vərəqəsinə əsasən borclu “Encom Construction'' QSC-dən cəmi 9440 manat pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Binəqədi rayon İcra Şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3817/2022 saylı, xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3109/2024 saylı, xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2826/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildirişlər göndərilmiş, qeyd edilən icra sənədləri bir icraatda bildirilmiş, lakin icra sənədlərində olan tələblər borclu tərəfindən icra edilməmişdir. Borclunun elektron informasiya sistemində olan məlumatlarından görünür ki, Borclu QSC-nin mülkiyyətində “Mitsubishi L200 minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, “X8 minik” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200 minik” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. 45.1-ci madəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsinin icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Borclu QSC-nin icra sənədlərini könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra etmədiyini,xx.xx.2022- ci il tarixli, 2-2(113)- 3817/2022 saylı icra vərəqəsinin iki ildə artıq müddət ərzində, digər icra vərəqələrinin isə təxminən 4 ay ərzində icra edilməmiş qaldığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun təqdimatı əsasında Borclu QSC-yə məxsus “Mitsubishi L200 minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi L200 minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmaqda haqlı olmuşdur. Üzərinə həbs olunmuş nəqliyyat vasitələrindən sahibkarlıq fəaliyyətində istifadə etməsi barədə borclunun dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, birincisi, hazırkı təqdimatla məhkəməyə müraciət edilməmişdən əvvəl icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə borclunun manat və ya xarici valutada olan pul vəsaitlərinin üzərinə həbs qoyulması və tələb həmin pul vəsaitlərinə yönəldilməsi qərara alınmış, sözügedən məcburi icra tədbirinin tətbiqi nəticə verməmişdir. İkincisi, iş materiallarından o da müəyyən edilir ki, icra hərəkətləri nəticəsində icra məmuru tərəfindən təqdimatda qeyd olunan üç ədəd nəqliyyat vasitəsindən başqa borclunun adında başqa əmlak aşkar edilməmişdir. Göründüyü kimi tətbiq edilmiş digər məcburi icra tədbiri nəticə vermədiyindən və borclunun tələbin yönəldilə biləcəyi digər əmlakı aşkar edilmədiyindən icra məmurunun icra sənədlərinin icra edilməsini təmin etmək üçün borclunun tikinti fəaliyyətində istifadə etdiyini iddia etdiyi mübahisəli nəqliyyat vasitələrinin həbs qoyulması barədə təqdimatla müraciət etməkdən başqa alternativi olmamışdır. Odur ki, kollegiya hesab edir ki, təqdimatın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 8-2(113)-9/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №8-2(103)-3/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-3/2025
07.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver