Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-30/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Borclu "xxxx" MMC-nin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(113)-151/2024 saylı icra vərəqəsi üzrə həyata keçirilən icra hərəkətlərinin dayandırılması barədə ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8- 2(113)-168/2025 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı Kommersiya Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, e-2-2(113)-151/2024 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, «X1 ve İnşaat» MMC-dən kredit müqaviləsi üzrə 12.900.000 manat məbləğində əsas borc və 3.601.966,4 manat məbləğində faiz, 645.000 manat məbləğində dəbbə pulu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.630.419,7 manat məbləğində faiz, ümumilikdə 18.777.386,1 manat, mediasiya xərclərinin əvəzi olaraq 10.100 manat məbləğində pul vəsaitinin tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi, tələb üzrə tutmanın "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 m2 ümumi sahədən ibarət qeyriyaşayış binasının 1747,5 m2 (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 3.140.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin "xxxx" MMC-yə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin «X1 ve İnşaat» MMC-dən tutulması, qalan hissədə ilkin iddianın rədd edilməsi; ikinci iddianın rədd edilməsi qət olunmuşdur. Bakı Kommersiya Məhkəməsini adıçəkilən qətnaməsindən ikinci iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-1109/2024 nömrəli qətnaməsi ilə ikinci iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-1109/2024 nömrəli qətnaməsindən ikinci iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-218/2025 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-1109/2024 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-151/2024 nömrəli icra vərəqəsi 14 iyul 2025-ci il tarixində icra olunması üçün müvafiq icra şöbələrinə göndərilmişdir. Ərizəçi Bakı Kommersiya Məhkəməsinin e-2(113)-151/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə həyata keçirilən icra hərəkətlərinin dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-168/2025 saylı qərardadı ilə "xxxx" MMC-nin «icra hərəkətlərinin dayandırılması» barədə ərizəsinin qəbulundan imtina edilərək, ərizəçiyə icra üzrə icraatın dayandırılması barədə müvafiq icra şöbəsinə ərizə ilə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Borclu «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-168/2025 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-168/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-168/2025 saylı qərardadından borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, icra sənədi üzrə icraatı dayandırmaq icra məmurunun səlahiyyətlərinə aiddir. Həmin qərar yalnız icra sənədi üzrə icraatı aparan icra məmuru tərəfindən qəbul edilə bilər. İcra icraatı qaydasında icraatın məcburi dayandırılmasının əsasları isə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində dəqiq müəyyən edilmişdir. Həmin maddəyə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə («İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Qanunun mənasına görə, icra sənədi üzrə tərəflərdən biri məhkəməyə deyil, icra sənədinin icra edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi üçün (icra sənədi üzrə icraatın dayandırılması barədə) müvafiq icra şöbəsinə müraciət etməli, icra məmuru tərəfindən icraatın dayandırılması barədə qərar qəbul edilmədiyi təqdirdə isə icra məmurunun hərəkətsizliyindən məhkəməyə şikayət verməlidir. Şikayətin dəlillərində isə borclu qeyd etmişdir ki, "xxxx" MMC, konstitusion hüququn təsbiti və ədalətli icra prosesinin təmin edilməsi məqsədi ilə Bakı Kommersiya Məhkəməsinin e-2(113)-151/2024 saylı, xx.xx.2024-cü tarixli icra vərəqəsi üzrə həyata keçirilən icra hərəkətlərinin dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-168/2025 saylı, xx.xx.2025-ci tarixli qərardadı ilə, "xxxx" LTD MMC-nin «icra hərəkətlərinin dayandırılması» barədə ərizəsinin qəbulundan imtina edilməsi, ərizəçiyə icra üzrə icraatın dayandırılması barədə müvafiq icra şöbəsinə ərizə ilə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Bildirilmişdir ki, Bakı Kommersiya məhkəməsinin qərardadı tamamilə qanunsuz və əsassızdır. Belə ki, «Kredobank" ASC (borc verən) ilə "xxxx" MMC (borc alan) arasında xx.xx.2016-cı il tarixdə 03/7 nömrəli kredit müqaviləsi bu müqaviləyə əsasən də xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonrakı ipoteka saxlayanla borcalan arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 12.900.000 manat məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı kimi "xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 7ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsi ipotekaya qoyulmuşdur. Lakin müqavilə üzrə müəyyən edilmiş öhdəliklər lazimi qaydada yerinə yetirilmədiyindən "xxxx" ASC «X2 ve İnşaat» MMC-yə, "xxxx" MMCyə qarşı xx.xx.2016-cı il tarixli, 03/7 saylı müqaviləyə əsasən pulun tutulması tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-151/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh «X1 ve İnşaat» MMC-dən kredit müqaviləsi üzrə 12.900.000 manat məbləğində əsas borc və 3.601.966,4 manat məbləğində faiz borcu 645.000 manat məbləğində dəbbə pulu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.630.419,7 manat məbləğində faiz borcu, ümumilikdə 18.777.386,1 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 10.100 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tələb üzrə tutma cavabdeh "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 m2 (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 3.140.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nin tələbi ödənilməsi və satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh "xxxx" MMC-yə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdeh «X1 ve İnşaat» MMC-dən tutulması və qalan hissədə ilk iddianın rədd edilməsi qət edilmişdir. Bununla yanaşı Azərbycan Respublikası Mərkəzi Bankı LPO "xxxx" ASC və "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə 23 saylı notariat ofisində Saziş imzalanmışdır. Sazişə əsasən, "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 9461,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946.8 m2 hissəsi "xxxx" ASC-nin Mərkəzi Bank qarşısında mövcud olan öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Beləliklə, Mərkəzi Banka olan borc ödənilməlidir və ya ödənilmədiyi halda "xxxx" MMC-nin mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş əmlak hərrac vasitəsilə satılaraq borc ödəniləcəkdir. Sazişin 2.8-ci bəndinə əsasən Mərkəzi Banka olan ödəmələr məbləği qədər və ya ipoteka ilə yüklü edilmiş əmlak hərrac vasitəsilə satıldıqdan sonra LPO "xxxx" ASC qarşısında kredit öhdəliyi olan borclunun öhdəliyi müvafiq məbləğdə azaldılmalıdır. Göründüyü kimi, LPO "xxxx" ASC-nin əvəzinə "xxxx" MMC Mərkəzi Banka qeyri-yaşayış binasının 3946,8 m2 hissəsini ipoteka ilə yüklü edib, amma "xxxx" MMC-nin LPO "xxxx" ASC qarşısında olan ipoteka ilə yüklü edilmiş əmlak isə eyni qeyri-yaşayış binasının 1747,5 m2 hissəsini əhatə edir. Buradan hasil olan nəticə ondan ibarətdir ki, "xxxx" MMC borclu kimi LPO "xxxx" ASC qarşısında kredit təminatı kimi ipotekaya qoyduğu əmlak onun LPO "xxxx" ASC-nin borcuna görə ipoteka ilə yüklü edilən əmlakından 2 misli qədər azdır. Belə olan halda "xxxx" MMC Mərkəzi Banka qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilmiş 3946.8 m2 hissəsinin hərracdan satılması məsələsinin həll edilməsinədək "xxxx" MMC-nin ipoteka ilə yüklü edilmiş eyni qeyri-yaşayış binasının 1747,5 m2 hissəsinə tutmanın yönəldilməsi və hərracdan satılmasının heç bir əhəmiyyəti qalmır. Çünki "xxxx" MMC Mərkəzi Banka qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilmiş 3946,8 m2 hissəsinin hərracdan satılması nəticəsində əldə ediləcək pul məbləğində "xxxx" MMC-nin "xxxx" ASC qarşısında öhdəlikləri azaldılmalıdır (xx.xx.2024-cü il tarixli sazişin 2.8-ci bəndinə görə "xxxx" MMC "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş əmlakı bankın onların qarşısında azaldılacaq məbləği müəyyən edən əmlakdan dəfələrlə azdır. Belə olan halda "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş əmlakın satılmasının heç bir əhəmiyyəti qalmır. Məhkəməyə ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasının 1747.5 m2 hissəsinin ipotekadan azad edilməsi barədə iddia ilə müraciət etmişlər. Belə olan halda, icra hərəkətləri dayandırılmalıdır. Lakin Bakı Kommersiya Məhkəməsinin mövqeyinə əsasən, məhkəmə şikayət ərizəsinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, ərizənın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə icraatı dayandırmaq icra məmurunun səlahiyyətlərinə aiddir. Həmin qərar yalnız icra sənədi üzrə icraatı aparan icra məmuru tərəfindən qəbul edilə bilər. İcra icraatı qaydasında icraatın məcburi dayandırılmasının əsasları isə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun17-ci maddəsində dəqiq müəyyən edilmişdir. Məhkəmənin mövqeyinə əsasən, icra sənədi üzrə tərəflərdən biri məhkəməyə deyil, icra sənədinin icra edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsı üçün (icra sənədi üzrə icraatın dayandırılması barədə) müvafiq İcra şöbəsinə müraciət etməli, icra məmuru tərəfindən icraatın dayandırılması barədə qərar qəbul edilmədiyi təqdirdə isə icra məmurunun hərəkətsizliyindən məhkəməyə şikayət verməlidir. Beləliklə, ərizəçi icra sənədi üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən və onun hazırkı ərizəsinə məhkəmədə baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçi icra sənədi üzr icraatın dayandırılması barədə qərar qəbul edilməsi ilə bağlı icra orqanına müraciət etmək hüququnun olması izah edilməlidir. İlk olaraq bildirim ki, məhkəmə tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılmadan qərardad qəbul edilmişdir. Belə ki, ərizəçi tərəfindən icra hərəkətlərinin dayandırılması ilə bağlı xx.xx.2025-ci il tarixdə Maraqlı şəxsnə ərizə ilə müraciət edilmişdir. Maraqlı şəxs 22 iyul 2025-ci il tarixli cavab məktubuna əsasən, «Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 151/2024-054 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi ilə bağlı sizin N119 nömrəli, xx.xx.2025-ci il tarixli yazılı müraciətinizə cavab olaraq bildiririk ki, icra sənədi ilə bağlı tələbiniz Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 17-ci maddəsinə uyğun olmadığından tələbinizin təmin edilməsi mümkünsüzdür. Belə ki, Səbail Rayon İcra Şöbəsinin 22 iyul 2025-ci il tarixli cavab məktubu ilə tələbiniz təmin edilmədiyindən məhkəməyə müraciət edilmişdir». Lakin məhkəmə tərəfindən hər tərəfli və obyektiv məhkəmə araşdırılması aparılmadığından ərizəçinin icra orqanına müraciət etmədiyi qənaətinə gələrək ərizəni təmin etməmişdir. Bununla da məhkəmənin qərardadında qeyd etdiyi müddəa məhkəmənin mövqeyinə əsasən, icra sənədi üzrə tərəflərdən biri məhkəməyə deyil, icra sənədinin icra edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsı üçün (icra sənədi üzrə icraatın dayandırılması barədə) müvafiq İcra şöbəsinə müraciət etməli, icra məmuru tərəfindən icraatın dayandırılması barədə qərar qəbul edilmədiyi təqdirdə isə icra məmurunun hərəkətsizliyindən məhkəməyə şikayət verməlidir - tamamilə əsassızlığı sübut olunur. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, “İcra haqqında” Qanunun 17-ci və 18-ci maddələri ilə icra sənədi üzrə icraatın məcburi dayandırıldığı və dayandırılmasının mümkün olduğu hallar dəqiq müəyyən edilmişdir. Belə hallar olduqda bilavasitə icra məmuru tərəfindən və ya onun təqdimatı əsasında icra icraatı çərçivəsində sənədin icrası dayandırıla bilər. Bu tələblərə riayət edilmədikdə icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, ərizəçi icra sənədi üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən və onun ərizəsinə məhkəmədə baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsi ilə bağlı icra orqanına müraciət etmək hüququnun olması izah edilməlidir. Bu səbəbdən xx.xx.2025-ci il tarixli qərardaddan verilən şikayət əsaslı deyil və təmin oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsi "xxxx" MMC-nin «icra hərəkətlərinin dayandırılması» barədə ərizəsinin qəbulundan imtina edilməsi, ərizəçiyə icra üzrə icraatın dayandırılması barədə müvafiq icra şöbəsinə ərizə ilə müraciət etmək hüququnun olmasının izah edilməsinə dair qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-168/2025 saylı qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(103)-30/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-30/2025
16.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver