Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-31/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 məruzəsi ilə, X4 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-89/2024 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: X3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən və onun icarəsində olan 0.172 ha torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar Sabunçu rayon icra şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-89/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu həmin qərardaddan xx.xx.2024-cü il tarixində şikayət verərək Bakı Kommersiya Məhkəməsinin şikayətin təmin edilməməsi barədə xx.xx.2024-cü il tarixli 8 2(113)-89/2024 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 2584 saylı məhəllədə yerləşən və onun icarəsində olan 0.172 ha torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar Sabunçu icra şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin şikayət Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş formada verilmədiyi və qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddəti ötürməklə verdiyi üçün geri qaytarılmışdır. Bundan sonra borclunun nümayəndəsi, vəkil Nümayəndə1 Məmmədəli oğlu tərəfindən xx.xx.2024-cü il tarixində şikayət və prosessual müddətin bərpası barədə ərizə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-89/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə borclunun nümayəndəsi, vəkil Nümayəndə1 Məmmədəli oğlu tərəfindən verilmiş müddətin bərpası haqqında ərizəsi təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-89/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilməsi müddətinin bərpasından imtina edilmiş və şikayət geri qaytarılmışdır. Hazırda borclunun nümayəndəsi, vəkil Nümayəndə1 Məmmədəli oğlu Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-89/2024 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsi və xx.xx.2024-cü il tarixli 8-2(113)-89/2024 saylı qərardadından verilmiş şikayətin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə faktiki olaraq qərardadın “Elektron məhkəmə” informasiya sistemində yerləşdirildiyi tarixi əsas götürür ki, bu da qanunvericiliyə tamamilə ziddir. Qanunverici vətəndaşın “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməsinə istinad edir. Elektron poçt vastəsi ilə məlumat almaq heç də “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş qərardadı qəbul edib, onunla tanış olmaq deyil. Məhkəmə sənədini qəbul etmək üçün vətəndaşın asan imza və ya elektron imza ilə “Elektron məhkəmə” informasiya sisteminə daxil olması lazımdır. X1 belə bir imkanı yoxdur. Onun nümayəndəsi olaraq qeyd olunan qərardadın “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirildiyi barədə məlumatı elektron poçt vasitəsi ilə xx.xx.2024-cü ildə almışam. xx.xx.2024-cü il tarixdə də Qərardadı “Elektron məhkəmə” informasiya sistemində qəbul edib oxumuşdur. Ancaq qanunvericiliyə əsasən məhkəmə sənədlərinin vəkilə və nümayəndəyə təqdim edilməsi tərəfə təqdim olunması kimi qiymətləndirilmir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-8-2(113)-89/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və xx.xx.2024-cü il tarixli, 8-2(113)-89/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icraat materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)- 89/2024 saylı, xx.xx.2024-cü tarixli qərardadı xx.xx.2024-cü il tarixdə borclunun nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilmiş, borclu isə həmin qərardaddan şikayəti xx.xx.2024-cü il tarixində, yəni qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddəti buraxmaqla vermişdir. Borclunun buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas qismində istinad etdiyi hallar isə apellyasiya şikayətinin vaxtında verilməsinə maneə törədən obyektiv amillər olmadığından qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü səbəbi hesab edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-8-2(113)-89/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8-2(103)-31/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-31/2024
07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver