Məhkəmə qərarları › İş №8-2(103)-33/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-33/2024

20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-33/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-79/2024 saylı qərardadından tələbkarlar X8, Tələbkar3, Tələbkar2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov rayonu icra şöbəsinin böyük icra məmuru Zamiq Kazımov təqdimat verərək icra sənədlərinin icrasını təmin etmək məqsədilə "xxxx" ASC-dən (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən) Borclunə ödənilməli olan 12,77 milyon manat pul vəsaitinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2027 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə “borcluya məxsus əmlakların üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən verilmiş təqdimat rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə Tələbkar2 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2027 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X14 tərəfindən “Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-80/2023-012 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun pul vəsaitlərinin üzərinə həbs qoyulmasına dair təqdimatının təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimatdan görünür ki, icra məmuru icra sənədin icrası ilə bağlı borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitlərinin üzərinə həbs qoyulması zərurətini tam alaraq açıq və aydın şəkildə əsaslandırıbdır. Hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin hazırki qərardadı əsassız və qanunsuzdur və şikayətləri təmin edilərək qərardad ləğv olunmalıdır. Könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Belə ki, təqdimatdan görünür ki, icra məmuru borculuya icra sənədinin icrası ilə bağlı vaxt verilmişdir, lakin borclu öz öhdəliyini icra etmir. Belə ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Lakin borclu öz üzərinə düşən öhdəliyi icra etmir. İcra məmurunun qanuni və əsaslı təqdimatı təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-79/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixində Tələbkar3 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2027 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və təqdimatının təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2493/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsilə 24157,77 manat pul, 200 manat mediasiya xərci, 223 manat dövlət rüsumu, vəkilin göstərdiyi yardıma görə ödənilən 750 manat pul “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Tələbkar3 ödənilməsi qət edilmişdir. Faktiki olaraq Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən 12.77 milyon manat borcun mövcud olması əsas sübutlardan biridir və bu ödəniləcək puldan başqa qətnamənin icrası mümkün deyildir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-79/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2027 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, "X1 Company" MMC-nin "xxxx" ASC-də olan 12.77 milyon manat pul vəsaiti üzərinə həbs qoyulması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu MMC-nin "xxxx" ASC-də pul vəsaitinin olması artıq işin mübahisəsiz halıdır. Məhkəmə illərdir icra olunmayan icra vərəqələrinin icra olunması üçün tədbirlər görmək əvəzinə formal əsaslarla, heç araşdırma aparmadan təqdimatı təmin etməmişdir. Halbuki məhkəmə işi araşdırmalı, icra məmurundan görülmüş tədbirlər barədə məlumat verilməsini tələb etməli və iş üzrə ədalətli qərar qəbul edərək üçüncü şəxsdə olan pul vəsaiti üzərinə həbs qoymalı idi. "xxxx" ASC Bakı şəhəri Nərimanov rayonu icra şöbəsinə ünvanlamış olduğu xx.xx.2024-cü il tarixli, 13-16/2-07- /1/1/3675/2024 nömrəli rəsmi məktubunda "xxxx" ASC-nin podratçı təşkilat olan Borclu MMC-yə 12.77 milyon manat məbləğində borcu olduğu qeyd olunub. Başqa sözlə "xxxx" ASC bu borcu etiraf edir və mübahisələndirmir. "xxxx" ASC-nin məktubunda göstərilən pul vəsaiti qeyd olunan maddənin tələbindəki, üçünçü şəxslərdə olan üzərinə məcburi tələb yönələ biləcək pul vəsaitidir. "xxxx" ASC borcu mübahisələndirmir və pul vəsaitinin onda olduğunu etiraf edir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-79/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə tələbkar X4 nümayəndəsi və vəkili Vəkil2 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2027 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, xx.xx.2024-cü il tarixli, 8-2(113)- 79/2024 nömrəli qərardadının ləğv edilməsini və icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu MMC-nin "xxxx" ASC-də pul vəsaitinin olması artıq işin mübahisəsiz halıdır. Məhkəmə illərdir icra olunmayan icra vərəqələrinin icra olunması üçün tədbirlər görmək əvəzinə formal əsaslarla, heç araşdırma aparmadan təqdimatı təmin etməmişdir. Halbuki məhkəmə işi araşdırmalı, icra məmurundan görülmüş tədbirlər barədə məlumat verilməsini tələb etməli və iş üzrə ədalətli qərar qəbul edərək üçüncü şəxsdə olan pul vəsaiti üzərinə həbs qoymalı idi. "xxxx" ASC Bakı şəhəri Nərimanov rayonu icra şöbəsinə ünvanlamış olduğu xx.xx.2024-cü il tarixli, 13-16/2-07- /1/1/3675/2024 nömrəli rəsmi məktubunda "xxxx" ASC-nin podratçı təşkilat olan Borclu MMC-yə 12.77 milyon manat məbləğində borcu olduğu qeyd olunub. Başqa sözlə "xxxx" ASC bu borcu etiraf edir və mübahisələndirmir. "xxxx" ASC-nin məktubunda göstərilən pul vəsaiti qeyd olunan maddənin tələbindəki, üçünçü şəxslərdə olan üzərinə məcburi tələb yönələ biləcək pul vəsaitidir. "xxxx" ASC borcu mübahisələndirmir və pul vəsaitinin onda olduğunu etiraf edir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-79/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X18 məhkəmə iclasında şikayətə uyğun izahat verərək izahatlarının təmin edilməsini, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etdi. Digər tələbkarlar, borlcu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı ilə olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və xx.xx.2024-cü il tarixli 8-2(113)-79/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icraat materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-133/2018 nömrəli, xx.xx.2018- ci il tarixli icra sənədinə əsasən Borclu MMCdən "xxxx" ASC-nin xeyrinə 1.000.000 ABŞ dolları əsas, 30,340.18 ABŞ dolları faiz, 444.44 ABŞ dolları cərimə, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2017-ci il tarixədək illik 5%-lə hesablanmış 74.722,33 ABŞ dolları faiz, cəmi 1.105.506,95 ABŞ dolları məbləğində borc pul tutulmalıdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-392/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən ƏDV daxil olmaqla 450526,86 manat pul və 30 manat dövlət rüsumunun dəyəri "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-407/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "X2 Company” MMC-dən xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 2977410,87 manat əsas borc, 1000 manat müddət sonuna hesablanan faiz borcu, 148870,54 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 378792,83 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 2974216,27 manat əsas borc, müddət sonuna hesablanan 1000 manat müddət sonuna hesablanan faiz borcu, 148710,81 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 378386.40 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 4524133,84 manat əsas borc, müddət sonuna hesablanan 1566,76 manat faiz borcu, 226206,70 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 543871,94 manat kredit borcu, 26,68 manat məbləğində dövlət rüsumunun dəyəri tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 227/2022 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "X1 Company" MMC-dən ƏDV daxil 467021,40 manat borc və ödənilmiş dövlət rüsumunun dəyəri 29,24 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022- ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-542/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu "X1 Company" MC-dən 78329.58 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 936/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "X1 Company" MMC-dən 43000,88 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir). Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3341/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "X1 Company" MMCdən 24110.2 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X10 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1672/2022-026 nömrəli, xx.xx.2022- ci il tarixli icra sənədinə əsasən "X1 Company" MMCdən 4838,68 manat məbləğində pul vəsaiti və 116.80 dövlət rüsumu tutularaq tələbkar X15 xeyrinə ödənilməlidir İcra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3434/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "X1 Company" MMCdən 12570 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-274/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu "X1 Company" MMC-dən cəmi 21027.6 manat məbləğində pul vəsaiti, mediasiya sessiyası ilə bağlı ödənilmiş vəsaitin əvəzi qisminndə 200 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023- ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2399/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu “X1 Company" MMC-dən xx.xx.2018-ci il tarixli, 323 saylı alqı-satqı müqaviləsi üzrə 26.105,85 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.015,13 manat, 30 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1913/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X1 Company” MMCdən xx.xx.2020-ci il tarixli, HA 048/0620 saylı müqavilə üzrə 95.097 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 5011,65 manat, 396 manat mediasiya xərci X11 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022- ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-353/2022-071 nömrəli, xx.xx.2022- ci il tarixli icra sənədinə əsasən 281647,30 manat əsas borc və 49934,99 manat ƏDV olmaqla, ümumilikdə 331582,29 manat məbləğində pul vəsaiti "X1 Company" MMC-dən tutularaq X6, ekspertizasının keçirilməsinə xərclənmiş 112 manat məbləğində pul vəsaiti Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir İcra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2493/2022-024 nömrəli, xx.xx.2022- ci il tarixli icra sənədinə əsasən “X2Company" MMC-dən 24157,77 manat pul, 200 manat mediasiya xərci, 223 manat dövlət rüsumu, vəkilin göstərdiyi yardıma görə ödənilən 750 manat pul tutularaq Tələbkar3 xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3330/2021-098 nömrəli, xx.xx.2021- ci il tarixli icra sənədinə Borclu MMC-dən 184468,81 manat əsas borc və 11038,60 manat faiz borcu olmaqla, cəmi 195507,41 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar X19 ödənilməlidir. icra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2813/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu MMCdən xx.xx.2019-cu il tarixli, HX 015/0119 saylı Xidmət Müqaviləsi üzrə 17.095 manat məbləğində pul, mediasiya xərcinin əvəzi olaraq olaraq 200 manat məbləğində pul tutularaq Tələbkar2 ödənilməlidir. icra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2845/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu “X1 Company" MMCdən 14538,20 manat və 200 manat məbləğində mediasiya xərci X12 xeyrinə ödənilməlidir. icra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən “X1 Company" MMC-dən 01 iyul 2020-ci il tarixli HX10/0720 nömrəli xidmət müqaviləsi üzrə 14.016,73 manat məbləğində pul, mediasiya xərci olaraq 200 manat məbləğində, dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pul alınıb X13 ödənilməlidir. icra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1185/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 272391,41 manat məbləğində əsas borc və 2000 manat cərimə olmaqla ümumilikdə 274391,41 manat məbləğində pul vəsaiti, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29,7 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. icra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-426/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu "X1 Company" MMC-dən 107483.47 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. icra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 14869,47 manat məbləğində əsas borc, 743,47 manat faiz borcu və ödənilmiş 200 manat məbləğində rüsum, ümumilikdə 15812,94 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1360/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu MMCdən 15.327,2 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 170 manat məbləğində pul vəsaiti tutularaq X16 ödənilməlidir, İcra sənədi xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1692/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 4538,13 manat məbləğində əsas borc və ödənilmiş 70 manat məbləğində mediasiya xərci, ümumilikdə 4608,13 manat tutularaq iddiaçı X7 ödənilməlidir. Məlum icra sənədi cü il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4439/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən ƏDV daxil 290427,50 manat əsas borc, 400 manat mediasiya xərci və 180,43 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “Qal Alar" MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3429/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 545564,19 manat məbləğində əsas borc, 400 manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 370 manat olmaqla, cəmi 546334,19 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. (İcra sənədi xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1958/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 54411 manat məbləğində pul və 400 manat mediasiya xərci olmaqla, cəmi 54811 manat məbləğində pul tutularaq iddiaçı X17 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-105/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu MMCdən 383784,05 manat pul vəsaiti, 821 manat dövlət rüsumunun dəyəri və iddia ərizəsi verilərkən artıq ödənilmiş 400 manat dövlət rüsumu "xxxx" MMC-yə ödənilməlidir, İcra sənədi xx.xx.2024- cü il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3897/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu MMCdən xx.xx.2020- ci il tarixli, HX 002/0820 nömrəli xidmət müqaviləsinə əsasən yaranmış 85468.20 manat əsas borc, ödənilmiş 347 manat dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 400 manat, cəmi 86215.20 manat məbləğində pul tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. İcra sənədicü Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-5657/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən cəmi 33415,49 manat pul vəsaiti "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-339/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclundən 300 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-755/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclundən 16523.73 manat məbləğində pul vəsaiti və 83 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi cü il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3940/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclunə qarşı pul tələbi barədə iddiası qismən təmin edilməli, 592169 manat məbləğində pul vəsaiti Borclundən tutularaq “Dirçəliş-FM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 856 manat məbləğində pul vəsaiti “X1 Company" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2024- cü il tarixdə Nərimanov rayonu icra şöbəsinin icra məmurunun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-600/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclundən 94667,82 manat məbləğində pul vəsaiti və 62 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir, icra sənədi xx.xx.2024- cü il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Sözügedən icra vərəqələri üzrə icraata başlamaq haqqında qərarların surəti könüllü icra barədə bildirişlə bərabər icra sənədi üzrə Borclu ünvanına göndərilmişdir. Borclunə könüllü icra müddətində icra sənədlərii üzrə tələbləri təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclunə məxsus bank hesablarının olması müəyyən edilmiş və müxtəlif tarixlərdə hesablara inkasso sərəncamı qoyulmuş, lakin borcluya məxsus bank hesablarında pul vəsaiti olmadığı üçün inkasso sərəncamları icra olunmadan geri qaytarılmışdır. Hazırda yuxarıda göstərilən icra sənədləri üzrə borclu “X1 Company" Məhdud Məsuliyyətli Cəmiyyətindən tələbkarların xeyrinə olan borcun məbləği ********.5 manat təşkil edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi 44.3-cü maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45-ci maddəsinin 2-6-cı bəndlərinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda icra məmuru təqdimatında “Azərsu" ASC-nin (indiki adı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) icra sənədləri üzrə Borclu MMC-yə 12,7 milyon manat məbləğində borcunun mövcudluğunu əsas göstərərək icra sənədlərinin icrasını təmin etmək üçün “Azərsu" ASC-nin( “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin) pul vəsaiti üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimatın məzmunundan da göründüyü kimi icra məmurunun üzərinə həbs qoyulmasını xahiş etdiyi pul vəsaiti Borclu MMC -yə deyil, icra icraatında borclu qismində çıxış etməyən “Azərsu" ASC-yə məxsusdur. Belə ki, “Azərsu" ASC-nin( “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin) borclu qarşısında icra edilməmiş pul öhdəliyi mövcud olsa belə, sözügedən pul vəsaiti onun sərəncamına verilənədək borclu həmin pul vəsaiti üzərində mülkiyyət hüququna malik olmur. Borclunun yalnız həmin pul vəsaitinin ödənilməsinə dair “tələb hüququ” vardır. Odur ki, icra məmurunun üzərinə həbs qoyulmasını xahiş etdiyi pul vəsaiti borcluya məxsus olmadığından məcburi icra tədbiri olaraq həmin pul vəsaitinin üzərinə həbs qoyulması istisna olunur. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun təqdimatını rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Şikayətlərin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Ona görə də, şikayətlər təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkarlar X8, Tələbkar3, Tələbkar2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-79/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar