Məhkəmə qərarları › İş №8-2(103)-4/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-4/2021

25.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-4/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, tələbkarın nümayəndəsi vəkil Hacıyev Nizami Babaşah oğlunun, borclunun nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh “Çinar-Servis” İKF-yə qarşı hava təmizləyici qurğunun qaytarılması tələbinə dair” işə dair icra sənədi üzrə borclu “Çinar-Servis” İKF-nin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-91/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinin rədd edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-2(113)-25/2020 saylı qərardadından verdiyi şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-91/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, “xxxx” MMC ilə “Çinar-Servis” İKF arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 001/04 saylı müqaviləsi ləğv edilmiş, həmin müqavilənin predmetini təşkil edən Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı və buraxılışı olan (zav, №1, AjAr-4-1 hava ayırıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmzləyici qurğu “Çinar-Servis” İKF-dən alınaraq “xxxx” MMC-yə verilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış, qətnamə xx xxxxxx 2018-ci il tarixində qanuni qüvvəsini almış və xx xxxxxxxx 2018-ci il tarixdə icra vərəqəsi verilməklə, icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə borclu “Çinar-Servis” İKF ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-2(82)-91/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icra üsulunu dəyişərək, “xxxx” MMC ilə “Çinar-Servis” İKF arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 001/04 saylı müqavilənin predmetini təşkil edən Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı və buraxılışı olan (zav, №1, AjAr-4-1 hava ayırıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmizləyici qurğunun dəyərinin müyyən edilərək, həmin məbləğin “ÇinarServis” İKF-dən alınaraq “xxxx” MMC-yə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-2(113)-25/2020 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Borclu “Çinar-Servis” İKF həmin qərardaddan şikayət verərək qərardadı ləğv ediərək, ərizəsinin təmin edilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, birincisi, zavodda quraşdırılan qurğunun icra predmeti olan qurğu olmadığı həm icra qurumu, həm də tələbkar təsdiq edir. Bu Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli aktı ilə də tədiq olunur.dan müəyyən edilir ki, "...icra sənədində göstərilən tələbin təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli 65 D ünvanında fəaliyyət göstərən "Çinar-Servis" İKF nin ümumi sahəsi 0,38 ha olan azot istehsalı zavoduna gəldik. İcra prosesi zamanı tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nizami Hacıyev mübahisəli qurğunun (AjAR4-1) texniki sənədlərini (əlavə olunur) təqdim edərək zavodun ərazisində işlək vəziyyətdə olmayan təmizləmə blokunun ona məxsus olduğunu bildirdi. Həmin bloka tələbkarın nümayəndəsi X2 tərəfindən baxış keçirildi, texniki sənəddə göstərilən “KK 095.00.000 PS" nömrəsi ilə ərazidə olan avadanlığın nömrəsinin uyğunsuzluq təşkil etdiyi məlum oldu. Tələbkar iddia etdiyi qurğunun bəzi hissələrinin zavodda işlək vəziyyətdə olduğunu bildirdi, həmin hissələrə də tələbkarın nümayəndəsi X2 tərəfindən baxış keçirildi, lakin onların üzərinda hər hansı eyniləşdirmə nömrəsinin olmadığı müəyyən edildi. Borclu "Çinar-Servis" İKF-nın rəhbəri İ.Sadıqov hazırda zavodda quraşdırılmış hava təmizləyici qurğunun markasının "KjAR-2-1" olduğunu, tələbkarm iddia etdiyi qurğunun isə zavodda quraşdmlmadığmı bildirdi. Həmin qurğuya baxış zamanı onun Bolqarıstan Respublikasmm istehsalı olduğu müşahidə edildi. Borclu “Çinar-Servis"xxxx"xxxx' MMC-yə məxsus "AjAR-4-1" markalı hava təmizləyici qurğunun ümumiyyətlə zavodda quraşdırılmadığmı, zavoda "KjAR-2- 1" markalı qurğunun quraşdırıldığını (texniki sənədlər əlavə olunur) və bununla bağlı müvafiq sənədləri təqdim etdi. Təqdim edilmiş "montaj işlərinin görülməsi haqqında" "Çinar-Servis" İKF ilə Rusiya Federasiyasının "Kislorodmaş" zavodu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 65 saylı müqavilədən görünür ki, zavodda “KjAP-2-1" markalı qurğu quraşdırılmış və buna görə montaj işlərini aparan şirkətə 178.000 ABŞ dolları vəsait ödənilmişdir. Borclu "Çinar- Servis"xxxxbildirdi ki, müqavilə əsasmda "xxxx” MMC-dən aldığı "AjAR-4-1" markalı hava təmizləyici qurğu müqavilə şərtləri pozulmaqla natamam təhvil verildiyinə və həmin qurğu istehsalat üçün yararsız olduğundan onları hələ aralarında məhkəmə mübahisəsi başlamadan əvvəl tullantı metal kimi bu işlə məşğul olan şəxslərə 1200 manata satmışdır. Hazırda həmin vəsaiti ödəməyə hazırdır. İcra zamanı tələbkar "xxxx” MMC-nin nümayəndəsi N.Hacıyevə ona dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur...". Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardan da müəyyən edilir ki, "...xx.xx.2019-cu il tarixdə tələbkarın və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli 65 D ünvanında fəaliyyət göstərən borclu "Çinar- Servis" İKF-nin azot zavoduna baxış keçirildikdə qeyd edilən icra sənədində göstərilən qurğu ilə həmin zavodda olan qurğuların nömrələrinin eyniləşdirmə nömrələrinin uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur...". Həmçinin tələbkar və onun nümayəndəsi N. Hacıyev izahatlarında və eləcə də akt tərtib edilərkən göstərmişlər ki, zavodun ərazisində işlək vəziyyətdə olmayan təmizləmə bloku tələbkara məxsusdur. Həmin bloka isə tələbkarın nümayəndəsi X2 özü tərəfindən baxış keçirildikdə müəyyən edilmişdir ki, tələbkara məxsus qurğunun texniki sənədində göstərilən “KK 095.00.000 PS" nömrəsi ilə ərazidə olan həmin avadanlığın nömrəsi uyğunsuzluq təşkil edir. Tələbkar həmçinin iddia etdiyi qurğunun bəzi hissələrinin zavodda işlək vəziyyətdə olduğunu bildirdi, həmin hissələrə də tələbkarm nümayəndəsi X2 tərəfindən baxış keçirilmiş, lakin onların üzərinda hər hansı eyniləşdirmə nömrəsinin olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, tərəflərin iştirakı ilə çoxsaylı baxışlar zamanı icra orqanı tərəfindən tərtib edilmiş aktlarla qurğunun olmadığı müəyyən edilmişdir. Məhkəmə isə qurğunun mövcud olmamasını yalnız onların mövqeyi kimi göstərmişdir. İkincisi, məhkəmə tərəfindən ekspertiza təyin edilməsi ilə bağlı prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən halların, konkret desələr, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli 65 D ünvanında fəaliyyət göstərən borclu "Çinar-Servis" İKF-nin azot zavodundakı qurğuların içərisində "xxxx" MMC ilə "Çinar Servis" İKF arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 001/04 saylı müqavilənin predmetini təşkil edən Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş" zavodunun 1992-ci il istehsalı və buraxılışı olan (zav, No 1, AjAr- 4-1 hava ayırıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmizləyici qurğunun olub-olmamasının müəyyənləşdirilməsi üçün qərəzsiz və işdə şəxsi marağı olmayan ekspert tərəfindən rəy verilməlidir. Eyni zamanda həmin iş xüsusi bilik və bacarıq tələb edir. Tərəflərindən iş üzrə kompleks məhkəmə-mühəndistexniki ekspertizası təyin edilməsi barədə verilmiş vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki, mütəxəssisekspertlərin işirakı ilə baxış keçirməklə zavoddakı hava ayırıcı qurğunun icra predmeti olan qurğu olub-olmamasını müəyyən etmək bütün mübahisələrə son qoya bilərdi. Lakin məhkəmə bu hissədə fəaliyyətsizlik göstərmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu "Çinar- Servis" İKF-nin şikayəti təmin olunmamış baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclunun nümayəndəsi vəkil E.Şükürov şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın nümayəndəsi vəkil N.Hacıyev borclunun şikayətinin dəlilləri ilə razılaşmamış, havatəmizləyici qurğunun borclunun istifadəsində olduğunu və bunu icra şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda da etiraf etdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə borclunun şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 231.1-ci maddəsinə əsasən İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Borclunun ərizəsindən və onun şikayətinin dəlillərindən göründüyü kimi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-2(82)-91/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icra üsulunu dəyişərək, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilənin predmetini təşkil edən 1992-ci il Ukrayna istehsal olan (zav, №1, AjAr-4-1 hava ayırıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmizləyici qurğunun dəyəri müyyən edilməklə, həmin məbləğin borcludan alınaraq tələbkara verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu, icra sənədinin icra üsulunun dəyişdirilməsi zəruriliyini Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019cu il tarixli aktına və xx xxxxxx 2019-cu il tarixli qərarına istinadən onunla əsaslandırır ki, həmin icra sənədlərinə əsasən müəyyən olunur ki, konkret halda icra predmeti olan həmin havatəmizləyici qurğu borcluda yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, borclunun qeyd olunan dəlilləri əsasən qətnamənin icra üsulunun dəyişdirilməsi üçün əsas ola bilməz. Birincisi, iş materiallarından görünür ki, borclu özü Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 003-19 saylı xx.xx.2019-cu il tarixli məktubunda hava təmizləyici qurğunun mövcudluğunu etiraf etmiş, lakin onun hava ayrıcı qurğudan sökülməsini, lisenziyası olan müətəxəssislər olmadan həyata keçirilməsini təhlükəli olduğunu bildirmişdir. Ən azından, qətnamədən görünür ki, borclu, xx xxxxx 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Ukrayna istehsal olan 1992-ci il buraxılışlı (zav, №1, AjAr-4-1 hava ayırıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmizləyici qurğunu tələbkardan aldığını mübahisləndirməmişdir. Hər bir halda, üç məhkəmə instansiyası keçmiş həmin mübahisənin nəticəsini əks etdirən icra sənədində, adıçəkilən fərdi-müəyyən əşyanın, yəni, qeyd olunan hava təmzləyici qurğunun “Çinar-Servis” İKF-dən alınaraq “xxxx” MMC-yə verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 437.1-ci maddəsinin tələbinə görə isə əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. Həmin Məcəllənin 437.2-ci maddəsinə əsasən əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır. Həmin Məcəllənin 438-ci maddəsinin tələbinə görə isə Əgər müqavilənin predmeti əvəz edilə bilən əşyadırsa (növlü əşya), borclu öhdəliyi həmişə icra etməyə borcludur. MPM-in 15.2-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu “Çinar-Servis” İKF-nin qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinin rədd olunması barədə gəldiyi nəticəni iş materialları ilə müəyyən olunanan hallara və prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirir. Bu baxımdan, borclu “Çinar-Servis” İKF-nin şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-2(113)-25/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: İcra sənədi üzrə borclu “Çinar-Servis” İKF-nin şikayəti təmin edilməsin. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-2(113)-25/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar