Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-4/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə Borclu1 MMC-nin əmlakı üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatı ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-9/2022 nömrəli iş üzrə 07 fevral 2022ci il tarixli qərardadından borclunun apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-392/2020 nömrəli iş üzrə 18.09.2020-ci il tarixli qətnaməsinə əsasən Borclu1 MMC-dən ƏDV daxil olmaqla 450.526,86 manat məbləğdə pul vəsaitinin və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Həmin icra şöbəsi hazırkı təqdimatla məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin icra sənədinin icrasının təmin edilməsi məqsədilə tələbin borculunun daşınar əmlakına yönəldilməsi üçün sonuncuya məxsus “Toyota Camry” minik markalı **-AK-***, “Mitsubishi L200” minik markalı **-PX-***, “Chevrolet Niva” minik markalı **-PN-***, “Nissan X-Trail” minik markalı **-PK-***, “Nissan X-Trail” minik markalı **-PK-***, “Chevrolet Niva” minik markalı **-PL-***, “Nissan X-Trail” minik markalı **-PK-***, “Chevrolet Niva” minik markalı **-PN-***, “Nissan X-Trail” minik markalı **-PK-***, “Chevrolet Niva” minik markalı **-PN-***, “Hyundai Sonata” minik markalı **-PH-***, “Hyundai Sonata” minik markalı **-PL-***, “Nissan X-Trail” minik markalı **-PR-***, “Hyundai Santafe” minik markalı **-PB-***, “Mitsubishi L200” minik markalı **-PK-***, “Mitsubishi L200” minik markalı **-PK-***, “Chevrolet Niva” minik markalı **-PN-***, “Nissan X-Trail” minik markalı **-PK-***, “Mitsubishi L200” minik markalı **-PK-***, “Mitsubishi L200” minik markalı **-PK-***, “Chevrolet Niva” minik markalı, **-PN-***, “Chevrolet Niva” minik markalı **-PN-***, “Nissan X-Trail” minik markalı, **-PK-*** “Nissan X-Trail” minik markalı **-PK-***, “Hyundai Santafe” minik markalı **-AD-***, “Hyundai Santafe” minik markalı **-PX-***, “Mitsubishi L200” minik markalı **-AV-***, “Ford Cargo 2524” yük markalı **-JJ-***, “Ford Cargo 2524” yük markalı **-JJ-***, “Ford Cargo 2524” yük markalı **-JJ-***, “Ford Cargo 2524” yük markalı **-JJ-***, “Ford Cargo 2524” yük markalı **-JC-***, “Ford Cargo 2524” yük markalı **-JV-***, “X2 Prado” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.02.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Qərardadla razılaşmayan borclu ondan şikayət verib, ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.03.2022-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində də apellyasiya şikayətində hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İşdən görünür ki, şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl olunmamış, şikayətdə “... qərardad ləğv edilsin” məzmunda xahiş əks olunsa da, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməmiş, mübahisənin həlli (təqdimatın tam yaxud qismən rədd edilməsi) ilə bağlı nə barədə qərarın qəbul olunmasına dair tələblər dəqiq ifadə edilməmişdir. Şikayətin əsas dəlili də bundan ibarətdir ki, “... borc müqabilində icra məmuru dəyəri mövcud olan məbləğdən dəfələrlə çox olan avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə təqdimat vermiş, məhkəmə isə təqdimatı əsassız olaraq təmin etmişdir. Həmin nəqliyyat vasitələrinin sadəcə siyahısına baxmaqla, onların dəyərinin qeyd olunan borcdan dəfələrlə çox olmasını müəyyən etmək heç də çətin deyil.” MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini nəzərə almamış, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun tərtib edilməyən şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-9/2022 nömrəli iş üzrə 07 fevral 2022-ci il tarixli qərardadından Borclu1 MMC-nin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №8-2(103)-4/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-4/2022
07.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver