Məhkəmə qərarları › İş №8-2(103)-4/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-4/2023

20.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-4/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin *0.03.2023-cü il tarixli 8-2(**3)-23/2023 nömrəli qərardadından Tələbkar* ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyev təqdimatla Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Borclu* adına ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin bir hissəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin *0.03.2023-cü il tarixli 8-2(**3)-23/2023 nömrəli qərardadı ilə təqdimat və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti qaydalarının pozulması ilə verildiyi üçün geri qaytarılmışdır. Tələbkar* ASC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin *7.03.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdimatdan və ona əlavə edilmiş sənədlərə əsasən iş üzrə icra vərəqəsi Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi əsasında verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə istinad edərək, məhkəməsi qeyd etmişdir ki, təqdimat Sumqayıt Kommersiya Məhkəməsinə verilməli olduğu halda Bakı Kommersiya Məhkəməsinə verilmişdir. Belə olan halda təqdimat geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Qeyd olunan maddədə nəzərdə tutulan “məhkəmənin” isə konkret olaraq hansı məhkəmə (icra sənədini vermiş məhkəmə və ya icra məmurunun olduğu yer üzrə məhkəmə olması) müəyyən edilməmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.*-ci maddələrinin şərh edilməsinə dair 04 aprel 20*2-ci il tarixli Qərarında qeyd olunanlarla əlaqədar müəyyən mövqe formalaşdırmışdır. Belə ki, həmin Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, “İcra haqqında” Qanun qəbul edildikdə Azərbaycan Respublikasının hüquq sistemində inzibati məhkəmələrin fəaliyyətini tənzimləyən İnzibati-Prosessual Məcəllə mövcud deyildi. Bu baxımdan məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən həmin məmurun ərazi üzrə iqtisadi və ya olduğu yerin məhkəmələrinə şikayət verilməsi hər hansı bir məhkəmə qərarlarının icrası ilə bağlı fəaliyyətə məhkəmə nəzarəti funksiyasını daşıyırdı. Belə ki, “İcra haqqında” Qanunun 87.*-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən verilmiş icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən tələbkar və ya borclu şikayət verə bilər. Həmin Qanunun 87.2-ci maddəsinə görə bu Qanunun 87.*-ci maddəsində nəzərdə tutulmayan digər icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən şikayət, müvafiq hərəkətin edildiyi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edildiyi) vaxtdan *0 gün müddətində icra məmurunun olduğu yerin məhkəməsinə verilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 20**-ci il *0 iyun tarixli Qanunun 5-ci maddəsinə müvafiq olaraq “İcra haqqında” Qanunun 87.*-ci maddəsinin mətnində “iqtisadi” sözü “inzibati-iqtisadi” sözü ilə əvəz edilmişdir. Bu dəyişiklik nəticəsində icra məmurunun qərarının, hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsinin yeni inzibati məhkəmə icraatı növündə aparılması müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun ilə bu növ şikayətlərin ümumi məhkəmələr tərəfindən baxılmasına dair icraat MPM-dən çıxarılmışdır. Bu baxımdan qanunverici tərəfindən “İcra haqqında” Qanunun 87.2-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə qaydasının İnzibati-Prosessual Məcəllənin qəbulu ilə bağlı bir sıra normativ-hüquqi aktlarda həyata keçirilən dəyişikliklərə uyğun təkmilləşdirilməsi məqsədə uyğundur. Eyni zamanda, qeyd olunmalıdır ki, icra məmurunun qərarının, hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi hallarından başqa, mülki məhkəmə icraatı qaydasında məhkəmə qərarının icrası ilə bağlı olan məsələləri tənzimləyən MPM-in 23*-ci maddəsinin tətbiqi istisna edilmir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.*-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Qanunun 87.2-ci və İnzibati-Prosessual Məcəllənin 2.*-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Qanunun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarı qəbul olunduqdan sonra, yəni *6 oktyabr 20*2-ci il tarixli 444-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsi ləğv edilmişdir. Bundan başqa, 30 dekabr 20*6-cı il tarixli 496-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23*.3-cü maddəsinə edilmış sonuncu dəyişiklikdən sonra həmin maddə aşağıdakı redaksiyada verilmişdir: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2*.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 23*.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Göründüyü kimi həmin maddədə icra məmurunun təqdimatının onun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsinə verilməsi müəyyən edilmişdir. Eyni zamanda qanunvericilikdə icra mərhələsində borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhz icra sənədini vermiş məhkəməyə müraciət edilməli olduğunu göstərən hər hansı imperativ norma mövcud deyildir. Bundan başqa, nəzərə alınmalıdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsində göstərilən təqdimatlar operativ və mümkün qədər qısa zamanda verilməli və məhkəmələr tərəfindən baxılmalıdır. Bu baxımdan da həmin təqdimatlara icra sənədini vermiş məhkəmə tərəfindən baxılması məqsədəuyğun hesab edilə bilməz. Qeyd olunanları və hazırda icra məmurlarının bu növ təqdimatlarına baxılması ilə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya qeyd edir ki, borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimatlara icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, icra məmurunun hazırki iş üzrə təqdimatla Bakı Kommersiya Məhkəməsinə müraciət etməsi qanunvericiliyin tələblərinə zidd deyil və həmin təqdimatın geri qaytarılması üçün əsaslar yoxdur. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və icra məmurunun təqdimatına baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar* ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin *0.03.2023-cü il tarixli 8-2(**3)-23/2023 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru təqdimatına baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar