Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-4/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-46/2022 nömrəli qərardadından "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-2(113)-46/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, e-2-2(113)- 480/2021 nömrəli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərizəsi qismən təmin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, e-2-2(113)-480/2021 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilməsi qərara alınmışdır. Daha sonra "xxxx" MMC-nin direktoru xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müracət edərək şikayət verilməsi üçün prosessual müddətin ötürülməməsini nəzərə alınmasını və şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-46/2022 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-2(113)-46/2022 saylı qərardadından şikayətin verilməsi üçün prosessual müddətin bərpası barədə "xxxx" MMC tərəfindən verilmiş ərizə və xx.xx.2022-ci il tarixli, 8-2(113)-46/2022 saylı qərardaddan "xxxx" MMC və Sirr” MMC tərəfindən verilmiş şikayətlər geri qaytarılması qərara alınmışdır. "xxxx" MMC qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-8-2(113)-46/2022 saylı qərardadının ləğv edilməsini və işə yenidən onların iştirakı ilə və icra işlərinin icra vəziyyəti araşdırılaraq baxılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə ərizəçi "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən elektron məhkəmə vasitəsilə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə daxil olmuşdur. Məhkəmə kollegiyası ərizəçi tərəfin ərizəsinə baxaraq hesab edir ki, ərizə ərizəçi tərəfin apellyasiya şikayətindən imtina edilməsi kimi qiymətləndirilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfin şikayətdən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Ərizəçi "xxxx" MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(103)-4/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-4/2025
27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver