Məhkəmə qərarları › İş №8-2(103)-42/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-42/2025

19.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-42/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-247/2025 saylı qərardadından tələbkarlar Tələbkar1 və Tələbkar2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar Tələbkar1 və Tələbkar2 (bundan sonra – iddiaçılar) cavabdeh Borclu Firmasına (bundan sonra – cavabdeh) qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların cavabdehin təsisçisi – iştirakçısı olaraq cəmiyyətdən çıxmaqları, onların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun olaraq əmlak hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-210/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar Tələbkar1 və Tələbkar2 cavabdeh Borclu Firmasının təsisçiliyindən çıxarılması, iddiaçı Tələbkar1 cavabdeh Borclu Firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsinin cavabdeh Borclu Firmasına həvalə edilməsi, iddiaçı Tələbkar2 cavabdeh Borclu Firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsinin cavabdeh Borclu Firmasına həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 2(103)-694/2024 saylı qətnaməsi ilə iddiaçılar Tələbkar1 və Tələbkar2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-210/2024 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi, iddiaçı Tələbkar1 cavabdeh Borclu Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu Firması tərəfindən iddiaçı Tələbkar1 ödənilməsi, iddiaçı Tələbkar2 cavabdeh Borclu Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu Firması tərəfindən iddiaçı Tələbkar2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-2(102)-659/2024 saylı Qərarı ilə cavabdeh Borclu Firması tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-694/2024 nömrəli 2024-cü il 23 iyul tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-694/2024 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəs İcra işinin materiallarından görünür ki: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli Qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən borcluya xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli məlumata əsasən borclunun bank hesablarına həbs qoyulması ilə bağlı xx.xx.2025-ci il tarixli inkasso sərəncamları icra edilməsi üçün müvafiq banklara göndərilmişdir. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 001/1671/2025 nömrəli müraciətə əsasən inkasso sərəncamı banka daxil olmuş, ödəyici Borclu Firması sərəncamı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat”-ın 7.8-ci bəndinə əsasən 2 (iki) ay bankda saxlanılacaqdır. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, PB-OUT-01742-2025/8 nömrəli müraciətə əsasən xx.xx.2025-ci il tarixli inkasso sərəncamı bank tərəfindən icraya qəbul edilmiş, 2 (iki) ay bankda saxlanılacaqdır. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli məlumata əsasən “icra ödənişinin alınması haqqında” qərar və inkasso sərəncamı icra edilməsi üçün müvafiq banka göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-694/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Firmasına məxsus olan ünvan 2 ünvanında yerləşən sahəsi 1603.4 kv.m olan qeyri-yaşayış binasının dəyərinin müəyyən olunması üçün qiymətləndirici dəvət edilmiş, icra sənədində göstərilən əmlakın qiymətləndirici tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 8-30/1704-25 saylı məlumata əsasən Borclu Firmasına məxsus bank hesabına 4 682 797,80 AZN məbləğində həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən borclunun əmlakının üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli təqdimat Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli icra məmurunun borclunun əmlakının üzərinə həbs qoyulması barədə qərarı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən Borclu Firmasının adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən icra məmurunun qiymətləndiricinin dəvət olunması haqqında xx.xx.2025-ci il tarixli qərarı icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-694/2024 saylı icra sənədinin icrası ilə əlaqədar borclu hüquqi şəxs Borclu Firmasına məxsus əmlakın olub-olmaması, mövcud olduğu təqdirdə həmin əmlakın hansı tarixdən və hansı hüquqi əsaslarla borclunun mülkiyyətinə keçməsi barədə xx.xx.2025-ci il tarixli sorğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yanında Baş X9 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli məlumata əsasən “icra ödənişinin alınması haqqında” qərar və inkasso sərəncamı icra edilməsi üçün müvafiq banka göndərilmişdir. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 024/2025 saylı məlumata əsasən Borclu Firmasının hesabında olan qalıq köçürülür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 37 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Borclu Firmasına məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 14259000 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-694/2024 saylı icra sənədinin icrası ilə əlaqədar borclu hüquqi şəxs Borclu Firmasına məxsus əmlakın olub-olmaması, mövcud olduğu təqdirdə həmin əmlakın hansı tarixdən və hansı hüquqi əsaslarla borclunun mülkiyyətinə keçməsi barədə xx.xx.2025-ci il tarixli sorğu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 035/2025 saylı məlumata əsasən inkasso sərəncamı icraya qəbul olunmuş, Borclu Firmasının hesabında qalıq olmadığı bildirilmişdir. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx-xx/3040-25 saylı məlumata əsasən Borclu Firmasının hesabları üzərinə 4,376,134.30 AZN və 306,643.50 AZN həcmində məhdudiyyət qoyulmuşdur. "xxxx" QSC Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış 22 avqust 2025-ci il tarixli məlumata əsasən Borclu Firmasının "xxxx" QSC-də hesabı mövcud deyil. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 037/2025 saylı məlumata əsasən Borclu Firmasının hesabında vəsait olmaması səbəbindən inkasso sərəncamı geri qaytarılmışdır. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumata əsasən Borclu Firmasının "xxxx" ASC-də aktiv hesabları aşkar olunmadığından həbs qoyulması təmin olunmamışdır. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumata əsasən Borclu Firmasına məxsus hesabda xx.xx.2025-ci il tarixində vəsait yoxdur. Hesaba 4,376,154.30 manat və 306,643.50 manat məbləğində məhdudiyyət qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən Borclu Firmasının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının kimə icarəyə verildiyi, icarəyə verilən sənədlərin surəti və aylıq gəlirlərlə bağlı məlumat verilməsi tələb olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-694/2024 saylı icra sənədinin icrası ilə bağlı inkasso sərəncamları icra olunması üçün müvafiq Banklara göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-694/2024 saylı icra sənədinin icrası ilə bağlı inkasso sərəncamları icra olunması üçün müvafiq Banklara göndərilmişdir. “X5” ASC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli müraciətinə əsasən Borclu Firmasının “X5” ASC-də bank hesabları olmadığından həbs qoyulması təmin olunmamışdır. “X10” Bakı filialı tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli müraciətinə əsasən Borclu Firmasının “X10” Bakı filialında hesabı mövcud deyildir. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli müraciətinə əsasən Borclu Firmasının "xxxx" ASC-də bank hesabı açılmamışdır. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli müraciətinə əsasən Borclu Firmasına məxsus bank hesablarına tələb həcmində həbs qoyulmuşdur. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli müraciətinə əsasən Borclu Firmasının "xxxx" ASC-də hər hansı bir bank hesabı mövcud deyildir. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli müraciətinə əsasən Borclu Firmasının "xxxx" ASC-də bank hesabı mövcud deyildir. "xxxx" ASC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli müraciətinə əsasən Borclu Firmasının "xxxx" ASC-də və onun filiallarında bank hesabı açılmamışdır. Borclu Firması ərizə ilə Məhkəməyə müraciət edərək 2-2(103)-694/2024 saylı icra vərəqəsi üzrə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin Borclu Firmasının bank hesablarına həbs qoyulmasına dair hərəkətlərinin və xx.xx.2025-ci il tarixli, 21028/25- 15/23 saylı və xx.xx.2025-ci il tarixli 21028/25-15/23 saylı qərarlarının qanunsuz hesab edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-223/2025 saylı qərardadı ilə şikayət təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16(106)-56/2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizəçinin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə3 şikayəti təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 9 iyul 2025-ci il tarixli e-16(121)-71/2025 saylı qərardadı ləğv edilmiş və iş üzrə yeni qərardad qəbul edilmiş, ərizəçi X2 müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı X2 cavabdeh Borclu Firmasına qarşı “iddiaçıya məxsus təsis payına münasibətdə daşınmaz əşyanın naturada bölgüsünə dair ümumi yığıncağın çağrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, təsisçilikdən çıxması və təsis payına uyğun olaraq qeyri-yaşayış binasının naturada bölünərək payının verilməsi” tələbinə dair (işin nömrəsi: e-2-2(121)-2452/2025) kommersiya mübahisəsi mahiyyəti üzrə baxılıb həll edilənədək, cavabdeh Borclu Firmasının balansında olan ünvan 5 ünvanında yerləşən sahəsi 1603.4 kv.m olan qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi, hərraca çıxarılaraq satılması və bununla bağlı bütün hərəkətlərin edilməsi cavabdeh Borclu Firmasına və üçüncü şəxslərə qadağan edilmiş, qərardadın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, məcburi icra tədbiri kimi borclu – Nümayəndə1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-247/2025 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-694/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən verilmiş “borclu hüquqi şəxsin qanuni təmsilçisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimat təmin edilməmişdir. Hazırda tələbkarlar Tələbkar1 və Tələbkar2 nümayəndəsi və vəkili Nümayəndə2 adıçəkilən qərardaddan şikayət verib Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-247/2025 qərardadının ləğv olunmasını xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, BakıApellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-694/2024 saylı qətnaməsi ilə iddiaçılar Tələbkar1 və Tələbkar2 tərəfindən verilmiş apellyasiya şikayəti təminedilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixlie-2-2(113)- 210/2024 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi, iddiaçı Tələbkar1 cavabdeh Borclu Firmasının nizamnaməkapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu Firması tərəfindəniddiaçı Tələbkar1 ödənilməsi, iddiaçı Tələbkar2 cavabdeh Borclu Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu Firması tərəfindən iddiaçıTələbkar2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)- 694/2024 saylıicra sənədi xx.xx.2025-ci il tarixdə icra olunması üçün Nərimanov Rayon İcraŞöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, məcburi icra tədbiri kimi Borclu Firmasının qanuni təmsilçisi - direktoru A s lanovMahir Fəxrəddin oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. BakıKommersiya Məhkəməsinin (X7) 8-2(113)-247/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 694/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri NərimanovRayon İcra Şöbəsi tərəfindən verilmiş “borclu hüquqi şəxsin qanuni təmsilçisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimat təmin edilməmişdir. Hesab edirəm ki, Bakı Kommersiya Məhkəməsinin (X7) 8- 2(113)-247/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı tamamilə əsassız və 2(113)-247/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı tamamilə əsassız və qanunsuzdur, ləğv edilməlidir. BorcluFirmasına məxsus yeganə daşınmaz əmlak Bakı şəhəri, Nərimanov rayonu, Təbrizküçəsi, 181,183 ünvanında yerləşən qeyriyaşayış binasıdır. ŞirvanApellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 16(106)- 56/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Borclu Firmasına məxsus həmin yeganə daşınmaz əmlak olan ünvan 5 ünvanında yerləşən sahəsi 1603.4 kv.m olan qeyri yaşayış binasının özgəninkiləşdirilməsi, hərraca çıxarılaraq satılması və bununla bağlı bütün hərəkətlərin edilməsi cavabdeh Borclu Firmasına və üçüncü şəxslərə qadağan edilmişdir. Həmin qərardadınləğvi üçün verdiyimiz ərizə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 16(106)-56/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Yəni, BakıApellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)- 694/2024 saylı icra sənədinin icra olunması üçün Nərimanov Rayon İcra Şöbəsinə Borclu Firmasına məxsus ünvan 5ünvanında yerləşən sahəsi 1603.4 kv.m olan qeyri yaşayış binasının hərraca çıxarılaraq satılması və bununla bağlı bütün hərəkətlərin edilməsi qadağan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BaşX9 İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən Borclu Firmasınınadında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. NərimanovRayon İcra Şöbəsinin sorğusuna əsasən vergi orqanlarından alınmış Borclu Firmasının vergi bəyannamələrinə əsasən, borclu mart 2025-ci ildə 66830.73 manat (ƏDV nəzərə alınmadan), aprel 2025-ci ildə 45624.94 manat (ƏDV nəzərəalınmadan), may 2025-ci ildə 103267.17 manat (ƏDV nəzərə alınmadan), iyun2025-ci ildə 57798.89 manat (ƏDV nəzərə alınmadan), iyul 2025-ci ildə 79230.67 manat (ƏDV nəzərə alınmadan), cəmi mart-iyul 2025 il dövrünü əhatə edən 5 ay ərzində 352752.4 manat (ƏDV nəzərə alınmadan) gəlir əldə etmişdir. Lakin buna baxmayaraq, borclu "xxxx" firmasının qanuni təmsilçisi - direktoru Nümayəndə1Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-694/2024 nömrəli 2024-cü il 23 iyul tarixli qətnaməsini icra etməmiş, tələbkarlara heç bir pul vəsaiti ödəməmişdir. Yəni,xx.xx.2025-ci ildən Borclu firması hər ay xidmətlərə görə külli miqdarda pul vəsaitləri, ancaq hələ bu ilin 5 ayı ərzində 352752.4 manat (ƏDV nəzərə alınmadan) gəlir əldə etməsinə baxmayaraq (hesablarda əvvəlki dövrlər ərzində əldə edilmiş gəlirlər üzrə qalıq olub-olmamasını nəzərə almadan) Borclufirması və onun qanuni təmsilçisi - direktoru Nümayəndə1 məhkəmə qərarının icra edilməsindən qərəzli şəkildə boyun qaçırır və bu qanunsuz hərəhətlərini davametdirməkdədir. Borclu "xxxx" firmasının qanuni təmsilçisi direktoru Nümayəndə1 bu qanunsuz hərəkətləri nəticəsində qanuni qüvvəyə minmiş BakıApellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)- 694/2024 nömrəli 2024-cü il 23 iyul tarixli qətnaməsinin icrasının qarşısı alınmışdır. Belə ki, materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-694/2024 saylı icra vərəqəsi ilə iddiaçı Tələbkar1 cavabdeh Borclu Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu Firması tərəfindən iddiaçı Tələbkar1 ödənilməsi, iddiaçı Tələbkar2 cavabdeh Borclu Firmasının nizamnamə kapitalındakı 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyəri olan 2.188.077,15 manat məbləğində pul vəsaitinin cavabdeh Borclu Firması tərəfindən iddiaçı Tələbkar2 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə icra olunması üçün Nərimanov Rayon İcra Şöbəsinə göndərilmiş, sonuncu tərəfindən xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya həmin tarixdə bildiriş göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-247/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən şikayətin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən, icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.4-cü bəndinə əsasən, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, şəxsin ölkədən getmək hüququna edilən istənilən müdaxilə qanunçuluğun tələblərinə cavab verməli, hüquqi əsası müəyyənlik tələb edən qanun normasına əsaslanmalıdır. Həmçinin şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanuni əsasını təşkil edən “İcra haqqında” Qanunun 84-1-ci maddəsində borclunun icra orqanının rəhbərinin yox, məhz borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulduğundan bu normalar hüquqa müdaxilə ilə bağlı olduğu üçün genişləndirici təfsir oluna bilməz. Borclu qismində hüquqi şəxs çıxış etdikdə onun icra orqanının rəhbərinin və ya digər səlahiyyətli nümayəndəsinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsası qanunda təsbit olunmadığından, belə bir tədbirin görülməsi şəxsin konstitusion hüququnun qanuni əsas olmadan əsassız məhdudlaşdırılması ilə nəticələnər. Digər tərəfdən, məhkəmə tələbkarın diqqətinə çatdırır ki, “İcra haqqında” Qanunda icra sənədinin icrasının təmin edilməsinin yeganə əsası kimi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulmamışdır. Bu səbəbdən belə bir məhdudiyyətin tətbiqindən imtina digər tədbirlərin görülməsinə hər hansı maneə təşkil etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materillarına əsasən icra məmurunu tərəfindən icra sənədinin icrası üçün borcluya məxsus bank hesablarına inkasso sərəncamı və həbs qoyulmasına nail olunmuş, həmçinin borcluya məxsus əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir.Hazırki halda borlunun ölkədən getmək hüququnun məhdudlaşdırılması şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkarlar Tələbkar1 və Tələbkar2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-247/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar