Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-46/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Maraqlı şəxs hərəkətlərindən “X6 İsteyts Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə dair iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, 8-2(113)-187/2025 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(103)-451/2024 saylı icra sənədi üzrə tələbkar “X6 İsteyts Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon icra şöbəsinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-2(103)-451/2024-012 saylı, xx.xx.2024- cü il tarixli icra sənədi üzrə xx.xx.2025-ci il tarixdən sonra etdiyi hərəkətlərin qanunsuz hesab edilməsi; qeyd edilən icra sənədinin aidiyyəti üzrə Göyçay rayon İcra və Probasiya xidmətinə göndərilməsi öhdəliyinin Səbail rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “X6 İsteyts Limited” MMC tərəfindən şikayətə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və 1. Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 451/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini (icra işinin nömrəsi e32969/2025-16- 15-003) ərazi aidiyyəti üzrə göndərməməsi üzrə hərəkətsizliyinin; 2. Maraqlı şəxs icra məmuru Tural Aşurovun xx.xx.2025-ci il tarixli “borclunun əmlakının üzərinə həbs qoyulması haqqında” qərarı üzrə hərəkətin; 3. Maraqlı şəxs icra məmuru Tural Aşurovun xx.xx.2025-ci il tarixli “borclunun əmlakının axtarılması haqqında” qərarı üzrə hərəkətin; 4. Maraqlı şəxs icra məmuru Tohid Nurlunun xx.xx.2025-ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı üzrə hərəkətin nəticəsində verilmiş "xxxx" MMC-nin xx.xx.2025ci il tarixli, M0238/FM rəyi və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, M-0238-2/FM rəyi üzrə hərəkətin; 5. Maraqlı şəxs icra məmuru Eldar Hüseynlinin xx.xx.2025-ci il tarixli, Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küç, ev 17, 1 saylı mənzilə dair təklifi üzrə hərəkətin; 6. Maraqlı şəxs icra məmuru Eldar Hüseynlinin xx.xx.2025-ci il tarixli, Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küçəsi, ev 19, mənz 1, 2, 3a, 4, 5, 6 saylı mənzillərə dair təklifi üzrə hərəkətin; 7. Maraqlı şəxs icra məmuru Eldar Hüseynlinin xx.xx.2025-ci il tarixli, Bakı şəhəri, Səbail rayonu M.Şəfi küçəsi, ev 19, mənz 1, 2, 3a, 4, 5, 6 saylı mənzili tələbkara verməsinə dair qərarı üzrə hərəkətin; 8. Maraqlı şəxs icra məmuru Eldar Hüseynlinin xx.xx.2025-ci il tarixli, Bakı şəhəri, Səbail rayonu M.Şəfi küç, ev 17, 1 saylı mənzili tələbkara verməsinə dair qərarı üzrə hərəkətin; 9. Maraqlı şəxs icra məmuru Eldar Hüseynlinin xx.xx.2025-ci il tarixli 32969/2025-1 saylı Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küç, ev 17, 1 saylı mənzili tələbkarın adına qeydiyyata alınmasına dair protokolu üzrə hərəkətin; 10. Maraqlı şəxs icra məmuru Eldar Hüseynlinin xx.xx.2025-ci il tarixli 32969/2025-1 saylı Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küçəsi, ev 19, mənz 1, 2, 3a, 4, 5, 6 saylı mənzili tələbkarın adına qeydiyyata alınmasına dair protokolu üzrə hərəkətin; 11. Maraqlı şəxs icra məmuru Tural Aşurovun “Daşınmaz əmlak üzərinə həbs qoyulması barədə” xx.xx.2025-ci il tarixli təqdimatla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, 8-2(113)-187/2025 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, 1) Maraqlı şəxs icra məmuru Tural Aşurovun xx.xx.2025-ci il tarixli “borclunun əmlakının üzərinə həbs qoyulması haqqında” qərarı üzrə hərəkəti; 2) Maraqlı şəxs icra məmuru Eldar Hüseynlinin xx.xx.2025-ci il tarixli, Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küçəsi, ev 17, 1 saylı mənzilə dair təklifi üzrə hərəkəti; 3) Maraqlı şəxs icra məmuru Eldar Hüseynlinin xx.xx.2025-ci il tarixli, Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küçəsi, ev 19, mənz 1, 2, 3a, 4, 5, 6 saylı mənzillərə dair təklifi üzrə hərəkəti; 4) Maraqlı şəxs icra məmuru Eldar Hüseynlinin xx.xx.2025-ci il tarixli, Bakı şəhəri, Səbail rayonu M.Şəfi küçəsi, ev 19, mənz 1, 2, 3a, 4, 5, 6 saylı mənzili tələbkara verməsinə dair qərarı üzrə hərəkəti; 5) Maraqlı şəxs icra məmuru Eldar Hüseynlinin xx.xx.2025-ci il tarixli, Bakı şəhəri, Səbail rayonu M.Şəfi küç, ev 17, 1 saylı mənzili tələbkara verməsinə dair qərarı üzrə hərəkəti; 6) Maraqlı şəxs icra məmuru Eldar Hüseynlinin xx.xx.2025-ci il tarixli 32969/2025-1 saylı Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küçəsi, ev 17, 1 saylı mənzili tələbkarın adına qeydiyyata alınmasına dair protokolu üzrə hərəkəti; 7) Maraqlı şəxs icra məmuru Eldar Hüseynlinin xx.xx.2025-ci il tarixli 32969/2025-1 saylı Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küçəsi, ev 19, mənz 1, 2, 3a, 4, 5, 6 saylı mənzili tələbkarın adına qeydiyyata alınmasına dair protokolu üzrə hərəkətinin qanunsuz hesab edilməsi, Maraqlı şəxs icra məmuru Tohid Nurlunun xx.xx.2025- ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı üzrə hərəkəti nəticəsində verilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, M-0238/FM rəyi və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, M-0238-2/FM rəyi üzrə hərəkətinin qanunsuz hesab edilməsi hissəsində şikayətin baxılmamış saxlanılması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan Tələbkar tərəfindən tərəfindən şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş va baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə Tələbkar MMC tərəfindən verilmiş şikayət mümkün hesab edilmiş, şikayətə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında 05 dekabr 2025-ci il tarixində baxılması qərara alınmışdır. 24 noyabr 2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsi (hakim Z.Axundova) tərəfindən yazılı müraciət daxil olmuş, müraciətdə Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, 8-2(113)- 187/2025 saylı qərardadından apellyasiya şikayəti verdiyi göstərilmiş, həmçinin apellyasiya şikayəti müraciətə əlavə edilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, 8-2(113)- 187/2025 saylı qərardadından Maraqlı şəxs verdiyi şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının yoxlanılması, uyğun olduğu təqdirdə eləcə də həmin Məcəllənin 269-cu maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən baxılması zərurəti yaranmışdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, 8-2(113)- 187/2025 saylı qərardadından Tələbkar MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Maraqlı şəxs hərəkətlərindən “X6 İsteyts Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə dair iş apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №8-2(103)-46/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-46/2025
05.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver