Məhkəmə qərarları › İş №8-2(103)-5/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-5/2022

15.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-5/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, tələbkar "xxxx" QSC BOKT-un “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *6 mart 2022-ci il tarixli, 8-2(**3)- *6/2022 saylı qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Tələbkar "xxxx" QSC BOKT “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, daha sonra ərizədəki tələbi dəqiqləşdirərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-*89*/20*5 saylı, *5 oktyabr 20*5-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilərək, borcun Borclu-nin adına qeydiyyatda olan və ərizədə göstərilən nəqliyyat vasitələrinə yönəldilməsi, Borclu-nin həmin nəqliyyat vasitələri üzərində mülkiyyət hüquqlarına xitam verilməsi, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının nəqliyyat vasitələri üzərində mülkiyyət hüquqlarının tanınması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X* İdarəsinin üzərinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd olunan nəqliyyat vasitələrinin yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda qeyd olunan nəqliyyat vasitələri borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin Borclu-nin digər daşınar və daşınmaz əmlaklarına (o cümlədən, texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlaklar hesabına borcun tutularaq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin *6 mart 2022-ci il tarixli 8-2(**3)-*6/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan tələbkar şikayət verib, Bakı Kommersiya Məhkəməsinin *6 mart 2022-ci il tarixli 8-2(**3)-*6/2022 saylı qərardadının ləğv edilməsini və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *5.*0.20*5-ci il tarixli 2(82)-*89*/20*5 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23*-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *5 oktyabr 20*5-ci il tarixli 2(82)-*89*/20*5 saylı qətnaməsi əsasında *6 aprel 202*-ci il tarixli icra vərəqəsi verilsə də, həmin icra sənədi üzrə Nərimanov rayon İcra şöbəsinin 03 may 202*-ci il tarixli qərarı ilə icraata başlanılsa da keçən dövr ərzində borcludan icra sənədi üzrə borcun tutulması mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.*-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Həmin Məcəllənin 52.*ci maddəsinə görə hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 203-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Göründüyü kimi yuxarıda qeyd olunan hallar nəzərə alınaraq "xxxx" QSC qanunvericiliyin verdiyi hüquqlardan və səlahiyyətlərdən çıxış edərək qətnamənin icra üsulunun dəyişdirilməsi barədə hazırki ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Analoji işlər üzrə (məsələn: borclular "xxxx" MMC və s. barədə çıxarılmış qətnamələr üzrə) tələbkar "xxxx" QSC-nin qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinin təmin edilməsi ilə bağlı çoxlu sayda məhkəmə qərarları qəbul edilmişdir.” Bakı Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli 8-2(**3)-*6/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin *6 mart 2022-ci il tarixli 8-2(**3)- *6/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallardan görünür ki, iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən onun xeyrinə 27.07.2007-ci il tarixli *0340 saylı kredit müqaviləsi üzrə *980472,77 ABŞ dolları əsas, 3288*4,22 ABŞ dolları faiz, 299929,83 ABŞ dolları cərimə faizi, cəmi 2608833,43 ABŞ dolları, *9.08.2008-ci il tarixli *0590 saylı kredit müqaviləsi üzrə 67696*7,04 ABŞ dolları əsas, *042648,86 ABŞ dolları faiz, 854664,*5 ABŞ dolları cərimə faizi, cəmi 8666929,59 ABŞ dolları, 02.09.2008-ci il tarixli *0627 saylı kredit müqaviləsi üzrə ******* ABŞ dolları əsas, 906444,64 ABŞ dolları faiz, 766520 ABŞ dolları cərimə faizi, cəmi 6437246,64 ABŞ dolları borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş *5 oktyabr 20*5-ci il tarixli 2(82)- *89*/20*5 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Tələbkar hazırkı ərizə ilə qətnamə üzrə tutulmuş borcun qalıq hissəsinin borclunun daşınar və daşınmaz əmlaklarına yönəldilməsini xahiş edir. Birinci instansiya düzgün olaraq hesab etmişdir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23*.*-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunan maddənin tələblərindən görünür ki, məhkəmə icra üsulu və qaydasının müəyyən edilməsi barədə deyil, onun dəyişdirilməsi barədə ərizəyə baxmaq səlahiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *5 oktyabr 20*5-ci il tarixli 2(82)- *89*/20*5 saylı qətnaməsində icra qaydası və üsulu müəyyən edilmədiyindən onun dəyişdirilməsi də mümkün deyil. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, tələbkarın icra üsulunun dəyişdirilməsini xahiş etdiyi qətnamənin icrasının təmin edilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri ( tələbin borclunun əmlakına yönəldilməsi və s) görülə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin *6 mart 2022-ci il tarixli 8-2(**3)-*6/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.*, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRAR A A L D İ: Tələbkar "xxxx" QSC BOKT-un şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *6 mart 2022-ci il tarixli 8-2(**3)-*6/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar