Məhkəmə qərarları › İş №8-2(103)-5/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-5/2024

29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-5/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı Tələbkar cavabdeh "xxxx" MMCyə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-2(1*3)-598/2*22-*1* saylı icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyi barədə borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət üzrə Bakı Kommersiya Məhkəməsinin 24.*1.2*24-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Bakı Apellyasiya Məhkəməsinin 2-2(1*3)-598/2*22 nömrəli, 16.*9.2*22-ci il tarixli icra sənədinə əsasən daşıma xidmətinin dəyəri 2*** ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla məbləği cavabdeh "xxxx" MMC-dən tutularaq Tələbkarnə ödənilməli, 2*** ABŞ dolları cavabdeh "xxxx" MMC tərəfindən Tələbkarnə ödənildikdən sonra:

1. “DAF” markalı 61-K-357* / 61-K-3571 Türkiyə Respublikasının dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan borclu "xxxx" MMC-yə məxsus olan malların ona təhvil verilməsi vəzifəsi Tələbkar üzərinə qoyulmalı;

2. “DAF” markalı 61-K-357* / 61-K-3571 Türkiyə Respublikasının dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan ona məxsus malların təhvil alınması vəzifəsi borclu "xxxx" MMC-nin üzərinə qoyulmalı;

3. Bakı gömrük postunda olan “DAF" markalı 61-K-357* / 61-K-3571 Türkiyə Respublikasının dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin gömrük ərazisindən götürülməsi və Azərbaycan Respublikasından çıxarılması vəzifələri Tələbkar üzərinə qoyulmalıdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin (icra məmuru X2) 15.*3.2*23-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Borclu "xxxx" MMC məhkəməyə şikayət ünvanlayaraq Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və şirkət üçün böyük ziyana və zərərə səbəb olan yükün "DAF" markalı, 61- K357*/61-K-3571 nömrəli nəqliyyat vasitəsindən götürülməsinə şərait yaratmayan "Ramal Trans" şirkətinə qarşı qanuni tədbir görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin *6 dekabr 2*23-cü il tarixli qərardadı ilə borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin (icra məmuru X2) Bakı Apellyasiya Məhkəməsinin 2-2(1*3)- 598/2*22 nömrəli, 16.*9.2*22-ci il tarixli icra sənədinin icrası ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Tələbkar tərəfindən şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2*23 nömrəli, 22.12.2*23-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin *6.12.2*23-cü il tarixli 8-2(113)-79/2*23 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. 12.*1.2*24-cü il tarixdə Tələbkar nümayəndəsi Nümayəndə1 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinin 8- 2(113)-79/2*23 saylı, 22.12.2*23-cü il tarixli qərardaddan şikayətin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, sözügedən qərardaddan apellyasiya şikayəti vermə müddətini bərpa edilməsini, həmin qərardaddan tərəflərindən verilmiş şikayətə baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-79/2*23 nömrəli, 24.*1.2*24-cü il tarixli qərardadı ilə (hakim Leyla Əliyeva) Tələbkar nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin 22.12.2*23- cü il tarixli 8-2(113)-79/2*23 saylı qərardadından Tələbkar nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Tələbkar nümayəndəsi Nümayəndə1 Bakı Kommersiya Məhkəməsinin 8-2(113)- 79/2*23 nömrəli, 24.*1.2*24-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və müddətin bərpası barədə ərizəyə və Bakı Kommersiya Məhkəməsinin 22.12.2*23-cü il tarixli 8-2(113)-79/2*23 saylı qərardadından verilmiş şikayətə yenidən baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən yerləşdirilən qərar (Bakı Kommersiya Məhkəməsinin 22.12.2*23-cü il tarixli 8-2(113)-79/2*23 nömrəli qərardad) onların sistemində 1*.*1.2*24-cü ildə görülmüşdür. Bu tarixə qədər bayram günləri də olmuşdur. Onları da nəzərə alsalar üzürlü səbəbdən müddət ötürülmüş hesab olunmuşdur. Ona görə də düşünür ki, onlardan aslı olmayan səbəblərdən ötürülmüş müddət bərpa olunaraq yenidən bu işə baxılmalıdır. Əlavə olaraq hər dəfə şikayət verəndə nə təsadüfdürsə qərarından şikayət verdikləri hakim yenə özü işə baxır və istədiyi qərarı qəbul edir. Üstəlik ona etirazları var deyə hakim soruşanda əlbəttə ki, hüquqlarını pozduğuna görə hakimə etiraz etmişlər. Lakin etirazları nə yazılı, nə də şifahi nəzərə alınmamışdı. Yenə hakim işə baxmağa davam edərək artıq 3-cü qərardır ki, heç bir səbəb və əsas olmadan onların əleyhinə qərar qəbul etdi. Düşünürlər ki, bu dəfə işə ədalətli baxılar və qərardan şikayətləri nəzərə alınar və xeyrlərinə təmin olunar. Çıxarılmış haqsız və qanunsuz qərar rədd edilərək işə obyektiv baxılar. Bütün yuxarda yazılanlara əsasən üzürlü səbəbdən ötürülmüş müddəti nəzərə alaraq bu işə yenidən baxılması üçün şikayətlərinin qəbul edilməsini və ötürülmüş müddətlə bağlı ərizəni nəzərə alaraq təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin *1.*2.2*24-cü il tarixli, 8-2(113)-79/2*23 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Tələbkar tərəfindən işə baxan məhkəmə tərkibinə etiraz verilmiş, etiraz belə əsaslandırılmışdır ki, sədrlik edən hakim V.Baxışova və tərkibə daxil olan digər hakimlər tərəfindən işə əvvəllər mahiyyəti üzrə baxıldığından və qəbul edilmiş qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildiyindən MPM-nin 19.1.3-cü maddəsinə əsasən bu hakimlərin işə baxmalarına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə qərara alır ki, etiraz ərizəsi MPM-nin 21.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı “X3 Malzameleri Ticaret Limited” Şirkətinin cavabdeh "xxxx" Şirkətinə qarşı “daşıma xidmətinə görə borcun, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi”nə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 1* avqust 2*2*-ci il tarixli, 2-2(82)-365/2*2* saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən ilk dəfə baxılarkən tərkibdə hazırda tərkibdə olan hakim Hüseyn Aida Əli qızı olmamış, tələbkarın bu hakimə qarşı etirazı ümumiyyətlə əsaslandırılmamışdır. Sədrlik edən hakim Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlu tərəfindən tələbkarın şikayətinə baxılmasına yol verilməməsi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcudluğu barədə isə hər hansı sübut təqdim edilməmişdir. MPM-nin 19.1.3-cü maddəsi əvvəl həmin işə baxılmasında iştirak etmiş hakimin işə mahiyyəti üzrə yenidən baxılarkən tərkibdə olmasını istisna edir. Hazırkı halda işə mahiyyəti üzrə baxılmadığından qeyd edilən normaya istinad əsassızdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.*1.2*24-cü il tarixli, 8-2(113)-79/2*23 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində verilir. 13*.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 22.12.2*23-cü il tarixli 8-2(113)-79/2*23 nömrəli qərardadı 27.12.2*23-cü il tarixdə tələbkarın nümayəndəsi Nümayəndə1 elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim edildiyi halda tələbkarın nümayəndəsi həmin qərardaddan şikayəti yalnız 12.*1.2*24-cü il tarixdə “Aze Mis” elektron məhkəmə informasiya sisteminə yerləşdirmiş və MPM-də nəzərdə tutulmuş 1* günlük müddət buraxılmışdır. Nümayəndə1 müddətin bərpa edilməsi üçün əsas kimi istinad etdiyi hallarla bağlı məhkəmə düzgün olaraq qeyd etmişdir ki, həmin hallar (qərardad təqdim edildikdən sonra bayram günlərinin olması, nümayəndənin qərardadı 1*.*1.2*24-cü ildə görə bilməsi) müddətin buraxılmasının üzürlü səbəbi kimi qəbul edilə bilməz. Belə ki, MPM-nin 268.1-ci maddəsində məhkəmə qərardadından şikayətin 1* iş günü ərzində deyil, 1* təqvim günü ərizində verilməli olduğu nəzərdə tutulduğundan nümayəndə qeyri-iş günləri bitdikdən sonra şikayəti hazırlayıb elektron qaydada təqdim etməli idi. Bundan əlavə elektron kabinetə sənəd yükləndiyi vaxt dərhal bu barədə elektron məhkəmə sistemi vasitəsi ilə istifadəçinin elektron poçtuna və telefonuna bildiriş göndərildiyindən nümayəndənin öz elektron kabinetinə daxil olaraq yerləşdirilmiş sənədlə vaxtında tanış olmaması müddətin bərpası üçün üzürlü səbəb hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin müddətin bərpasından imtinası qanuni və əsaslı olduğundan mübahisələndirilən qərardadın apellyasiya qaydasında ləğvi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.*1.2*24-cü il tarixli, 8-2(113)-79/2*23 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.*.1, 4** və 4*5-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Tələbkar şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24.*1.2*24-cü il tarixli, 8-2(113)-79/2*23 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar