Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-5/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2-2(113)-416/2020 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə borclu tərəfindən verilmiş şikayət üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-3/2025 saylı qərardadından borclu “X1” Məhdud Məsuliyyətli Cəmiyyətin ("xxxx" MMC) və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2-2(113)-416/2020 nömrəli qətnaməsi ilə Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilmiş.04 mart 2016-cı il tarixli, 008/16 №-li kredit müqaviləsi üzrə 2997466,32 manat məbləğində əsas borc, 413753,01 məbləğində faiz borcu olmaqla ümumilikdə 3411219,33 manat məbləğində pul vəsaiti “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğindəpul vəsaiti “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilmiş və icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Borclu “X1” Məhdud Məsuliyyətli Cəmiyyətin ("xxxx" MMC) məhkəməyə şikayət ünvanlayaraq məhkəmədən icra məmurunun icra icraatına xitam verməməsi, icra icraatını dayandırıldığı halda icra tədbirlərini davam etdirməsi, 7% həcmində icra ödənişinin alınması barədə 28 iyun 2024-cü il tarixli qərarı qanunsuz hesab edilməklə, 7% həcmində icra ödənişinin alınması barədə 28 iyun 2024-cü il tarixli qərarının ləğv olunması və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-416/2020 saylı icra vərəqi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-3/2025 saylı qərardadı ilə xx.xx.2020-ci il tarixli, e-2-2-2(113)-416/2020 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərin qanunsuz hesab edilməsi barədə borclu tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Borclu “X1” Məhdud Məsuliyyətli Cəmiyyətin ("xxxx" MMC) qeyd edilən qərardaddan şikayət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrinə müvafiq olaraq, Bakı Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 8-2(113)-3/2025 saylı qərardadının ləğv edilməsi və borclu "xxxx" MMC-nin şikayətinin təmin edilməsi, icra məmurunun icra icraatına xitam verməməsi, icra icraatını dayandırıldığı halda icra tədbirlərini davam etdirməsi, 7% həcmində icra ödənişinin alınması barədə 28 iyun 2024- cü il tarixli qərarı qanunsuz hesab edilməklə, 7% həcmində icra ödənişinin alınması barədə 28 iyun 2024-cü il tarixli qərarının ləğv olunması və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-416/2020-043 saylı icra vərəqi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə işin 7 gün ərzində apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu qərardaddan şikayəti onunla əsaslandırmışdır ki, cra vərəqinin icraya daxil olmasını və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qanunamüvafiq icraya yönəltməni təsdiq edən hər hansı və həmin Cəmiyyətə qarşı tələbi təsdiq edən sübut olmamışdır. Şikayət olunan qərardaddan da görünür ki, məhkəmə icra işi materiallarının tədqiqi nəticəsində Sabunçu Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və borclu “X1” MMC-yə tələbin könüllü icrası haqqında bildirişin göndərilməsinin görünmədiyini təsdiq etmişdir. Belə olan halda, məhkəmənin hansı əsaslardan çıxış edərək icra məmuru tərəfindən məcburi icra tədbirləri görülməsi qənaətinə gəlinməsi anlaşılan deyil. Birinci instansiya məhkəməsi icra məmuru tərəfindən 7 % icra ödənişinin alınmasına əsas ola biləcək icra sənədinin könüllü icra müddətində “üzrsüz səbəbdən” icra edilməməsini və buna müvafiq olaraq icra məmurunun hər hansıməcburi icra tədbirləri görməsi ilə bağlı mövqeyini əsaslandırmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, 09 yanvar 2025-ci il tarixli, 8-2(113)-3/2025 saylı qərardadından borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-3/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilməsini, “X1” MMC-nin ("xxxx" MMC) şikayətinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs qərardaddan şikayəti onunla əsaslandırmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli, 3703 nömrəli sərəncamı ilə“X1” Məhdud Məsuliyyətli Cəmiyyəti özəlləşdirilməyə açıq elan edilmiş və müəssisənin özəlləşdirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Belə ki, qeyd olunan sərəncamın icrası ilə əlaqədar olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin 21 iyul 2023-cü il tarixli, 156 nömrəli sərəncamı ilə “X1” MMC "xxxx" MMC adlandırılmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki dövlətə məxsus payların investisiya müsabiqəsi vasitəsilə satışına dair 26 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin nizamnamə kapitalının 100 %-ni təşkil edən pay investisiya proqramında və müqavilədə göstərilmiş öhdəliklərin yerinə yetirilməsi müqabilində "xxxx" şirkəti tərəfindən satın alınmışdır. Alqısatqı müqaviləsinin icrası ilə əlaqədar olaraq yuxarıda qeyd olunan icra vərəqəsi üzrə borclu “X1” MMC-nin 3 000 000 (üç milyon) manat məbləğində kredit öhdəliyi "xxxx" şirkəti tərəfindən icra olunaraq tələbkar LPO "xxxx" ASC-yə ödənilmiş və tələbkar tərəfindən Sabunçu rayon İcra şöbəsinə müraciət olunaraq icra sənədinin icrasına xitam verilməsi xahiş edilmişdir. Buna baxmayaraq Sabunçu Rayon İcra Şöbəsinin tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri kobud şəkildə pozularaq icra sənədi üzrə icraata xitam verilməsindən imtina olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, 09 yanvar 2025-ci il tarixli, 8-2(113)-3/2025 saylı qərardadından maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdən görünür ki, adıçəkilən icra vərəqəsi icra edilməsi üçün Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə Nərimanov rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclu “X1" MMC-yə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Nərimanov rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra sənədinin aidiyyəti üzrə Sabunçu rayon İcra Şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Sabunçu rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və borclu “X1" MMC-yə tələbin könüllü icrası haqqında bildiriş göndərilməsi icra işindən görünmür. Sabunçu rayon İcra Şöbəsinin rəisi AR DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda borclu “X1" MMC-yə məxsus nəqliyyat vasitələrinin (təqdimatda qeyd olunanların) özgəninkiləşdirilməsinin borcluya və digər şəxslərə qadağan etmişdir (bu barədə məhkəmə qərardadı icra işində mövcud deyil). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3703 №-li sərəncamı və sərəncama əlavəyə əsasən "xxxx" QSC-nin bəzi müəssisələri və balansında olan obyektləri, o cümlədən “X1" MMC özəlləşdirilməyə açıq elan edilmişdir. Sabunçu rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “X1" MMC-nin bir neçə bankda olan hesablarına inkasso sərəncamları qoyulmuşdur. Tələbkar LPO "xxxx" ASC tərəfindən Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda icraatın dayandırılması xahiş edilmişdir. Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov tərəfindən Sabunçu rayon İcra Şöbəsinə xx.xx.2024-cü il tarixdə aşağıdakı məzmunda olan məktubla müraciət edilmişdir. "xxxx" QSC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3703 nömrəli Sərəncam, ilə “X1" MMC özəlləşdirməyə açıq elan edilmişdir. Müəssisənin özəlləşdirilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin 21 vul 2023-cü İİ tarixli 156 nömrəli sərəncamı ilə "X1- MMC "xxxx" MMC adlandınlmış, onun yeni nizamnamə kapitalı müəyyən edilmiş və nizamnaməsi təsdiq edilmişdir. Ölkə başçısının sözügedən sərəncamının mahiyyəti hazırda fəaliyyət göstərməyən müəssisələrin iqtisadi dövriyyəyə cəlb edilməsi, vətəndaşlarımız üçün iş yerlərinin yaradılması, rəqabətqabılıyyətli ixracyönümlü və ya idxalı əvəz edən məhsul istehsalının təşkili dövlət büdcəsinin gəlirlərinin həm özəlləşdirmədən daxil olan vəsaitlər, həm də gələcəkdə davamlı olaraq, müxtəlif növ vergi, rüsum və digər məcburi ödəmələr hesabına artırılmasından ibarətdir. Artıq müəssisənin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi keçirilmiş və aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət olan müsabiqənin qalibi elan olunmuşdur. Hazırda, mövcud qanunvericiliyə uyğun olaraq müsabiqə qalibi ilə imzalanacaq alqı-satqı müqaviləsi üzərində işlərə başlanılmışdır. Qeyd olunanları və müəssisənin kreditor borclarının ödənilməsi mexanizmi və müddətlərinin mövcud qanunvericiliyə uyğun olaraq, müsabiqə qalibi ilə imzalanacaq alqı-satqı müqaviləsində əksini tapacağını nəzərə alaraq, "xxxx" MMC-nin rəhbər şəxslərinə qarşı hər hansı tədbirlərin görülməsini cari ilin sonunadək təxirə salınmasını xahiş edirlər. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə borclu "X1" MMC-dən (Bakı Alüminium Profil MMC adlandırılan) 238794,45 manat 7% icra ödənişi alınması qərara alınmışdır. İcra haqqında qanunun 78-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin qanunun 20.2-ci maddəsinin məzmunundan görünür ki icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Məhkəmə hesab etmişdir ki, icra məmuru tərəfindən icra sənədinin icra edilməsini təmin etmək üçün qanunun tələbinə uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilmişdir. Həmçinin borclu tərəfindən 2021-ci ildə icraata başlanılma barədə qərarın alınmasına baxmayaraq icra sənədi üzrə borc yalnız 2024-cü ildə ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı ərizədə borclu hüquqi şəxs borcun tam ödənildiyini əsas gətirərək, icra məmurunun iş üzrə icraata xitam verməməsindən ibarət hərəkətinin qanunsuz hesab edilməsini və borcludan İcra Haqqında qanunun 78-ci maddəsinə əsasən borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınmasına dair qərar qəbul etməsindən ibarət hərəkətlərinin qanunsuz hesab edilməsini və 7 % həcmində icra ödənişinin alınması barədə 28 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, hazırki şikayət təmin edilməməlidir. Belə ki, icra işi materiallarından da göründüyü kimi icra sənədi 2021-ci ildə icraya yönəldilsə də, 3 il ərzində borclu tərəfindən borc ödənilməmiş, və icra sənədi üzrə icraat dayandırılana qədər olan müddətdə borcun könüllü şəkildə ödənilməsinə dair heç bir hərəkət edilməmiş, İcra haqqında qanunun 78-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda yəni 10 gün müddətində borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, icra məmurunun hərəkətindən şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi bu qənaətlə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, işdən görünür ki, "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnamə kapitalı 100% Azərbaycan Respublikasına məxsus olmuş və həmin Cəmiyyət dövlət tərəfindən idarə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti rəisinin 21 iyul 2023-cü il tarixli 156 saylı sərəncamı ilə həmin Cəmiyyətin özəlləşdirilməyə hazırlanması prosesinə başlanılmış, Cəmiyyətin adı “Bakı Alüminium Profıl”-ə dəyişdirilərək, yeni Nizamnaməsi təsdiq edilmiş, Nizamnamə kapitalının 100%-nin dövlətə məxsus olduğu təsbit edilmiş və Cəmiyyət Xidmətin idarəçiliyində saxlanılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki dövlətə məxsus payların investisiya müsabiqəsi vasitəsilə satışına dair 26 fevral 2024-cü il tarixli 01 saylı alğı-satqı müqaviləsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə məxsus 100%-ni təşkil edən pay investisiya müsabiqəsinin nəticələrinə görə "xxxx" Şirkətinə satılmışdır. Müqavilənin şərtlərinə və əlavə olunmuş öhdəlik siyahısına müvafiq olaraq kreditor Əmanətlərin Sığortalanması Fonduna 3,000,000 manat borc öhdəliyi alıcı “MətanətA” şirkətinə ötürülmüşdür. Alıcı tərəfindən həmin öhdəlik vaxtından əvvəl, 14 mart 2024-cü ildə bank köçürməsi ilə ləğv prosesində olan "xxxx" ASC-nin bank hesabına ödənilmiş və bununla borc tamamilə bağlanmışdır. Tələbkar Əmanətlərin Sığortası Fondu tərəfindən icra şöbəsinə ünvanladığı 19 may 2024-cü il tarixli məktubla borcun tam ödənildiyini təsdiq edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra işində icraatın təzələnməsi və icraata xitam verilməsi barədə hər hansı məlumat aşkar olunmamışdır. Bundan sonra Sabunçu rayon İcra Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 7% həcmində, yəni 238794,45 manat məbləğində icra ödənişinin alınması barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 79-cu maddəsi: 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə: 79.2.1. borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına; 79.2.2. bu Qanunla müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi zamanı dəvət olunmuş tərcüməçilərə, hal şahidlərinə, mütəxəssislərə və digər şəxslərə müvafiq haqqın ödənilməsinə; 79.2.3. tutulmuş məbləğin tələbkara poçtla köçürülməsinə (göndərilməsinə); 79.2.5. icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. İcra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə 7 faiz həcmində icra ödənişinin alınması nəzərdə tutulmuşdur. Lakin icra işi materiallarından görünür ki, icra sənədinin borclu tərəfindən üzrlü səbəbdən vaxtında icra edilməməsinə dair kifayət qədər sənədlər mövcuddur, hətta tələbkar rəsmi müraciət edərək icra işi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin icra məmuru əsassız təqdimatlar verərək icra işinin məcburi aparılması görüntüsünü yaratmışdır. Bu hal işdə olan məhkəmə qərardadları ilə təsdiqini tapmışdır. İcra məmuru icra ödənişi barədə qərarında yalnız müddətin keçməsinə əsaslanmışdır. (Qeyd edilən müddətin icranın dayandırılmasına və cavabdehin özəlləşdirilməsinə sərf edilmişdir.) Halbuki icra məmuru icra ödənişinin tələb edilməsi qərarında çəkdiyi xərcləri göstərməli idi. İşdən görünür ki, icra məmuru tərəfindən xərc çəkilməmişdir. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası qanununun 20-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq icra sənədi tam icra olunduğu halda (20.1.5 maddəsi) icra sənədi üzrə icraata xitam vermək vəzifəsini yerinə yetirməmişdir. Qanuna görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilməli, həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmalı və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilməli idi. İcra ödənişinin alınması barədə qərar qanunsuz hesab edildiyi üçün icra məmurunun icra üzrə icraata xitam verməməsi da qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi işin konkret hallarını nəzərə almadan, qanuna işin faktiki hallarına uyğun olmadan istinad etməklə əsassız qərar qəbul etmiş, icra məmurunun hərəkətlərindən verilmiş şikayətin dəlillərinin əsassızlığına dair hər hansı hala istinad etmədən şikayətin təmin edilməməsi qənaətinə gəlməklə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi ilə bağlı prosessual qanunvericiliyin tələbini kobud şəkildə pozmuşdur. Halbuki, hazırki işin hallarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş icra sənədi üzrə borcludan 7 % icra ödənişinin tutulması əsasları mövcud olmamış, borclu "xxxx" MMC tərəfindən məhkəmə qərarının könüllü icra müddətində üzrsüz səbəbdən icra olunmaması halı ümumiyyətlə aşkar olunmamış, icraçının qanunsuz hərəkətləri və hərəkətsizliyi düzgün hüquqi qiymətini almamışdır. Məhkəmə isə işin hallarını sadalamaqla, keçirilmiş özəlləşdirilmə prosesləri, bununla bağlı İcra Şöbəsinə ünvanlanmış rəsmi müraciətlərin məzmunu, icra məmuru tərəfindən heç bir məcburi icra tədbirinin həyata keçirilmədiyinə diqqət yetirməməklə, “borclu tərəfindən 2021-ci ildə icraata başlamaq haqqında qərarın alınmasına baxmayaraq icrasənədi üzrə borc 2024-cü ildə ödənilmişdir” kimi işin halları ilə uzlaşmayan mövqe ifadə olunmuşdur. Məhkəmə istinad etdiyi 2021-ci ildə tələbin könüllü icrası barədə bildirişin Nərimanov Rayon İcra Şöbəsi tərəfindən hansı şirkətə və hansı qaydada təqdim edilməsini, habelə bildiriş təqdim olunduğu halda hansı səbəbdən 2023-cü ilədək tələbin məcburi icrası ilə bağlı tədbirlər həyata keçirilmədiyini aydınlaşdırmamışdır. Şikayətdə Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuzluğu mübahisələndirildiyi halda, məhkəmə icra məmurunun tərəfindən həyata keçirilmiş hər hansı məcburi icra tədbirinə, borcun ödənilməsinin təmin edilməsi üçün yerinə yetirilmiş tədbirlərə istinad edə bilməmiş, “icra məmuru tərəfindən icra sənədinin icra edilməsini təmin etmək üçün qanunun tələbinə uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilmişdir” kimi mövqeyin əsassız bir mülahizə irəli sürmüşdür. Şikayətlərin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 416/2020 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə müştərək tələbləri təmin edilə bilməz. Belə ki, “İcra haqqında” qanuna əsasən məhkəmənin icra üzrə icraata xitam vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Lakin kollegiya tələbkarın icra üzrə icraata xitam verilməsi müraciətinə icra məmurunun hərəkətsizlik etməsini və icra üzrə icraatın davam etdirilməsi əsasları qalmadığını nəzərə alaraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-416/2020 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi vəzifəsi Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin üzərinə qoyulmalıdır. Beləliklə, yuxarıda göstərilən hüquqi mövqelərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, məhkəmə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Ona görə məhkəmənin qərardadı ləğv edilməli və şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayətləri təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-3/2025 saylı nömrəli qərardad ləğv edilsin və iş üzrə yeni qərardad qəbul edilsin. Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin 7% həcmində icra ödənişinin alınması barədə 28 iyun 2024-cü il tarixli qərarı, icra məmurunun icra icraatına xitam verməməsi, icra icraatını dayandırıldığı halda icra tədbirlərini davam etdirməsi qanunsuz hesab edilməklə həmin qərar ləğv olunsun. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-416/2020 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi vəzifəsi Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin üzərinə qoyulsun. Əgər icra şöbəsi borcludan icra ödənişini alıbsa, Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi tərəfindən 7% həcmində icra ödənişinin borcluya geri qaytarılması təmin edilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(103)-5/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-5/2025
12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver