Məhkəmə qərarları › İş №8-2(103)-6/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-6/2022

15.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-6/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon icra şöbəsinin Borclu MMC-yə məxsus olan avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatına baxılmasına dair iş üzrə maraqlı şəxs "xxxx" ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli, 8-2(113)-66/2021 nömrəli qərardadından verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli, 8-2(113)-66/2021 nömrəli qərardadına əsasən borclu X1 Klubu MMC-yə məxsus olan “Kia Sorento” minik markalı 99- AE-554, “İsuzu Turkuaz” minik markalı **-JP-***, “Hyundai Tucson” minik markalı 90- AU-667, “VAZ 21074” minik markalı **-JS-***, “Nissanı Sunny” minik markalı **-AU-***, “Kia Sorento” minik markalı **-JS-***, “Hyundai” minik markalı **-PK-***, “Nissan Pathfinder” minik markalı **-JS-***, “Hyundai Hİ” mikroavtobus markalı **-JP-*** və “Qaz 33021” yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nizami rayon icra şöbəsinin təqdimatı rədd edilmişdir. Tələbkar1 MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 8-2(113)-66/2021 nömrəli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli, 8-2(113)-66/2021 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 8-2(113)-66/2021 nömrəli qərardadından Tələbkar1 MMC tərəfindən şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Maraqlı şəxs "xxxx" ASC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli, 8-2(113)-66/2021 nömrəli qərardadının ləğv edilməsini və "xxxx" MMC-nin prossesual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müddətin ötürülməsi üçün əsas olmuş hal, yəni şikayətin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi cəmiyyətin aşkar təqsiri ucbatından yaranmış və bu üzürlü səbəb hesab edilə bilməz. Bakı Kommersiya Məhkəməsinin 28.03.2022-ci il tarixli, 8-2(113)-66/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli, 8-2(113)- 66/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli qərardadı 05.01.2022-ci il tarixində imzalanmış və həmin tarixdə tələbkar "xxxx" MMC-nin elektron məhkəmə informasiya sistemində yerləşən elektron kabinetində yerləşdirilmiş, Tələbkar1 MMC isə 14.01.2022-ci il tarixdə qərardaddan şikayət vermiş, 17.01.2022-ci il tarixdə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 04.02.2022-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-66/2021 nömrəli iş üzrə 21 dekabr 2021-ci il tarixli qərardadından Tələbkar1 MMC-nin şikayəti qeyri-mümkün hesab edilmiş, Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli qərardadı ilə 14.01.2022ci il tarixdə verilmiş şikayət geri qaytarılmışdır. Məhkəmə tərəfindən müəyyən olunur ki, Tələbkar1 MMC 28.02.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemində Bakı Kommersiya Məhkəməsinin 21.12.2021ci il tarixli, 8-2(113)-66/2021 nömrəli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə və yeni şikayət yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddəti üzrlü hesab edib müddətin bərpası barədə ərizəni təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, şikayətin verilməsi üçün nəzərdə tutulan prosessual müddət 14.01.2022-ci il tarixdə dayanmış, 10.03.2021-ci il tarixdə sözügedən müddətin axımı davam etmiş, Tələbkar1 MMC qanunvericiliyin tələblərinə cavab verən 2ci şikayəti həmin dövrdə, yəni 28.02.2022-ci il tarixdə verilmişdir. Məhkəmə kollegiyası Tələbkar1 MMC-nin 21.12.2021-ci il tarixli, 8-2(113)-66/2021 nömrəli qərardaddan ilk dəfə şikayət verərkən prosessual müddəti ötürmədiyini, şikayətin forması ilə bağlı qanuna dəyişikliyin yeni olduğunu nəzərə alaraq hesab edir ki, ərizənin təmin edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli, 8-2(113)-66/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Maraqlı şəxs "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli, 8-2(113)-66/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar