Məhkəmə qərarları › İş №8-2(103)-6/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-6/2024

02.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-6/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-6/2024 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 təqdimatla məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-247/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu MMC-yə məxsus Xaçmaz rayonu Yeni yaşayış massivində 0,0460 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı ümumi sahəsi 266,90 kv.m olan ev, Xaçmaz şəhəri XaçmazXudat yolunun sol tərəfində 0,0460 ha həyətyanı sahə, Xaçmaz rayonu Yalama kəndində 1 ha sahibkarlıq təyinatlı sahə, Xaçmaz rayonu Mürşüdoba kəndində 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 2 otaqlı ümumi sahəsi 330 kv.m olan ev və 0,12 ha həyətyanı sahə, Xaçmaz rayonu İstisu qəsəbəsində 0,08 ha həyətyanı sahə, Şabran rayonu Rəhimli kəndində 2,059 ha əkin sahəsi, Şabran rayonu Uzunboyad kəndində 1,55 ha əkin və 2,58 ha əkin təyinatlı sahə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 21-ci Mərdəkan küçəsi, 10-da yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 167.90 kv.m olan ev, Şəmkir rayonu Qaracəmirli kəndində 2,3474 ha əkin, 4,5199 ha əkin, 3,0071 ha əkin, 1,5128 ha əkin, 13,4281 ha əkin və 2,5216 ha əkin təyinatlı torpaq sahəsi, həmçinin “Fiat Doblo” markalı 27AA242 və “Ford Transit” yük markalı 27AC802 dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 247/2023-054 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 1.035.341,99 manat məbləğində pul vəsaiti və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat və 907,67 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Belə ki, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmiş, borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcluya məxsus təqdimatda qeyd edilən daşınar və daşınmaz əmlaklar mövcuddur. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən əmlakların üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimatla müraciət olunmuşdur. Borclu MMC təqdimata etiraz edərək bildirir ki, hal-hazırda borclunun bank hesabları üzərinə həbs qoyulduğundan sonuncu sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Digər tərəfdən, təqdimatda göstərilən əmlakların dəyəri Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-247/2023 nömrəli qətnaməsi ilə qət edilən məbləğdən daha çoxdur. Bu səbəblərdən təqdimat təmin edilməməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-6/2024 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(113)-247/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Xaçmaz rayonu Yeni yaşayış massivində 0,0460 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı ümumi sahəsi 266,90 kv.m olan ev, Xaçmaz şəhəri Xaçmaz-Xudat yolunun sol tərəfində 0,0460 ha həyətyanı sahə, Xaçmaz rayonu Yalama kəndində 1 ha sahibkarlıq təyinatlı sahə, Xaçmaz rayonu Mürşüdoba kəndində 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 2 otaqlı ümumi sahəsi 330 kv.m olan ev və 0,12 ha həyətyanı sahə, Xaçmaz rayonu İstisu qəsəbəsində 0,08 ha həyətyanı sahə, Şabran rayonu Rəhimli kəndində 2,059 ha əkin sahəsi, Şabran rayonu Uzunboyad kəndində 1,55 ha əkin və 2,58 ha əkin təyinatlı sahə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 21-ci Mərdəkan küçəsi, 10-da yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 167.90 kv.m olan ev, Şəmkir rayonu Qaracəmirli kəndində 2,3474 ha əkin, 4,5199 ha əkin, 3,0071 ha əkin, 1,5128 ha əkin, 13,4281 ha əkin və 2,5216 ha əkin təyinatlı torpaq sahəsi, həmçinin “Fiat Doblo” markalı 27AA242 və “Ford Transit” yük markalı 27AC802 dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə “İcra haqqında” Qanunun 58-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla qalıq borc məbləği olan 1.036.649,66 manat həddində həbs qoyulmuş, təqdimat qalan hissədə rədd edilmişdir. Borclu MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sara Qrup QSC-inin sabiq icraçı direktoru X2 ilə Aras Agro MMC-inin direktoru X7 arasında 02 mart 2020-ci il tarixində 07 nömrəli alqısatqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında da Sara Qrup QSC-i tərəfindən Borclu MMC-yə Fargo markalı, Humiks 40 markalı və başqa markadan olan gübrələr satılmışdır. Həmin müqavilənin 2.1.2-ci maddəsinə göstərilmişdir ki, təhvil verilmə anında malların kəmiyyətində və yaxud keyfiyyətində çatışmamazlıq üzə çıxarsa yenisi ilə əvəz edilməlidir. Ayrı-ayrı laboratoriyalarda aparılmış sınaq nəticələrindən görünür ki, Tələbkar QSC tərəfindən Borclu MMC-yə satılmış Fargo Markalı və Humiks 40 markalı gübrələrin keyfiyyət göstəriciləri normaya uyğun deyildir. Borclu MMC-nin direktoru X6 şikayəti əsasında toplanmış material və sair etirazlar işə mahiyyəti üzrə baxılarkən səsləndirilmiş və yazılı formada məhkəməyə təqdim edilmişdir. Lakin, məhkəmə həmin sübutları nəzərə almamışdır. Həmçinin, borcun ödənilməsi üçün Borclu MMC-nin hesablarındakı həbsin götürülməsi zəruridir. İcra şöbəsinin həm bank hesablarına həbs qoyması, həm də məhkəmə tərəfindən qiymətinə fikir verilmədən bütün əmlakın üzərinə həbs qoyulması qanunsuzdur. Məhkəmə, hüquqi şəxsin bütün əmlakının və bank hesablarının üzərinə həbs qoyulmasının həmin hüquqi şəxsin müflisləşməsi nəticəsini doğuracağını nəzərə almamışdır. İcra şöbəsi əmlakın və bank hesablarının eyni vaxtda üzərinə həbs qoyulmasının zəruriliyi əsaslandırmamış, məhkəmə isə bu xüsusata diqqət yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. İlk olaraq kollegiya qeyd edir ki, hazırki şikayətə məhkəmə iclasında baxılmasına zərurət yoxdur və ona görə də, işə şifahi icraat qaydasında məhkəmə iclası keçirilməklə baxılması barədə borclunun vəsatəti təmin edilmir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, şikayətin dəlillərini və təqdimatın qismən təmin olunduğunu, lakin icra qurumu və ya tələbkar tərəfindən şikayət verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qərardadın əsaslığı yalnız təqdimatın qismən təmin edilməsi hissəsində yoxlanılır. Şikayətə dair qeyd olunur ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1, 45.6, 45.7, 50.1, 50.2, 53-cü maddələrindən müəyyən olunur ki, əmlakın üzərinə həbs qoyulması, götürülməsi və satılmasından ibarət olan tələbin borclunun əmlakına yönəldilməsi məcburi icra tədbirlərinə aiddir. Borcunun əmlakı üzərinə həbs qoyulması icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində və yalnız məhkəmə qərarı ilə həyata keçirilir. Eyni zamanda, “İcra haqqında” Qanunun 58.1-ci maddəsində müəyyən edilmişdir ki, borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması aşağıdakı növbəlilik üzrə həyata keçirilir: birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak); ikinci növbədə - hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər; üçüncü növbədə daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər; dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak. İş materiallarından müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 247/2023-054 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu MMC ilə Tələbkar QSC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 1.035.341,99 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 907,67 manat məbləğində pul Borclu MMC-dən tutularaq Tələbkar QSC-yə ödənilməlidir. Həmin icra sənədi 22 dekabr 2023-cü il tarixdə tərtib edilərək icra olunması üçün Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq Borclu MMC-dən 10 gün müddətində icranı könüllü olaraq təmin etmək təklif edilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmiş, bu barədə bildiriş borclunun qanuni təmsilçisi X7 tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. İcra sənədi tələbin könüllü icrası müddətində icra edilməmişdir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 tələbin borclunun pul vəsaitlərinə yönəldilməsi haqqında 07 yanvar 2024-cü il tarixli qərarları əsasında borclunun "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesablaşma hesablarına mədaxil istisna olunaraq həbs qoyulmuş və icra olunması üçün müvafiq banklara göndərilmiş, xx.xx.2024-cü il tarixli borclunun əmlakı üzərinə məhdudiyyətin qoyulması barədə qərarla məhkəmə tərəfindən qərardad qəbul edilənədək Xaçmaz rayonu Yeni yaşayış massivində 0,0460 ha, Xaçmaz şəhəri Xaçmaz-Xudat yolunun sol tərəfində 0,0460 ha həyətyanı, Xaçmaz rayonu Yalama kəndində 1 ha sahibkarlıq təyinatlı, Xaçmaz rayonu Mürşüdoba kəndində 0,08 ha və 0,12 ha həyətyanı, Xaçmaz rayonu İstisu qəsəbəsində 0,08 ha həyətyanı, Şabran rayonu Rəhimli kəndində 2,0598 ha əkin, Şabran rayonu Uzunboyad kəndində 1,55 ha əkin və 2,58 ha əkin təyinatlı torpaq sahələri üzərinə həbs qoyulmuş, qərar icra olunması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı ərazi idarəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixli borclunun əmlakı üzərinə məhdudiyyətin qoyulması barədə qərarla məhkəmə tərəfindən qərardad qəbul edilənədək borclunun mexaniki nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikaları üzərinə həbs qoyulmuş, qərar icra olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Quba X5 Mərkəzinə göndərilmişdir. Eyni zamanda, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli məktubla borclunun müəyyən edilmiş hesablaşma hesablarına həbsin qoyulduğunu, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli məktubla borclunun bank hesablarına tələb həcmində həbs qoyulduğunu, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli məktubla borclunun bank hesablarına həbs qoyulduğunu, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli məktubla müvafiq sərəncamların 2 ay müddətində bankda saxlanılacağı və müştərinin hesabına vəsait daxil olduğu təqdirdə icra ediləcəyini, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli məktubla borclunun hesablarına vəsait olmadığını, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli məktubla borclunun bank hesablarına həbs qoyulduğunu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Quba X5 Mərkəzi xx.xx.2024-cü il tarixli məktubla borclunun adına qeydiyyata alınmış mexaniki nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikalarının aşkar olunmadığını, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli məktubla borcluya məxsus qərarda göstərilən daşınmaz əmlaklara həbs qoyulduğunu bildirmişdir. Beləliklə, icra işində olan sənədlərdən icra məmurunun borcluya məxsus bank hesabından müvafiq məbləğin tutulması ilə bağlı tədbirlər həyata keçirdiyi, müvafiq hesabda yetərli pul vəsaitinin olub-olmaması barədə müvafiq banklardan məlumat əldə etdiyi təsdiqlənir. Belə ki, icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri və başqa sərvətlərinin axtarışı istiqamətində sorğular aparılmış, həmin sorğulardan əldə olunan məlumat əsasında borclunun banklardakı hesablarında olan vəsaitlərə tutma yönəldilməsinə çalışılmış, lakin həmin hesablarda vəsait olmadığından icra həyata keçirilə bilməmişdir. Təqdimata əlavə edilən “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumatlardan isə görünür ki, Xaçmaz rayonu Yeni yaşayış massivində 0,0460 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı ümumi sahəsi 266,90 kv.m olan ev, Xaçmaz şəhəri Xaçmaz-Xudat yolunun sol tərəfində 0,0460 ha həyətyanı sahə, Xaçmaz rayonu Yalama kəndində 1 ha sahibkarlıq təyinatlı sahə, Xaçmaz rayonu Mürşüdoba kəndində 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 2 otaqlı ümumi sahəsi 330 kv.m olan ev və 0,12 ha həyətyanı sahə, Xaçmaz rayonu İstisu qəsəbəsində 0,08 ha həyətyanı sahə, Şabran rayonu Rəhimli kəndində 2,059 ha əkin sahəsi, Şabran rayonu Uzunboyad kəndində 1,55 ha əkin və 2,58 ha əkin təyinatlı sahə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 21ci Mərdəkan küçəsi, 10-da yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 167.90 kv.m olan ev, Şəmkir rayonu Qaracəmirli kəndində 2,3474 ha əkin, 4,5199 ha əkin, 3,0071 ha əkin, 1,5128 ha əkin, 13,4281 ha əkin və 2,5216 ha əkin təyinatlı torpaq sahəsi, həmçinin “Fiat Doblo” markalı 27AA242 və “Ford Transit” yük markalı 27AC802 dövlət qeydiyyat nişanlı avtomobillər borclunun mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, hazırda borclunun mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün zəruridir və icra haqqında qanunvericiliyin tələblərinə cavab verir. Belə ki, “İcra haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən, borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Xaçmaz rayonu Yeni yaşayış massivində 0,0460 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı ümumi sahəsi 266,90 kv.m olan ev, Xaçmaz şəhəri Xaçmaz- Xudat yolunun sol tərəfində 0,0460 ha həyətyanı sahə, Xaçmaz rayonu Yalama kəndində 1 ha sahibkarlıq təyinatlı sahə, Xaçmaz rayonu Mürşüdoba kəndində 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 2 otaqlı ümumi sahəsi 330 kv.m olan ev və 0,12 ha həyətyanı sahə, Xaçmaz rayonu İstisu qəsəbəsində 0,08 ha həyətyanı sahə, Şabran rayonu Rəhimli kəndində 2,059 ha əkin sahəsi, Şabran rayonu Uzunboyad kəndində 1,55 ha əkin və 2,58 ha əkin təyinatlı sahə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 21-ci Mərdəkan küçəsi, 10-da yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 167.90 kv.m olan ev, Şəmkir rayonu Qaracəmirli kəndində 2,3474 ha əkin, 4,5199 ha əkin, 3,0071 ha əkin, 1,5128 ha əkin, 13,4281 ha əkin və 2,5216 ha əkin təyinatlı torpaq sahəsi, həmçinin “Fiat Doblo” markalı 27AA242 və “Ford Transit” yük markalı 27AC802 dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə məhz Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(113)-247/2023 nömrəli icra sənədi üzrə borc məbləği olan 1.036.649,66 manat həddində həbs qoyulması barədə nəticəyə gəlmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı (mübahisələndirilən hissədə) əsaslı şəkildə qəbul edilmiş, şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olduğuna və mübahisənin mahiyyətinə aid olduğuna görə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-6/2024 saylı qərardadı təqdimatın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar