Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-7/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X* Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 25.02.2022-ci il tarixli 8-2(**3)-*5/2022 saylı qərardadından tələbkar "xxxx" QSC BOKT tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 sentyabr 20*6-cı il tarixli, 2-2(8*)- *58/20*8 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Borclu-dən iddiaçı "xxxx" QSC-nin xeyrinə 03 dekabr 20*3-cü il tarixli **26* saylı kredit müqaviləsi üzrə 403670*4 manat əsas və 8*63*54,22 manat faiz borcu, 8544 manat cərimə olmaqla, cəmi 485387*2,22 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Tələbkar "xxxx" QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.09.20*6-cı il tarixli, 2-2(8*)-*58/20*6 saylı qətnaməsinin icra üsulunu dəyişdirərək, tutmanın Borclu-nin mülkiyyətində olan “Mercedes 320 minik” markalı, *0-AK-*3* qeydiyyat dövlət nömrə nişanlı və “Mercedes Vito minik” markalı, *0- AA-332 qeydiyyat dövlət nömrə nişanlı avtomobillərə, Borclu-nin adına icarə hüququ əsasında qeydiyyata alınan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində yerləşən 5 ha və ünvan 1 ünvanında yerləşən 0,3675 ha torpaq sahələri üzərindəki icarə hüququna yönəldilməsi, Borclu-nin həmin əmlaklar üzərində müvafiq olaraq mülkiyyət və icarə (istifadə) hüquqlarına xitam verilməsi, "xxxx" QSC-nin həmin əmlak üzərində mülkiyyət və icarə (istifadə) hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə "xxxx" QSC-nin yuxarıda qeyd olunan əmlakların yeni mülkiyyətçisi və icarəçisi (istifadəçisi) kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, qeyd olunan əmlaklar borcun ödənilməsinə kifayət etmədikdə, borcun qalan məbləğinin Borclu-nin digər daşınar və daşınmaz əmlaklarına (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlaklar hesabına borcun tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.02.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Tələbkar "xxxx" QSC BOKT həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 28.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 23*.*-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunan maddənin mənasına görə icra olunmamış və icra mərhələsində olan qətnamənin icrasına möhlət verilməsi və ya qətnaməni hissə-hissə icra etdirilməsi, habelə onun icra üsulunu və qaydasını dəyişdirilməsi mümkündür. Lakin iş materiallarından müəyyən olunur ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 sentyabr 20*6-cı il tarixli, 2-2(8*)-*58/20*8 saylı qətnaməsinin icrası ilə əlaqədar 2-2(8*)-*58/20*8 saylı icra vərəqəsi tərtib edilərək icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmiş, icra şöbəsinin 2*.**.20*6-cı il tarixli icraata başlamaq haqqında qərarı ilə iş üzrə icraata başlanılmış və Borclu-yə *0 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. "xxxx" QSC 20*7-ci ildə * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə müraciət etmiş və * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 20*7-ci il tarixli, 8-2(8*)-**3/20*7 saylı qərardadı ilə "xxxx" QSC-nin ərizəsi qismən təmin edilərək, * saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 09.09.20*6-cı il tarixli, 2-2(8*)-l58/20*6 saylı qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu-dən "xxxx" QSC-yə tutulmalı olan 485387*2,22 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu üzrə tutmanın borclunun mülkiyyətində olan “Mercedes 320 minik” markalı, *0-AK-*3* qeydiyyat dövlət nömrə nişanlı və “Mercedes Vito minik” markalı, *0-AA-332 qeydiyyat dövlət nömrə nişanlı avtomobillərə yönəldilməsi, həmin əmlaklar üzərində “Arcon'' MMC-nin mülkiyyət hüququna xitam verilməsi, "xxxx" QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin üzərinə "xxxx" QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda göstərilən əmlaklar borcun ödənilməsi üçün kifayət etmədikdə yerdə qalan borc məbləğinin Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 5 ha torpaq sahəsi və Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllə, 0,3675 ha torpaq sahəsi üzərindəki icarə hüququna yönəldilməsi qərara alınmış, torpaq sahələri Borclu-nin mülkiyyətində olmadığından ərizə “Aqrarkredit" QSC-nin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə "xxxx" QSC-nin daşınmaz əmlaklarının yeni mülkiyyətçisi kimi qeydiyyata alınması hissəsində isə təmin edilməmişdir. Həmin qərardad qanuni qüvvəyə minmiş və icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra şöbəsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 30 avqust 202*-ci il tarixli, 5/33-*2528-*54628/*6-5-33 nömrəli məktubunda qeyd olunmuşdur ki, İcra şöbəsi tərəfindən 22.*2.20*6-cı il tarixdə borclunun əmlakını aşkar etmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat İmtahan şöbəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə sorğular verilərkən Borclu-nin adına Bakı şəhəri, Səməd Vurğun küçəsi 360-cı məhəllə ərasində yerləşən 0.3675 ha torpaq sahəsi aşkar edilmişdir. Qeyd olunan torpaq sahəsinin üzərinə həbs qoyulması məqsədi ilə 03.04.20*7-ci il tarixdə təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və həmin Məhkəmənin 8(006)-478/20*7 saylı, 20.04.20*7-ci il tarixli qərardadı ilə borcluya məxsus Bakı şəhəri, Səməd Vurğun küçəsi 360-cı məhəllə ərazisində yerləşən 0.3675 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş və icra olunması üçün *0.05.20*7-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən Borclu-yə məxsus "X3” minik markalı, *0-AA-332 dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilərək üzərinə həbs qoyulması məqsədi ilə 24.08.20*8-ci il tarixdə təqdimatla Nəsimi Rayon Məhkəməsinin müraciət edilmiş və həmin Məhkəmənin 8(006)-639/20*8 saylı, 06.09.20*8-ci il tarixli qərardadı ilə sözügedən avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad icra olunması üçün *2.**.20*8-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-yə və Bakı şəhəri BPİ DYPİyə göndərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə Borclu-nin adında olan Bakı şəhəri, Səməd Vurğun küçəsi 360-cı məhəllə ərazisində yerləşən 0.3675 ha torpaq sahəsinin üzərində həbsin olub-olmaması barədə sorğu edilmiş, sorğunun nəticəsindən asılı olaraq torpaq sahəsinin qiymətləndirilməsi üçün müvafiq tədbirlər görüləcəkdir (sorğunun nəticəsi barədə şöbəyə məlumat daxil olmamışdır). Göründüyü kimi hazırkı icra üsulunun dəyişdirilməsi barədə ərizədə qeyd olunan, borcluya məxsus əmlaklar tələbkarın 20*7-ci ildə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə icra üsulunun dəyişdirilməsi ilə bağlı müraciətində qeyd etdiyi əmlaklarla eynilik təşkil edir. Nəsimi rayon İcra şöbəsinin 30 avqust 202*-ci il tarixli, 5/33-*2528-*54628/*6-5-33 nömrəli məktubundan da görünür ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 sentyabr 20*6-cı il tarixli, 2-2(8*)-*58/20*8 saylı qətnaməsinin icrası ilə əlaqədar İcra şöbəsi tərəfindən müxtəlif icra tədbirləri həyata keçirilmişdir və hazırda da davam etdirilir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə ərizə rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, ərizə digər hissədə də təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 57.*-ci maddəsinə əsasən borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu baxımdan kollegiya qeyd edir ki, icra icraatı üzrə borclunun pul vəsaiti və yuxarıda qeyd olunan əmlakları borcun ödənilməsi üçün kifayət etmədikdə, icra məmuru xidməti vəzifəsinə uyğun olaraq tələbi borcluya məxsus olan digər əmlaklara yönəldə bilər. Qeyd olunan icra hərəkətlərinin aparılması üçün isə qətnamənin icra üsulunun dəyişdirilməsinə zərurət yoxdur. Bu baxımdan kollegiya qeyd edir ki, tələbkarın verdiyi ərizə rədd edilməli, ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar "xxxx" QSC BOKT tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 25.02.2022-ci il tarixli 8-2(**3)-*5/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №8-2(103)-7/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-7/2022
19.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver