Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-7/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 25 may 2023-cü il tarixli 8-2(113)-35/2023 saylı qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, məhkəmə qərarlarının məcburi icraya yönəldilməsinə, borclu X1 inzibati və cinayət məsuliyyətinə cəlb olunmasına müvafiq tədbirlərin görülməsinə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair müvafiq tədbirlərin görülməsinə nəzarət olunmasının təmin edilməsi, işin icra vəziyyəti və görülmüş işlər, müvafiq sorğu və arayışlar barədə onların surətlərinin təqdim edilməsi ilə sübutların təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 may 2023-cü il tarixli 8-2(113)-35/2023 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinin 25 may 2023-cü il tarixli 8- 2(113)- 35/2023 saylı qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 8- 2(113)- 35/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadını ləğv edib, məhkəmə qərarlarının məcburi icraya yönəldilməsinə, borclu X1 inzibati və cinayət məsuliyətə cəlb olunmasına dair müvafiq tədbirlərin görülməsinə nəzarət olunmasının, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair müvafiq tədbirlərin görülməsinə nəzarət olunmasının təmin edilməsi, işin icra vəziyyəti və görülmüş işlər, müvafiq sorğu və arayışlar barədə onların surətlərinin müvafiq təqdim edilməsi ilə sübutların təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkar "xxxx" MMC (VÖEN: **********) borclu "xxxx" MMC-yə (VÖEN: **********) qarşı iddia ilə xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 9914.51 manat əsas borcun, 495,72 manat cərimə borcunun, 200 manat məbləğində mediasiya xərcinin və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunun nəticəsində 9914.51 AZN əsas borc məbləğinin, mediasiya xərcinin əvəzi olaraq 200 AZN və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 AZN məbləğində pul vəsaitlərinin "xxxx" MMC-dən tutularaq "xxxx" MMCyə ödənilməsinə dair e-2-2(113)-1688/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən e-2-2(113)-1688/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamənin icra edilməsi üçün icra vərəqəsi “01” iyul 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir və icra məmuru X2 tərəfindən e143511/2022-53-34 nömrəli xx.xx.2022-ci il tarixli icra işi başlanılmışdır. Lakin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1688/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi borclu "xxxx" MMC-ni (VÖEN: **********) təmsil edən direktoru (rəhbəri) xx.xx.1990cı il təvəllüdlü X3 (şv AZE № 15254198, FİN: 4XECTPQ, Qeydiyyat ünvanı: Kürdəmir şəhəri Carlı kəndi) tərəfindən, xeyli müddətin keçməsinə baxmayaraq hazırkı tarixədək icra olunmamışdır. İcra məmurunun icra sənədinin icra olunması üzrə Azərbaycan Respublikası “İcra məmurları haqqında” Qanununun 8-ci maddəsində icra mənurlarına verilən səlahiyyətlərə baxmayaraq icra sənədinin icra məmuru tərəfindən vaxtında və düzgün icra olunması üçün borcluya qarşı məcburi icranı təmin edən və başqa tədbirlər vaxtında və lazımi qaydada tam həyata keçirilməmişdir. İcra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar AR “İcra məmurları haqqında” və “İcra haqqında” qanunları ilə göstərilən vəzifələrinin lazımi qaydada və tam yerinə yetirilməsində hərəkətsizliyi ilə tələbkara qarşı onun məhkəmə qərarı ilə təmin edilmiş hüquqlarının həyata keçirilməsinə laqeyd münasibət göstərərək borclunun öz öhdəliklərinin yerinə yetirilmənəsinə şərait yaradılmışdır və bunun nəticəsində “İcra məmurları haqqında” Qanunun 12.1-ci maddəsinin tələbləri və buna görə də həmçinin MPM-nin 15-ci maddəsinin tələbləri də icra məmuru tərəfindən pozulmuşdur. Buna görə də, icra sənədi üzrə icra məmuru tərəfindən borcluya qarşı qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülüb görülməməsi barədə “İcra haqqında” Qanunun 26-cı maddəsinə müvafiq olaraq icra işinin məhkəmə tərəfindən tələb olunmaqla məhkəmə tərəfindən araşdırılması zəruridir. Bakı Kommersiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 9914.51 manat əsas borcun, 495,72 cərimə borcunun, 200 manat məbləğində mediasiya xərcinin və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1688/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi iddia qismən edilmiş, xx.xx.2022-ci il tarixdə icra sənədi verilərək, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə icra edilməsi üçün göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında Plenum belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 15.4-cü bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-lə nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ərizəçi "xxxx" MMC icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət ərizəsi verərək, icra sənədi üzrə icra məmuru tərəfindən lazımi tədbirlərin görülməməsini qeyd etmiş, bu barədə tədbirlərin (borculunun inzibati və cinayət məsuliyətə cəlb olunması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) görülməsinin təmin edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından da göründüyü kimi, ərizəçinin öz tələbində qeyd etdiyi borclunun inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi müvafiq olaraq məhkəmənin və istintaq orqanının səlahiyyətinə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması isə icra məmurunun təqdimatına əsasən məhkəmə tərəfindən həyata keçirilir. Ərizəçi tərəfindən verilmiş şikayət ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğundan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə şikayət ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin, ərizəçinin müvafiq ərizə ilə Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququ var. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 25 may 2023-cü il tarixli 8-2(113)-35/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №8-2(103)-7/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-7/2023
22.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver