Məhkəmə qərarları › İş №8-2(103)-7/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-7/2025

18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-7/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-38/2025 saylı qərardadından Tələbkar QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi borclunun üçüncü şəxslərdə olan əmlakının üzərinə həbs qoyulması haqqında təqdimat ilə məhkəməyə müraciət edərək, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3 423784,68 (ƏDVsiz) manat pul vəsaitinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4315/2022-039 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" Şirkətinin Azərbaycan Respublıkasindakı Filialından 258611.71 manat məbləğində pul vəsaiti və 675 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3519/2021-031 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən, "xxxx" Şirkətinin Azərbaycan Respublıkasindakı Filialından 54000 manat məbləğində pul vəsaiti və 28.14 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4827/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən “Technicon FZCO" Şirkətinin Azərbaycan Respublıkasindakı Filialından 40904.5 manat məbiəğində pu! vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4785/2023-028 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından xx.xx.2021 - ci il tarixli müqavilə üzrə 2000 manat əsas borc və 100 manat dəbbə pulu olmaqla cəmi 2100 (iki min yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 205 (iki yüz beş) manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4648/2023- 060 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədi üzrə borclu "Technicon Fzco” şirkətinin Azərbaycan Respublikasındakı filialından 01 aprel 2020-ci il tarixli müqavilə üzrə yaranmış cəmi 70.457,91 manat borc, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 6164.73 manat və 406 manat mediasiya xərcinin əvəzi, cəmi 77.028,64 manat tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e2- 2(113)-1117/2024-028 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialından 238,498 ABŞ dolları, pulun qanunsuz saxlanılmasına görə 11,924.9 ABŞ dolları, hüquqi yardımın göstərilməsi məqsədilə 520 manat, mübahisənin mediasiya ilə həll edilməsi məqsədilə ödənilmiş 400 manat, 330 manat dövlət rüsumu olmaqla, cəmi 250.422.9 ABŞ dolları (ödəniş Azərbaycan manatı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnəyə əsasən) və 1250 manat məbləğində pul tutularaq tələbkar "xxxx" QSC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata daxil olmuş və borcluya icra sənədlərinin icrası ilə əlaqədar tələbin könüllü icrası haqqında biidiriş və xəbərdarlıq göndərilmişdir. Borclu tərəfindən borc ödənilmədiyindən onun bank hesablarına həbs qoyulmuş, eləcə də dəfələlərlə inkasso sərəncamı qoyulmuşdur. Eləcə də xx.xx.2024-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə borclu barəsində inzibati protokol tərtib edilmiş və münasibət bildirmək üçün borclu hüquqi şəxsin ünvanına göndərilmişdir. Borclu tərəfindən şöbəyə hər hansı müraciət daxil olmamışdır. Ona görə də xx.xx.2024-cü il tarixdə inzibati protokol Xətai Rayon Məhkəməsinə təqdim olunmuşdur. Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında borclu "xxxx" Şirkətinin Azərbaycan Respublıkasindakı Filialı İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məlumat üçün bildirilir ki, iş materiallarında olan ödəniş tapşırığına əsasən borclu tərəfindən Tələbkar MMC-yə 20000 manat ödənildiyi və ümumi 258611.71 manat borcdan 239286,71 manat qalıq borcun qaldığı müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, borclu "xxxx" Şirkətinin Azərbaycan Respublıkasindakı Filialından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 40904,50 manat borcdan qalıq borcun 35914,50 manat və "xxxx" ASC-yə (ləğv prossesindədir) 54028,14 manat borcdan qalıq borcun 20028,14 manat borclu olduğu işlər də xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, bir icraatda birləşdirilmiş və hazırda icraatdadır. Borclunun digər dövlət orqanlarında adına hər hansı əmlakın olub- olmamasını müəyyən etmək üçün xx.xx.2024-cü il tarixdə sorğular göndərilmiş, lakin adına hər hansı əmlak aşkar edilməmişdir. Araşdırma zamanı borcluya SOCAR Heydər Əliyev adına X6 423784.68 (ƏDV-siz) manat borcunun olduğu müəyyən edilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun üçüncü şəxsdə olan əmlakının (pul vəsaitinin) üzərinə həbs qoymaqla tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 8-2(113)- 38/2025 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Qeyd edilən qərardaddan Tələbkar QSC şikayət verib qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamışdır. Hesab edilir ki, icra sənədi üzrə məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslar mövcud olduğundan təqdimat təmin edilməlidir. Məhkəmənin bank rekvizitlərinin uyğunsuzluğunun tərəflər arasında fikir ayrılığı kimi qiymətləndirilməsinə münasibətdə qeyd edilir ki, müqavilə bağlandığı zaman tərəflərin üzərinə qoyulan öhdəliklərdən biri də düzgün bank rekvizitlərinin təqdim edilməsidir. Bank rekvizitləri dəyişdiyi zaman isə tərəflər bu barədə məlumat verməli və bildiriş göndərməlidirlər. Qanunvericilikdə və müqavilədə bank rekvizitlərinin yanlış olması müqavilənin xitamı, etibarsızlığı və ya öhdəliklərin icrasından azad edilmə kimi halları nəzərdə tutmamışdır. Beləliklə, borclu tərəfindən qəsdən və ya texniki səhv olaraq bank rekvizitlərinin yanlış qeyd edilməsi heç bir şəkildə onu müqavilə üzrə öhdəliklərinin icrasından azad etmir. Əlavə olaraq qeyd edilir ki, müqavilə üzrə borcluya SOCAR Heydər Əliyev adına X9 tərəfindən 28,760,541.53 AZN (ƏDV-siz) məbləğində ödəniş artıq edilmişdir (SOCAR Heydər Əliyev adına X10 tərəfindən təqdim edilmiş 24 yanvar 2025-ci il tarixli məktub ilə təsdiq edilir). Bu da borclunun düzgün bank rekvizitlərinin və onların təqdim edilə bilmə imkanının mövcudluğunu bir daha təsdiq edir. Məhkəmə isə qeyd olunanlara baxmayaraq, borcluya bundan əvvəl 28,760,541.53 AZN (ƏDV-siz) məbləğində ödənişin uğurlu şəkildə və heç bir uyğunsuzluq olmadan icra edilməsini və bugünədək tərəflər arasında icra edilmiş ödənişlərin borcluya çatmaması və ya bank hesabında əks olunmaması, ödənilmiş məbləğin mübahisəli olması kimi mübahisələrin və fikir ayrılığının olmadığını nəzərə almamış və məsələni hərtərəfli və obyektiv araşdırmamışdır. Qeyd olunanlar nəzərə alaraq hesab edilir ki, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-38/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və məcburi icra tədbirləri kimi borclunun üçüncü şəxsdə olan əmlakının (pul vəsaitinin) üzərinə həbs qoymaqla tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-38/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdimata əlavə edilmiş: -Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4315/2022-039 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" Şirkətinin Azərbaycan Respublıkasindakı Filialından 258611.71 manat məbləğində pul vəsaiti və 675 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. -Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3519/2021-031 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən, "xxxx" Şirkətinin Azərbaycan Respublikasindakı Filialından 54000 manat məbləğində pul vəsaiti və 28.14 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməlidir. -Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4827/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən “Technicon FZCO" Şirkətinin Azərbaycan Respublıkasindakı Filialından 40904.5 manat məbiəğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. -Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4785/2023-028 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından xx.xx.2021 -ci il tarixli müqavilə üzrə 2000 manat əsas borc və 100 manat dəbbə pulu olmaqla cəmi 2100 (iki min yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 205 (iki yüz beş) manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. -Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4648/2023-060 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədinə əsasən borclu "Technicon Fzco” şirkətinin Azərbaycan Respublikasındakı filialından 01 aprel 2020-ci il tarixli müqavilə üzrə yaranmış cəmi 70.457,91 manat borc, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 6164.73 manat və 406 manat mediasiya xərcinin əvəzi, cəmi 77.028,64 manat tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. -Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1117/2024-028 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Techicon FZE Şirkətinin Azərbaycan Respublikasındakı filialından 238,498 ABŞ dolları, pulun qanunsuz saxlanılmasına görə 11,924.9 ABŞ dolları, hüquqi yardımın göstərilməsi məqsədilə 520 manat, mübahisənin mediasiya ilə həll edilməsi məqsədilə ödənilmiş 400 manat, 330 manat dövlət rüsumu olmaqla, cəmi 250.422.9 ABŞ dolları (ödəniş Azərbaycan manatı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnəyə əsasən) və 1250 manat məbləğində pul tutularaq tələbkar "xxxx" QSC-yə ödənilməlidir. -xx.xx.2024-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə borclu barəsində inzibati protokol tərtib edilmiş və münasibət bildirmək üçün borclu hüquqi şəxsin ünvanına göndərilmişdir. Borclu tərəfindən şöbəyə hər hansı müraciət daxil olmamışdır. Ona görə də xx.xx.2024-cü il tarixdə inzibati protokol Xətai Rayon Məhkəməsinə təqdim olunmuşdur. -Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclu "xxxx" Şirkətinin Azərbaycan Respublıkasindakı Filialı İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. -Borclunun bank hesablarına qoyulmuş inkasso sərəncamları vəsait olmadığı üçün icrasız geri qaytarılmışdır. - Heydər Əliyev adına X9 tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra rəis müavini, kiçik ədliyyə müşaviri Vüqar Hüseynova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Heydər Əliyev adına X9 (NEZ) ile "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış müqavilələr üzrə hal-hazıradək 28,760,541.53 AZN (ƏDV-siz) məbləğində ödəniş həyata keçirilmişdir. Belə ki, tərəflər arasında bağlanmış HS-503/2-22 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə şərtinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filial tərəfindən NEZ-ə təqdim olunmuş aylıq hesabfakturlara 5% həcmində tutulma tətbiq edilmiş və tətbiq olunmuş tutulmanın bugünə olan cəmi qalıq məbləği 423,784.68 AZN (ƏDV-siz) təşkil edir. Müqavilə üzrə tikinti işləri tamamlandığı və Tərəflər arasında müvafiq Yekun Təhvil-Təslim Aktı imzalandığı üçün qalıq borcun ödənilməsi üçün "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən NEZ-ə təqdim olunmuş hesab-faktura sənədində mövcud müqavilə üzrə razılaşdırılmış bank rekvizitlərində uyğunsuzluq (fərqli bank rekviziti göstərilmişdir) aşkar edilmiş və bu barədə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına müvafiq məlumat verilmışdır. Təqdim olunmuş hesab-fakturada aşkar edilmiş uyğunsuzluq aradan qaldırılanadək tərəfimizdən ödənişin hayata keçirilməsi müvəqqəti olaraq dayandırılmışdır. Qeyd olunanlara əsasən, NEZ tərəfindən 423,784.68 AZN (ƏDVsiz) qalıq borc məbləğinin hansı tarixdə və məbləğdə ödəniş ediləcəyi məlum deyildir. -Xətai rayon İcra Şöbəsi tərəfindən icra sənədləri üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildirişlər göndərilmiş, lakin icra sənədlərində olan tələblər borclu tərəfindən icra edilməmişdir. Borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlak, bank hesablarında tələbin yönəldilə biləcəyi vəsait aşkar edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun: 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi 44.3-cü maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45-ci maddəsinin 2-6-cı bəndlərinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda icra məmuru təqdimatında "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3 423784,68 (ƏDV-siz) manat pul vəsaitinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimatın məzmunundan da göründüyü kimi icra məmurunun üzərinə həbs qoyulmasını xahiş etdiyi pul vəsaiti borclu "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına deyil, icra icraatında borclu qismində çıxış etməyən SOCAR Heydər Əliyev adına X8 məxsusdur. Belə ki, SOCAR Heydər Əliyev adına X6 borclu qarşısında icra edilməmiş pul öhdəliyi mövcud olsa belə, borclu həmin pul vəsaiti onun sərəncamına verilənədək həmin pul vəsaiti üzərində mülkiyyət hüququna malik olmur. Borclunun yalnız həmin pul vəsaitinin ödənilməsini tələb etməyə dair tələb hüququ vardır. Odur ki, icra məmurunun üzərinə həbs qoyulmasını xahiş etdiyi pul vəsaiti borcluya məxsus olmadığından məcburi icra tədbiri olaraq həmin pul vəsaitinin üzərinə həbs qoyulması istisna olunur. Odur ki, kollegiya hesab edir ki, təqdimatın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-38/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Elnur Həsənov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar