Məhkəmə qərarları › İş №8-2(103)-8/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-8/2023

03.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-8/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş borclunun mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyulması barədə təqdimat üzrə Bakı Kommersiya Məhkəməsinin 8-2(**3)-23/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar* Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Borclu* mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimatla Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Borclu* adına ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin bir hissəsinin (liter: A, C, C*, D*, E, E*, E2, F, F*, F* ”, G, J, K*, K2, P, Q, R*, S, Y, Z, Ü, İ, G, Ş, (Ə, Əl, Ə2, Ə3), (Ə*, Ə2, Ə3, Ə4, Ə5, Ə6), (Ə*, Ə2, Ə3, Ə4, Ə5, Ə6, Ə7, Ə8)) üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(085)-**/20*7 nömrəli, 05.04.20*7-ci il tarixli icra sənədinə əsasən, Borclu*ndən 4.*93.347,74 manat məbləğində borc tutularaq Tələbkar*-nin xeyrinə ödənilməlidir. Tutma ipoteka predmeti olan tutmanın Borclu*nə məxsus olan Abşeron rayonu, Binə qəsəbəsi, Binə sovxozunun ərazisində yerləşən əmlak kompleksinin M, M*, M2, M3, M4, M5, M6, M7, X, X*, X2, L, L*, L2, L3, B, U, D, K, T, O, R, Ö literlərinə yönəldilməlidir. ipoteka predmeti açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 4.400.000 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına borclunun banka olan borcu ödənilməli, ipoteka predmeti satıldığı halda * aydan gec olmayaraq boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ tələbkarın tələblərinin ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Borclu*ndən tutulmalıdır. Satışından əldə olunan məbləğ hesabına borc ödənildikdən sonra qalan məbləğ borcluya qaytarılmalıdır. icra sənədi *4.02.2020-ci il tarixdə icraata daxil olmuş, iş üzrə icraata başlama haqqında qərar qəbul olunaraq borcluya qərar və bildiriş göndərilmişdir. Sifariş məktubu əsasında Borclu*nə məxsus Abşeron rayonu, Binə qəsəbəsi, Binə sovxozunun ərazisində yerləşən əmlak kompleksinin M, M*, M2, M3, M4, M5, M6, M7, X, X*, X2, L, L*, L2, L3, B, U, D, K, T, O, R, Ö literləri satılması üçün açıq hərraca çıxarılmışdır. Daşınmaz əmlak açıq hərracdan satılmadığı üçün banka təklif edilmişdir. Hərracın yekunlarına dair əmlak alqı-satqısı barədə 22.*0.2020-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Binə qəsəbəsi, Binə sovxozunun ərazisində yerləşən əmlak kompleksinin M, M*, M2, M3, M4, M5, M6, M7, X, X*, X2, L, L*, L2, L3, B, U, D, K, T, O, R, Ö literləri 2.805.000 manata banka satılmışdır. Göründüyü kimi icra vərəqəsində qeyd edilən əmlak kompleksi bank tərəfindən satın alındıqdan sonra icra vərəqəsi üzrə Borclu* X2 İstehsal Müəssisəsinin Tələbkar*-yə ödənilməmiş borcu qalmaqdadır. Hazırda müəyyən edilmişdir ki, Borclu* X3 İstehsalı Müəssisəsinin adına Bakı şəhəri, Suraxanı rayonu,Hövsan qəsəbəsi ünvanında yerləşən əmlak kompleksinin bir hissəsi (liter: A,C, C*) D*, E, E*, F, F*, F*, G, J, K*, K2, P, Q, R*, S, Y, Z, Ü, İ, G, Ş, (Ə, Ə*, Ə2, Ə3), (Ə*, Ə2, Ə3, Ə4, Ə5, Ə6, Ə7, Ə8)) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Borclu təqdimata yazılı etirazını təqdim edərək qeyd etmişdir ki, Abşeron rayonu, Binə sovxozunun ərazisində yerləşən və ümumi sahəsi 84539.9 kv.m təşkil edən 8* ədəd qeyri-yaşayış sahəsi iddiaçı “Abşeron X2 istehsalı Müəssisəsi”nin mülkiyyətində olmuşdur. İddiaçının həmin tikililərə mülkiyyət hüququ Azərbaycan Respublikası keçmiş “Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 28.**.20C2-cı İİ tarixli. 228 saylı Qeydiyyat Vəsiqəsinə əsasən daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Tikililərə dair həmin orqan tərəfindən 2002-ci ilin oktaybr ayında Texniki Pasport da verilmişdir. Tədimat verilmiş əmlakların bazar dəyəri borc məbləğindən həddindən artıq çoxdur. Belə olan halda da Surxanı rayon icra şöbəsi “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 45-ci maddəsinin tələblərinə zidd olaraq təqdimat vermiş və borcun borclunun əmlakına yönəldilməsi qaydasına riayət etməmişdir. Tikililərdən bir hissəsi, yəni *3 *44,5 kvm. hissəsi *3 avqust 2008-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən dövlət ehtiyacları üçün, yəni avtomobil yolunun çəkilməsi üçün sökülmüşdür. Buna baxmayaraq sökülmüş binaların dəyəri ödənilmədiyindən 20*4-cü ildə sökülən hissənin bir qisminin, yəni 8979,9 kv.m hissəsinin dəyərinin ödənilməsi ilə əlaqədar o dövrdə * saylı Bakı İnzibati-lqtisadi Məhkəməsində sökülmüş hissələrdən 8979.9 kv m hissənin dəyəri olan 4.500.000 manat maddi zərərin, eləcə də Azərbaycan Respublikası Prezidentinin 26.*2.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavənin (900.000 manat), həmçinin vəsaitin vaxtında ödənilməsinin gecikdirilməsi üçün illik 7% məbləğin (*890.000 manat)-cəmi 7.290.000 manat məbləğində vəsaitin ödənilməsinə dair iddia qaldırılmış və həmin iddia * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.09.20*4-cü il tarixli, 2-*(8*)- *8*6/20*4 saylı qərarı ilə qismən- dövlət ehtiyacları üçün sökülmüş “X4 X* mülkiyyətində olmuş, sahəsi 89*9,9 kv.m. olan 6 ədəd qeyri-yaşayış binasının bazar dəyəri olan 2.463.396 manat pulun cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən tutulması hissəsində təmin olunub, qalan hissələrdə iddianın təmin olunmamasına qərar verilmişdir. Göründüyü kimi hələ 9 il bundan öncə 20*4-cü il tarixdə məhkəmə 89*9,9 kv.m. olan 6 ədəd qeyri-yaşayış binasının bazar dəyərini 2.463.396 manat olmasını təsdiqləmiş bu barədə müvafiq qərar çıxarılmışdır. Bundan məlum olur ki, müəssisənin * kv.m sahəsinin bazar dəyəri 276,*6 manat məbləğində qiymətləndirilmişdir. Mübahisəyə baxılan zaman cavabdeh Bakı şəhər icra hakimiyyətinin nümayəndəsi iddianı qəbul etmiş, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmuş tikililərin məhz cavabdeh Bakı ŞİH-tı tərəfindən söküldüyünü, lakin bunun müqabilində hər-hansı bir kompensasiya ödənilmədiyini etiraf edib iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Həmin ış üzrə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 26 09.20*4-cü il tarixli, 2- (8*-*8*6/20*4 saylı qərarından şikayət verilməmiş, qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bununla yanaşı müəssisəyə məxsus ümumi sahəsi 4200.0 kv.m. olan tikililər *3 avqust 2008-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən dövlət ehtiyacları üçün, yəni avtomobil yolunun çəkilməsi üçün sökülmüşdür. Həmin sökülülər sifariş əsasında "xxxx" MMC tərəfindən aparılmış Borclu* kənd təsərrüfatı məhsullan istehsalı müəssisəsinnə məxsus ümumi sahəsi 4200.0 kv.m. olan sökülmüş tikililərin qiymətləndirmə hesabatı məlumatlarından görünür ki, həmin 4200.0 kv m tikililərin 27.0*.2023-cü il tarixə bazar dəyəri 2.*00.300 (iki milyon bir yüz üç yüz) manat təşkil edir və bu baxımdan həmin məbləğ həmin tikilinin sökülməsi nəticəsində müəssisəyə dəyən maddi ziyanın məbləğini təşkil edir. Bundan məlum olur ki, müəssisənin * kv.m sahəsinin bazar dəyəri 500 manat məbləğində qiymətləndirilmişdir. Bu baxımdan cavabdehdən həmin məbləğin, yəni 2.*00.300 (iki milyon bir yüz üç yüz) manat kompensasiyanın, əlavə olaraq bu məbləğin Azərbaycan Respublikası Prezidentinin 26.*2.2007-ci ıl tarixli. 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən 20% əlavənin (2.*00.300 x 20%=420060) manat, əldən çıxmış faydaya görə son üç il üzrə hər ilə görə 50.000 manat x 3= *50.000 manat olmaqla cəmi 2.670 360 (iki milyon altı yüz yetmiş mııı 360) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş və hal hazırda məhkəmə baxışındadır. Məhkəmə prosesi *2.06.2023-cü il tarixə təyin edilmişdir. Banka qalıq borc olan *388347,74 manatın ödənilməsi üçün Suraxanı İcra şöbəsi “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 45-ci maddəsinin tələblərinə zidd olaraq təqdimat vermiş və borcun borclunun əmlakına yönəldilməsi qaydasına riayət etməmişdir. Müəssisənin əmlaklarından olan Ə, C, C* literləri borcun tam ödənilməsi üçün kifayət edir. Belə ki, Ə literinin ümumi sahəsi *740,9 kv.m C literinin ümumi sahəsi *455,8 kv.m, C* literinin ümumi sahəsi *455.8 kv.m təşkil edir ki, bunların da ümumi sahəsi 4652,5 kv.mdir. Bu da 20*4-cü il tarixli məhkəmə qərarı ilə təsdiq edilmiş qiymətə uyğun olaraq * kv.m sahəsinin bazar dəyəri 276,*6 manat məbləği ilə hesablandıqda *284834,4 manat, "xxxx" MMC rəyinə əsasən isə 27.0*.2023-cü il tarixə * kv.m sahəsinin bazar dəyəri 500 manat məbləği ilə hesablandıqda isə ******* manat təşkil edir. Borclu şəxs Suraxanı rayon İcra şöbəsi tərəfindən verilmiş qalıq borc olan *388347,74 manatın ödənilməsi ilə bağlı müəssisənin əmlakları olan A, C, C*. D*, E, E*, E2, F, F*. F* G. J, K*. K2, P, Q, R*, S. Y, Z, U. İ. G, Ş. (Ə. Əl. Ə2, Ə3). (0*. Ə2.Ə3, Ə4 Ə5.Ə6). (Ə*, Ə2.Ə3. Ə4 Ə5.Ə6.Ə7. Ə8) literlərinin üzərinə həbs qoyulması barədə təqdimat qismən edilməsini, müəssisənin əmlaklarından olan Ə, C. C* literlərin üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 8-2(**3)-23/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş borclunun mülkiyyətində olan əmlaklar üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməmişdir. Tələbkar qeyd olunan qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin8-2(**3)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında göstərmişdir ki, borcluya məxsus əmlak üzərinə həbs qoyulması üçün əvvəlcə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməli, borcluda aşkar edilən nağd pul vəsaitləri götürülməli, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitləri üzərinə həbs qoyulmalı, eyni zamanda borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilməlidir. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 20*7-ci il tarixli, 2-2(85)-**/20*7 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Suraxanı rayon İcra Şöbəsi tərəfindən icraata başlama haqqında qərar qəbul edilmişdir. Bundan sonra icra məmuru tərəfindən qanun vericliklə nəzərdə tutulmuş qaydada Borclu* Kənd Təsərrüfatı İM-nə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərinə uyğun olaraq icra sənədi borclu tərəfindən könüllü icra müddəti ərzində icra edilmədiyindən. İcra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. İcra məmuru tərəfindən ilk olaraq borclunun banklarda oıan hesabları müəyyən edilmiş üzərinə həbs qoyulması barədə müvafiq banklara məktub ünvanlanmışdır. Məktuba cavab olaraq banklar tərəfindən Borclu* Kənd Təsərrüfatı İM-nin hesdablarının bağlı olması barədə cavab məktubları İcra Şöbəsinə ünvanlanmışdır. Bundan sonra icra məmuru tərəfindən Borclu* Kənd Təsərrüfatı İM-nin adına hər hansı daşınar və daşınmaz əmlakların olub-olmaması barədə müvafiq dövlət müəssisələrinə həm elektron sistem vasitəsi ilə həmdə kağız daşıyıcı da sorğular verilmişdir. İcra məmuru tərəfindən verilmiş sorğulara cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən Borclu* Kənd Təsərrüfatı İM-nin adına təqdimatla üzərinə həbs qoyulması istənilən daşınmaz əmlakın qeydiyyatdan keçdiyi bildirilmişdir. Göründüyü kimi, məhkəmə təqdimatı təmin etməməsinin icra sənədi üzrə qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olaraq müvafiq icra tədbirlərinin həyata keçirilməməsi ilə əsaslandırsa da, icra işindən məlum olur ki, icra məmuru icra sənədinin icra edilməsi istiqamətində qanunvericliklə müəyyən edilmiş ardıcıllığa riayət edilməklə məcburi icra tədbirləri həyata keçirmişdir. Qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıdığından icra məmuru icra sənədinin vaxtında və düzgün icra olunması üçün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hal-hazırda Borclu* X2 İM-nin daşınmaz əmlakın üzərinə həbs qoyulması üçün təqdimatla Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin kommersiya işi üzrə gəldiyi nəticə qanunvericilik normalarının tələblərinə ziddir. Belə ki, hazırda mübahisəndirilən qərardadan göründüyü kimi, məhkəmə iclasında tələbkar və borclu tərəfin səlahiyyətli nümayəndələri iştirak etmişdir. Borclu tərəfin səlahiyyətli nümayəndəsinin izahatına nəzər yetirəndə müəyyən edilir ki, borclu tərəf icra sənədi üzrə qalıq borcun qaldığını etiraf etmiş və təqdimatın qismən təmin edilməsini (mülkiyyətlərində olan 3 literin üzərinə həbs qoyulması) xahiş etmişdir. Göründüyü kimi borclu tərəfin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında və təqdimata qarşı verilmiş etirazda təqdimatın təmin edilməməsinə əsas olan qanunvericilik normalarına riayət olunmamasına istinad etməmişdir. Yəni, Borclu* KəndTəsərrüfatı İM-nin banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin, əmanətlərinin, başqa sərvətlərinin olduğunu və bu səbəbdən də daşınmaz əmlaka həbs qoyulmasının qanunvericiliyin tələblərinə ziddir kimi bir izahatı olmamışdır. Bu isə onun göstəricisidir ki, məhkəmə Borclu* X2 İM-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən borclunun banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin, əmanətlərin və başqa sərvətlərinin olub-olmamasını araşdırmalı olduğu halda prosessual qanunvericilikə üzərinə qoylumuş vəzifələri icra etməmişdir. Bundan əlavə, məhkəmə prosessin çəkişmə prinsipinə raiyət etməklə məhkəmə iclasını təxirə salıb icra məmurunun iştirakını təmin edə biləcəyi halda icra sənədi üzrə tam araşdırma aparmadan yekun məhkəmə aktı çıxarmışdır. Bir sözlə tələbkar tərəfin təqdimatın təmin edilməsini, borclu tərəfin isə təqdimatın qismən təmin edilməsini tələb etdiyi halda məhkəmə öz qərarını yalnız onların müzakirə etdiyi dəlillər, verdiyi izahatlar və sənədlər üzrə araşdırma aparmaqla təqdimata münasibət bildirməli olduğu halda prossesual pozuntuya yol verərək qeyd edilən normalara riayət etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-2(**3)-23/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda təqdimat təmin edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsində borclunun əmlakları üzərinə hansı növbəlilik əsasında tələb yönəldilməsi nəzərdə tutulmuşdur. 45.6cı maddəyə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Hazırkı halda Suraxanı Rayon İcra Şöbəsi borcluya məxsus daşınmaz əmlaklara tələb yönəldilməsi barədə məhkəməyə verdiyi təqdimata “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə uyğun olaraq borclunun bank hesablanrının yoxlanıldığı, hesablarda borclunun yetərli pul vəsaiti olmadığına dair sübutlar təqdim etməli idi. İşdən görünür ki, təqdimata bu barədə sübutlar əlavə edilməmişdir. Tələbkar şikayət ərizəsinə sonradan bu barədə sübutları əlavə etsə də, məhkəmə hesab edir ki, həmin sənədlər təqdimata baxmış məhkəməyə təqdim edilmədiyindən qanuni və əsaslı olan məhkəmə qərardadının apellyasiyqa qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 8-2(**3)-23/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.*, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tələbkar*-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 8-2(**3)-23/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar