Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-8/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X8 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən verilmiş 2-2(103)-845/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu1 və Borclu2 məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə iş üzrə Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8-2(113)-30/2025 nömrəli qərardadından Borclu2 tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-845/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu2 və Borclu1 iddiaçı X4 xeyrinə 108.250 manat pul, 975 manat dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən verilmiş təqdimat qismən təmin edilmişdir, 2-2(103)- 845/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu1 mülkiyyətində olan (********** qeydiyyat nömrəli) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbas Fətullayev küçəsi, ev 359,361,363, mənzil 110, Yeni qaydalarla: AZ1133, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbas Fətullayev giriş 363, M2, M6 saylı mənzilin üzərinə borc məbləği – 109.225 manat (108.250 manat + 975 manat) həddində həbs qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev Borclu1 məxsus “VAZ 2106” minik markal, **-BC-*** dövlət qeydiyyat nişanlı və Borclu2 məxsus “Hyundai Equus” minik markal, **-GO-*** dövlət qeydiyyat nişanlı avotomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-845/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Borclu2 və Borclu1 iddiaçı Borclu2 xeyrinə 108.250 manat pul, 975 manat dövlət rüsumu tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8-2(113)-30/2025 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən verilmiş təqdimat qismən təmin edilmiş, 2-2(103)-845/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu2 məxsus olan “Hyundai Equus” minik markal, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borc məbləği – 109.225 manat (108.250 manat + 975 manat) həddində həbs qoyulması qərara alınmışdır. Qeyd olunan qərardaddan Borclu2 şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-30/2025 saylı qərardadı Borclu2 məxsus olan “Hyundai Equus” minik markal, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borc məbləği – 109.225 manat (108.250 manat + 975 manat) həddində həbs qoyulması hissəsində ləğv edilərək, Borclu2 məxsus olan “Hyundai Equus” minik markal, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İcra” haqqında qanunun Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. ... 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göründüyü kimi, qanunvericilik borclunun əmlakının üzərinə həbs qoyularkən belə ilk olaraq borclunun seçim hüququnu qorumaqdadır. Həmçinin, həbs icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə olmalıdır. Məhkəmə iş üzrə nəticəyə gələrkən nəzərə almamışdır ki, X6 xx.xx.2025-ci il tarixində Pərviz Babayevə ərizə ilə müraciət edərək icra sənədi üzrə ümumilikdə tutulmalı olan 108250 pul və 975 manat dövlət rüsumunun mülkiyyətin olan mənzilə yönəldilməsini bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-31/2025 saylı qərardadı ilə 2- 2(103)-845/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasıməqsədi ilə Borclu1 mülkiyyətində olan (********** qeydiyyat nömrəli) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbas Fətullayev küçəsi, ev 359,361,363, mənzil 110, Yeni qaydalarla: AZ1133, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbas Fətullayev giriş 363, M2, M6 saylı mənzilin üzərinə borc məbləği – 109.225 manat (108.250 manat + 975 manat) həddində həbs qoyulmuşdur. İcra sənədinin icrası tutulmalı olan vəsaitin miqdarından açıq aşkar çox dəyərdə olan əmlakların üzərinə həbs qoyulması ilə təminat altına alınmışdır. Borclulardan biri X3 ərizə ilə icra məmuru Pərviz Babayevə müraciət edərək könüllü icraya şərait yaratdığı və icra işi üzrə tutulmalı olan məbləğdən daha böyük dəyərdə əmlakların üzərinə həbs qoyulduğu halda əlavə olaraq Borclu2 məxsus olan “Hyundai Equus” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, yaşayış sahəsinin üzərinə həbs qoyulduğu halda şəxsin həmin əmlakdan gündəlik istifadəsi mümkünsüz olmamaqdadır. Lakin, nəqliyyat vasitəsinin üzərinə özgəninkiləşdirilməsinin qadağan edilməsinin əvəzinə həbs qoyulduqda həmin nəqliyyat vasitəsindən gündəlik istifadə də mümkünsüz olmaqdadır. Bununla da, borclunun mülkiyyət hüququ qeyri-proporsional şəkildə məhdudlaşdırılmaqdadır. Belə ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi məcburi icra tədbirinin hüquqi hədəfinə çatmasına kifayət etməkdədir, həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması borclunun mülkiyyəti üzərində sərəncam vermə hüququndan əlavə mülkiyyətdən istifadə hüququnu da məhdudlaşdırmaqdadır. Yuxarıda da qeyd edildiyi kimi, üzərinə həbs qoyulmuş Borclu1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbas Fətullayev küçəsi, ev 359,361,363, mənzil 110, Yeni qaydalarla: AZ1133, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbas Fətullayev giriş 363, M2, M6 saylı mənzil icra sənədinin icrası üçün zəruri olan vəsaiti əhatə etməkdədir. Bu səbəbdən həmin mənzil satılana qədər “Hyundai Equus” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması deyil də, özgəninkiləşdirilməsinin qadağan edilməsi məqsədəuyğun olardı. Hər hansı bir səbəbdən üzərinə həbs qoyulmuş mənzil satılmadıqda və ya icra sənədinin icrası üçün zəruri olan vəsaiti qarşılamadıqda, “Hyundai Equus” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qanunamüvafiq olardı. Hal-hazırki şəraitdə icra sənədinin icrası üçün hər hansı bir risk olmadığı halda Borclu2 məxsus olan “Hyundai Equus” minik markal, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə birbaşa həbs qoyulması onun hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməkdədir. Məhkəmə tərəfindən işin halları tam və hər tərəfli araşdırılmamış, bununla da borcluların Konstitusiya ilə qorunan hüquqlarını lüzumsuz dərəcədə məhdudlaşdıran və əsassız qərardad qəbul edilmişdir. AR MPM-nin 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. .... 263.6 Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən: “məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlarırədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.” Məhkəmə qərardadında qeyd edilir ki, “icra vərəqəsi üzrə borclu iki şəxs olduğu üçün və bir borclunun əmlakı üzərinə artıq həbs qoyulduğu üçün, eyni borclunun əlavə olaraq nəqliyyat vasitəsinə də həbs qoyulması borc məbləğindən artıq olaraq həmin borcunun yüklənməsinə, hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər..” Məhkəmə işin hallarını tam araşdırmamış və bir tərəfli qərardad qəbul etmişdir. Belə ki, Borclu1 tərəfindən icra sənədinin tam könüllü icra olunması üçün tətbiri görülmüş, həmçinin icra sənədinin təminata alınması üçün digər məcburedici tədbirlər görülmüşdür. Məkhəmə qərardadında Borclu1 məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulduğu qeyd edilsə də, həmin əmlakın icra sənədinin dəyərini tam əhatə etdiyi və Borclu1 tərəfindən ərizə ilə icra sənədinin bütün dəyərinin həmin əmlaka yönəldilməsinə razılıq bildirdiyini nəzərə almamışdır. Beləliklə məhkəmənin qərardadı qanuni və əsaslı hesab edilə bilməz. Bu hüquq normasına əsasən, hakim qərardad qəbul edərkən, işin hər bir halına olduqca diqqətli yanaşmalı, hər bir faktoru analiz etməli və sonda qanunun tələblərinə riayət edərək ortaya qoyduğu mövqeyini əsaslandırmalıdır. Halbuki birinci instansiya məhkəməsi yuxarıda da qeyd edildiyi kimi, düzgün əsaslandırma aparmamış və işin hallarını tam və hər tərəfli araşdırmayaraq yalnış nəticəyə gəlmişdir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığınıməhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Azərbaycan RespublikasıKonstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında Məhkəmə qərara almışdır ki: “1. Mülki məhkəmə icraatında Azərbaycan RespublikasıKonstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.” X5 Məhkəməsinin hüquqi mövqeyi həmçinin ondan ibarət oldu ki: “Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Hal-hazırki işin materiallarında olan BakıKommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8-2(113)-31/2025 saylı qərardad ilə Borclu1 məxsus üzərinə həbs qoyulmuş daşınmaz əmlakın dəyərinin icra sənədini tam əhatə etdiyi və Borclu1 tərəfindən icra sənədinin tamamilə ona məxsus əmlaka yönəldilməsinə dair razılıq ərizəsi sübut olaraq nəzərə alınmamış və düzgün qiymətləndirilmişdir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yalnız icra məmuru tərəfindən təqdim edilmiş sübutları dəyərləndirmiş və iş üzrə qəbul olunmuş digər qərarlara əhəmiyyət verməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-30/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-845/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu2 və Borclu1 iddiaçı X4 xeyrinə 108.250 manat pul, 975 manat dövlət rüsumu tutulmalıdır. Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcludan tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “EMF” sitəmindən əldə edilmiş çıxarışına əsasən borclular Borclu1 adına “VAZ 2106” minik markalı, 09- BC-262 dövlət qeydiyyat nişanlı avtomobil və Borclu2 adına “Hyundai Equus” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Göründüyü kimi, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun vəzifəsidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nəsimi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin 2-2(103)- 845/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin icra sənədində olan tələblər borclu tərəfindən icra edilməmişdir. Borclu2 şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, üzərinə həbs qoyulmuş mənzilin Borclu1 mülkiyyətində olması iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, icra vərəqəsi üzrə borclu iki şəxs olduğu üçün və bir borclunun əmlakı üzərinə artıq həbs qoyulduğu üçün, eyni borclunun əlavə olaraq nəqliyyat vasitəsinə də həbs qoyulması borc məbləğindən artıq olaraq həmin borcunun yüklənməsinə, hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Bu səbəbdən Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, təqdimatın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8-2(113)-30/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(103)-8/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-8/2025
22.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver