Məhkəmə qərarları › İş №8-2(103)-9/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(103)-9/2025

08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(103)-9/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-735/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmurunun "xxxx" MMC-nin bank hesablarına həbsin qoyulması haqqında hərəkətlərinin qanunsuz hesab edilməsi barədə təqdimat üzrə borclu "xxxx" MMC tərəfindən verilmiş ərizəyə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-39/2025 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e16(113)-735/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar olaraq "xxxx" ASC, "xxxx" ASC eləcədə "X5 Azərbaycan" QSC-nin Əhmədli Filialında olan cavabdeh "xxxx" MMCnin hesablarının üzərinə həbsin qoyulması ilə bağlı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini və sözügedən hesabların üzərinə qoyulmuş həbsin (özgəninkiləşdirmə ilə bağlı qadağanın, məhdudlaşdırmanın və sair) götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 8-2(113)-39/2025 saylı qərardadı ilə Şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-735/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmurunun "xxxx" MMC-nin bank hesablarına həbsin qoyulması haqqında hərəkətləri qanunsuz hesab edilməsi, "xxxx" MMC-nin bank hesablarınında olan pulun üzərinə qoyulmuş həbsin ləğv edilməsi qərara alınmışdır Tələbkar qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e16(113)-735/2024 saylı qərardadını ləğv edib "xxxx" MMC-nin icra məmurunun qanunsuz hərəkətinə dair ərizəsinin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Suraxanı rayon icra Şöbəsinin hazırki iş üzrə icra məmuru Camal Alıyev tərəfindən göndərilən MTT qərardadı şikayətdə adıkeçən Banklar üçün də icrası məcburi olduğu üçün həmin banklar tərəfindən qanuni olaraq qeyd şərtsiz icra edilmişdir. Əksinə həmin qərardadın icrasından imtina edilməsi icra məmuru tərəfindən həmin şəxslərin məsuliyyətə cəlb edilməsi müvafiq tədbirlər görməsinə hüquqi əsaslar yaratmış olacaqdır. İcra məmurunun təqdim etdiyi iş materiallarındakı məhkəmənin özünün çıxardığı qərardada uyğun icra vərəqəsinin icrasına dair məhkəməyə təqdim edilən materiallar və sənədləri düzgün qiymətləndirilməmiş, şikayətin ədalətli araşdırılması həyata keçirilməmiş, nəticədə qanuni hüquq və maraqlarımızı təhlükə altına atan hüquqi nəticəyə gəlinmişdir. Cavabdeh öz şikayətində icra məmuru tərəfindən banklara göndərilmiş məktuba, "xxxx" ASC tərəfindən göndərilmiş avtomatlaşdırılmış elektron məktuba (electron mail) və “bank hesablarının əmlak sayılmaması” faktına istinad etmişdir. Lakin icra işinin materiallarından göründüyü kimi, hərəkətlərinin qanunsuz olduğu iddia edilən icra məmurunun həmin sözügedən MTT qərardadının icrası zamanı banka göndərilən məktub və ya digər icra sənədləri arasında şikayət edən GLOBAL Transaction MMC-nin “bank hesabına həbs qoyulması” ilə əlaqədar hər-hansı bir məlumat və ya göstəriş aşkar edilmir. Şikayət edən tərəfin əlavə etdiyi sənəddən də göründüyü kimi, icra məmuru tərəfindən “Bakı Kommersiya Məhkəməsinin e16(113)-735/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərərqəsi icra olunması üçün Sizə göndərilir.” məzmunlu müşaiyət məktubu əlavə edilərək Bakı Kommersiya Məhkəməsinin e-16(113)-735/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadı şikayət edən tərəfin bank hesablarının aşkar edildiyi banklara göndərilmişdir. Bu da o mənaya gəlir ki, icra məmuru İcra haqqında qanuna uyğun olaraq borclunun əmlaklarının aşkar edildiyi yerlərə aidiyyəti üzrə tam qanuni məktublar göndərmişdir. Bundan başqa cavabdeh tərəfindən həbs qoyulması faktını təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir. Hesab edirik ki, məktubların ünvanlandığı banklardan biri olan "xxxx" ASC tərəfindən göndərilən avtomatlaşdırılmış elektron məktub sübut olaraq əsas götürülə bilməzdi. Belə ki, şikayət edən öncə banka müraciət etməli və bank hesablarına həqiqətən də qərardadda qeyd olunduğu qaydada “hesaba həbs qoyulması” hüquqi faktına dair rəsmi cavab alıb məhkəməyə sübut qismində təqdim etməli idi. Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli e-16(113)-39/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materillarına əsasən, Tələbkar müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin əmlakına iddia üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müqavilə üzrə yaranmış və hələ də ödəniş etməkdən imtina etdiyi ƏDV daxil 14 901,99 manat borc məbləğini nəzərə alaraq 14 901,99 (on dörd min doqquz yüz bir manat 99 qəpik) manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-16(113)-735/2024 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, "xxxx" MMC-nin adına qeydiyyata alınmış 14.901 (on dörd min doqquz yüz bir) manat, 99 (doxsan doqquz) qəpik dəyərində olan daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmış, qərardad icra edilməsi üçün xx.xx.2025-ci il tarixli məktubla Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Kommersiya Məhkəməsinin e-16(113)-735/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Suraxanı rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-16(113)-735/2024 saylı icra vərəqəsi icra olunması üçün "xxxx" ASC-yə və “X5 Azərbaycan” QSC-yə göndərilmişdir. Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayətinə etiraz verilmiş və şikayətin geri qaytarılması və Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının icra olunması üçün Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə göndərilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsi xahiş edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında ondan şikayət edilməsi qaydası dəqiq göstərilərək qeyd edilmişdir ki, "Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər." Gördüyümüz kimi qərardaddan narazı olduğu təqdirdə ondan Bakı Kommersiya Məhkəməsinə şikayət vermək hüququ izah edildiyi halda "AS Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən Bakı Kommersiya Məhkməsinin 8- 2(113)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, iddiaçı "xxxx" MMC tərəfindən artıq ikinci dəfədir ki, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək bu tip pozuntulara bilərəkdən yol verildiyindən hesab edilir ki, müddətin bərpası haqqında ərizə təmin edilməməli və qərardad icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə göndərilməlidir. Beləki, iddiaçı "xxxx" MMC-nin bilərəkdən bu cür qanun pozuntularına yol verməsi cavabdeh olaraq şirkətin hüquqlarının pozulmasına və onların müflisləşməsinə səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. 45.1-ci madəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsinin icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən şikayətin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-735/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında yalnız gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə onun icrasının qeyri-mümkün olmaması üçün "xxxx" MMC-nin adına qeydiyyata alınmış 14.901,99 manat (iddia tələbindəki əsas borc) dəyərində olan daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsi qadağan edilmişdir. Tələbkar apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(113)-39/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar