Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8-2(104)-1/2025 15.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1191/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimat üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1191/2024 nömrəli icra sənədi üzrə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8- 2(115)-15/2025 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanmış Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1191/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 22.250 ABŞ dolları ödəniş gününə manata məzənnə ilə və 203,48 manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Tovuz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 05 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlak, gəlir vəziyyətini yoxlamaq üçün elektron informasiya sistemində (EMF) sorğu edilmişdir. Sorğunun nəticəsi olaraq borclunun adına tələbin yönəldilə biləcəyi gəlir aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda icra sənədi üzrə borc 22.250 ABŞ dolları və 203,48 manat dövlət rüsumu təşkil edir. Gəncə Kommersiya Məhkəməsinin 8-2(115)-15/2025 nömrəli, xx.xx.2025-ci il nömrəli qərardadı ilə (hakim Ə.Məmmədli) təqdimat təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1191/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələb icra olunanadək Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmış, qərardadın icrası Tovuz rayon İcra və probasiya şöbəsinə tapşırılmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Borclu adında aktiv əmək müqaviləsi, mülkiyyətdə isə 1 ədəd, 1999-cu il tarixli “QAZ 2705” yük markalı nəqliyyat vasitəsindən başqa daşınmaz əmlakı mövcud deyil. Göründüyü kimi borclunun rəsmi işi və həmçinin tələbin yönəldilə biləcəyi daşınmaz əmlakı olmadığından, mülkiyyətində olan nəqliyyat vasitəsi isə (istehsal ili 1999, “QAZ 2705” yük markalı) köhnə olduğundan və icra sənədi üzrə borcu tamamilə qarşılaya bilməyəcəyindən, icra sənədi üzrə tələb icra olunanadək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Həmin qərardaddan borclu tərəfindən şikayət verilmiş, qərardadın ləğv olunmasını, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İcra haqqında” qanunun 45-ci maddəsinə əsasən bağı qiymətləndirilməmişdir və tələb yönəlməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(115)-15/2025 nömrəli qərardadı ilə (hakim Ə.Məmmədli) Gəncə Kommersiya Məhkəməsinin 8-2(115)-15/2025 nömrəli iş üzrə qəbul etdiyi 21 aprel 2025-ci il tarixli qərardadından icra sənədi üzrə borclu tərəfindən verilmiş şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(115)-15/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. İşin məhkəmə tərəfindən araşdırılan mübahisəsiz halları ondan ibarətdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1191/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 22.250 ABŞ dolları ödəniş gününə manata məzənnəsi ilə və 203,48 manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1191/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə “icraata başlama haqqında” qərar qəbul edilmiş və həmin qərar, könüllü icra barədə bildiriş və xəbərdarlıq məktubları borclu tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Borclu adında aktiv əmək müqaviləsi, mülkiyyətdə isə 1 ədəd, 1999-cu il tarixli “QAZ 2705” yük markalı nəqliyyat vasitəsindən başqa daşınmaz əmlak mövcud deyil. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1-43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Hazırki halda borcunun üzərinə həbs qoyulası əmlakı, gəliri, əmək haqqı yoxdur. Digər tərəfdən borcluya tələbin könüllü icrası təklif edilmişdir. Həmçinin, borclu şikayətində bağının qiymətləndirilmədiyini qeyd etsə də, bağın mövcud olması və onun mülkiyyətində olması ilə bağlı hər hansı bir sənədi şikayətinə əlavə etməmişdir. Bağın qiymətləndirilməsi və tələbin həmin əmlaka yönəldilməsi icra məmurunun səlahiyyətindədir və borclu istənilən an bununla bağlı icra şöbəsinə müraciət edə və ya könüllü olaraq bağı sata və borcunu ödəyə bilər. Məhkəmə qeyd edir ki, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması mümkündür ki, iş üzrə borcu tərəfindən tələbin könüllü icrası müddətində icra sənədini icra etməməsi aşkardır. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(115)-15/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(115)-15/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(104)-1/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(104)-1/2025
15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver