Məhkəmə qərarları › İş №8-2(104)-4/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(104)-4/2024

25.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8-2(104)-4/2024 25.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 8-2(115)-18/2024 saylı qərardadından tələbkar ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X3 və X1 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh X2 12 878,19 manat əsas, 3357,04 manat faiz, 1167,64 manat cərimə, 1870,55 manat kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu olmaqla cəmi 19 274,42 manat borcun və 30 manat dövlət rüsumunun, 40 manat ipoteka predmetinə tutmanın qeydiyyata alınması məqsədi ilə ödənilən rüsumun tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar küçəsi, 2-ci dalanda yerləşən 4 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin X2 tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2-2(115)-464/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq cavabdeh X2 əsas borc üzrə 12878,19 manat, faiz borcu üzrə 3357,04 manat, cərimə borcu üzrə 167,64 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbyacan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1870,55 manat, ümumilikdə 18273,42 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutularaq iddiaçıya ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olan likvid dəyəri 48400 manat olan Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsi, 2-ci dalanda yerləşən 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, iş üzrə 200 manat ekspertiza xərcinin X2 tutularaq Uniprice MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə 04 yanvar 2022-ci il tarixdə qüvvəyə minmiş, 10 yanvar 2022-ci il tarixdə icra vərəqi verilmiş və qətnamə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin 19 yanvar 2022-ci il tarixli 5752/22 saylı qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən 14 dekabr 2022-ci il tarixli “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılmasına dair” qərar qəbul edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2- 2(115)-464/2021 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. İş üzə tələbkar ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri üzrə İcra İdarəsinin 14 dekabr 2022-ci tarixli icra sənədinin geri qaytarılmasına dair qərarının ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(115)-18/2024 saylı qərardadı ilə (hakim G.Quliyeva) məhkəmənin 18 noyabr 2021-ci il tarixli e-2-2(115)- 464/2021 nömrəli icra sənədi üzrə Gəncə şəhəri üzrə İcra idarəsinin icra sənədinin geri qaytarılması haqqında 14 dekabr 2022-ci il tarixli qərarından tələbkar ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Qərardaddan tələbkar ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2024-cü il tarixdə şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8- 2(115)-18/2024 saylı qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(115)-18/2024 saylı qərardadından tələbkar ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli şikayət Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(115)-18/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. Qərardaddan tələbkar ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2024-cü il tarixdə şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(115)-18/2024 saylı qərardadının ləğv edilməsi, əks təqdirdə şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(115)-18/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(115)-18/2024 saylı qərardadından tələbkar ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin materialla birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 8-2(104)-4/2024 saylı qərardadı ilə işə şifahi məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 8-2(115)-18/2024-cü il nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(115)-18/2024 saylı qərardadı xx.xx.2024-cü il tarixdə tələbkar ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektron kabinetinə yerləşdirilmişdir. Tələbkar isə şikayəti xx.xx.2024-cü il tarixdə vermiş, bununla da, şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti 4 gün buraxmış və prosessual müddətin bərpası barədə ərizə verməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(115)-18/2024 saylı qərardadı xx.xx.2024-cü il tarixdə tələbkar ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektron kabinetinə yerləşdirilmişdir. Tələbkar isə şikayəti xx.xx.2024-cü il tarixdə vermiş, bununla da, şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Göründüyü kimi cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Gəncə Kommersiya Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 8-2(115)-18/2024 saylı qərardadından şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 8-2(115)-18/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 16 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıdığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar