Məhkəmə qərarları › İş №8-2(105)-2/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(105)-2/2025

18.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8-2(105)-2/2025 18.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin məhkəməyə qaytarılması barədə Maraqlı şəxs 5 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi haqqında Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(119)-4/2025 nömrəli qərardadından Borclu1 və Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2-2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin məhkəməyə qaytarılması barədə Maraqlı şəxs 5 mart 2025-ci il tarixli qərarından tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən şikayət verilərək həmin qərarın ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2-2(119)-599/2020 nömrəli qətnaməsi ilə "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 4 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər Borclu2 və Borclu1 çıxarılması, cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada 01 sentyabr 2020-ci il tarixinə hesablanmış 3750 manat məbləğində icarə borcu və 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla - cəmi 3765 manat məbləğində pul vəsaitinin “Xəzər" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə 05 oktyabr 2021-ci il tarixdə müvafiq qaydada icraya yönəldilmiş və Maraqlı şəxs tərəfindən tərtib edilmiş 25 fevral 2022-ci il tarixli akt əsasında "xxxx" MMCyə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017-ci il tarixli 4 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən Borclu1 çıxarılmışdır. Məhkəmə qərarının cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada 01 sentyabr 2020-ci il tarixinə hesablanmış 3750 manat məbləğində icarə borcu və 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla - cəmi 3765 manat məbləğində pul vəsaiti isə 05 mart 2025-ci il tarixdə "xxxx" MMC-nin xeyrinə tutulmuşdur. Lakin bütün bunlara baxmayaraq, cavabdeh Borclu1 yenidən obyektə daxil olaraq oradakı su sayğacını dəyişmiş, girişdəki "xxxx" yazılmış reklam lövhəsini söküb özünün "Duyğu” yazılmış reklam lövhəsini vuraraq obyektə özbaşına daxil olmuşdur. Bunun da əsas səbəbkarı icra məmurunun 05 mart 2025-ci il tarixli qanunsuz və əsassız qərarı olmuşdur. İcra məmuru həmin qərarını belə əsaslandırmışdır ki, icarəyə verilmiş sahibkarlıq obyektinin "xxxx" MMC-nin mülkiyyətində olmasını təsdiq edən texniki pasportu mövcud olmadığından icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Göründüyü kimi, icra məmuru daşınmaz əmlakın hüquqi statusunu və mülkiyyətdə olmasını təsdiq edən sənəd qismində texniki pasportu əsas kimi qəbul etmişdir ki, bu da Azərbaycan Respublikasının qanunlarına tamamilə ziddir. Qanuna əsasən mülkiyyət hüququnu təsdiq edən sənəd texniki pasport deyil, həmin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması barədə çıxarışdır. İcra məmuru 05 mart 2025-ci il tarixli qanunsuz qərarı ilə icra vərəqəsini “"xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 yanvar 2017ci il tarixli 4 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər Borclu2 və Borclu1 çıxarılması” hissəsində icrası mümkün olmayan sənəd kimi məhkəməyə qaytarmışdır. Nəticədə məhkəmə qərarı qeyd edilən hissədə bu günə kimi icra edilməmişdir. İcra məmurunun qərarı ilə razılaşmır, ona görə də tələbkar olaraq həmin qərarın ləğv edilməsini və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə göstəriş verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş tələbkar "xxxx" MMC-nin nümayəndəsi vəkil Nümayəndə2 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Borclu1 izahatında icarəyə verilmiş sahibkarlıq obyektinin "xxxx" MMC-nin mülkiyyətində olmasını təsdiq edən texniki pasport olmadığını və icra məmurunun müvafiq sorğular verərkən daşınmaz əmlakın döngə nöqtələrinin koordinatları barədə məlumat əldə edə bilmədiyini, ona görə də icra məmuru tərəfindən düzgün qərar qəbul olunmasını zənn etdiyini qeyd etmiş, tələbkarın şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs böyük icra məmuru Nümayəndə3 izahatında bildirmişdir ki, bu icra işi üzrə birinci dəfə icra məmuru tərəfindən qəbul edilmiş 14 mart 2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir. İcra məmuru tərəfindən qeyd olunan qətnamə icra olunarkən qətnamədə göstərilən obyektin və torpaq sahəsinin dəqiq kordinatları, yerləşmə mövqeyi barədə mötəbər sübutlar olmadığından cavabdehlərin hansı hissədən çıxarılmasını müəyyən etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu göndərilmişdir. Xidmətin 8 fevral 2022-ci il tarixli məktubunda mübahisəli ərazinin "xxxx" Səhmdar Cəmiyyətinə məxsus olması bildirilmiş və heç bir əsası olmayan, koordinatları göstərilməyən torpaq sahəsinin planı da həmin məktuba əlavə olunmuşdur. Cavabdeh Borclu1 icra məmuru tərəfindən qəbul edilmiş 14 mart 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarla razılaşmadığı üçün ondan Sumqayıt Kommersiya Məhkəməsinə şikayət vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 5 may 2022-ci il tarixli, 8-2(119)- 5/2022 nömrəli qərardadı ilə həmin Məhkəmənin 15 oktyabr 2020-ci il tarixli, e-2- 2(119)- 599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin icraatına xitam verilməsi barədə Maraqlı şəxs 14 mart 2022-ci il tarixli qərarından tələbkar "xxxx" QSC və Borclu1 tərəfindən verilmiş şikayətlər təmin edilmiş və Maraqlı şəxs 14 mart 2022-ci il tarixli icra işi üzrə xitam qərarı ləğv edilmişdir. Bundan sonra mübahisəli əmlak kompleksinin və torpaq sahəsinin koordinatlarını və yerləşmə sxemini müəyyən etmək üçün icra idarəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 15 fevral 2023-cü il tarixdə 2237/20 nömrəli sorğu göndərmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27 fevral 2023-cü il tarixli 3-21-3-31/2-651/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, **********91-12301 reyestr nömrəli daşınmaz əmlak üzərində "xxxx" Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən hüquq əldə edənin müraciətinə uyğun olaraq təqdim edilmiş notarial qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində qeyd olunmaqla daşınmaz əmlaka dair yalnız dövlət reyestrindən çıxarış verilmişdir. Hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciətdə texniki passportun tərtib olunması göstərilmədiyindən yerində inventarlaşdırma işi aparılmamış və daşınmaz əmlakın yerləşmə mövqeyi ilə bağlı müvafiq məlumatlar idarənin istifadəsində olan kadastr məlumat bazasına daxil edilməmişdir. Buna görə də sözügedən daşınmaz əmlakın döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, Maraqlı şəxs sorğusuna Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli cavab məktubu əsasında bir daha müəyyən olmuşdur ki, Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 01 iyul 2017-ci il tarixli 04 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektinin "xxxx" Səhmdar Cəmiyyətinin mülkiyyətində olmasını təsdiq edən texniki pasport mövcud olmadığı və koordinatların haradan-haraya qədər olması məlum olmadığı üçün mübahisəli icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Buna görə Maraqlı şəxs 05 mart 2025-ci il tarixli qərarına əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli e-2-2(119)-599/2020 tarixli qətnaməsi əsasında verilmiş icra sənədi icra olunmadan geri qaytarılmışdır. Göstərilənlərə əsasən o, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-599/2020 nömrəli 15 oktyabr 2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı Maraqlı şəxs icra məmurunun 05 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə tələbkar "xxxx" MMC-nin şikayətinin təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tədqiq edərək hesab etmişdir ki, tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 4 sentyabr 2020-ci il tarixdə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Borclu2 və Borclu1 qarşı “borcun tutulması və obyektdən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC ilə cavabdeh Borclu2 arasında bağlanmış 1 yanvar 2017-ci il tarixli, 4 saylı icarə müqaviləsinə 11 avqust 2020-ci il tarixdən xitam verilməsini nəzərə alaraq Cəmiyyətə dəymiş maddi və mənəvi ziyana görə 10000 (on min) manat təzminat və 1 sentyabr 2020-ci ilə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat icarə borcu olmaqla, cəmi 13750 (on üç min yeddi yüz əlli) manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi və cavabdehlərin icarə obyektindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, e-2-2(119) 599/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 1 yanvar 2017-ci il tarixli, 4 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektindən cavabdehlər Borclu2 və Borclu1 çıxarılması, cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada 1 sentyabr 2020-ci il tarixə hesablanmış 3750 (üç min yeddi yüz əlli) manat məbləğində icarə borcu və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2 mart 2021-ci il tarixli, 2-2(105)-22/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Borclu2 və Borclu1 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-599/2020 nömrəli 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2-2(102)-311/2021 nömrəli qərarı ilə cavabdeh Borclu1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(105)-22/2021 nömrəli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, e-2-2(119)-599/2020 nömrəli qətnaməsi əsasında 5 oktyabr 2021-ci il tarixdə icra vərəqəsi verilmiş və icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs tərəfindən 5 mart 2025-ci il tarixli qərarla “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktublarına əsasən Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və xx.xx.2017-ci il tarixli 4 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektinin “Xəzər“ QSC-nin mülkiyyətində olmasını təsdiq edən texniki pasportu mövcud olmadığından icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır” əsası ilə icra sənədi icra edilmədən Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Maraqlı şəxs 5 mart 2025-ci il qərarında qeyd olunan əsasla icra vərəqəsinin icra prosesindən çıxarılaraq qaytarılması tələbkarın qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilən haqlı mənafe və hüquqlarının pozulması ilə nəticələnə bilər. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, e-2-2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin məhkəməyə qaytarılması barədə Maraqlı şəxs 5 mart 2025-ci il il tarixli qərarı ləğv edilməli və həmin icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Beləliklə, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(119)- 4/2025 nömrəli qərardadı ilə tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilmiş, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli e-2-2(119) 599/2020 qətnaməsinə əsasən verilmiş icra sənədinin məhkəməyə qaytarılması barədə Maraqlı şəxs 5 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Həmin qərardaddan icra sənədi üzrə Borclu1 və Maraqlı şəxs tərəfindən ayrıayrılıqda şikayət verilmişlər. Borclu1 19 iyul 2025-ci il tarixdə verdiyi şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(119)-4/2025 nömrəli qərardadının ləğv edilməsini, tələbkarın şikayətinin təmin olunmaması barədə qərardad qəbul olunmasını, əks təqdirdə şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmçinin Maraqlı şəxs nümayəndəsi vəkil X3 28 iyul 2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(119)-4/2025 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(119)-4/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 8-2(119)-4/2025 nömrəli qərardadları ilə müvafiq olaraq Borclu1 və Maraqlı şəxs şikayətləri təmin edilməmiş, həmin şikayətlərin baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Şikayətlər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəfindən yazılı icraat qaydasında birgə baxılmağa təyin edilmişdir. Məhkəmə kollegiyası eyni məzmunlu şikayətlərin dəlillərini iş materialları üzrə araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin məhkəməyə qaytarılması barədə Maraqlı şəxs 5 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi haqqında Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8-2(119)- 4/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qeyd olunduğu kimi, Maraqlı şəxs tərəfindən 5 mart 2025-ci il tarixli qərarla “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktublarına əsasən Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və xx.xx.2017-ci il tarixli 4 saylı icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektinin “Xəzər“ QSC-nin mülkiyyətində olmasını təsdiq edən texniki pasportu mövcud olmadığından icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır” əsası ilə icra sənədi icra edilmədən Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, **********91-12301 reyestr nömrəli daşınmaz əmlak üzərində "xxxx" Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən hüquq əldə edənin müraciətinə uyğun olaraq təqdim edilmiş notarial qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində qeyd olunmaqla daşınmaz əmlaka dair yalnız dövlət reyestrindən çıxarış verilmişdir. Hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciətdə texniki pasportun tərtib olunması göstərilmədiyindən yerində inventarlaşdırma işi aparılmamış və daşınmaz əmlakın yerləşmə mövqeyi ilə bağlı müvafiq məlumatlar idarənin istifadəsində olan kadastr məlumat bazasına daxil edilməmişdir. Buna görə də sözügedən daşınmaz əmlakın döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda da qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, Sahil küçəsi, Sumqayıt-Novxanı yolunun sol tərəfində yerləşən və 1 iyul 2017-ci il tarixli, 4 nömrəli icarə müqaviləsi üzrə icarəyə verilmiş sahibkarlıq obyektinin "xxxx" Səhmdar Cəmiyyətinin mülkiyyətində olmasını təsdiq edən texniki passport mövcud olmadığı və koordinatların haradan-haraya qədər olması məlum olmadığı üçün mübahisəli icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin istinad olunan məktublarına münasibətdə qeyd edir ki, adı çəkilən qurumun cavabları qəbuledilən deyil və faktiki olaraq öz vəzifəsinin icrasından yayınmaqdır. Çıxarış verdiyi tikililərə və onlara aid torpaq sahəsinə texniki sənədlər (pasport və plan-ölçü) tərtib edib çıxarışla birlikdə hüquq sahibinə təqdim etmək, eyni zamanda müvafiq yerquruluşu və plan-ölçü məlumatlarını kadastr məlumat bazasına daxil etmək həmin qurumun vəzifəsidir. Bu qurumun çıxarış verdiyi daşınmaz əmlakın naturada yerləşmə vəziyyətini və koordinatlarını təyin edə bilməməsi ağlasığan və başa düşülən deyil. Ona görə də məhkəmə qərarını (icra vərəqəsini) icra etməli olan icra məmuru adı çəkilən qurumun formal və başdansovdu cavabı ilə kifayətlənməməli, lazım gəldikdə qanunla ona verilmiş səlahiyyətlərdən istifadə edərək məcburi icra və digər təsir tədbirləri tətbiq etməklə məhkəmə aktının icrasını təmin etməlidir... Digər tərəfdən, icra məmuru məhkəmə aktının icrasına tələbkar tərəfi də cəlb etməli və həmin tərəfdə olan sənədlərdən, yaxud məlumatlardan icra sənədinin icrasında istifadə etməlidir. Hazırkı iş üzrə icraat zamanı tələbkar tərəfindən birinci instansiya məhkəməsinə "xxxx" Səhmdar Cəmiyyətinin adına verilmiş (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) texniki pasport təqdim edilmişdir. Eyni ərazi (torpaq sahəsi və üzərindəki tikililər) həm də "xxxx" MMC-nin istifadəsinə keçmişdir. Həmin texniki pasportdan mübahisəli tikililərin aidiyyətini (sahibini) müəyyənləşdirməkdə istifadə oluna bilər... Bundan başqa, icra məmuru tərəfindən sözügedən icra sənədinin icrası ilə əlaqədar tələbkarın iddia etdiyi sahibkarlıq obyektinə və ya ona aid olan torpaq sahəsinə borclunun hər hansı hüququnun və bunu təsdiq edən sənədlərin olub-olmaması da aydınlaşdırılmalı, nəticəsindən asılı olaraq mübahisəli obyektin qanuni sahibi müəyyənləşdirilməlidir. İşin faktiki hallarından görünür ki, icra orqanı sözügedən icra sənədinin icrasını təmin etməyə yetərincə səy göstərməmiş və icraya mane olan halların aradan qaldırılması üçün real tədbirlər görməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Şərh olunanlara əsasən məhkəmə kollegiyası da hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin məhkəməyə qaytarılması barədə Maraqlı şəxs 5 mart 2025-ci il tarixli qərarı əsassızdır. Həmin icra sənədi üzrə icra hərəkətləri davam etdirilərək məhkəmə qətnaməsinin tam icrası təmin olunmalıdır. Bu baxımdan Sumqayıt Kommersiya Məhkəməsi icra orqanının qərarını ləğv etməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, icra məmurunun icra sənədinin icrası ilə bağlı hərəkətindən (hərəkətsizliyindən) və ya qərarından şikayət üzrə birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 15, 234, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İcra sənədi üzrə Borclu1 və Maraqlı şəxs tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(119)-599/2020 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin məhkəməyə qaytarılması barədə Maraqlı şəxs 5 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi haqqında Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(119)-4/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar