Məhkəmə qərarları › İş №8-2(106)-2/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(106)-2/2024

15.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8-2(106)-2/2024 15.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Tərlan oğlunun sədrliyi ilə, Heydərov Tofiq Xudayar oğlu və X7 ibarət məhkəmə tərkibində, X13 oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(121)-1522/2022 nömrəli icra vərəqəsinə əsasən Borclu X1 xeyrinə tutulması qət edilmiş pul məbləğinin indeksasiyası barədə ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(121)-4/2024 saylı qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(121)-1522/2022 nömrəli icra vərəqəsinə əsasən Borclu X1 xeyrinə tutulması qət edilmiş pul məbləğinin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli e-2-2(121)-1522/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Borclu 10000 manat alınaraq iddiaçı X5 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)-11/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 334/2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Kommersiya Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi qanuni qüvvəsini almaqla icraya yönəldilmiş və Lənkəran rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin tarixdən borc öhdəliyini icra etməli olan borclu bu günədək pul məbləğini ödəməmişdir. Baxmayaraq ki, buna maddi imkanı çatır, lakin qəsdən icranı gecikdirmişdir. Məlum olduğu kimi respublikada iki rəqəmli inflyasiya mövcuddur. 2023-cü ilin sentyabr ayında qaytarılmalı olan 10000 manat pul artıq eyni alıcılıq qabiliyyətinə malik deyil. Bu baxımdan hesab edilir ki, həmin məbləğ indeksasiya edilməlidir. Başqa cür yanaşma ərizəçinin pozulmuş hüquqlarının bərpasına imkan verməz. Ərizəçi tərəfindən Statistika Komitəsinə bununla bağlı müraciət edilmişdir, həmin müraciətə cavab verilmiş və göstərilmişdir ki, istehlak qiymətləri indeksi 2023-cü ilin dekabr ayında 2023-cü ilin sentyabr ayına nisbətən 100.7 faiz təşkil etmişdir. İcra işi üzrə Borclu xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, X3 ərizəsinə sübut növü kimi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi məlumat üzrə inflyasiya göstəricisi kimi qəbul edilmiş istehlak qiymətləri indeksinin 2023-cü ilin dekabr ayında sentyabr ayına nisbətdə 100.7 faiz təşkil etməsi barədə statistik məlumatı əlavə etmişdir. Həmin məlumatda qeyd ediilmiş 100.7 faiz indeks şübhə doğurduğundan tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə rəsmi müraciət olunmuş və müraciətinə 30 aprel 2024-cü il tarixli 3- 34/2-44/04-1/2024 saylı məktubla cavab verilərək əvvəlki məktubda qeyd edilmiş 100.7 faiz indeksasiyanın inflyasiya səviyyəsinin 0.7 faiz nisbətinə bərabər olduğu bildirilmişdir. Beləliklə, ərizəyə əvvəl verilmiş etiraz ərizəsində də qeyd edildiyi kimi ərizəçi həqiqətə uyğun olmayan məlumatlar qeyd edilməklə heç bir əsası olmayan ərizə ilə məhkəməyə müraciət etməklə yanaşı, məhkəməyə təqdim etdiyi ərizədə məhkəmə üçün mötəbər sübut sayılmayan sənədlər əlavə edilmişdir. Bundan başqa təkrarən qeyd edilir ki, həmin icra sənədi icra olunması üçün onun iş yerinə göndərilmiş və aıdığı əmək haqqı hesabına hər ay əmək haqqının 50 faizi tutularaq tələbkarın "xxxx" ASC-də olan **********554616a94 saylı hesaba köçürülür. Cari ilin fevral ayına kimi 2170 manat vəsait ödənilmiş və tutulmalar hazırda da davam edir. Belə olan halda isə ərizəçinin ərizəsi tamamilə qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(121)-4/2024 saylı qərardadı ilə ərizə qismən təmin edilərək Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2-2(121)-1522/2022 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş 10000 manat məbləğindən ödənilməli olan pul məbləğinin 7829,68 manatı üzrə indeksasiyanın həyata keçirilərək Borclu X4 xeyrinə əlavə olaraq 54,8 manat məbləğində pul vəsaitinin tutulması, Borclu X4 xeyrinə tutulacaq ümumi məbləğin 7884,48 manat kimi müəyyən edilməsi qərara alınmışdır. X2 qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi və borc məbləğinin yenidən indeksləşdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qalıq borca görə hesablayaraq müəyyən etdiyi məbləğ düzgün deyildir. Tələbkar əvvələr müraciəti əsasında Statistika Komitəsindən aldığı cavabı əlavə edərək pulun indeksləşdirilməsini xahiş etmişdir. Qərardad 2024-cü ilin may ayında çıxarılsa da, infliyasiya göstəriciləri əvvəlki ilin sön dövrünə uyğun faizlə hesablanmışdır. Bu isə düzgün olmayan nəticənin əldə edilməsini gətirib çıxarmışdır. Məhkəmə qərarının icrasına nəzarət etməkdə mükəlləf olan həmin qərarı çıxarımış olan məhkəmə işə baxılan dövr üzrə inflyasiya göstəricilərini əldə etməklə müvafiq qərar qəbul etməli idi. Tələbkar teleqramla müraciət edərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 8-2(121)-4/2024 saylı qərardadından onun tərəfindən verilmiş şikayətə məhkəmə baxış iclasında, tərəflərin iştirakı ilə baxılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 8-2(106)-2/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Borclu tələbkar tərəfindən verilmiş şikayətə etiraz edərək bildirmişdir ki, ərizəçi eyni məzmunlu iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsində iddia qaldırmmş, həmin iddia ərizəsi Lənkəran rayon məhkəməsinin hakimi Muradağa Qasımovun icraatına verilmişdir. Həmin hakimin sədrliyi ilə xx.xx.2023-cü il tarixdə baxılaraq e-2(049)-3012/2023 saylı qərardadla iddia tələbinin ödənilməli olan məbləğin indeksasiyası ilə əlaqədar olaraq əlavə 2125 manat pulun alınması hissəsində iş üzrə icraata xitam verilmiş, həmin tarixli qətnamə ilə isə mənəvi ziyanın tutulması hissəsində rədd edilmişdir. Həmin qərardad və qətnamələr qanuni qüvvəsini almış və iddiaçı həmin qətnamə və qərardaddan apellyasiya şikayəti verməmişdir. Belə olan halda da iddiaçı, (hazırki iş üzrə ərizəçi) həmin qətnamə və qərardadla razılaşdığını ifadə etmişdir. Lakin bir müddət keçdikdən sonra iszə yenidən eyni məzmunlu ərizə ilə Kommersiya icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Belə olan halda ərizəçini ərizəsi qanunsuz və əsassız olmaqla rədd edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunan halları təsdiq edən sübutlar kimi adı şəkilən qətnamə və qərardadlar Şirvan Kommersiya Məhkəməsinə təqdim edilmişdir. Bundan əlavə qeyd edir ki, həmin icra sənədi icra olunması üçün onun iş yerinə göndərilmiş və aldığı əmək haqqı hesabına hər ay əmək haqqının 50 faizi tutularaq tələbkarın "xxxx" ASC-də olan **********55461694 saylı hesaba köçürülür. Cari ilin fevral ayına kimi 2170 manat vəsait ödənilmiş və tutulmalar hazırda da davam edir. Belə olan halda isə ərizəçinin şikayəti tamamilə qanunsuz və əsasssız olmaqla rədd edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən X3nun Şirvan Kommersiya Məhkəməsinin 8-2(121)-4/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətə onun iştirakı olmadan baxılması və şikayətin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, belə hesab edir ki, indeksasiya məbləği 2150 manatdan yuxarı olmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razı deyildir. 2020ci ildə pul köçmüşdürsə, indi bazar qiymətləri də günü-gündən qalxmaqdadır. Heç olmasa 3000 manat təmin edilə bilər. Borcluya qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, on məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən borcluya olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2-2(121)-1522/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Borclu 10000 manat alınaraq iddiaçı X5 verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(106)-11/2023 nömrəli qətnaməsi ilə iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-1522/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-334/2023 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 09 mart tarixli 2-2(106)- 11/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “İcraat başlamaq haqqında qərar”ın surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121 )-1522/2022 saylı, 09 dekabr 2022-ci il tarixli icra qeydinə əsasən Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 tərəfindən iş üzrə icra icraatı başlanılmışdır. İş materiallarında olan Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Lənkəran rayonu Yuxarı Nüvədi M.H.Mirzəcanov adına kənd orta məktəbində hərbi rəhbər vəzifəsində işləyən Borclu 2023- 2024-cü tədris ili dövründə "xxxx" ASC-də olan hesaba ümumilkdə 2170,32 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Borclu tərəfindən X4 bank hesabına cəmi 2170,32 manat məbləğində vəsait daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cavab məktublarından görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2023-cü ilin dekabr ayında 2023cü ilin sentyabr ayına nisbətən 100,7 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 0,7 faiz artmışdır. Birinci instansiya Məhkəməsi iş üzrə mövqeyində göstərmişdir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, qanuni qüvvəyə mimiş məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Borclu tərəfindən qət edilmiş pul məbləği X2na tam şəkildə ödənilməmişdir. Məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da, qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi yekun hüquqi nəticəyə gələrkən qanunvericiliyin tələblərinə düzgün əməl etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə ilə razılaşır. Belə ki, MPM-in 232.1-ci maddəsinin tələbinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da, qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. Digər tərəfdən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ hüquqazidd əməlin, bir qayda olaraq, təqsirli törədilməsi nəticəsində yarandığı halda indeksasiyanın aparılması üçün borclunun pul məbləğinin ödənilməsinə dair qətnamənin vaxtında icra edilməməsində və ya qətnamə ilə tutulan pul məbləğinin vaxtında ödənilməməsində təqsirinin olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Borclu qətnaməni hətta üzrlü səbəblərdən vaxtında icra etməsə belə, bu, həmin qətnamə üzrə ödənilməli olan pul məbləğinin indeksasiyanın həyata keçirilməsini istisna etmir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, tələbkarın şikayəti əsassız olmaqla Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(121)-4/2024 saylı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və MPM-in 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(121)-4/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir və qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar