Məhkəmə qərarları › İş №8-2(107)-1/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(107)-1/2024

09.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8-2(107)-1/2024 09.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdovа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(117)-18/2022 saylı icra sənədi üzrə “Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraatın dayandırılması barədə” qərarından Tələbkar tərəfindən verilmiş şikаyət ərizəsi üzrə çıxаrılmış Şəki Kommersiya Məhkəməsinin 04 dekabr 2023-cü il tаrixli, 8-2(117)-20/2023 saylı “şikayətin təmin edilməməsi barədə” qərаrdаdındаn Tələbkar tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(117)-18/2022 nömrəli qətnaməsi ilə cavabdeh Borclu Balakən rayon X2 məxsus Balakən şəhəri, R.Səmədov küçəsi Qabaqçöl vağzalı ərazisində yerləşən Universamın 21 nömrəli ticarət cərgəsinin 1ci şöbəsindən çıxarılması və həmin əmlak Balakən rayon X2 təhvil verilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Balakən Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Şəki İnzibati Məhkəməsində Borclu DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən şəhəri R.Səmədov küçəsi Qabaqçöl vağzalı ərazisində yerləşən Universamın 21 nömrəli ticarət cərgəsinin 1-ci şöbəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddia qaldırıldığından, Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(117)-18/2022 saylı icra sənədi üzrə icraat dayandırılmışdır. Tələbkar xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət ilə müraciət edərək Balakən Rayon İcra və Probasiya Şöbəsinin kiçik ədliyyə müşaviri Hikmət Darçınovun xx.xx.2023cü il tarixli “İcraatın dayandırılması barədə” Qərarının əsassız olduğunu və ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında tələbkarın nümayəndəsi məhkəmə iclasında şikayətini müdafiə edərək qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında borclu izahatında bildirmişdir ki, Şəki İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizənin nəzərə alınmasını və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 04 dekabr 2023-cü il tаrixli, 8-2(117)-20/2023 saylı qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(117)-18/2022 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından Balakən Rayon İstehsal İstehlak Kooperativinin şikayəti təmin edilməmişdir. Tələbkar Şəki Kommersiya Məhkəməsinin 04 dekabr 2023-cü il tаrixli, 8-2(117)- 20/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh bu qərardadı əsas tutaraq icarə haqqı ödəmədən mağazanı işlədəcək, cavabdehin 1 ildən artıq vaxtı olub ki, şikayət etsin, lakin hərəkətsizlik etmişdir. Məhkəmə qətnaməsi vaxtında icra olunmalıdır. Odur ki, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 20 dekabr 2023-cü il tаrixli, 8-2(117)-20/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 04 dekabr 2023-cü il tаrixli, 8-2(117)-20/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(117)-18/2022 saylı icra sənədi üzrə Borclu DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən şəhəri R.Səmədov küçəsi Qabaqçöl vağzalı ərazisində yerləşən Universamın 21 nömrəli ticarət cərgəsinin 1-ci şöbəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair Şəki İnzibati Məhkəməsində iddia qaldıırmışdır. Balakən Rayon İcra və X5 İnzibati Məhkəməsində həmin mübahisəyə baxılıb qurtaranadək Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(117)-18/2022 saylı icra sənədi icraatı dayandırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, iş üzrə icraat məcburi olaraq dayandırılmalıdır. Həmin qanunun 19.1.3-cü maddəsinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək icra sənədi üzrə icraat dayandırılır. Göründüyü kimi, qanunun həmin normaları imperativ xarakter daşıyır. Yəni şərh olunanan hallarda icra sənədi üzrə icraatı dayandırmaq İcra və Probasiya qürumunun vəzifəsidir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmurnun mübahisələndirilən qərarı qanunun tələblərinə əsaslandığından həmin qərarın məhkəmə tərəfindən ləğv edilməsi qanuni və əsaslı olmazdı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Tələbkar tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 04 dekabr 2023cü il tаrixli, 8-2(117)-20/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 04 dekabr 2023-cü il tаrixli, 8-2(117)-20/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar