Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 8-2(3-1)-1/2026 27.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Kommersiya kollegiyası Şikayətin qeyri-mümkün hesab edilməsi haqqında (Açar sözlər: birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətin mümkünlüyünün yoxlanılması, şikayət qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından onun qeyri-mümkün sayılması) Hakimlər, Qarayev Sənan Məmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-***/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)- */**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: I. Birinci instansiya məhkəməsində icraat a) Məhkəməyə müraciət və qəbul edilən məhkəmə aktı
1. Iddiaçı Tələbkar cavabdeh Borclu qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə vurulmuş maddi zərərə görə 8000 (səkkiz min manat) manatın və iddia tələbi tam təmin edildiyindən 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Borclu alınaraq Tələbkar ödənilməsi, həmçinin məhkəmənin e-*-*(***)-***/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin cavabdeh Borclu alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR Idarəsində olan hesabına ödənilməsi qət edilmişdir.
2. ## #### 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon Icra və Probasiya şöbəsi Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə təqdimatla müraciət edərək, borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir.
3. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) ## ##### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon Icra və Probasiya şöbəsinin təqdimatının təmin olunması və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu Naxçıvan MR, Babək rayon, Hacıvar kəndində doğulmuş, Naxçıvan MR, Babək rayon, Hacıvar kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, ##.##.1990-cı il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. b) Məhkəmə aktından verilən şikayət
4. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *- *(*-**)-*/**** nömrəli qərardadı ilə razılaşmayan borclu Borclu Telman oğlu ## ##### 2026-cı il tarixdə məhkəməyə şikayət ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(*-**)-*/**** nömrəli qərardadının ləğv edilməsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Babək Rayon Icra və Probasiya şöbəsinin təqdimatının təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *- *(*-**)-*/**** nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli qərardadından borclu Borclu tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş şikayətin təmin edilməməsi və borclu Borclu şikayəti prosessual müddət daxilində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin *-*(*-**)-*/**** nömrəli işi ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsi qərara alınmışdır.
6. Şikayət iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının icraatına “24” aprel 2026-cı ildə daxil olmuşdur. II. Apellyasiya instansiyası məhkəməsində şikayətin mümkünlüyünün yoxlanılması
7. Kollegiya ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən birinci instansiya məhkəmələrinin qərardadlarından verilən şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması üçün mümkünlük şərtlərinin yoxlanılması zəruridir.
8. Şikayətin mümkünlüyünün yoxlanılması dedikdə, onun qanunla müəyyən edilmiş müddətdə və şikayət vermək hüququ olan şəxs tərəfindən verilməsi, aidiyyət qaydalarına riayət edilməsi, qanunvericiliyin digər prosessual tələblərinə cavab verməsi başa düşülür.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
10. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir;
11. 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir;
12. 10-1.7-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
13. Qanunvericiliyin tələbindən görünür ki, apellyasiya şikayəti "Elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarına uyğun, yaradılmış elektron kabinet vasitəsi ilə, yazılı formada, gücləndirilmiş elektron imzadan istifadə etmək şərtlərinə birlikdə əməl edilərək verildikdə icraata qəbul edilməsi mümkündür.
14. Borclu Borclu verdiyi şikayəti mülki prosessual qanunvericiliyin tələbləri daxilində yoxladıqda aydın olur ki, o qanunvericiliyin tələblərinə cavab vermir.
15. Belə ki, iş materiallarına əlavə edilmiş və borclu Borclu tərəfindən verilmiş şikayəti vizual şəkildə nəzərdən keçirərkən prosessual sənədin fiziki olaraq həmin borclu tərəfindən imzalanması, daha sonra sənədin PDF formatında hazırlanması müəyyən edilir.
16. Kollegiya bildirir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə mülki prosessual qanunvericiliyə uyğun elektron qaydada tərtib edilməli, elektron sənədin quruluşuna cavab verməli və o borclu tərəfindən elektron imza vasitəsi ilə imzalanmalı idi.
17. Kollegiya onu da bildirməyi zəruri hesab edir ki, şikayətin "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilməsi özündə onun birbaşa elektron sənəd kimi qəbul edilməsini ehtiva etmir.
18. Məhkəmə şikayət verən şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə görə apellyasiyanın mümkünlüyü həmçinin apellyasiya qaydasında baxılması üçün əsasların olmasından asılıdır.
19. Apellyasiyanın mümkünlüyünü şərtləndirən belə əsaslardan biri də məzmununa görə apellyasiya şikayətinin MPM-nin 361.1-ci maddəsinin tələblərinə cavab verməli olmasıdır.
20. Həmin Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinin mahiyyətinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
21. Həmçinin, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti vermək hüququ həm qanuni qüvvəyə minməmiş qətnamələrə, həm də qərardadlara şamil olunur. Bu maddə apellyasiya şikayəti obyektlərini (qətnamə və qərardadı) eyni hüquqi müstəvidə birləşdirir. Qanunvericilik bu hüququn həyata keçirilməsi mexanizmini isə həmin Məcəllənin 361ci maddəsi və buna uyğun olaraq qəbul edilmiş * saylı əlavə ("Apellyasiya şikayətinin forması") ilə tənzimləyir.
22. Borclu tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin * saylı Əlavəsində ("Apellyasiya şikayətinin forması") tələb olunan imperativ struktur qaydalarına riayət etməmiş, xüsusilə də şikayət olunan qərardad çıxarılarkən pozulduğu iddia edilən maddi və prosessual hüquq normalarını və həmin normaların hansı səbəbdən düzgün tətbiq edilmədiyinə dair hüquqi əsasları (dəlilləri) maddələr üzrə sıralayaraq qeyd etməmişdir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbindən də görünür ki, apellyasiya şikayəti həmin Məcəllənin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
24. Lakin, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən qanunvericiliyin bu tələbləri nəzərə alınmayıb və apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
25. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayətin verilməsi zamanı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
26. Şikayət verilən zaman ##.##.2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən Borclu qaytarılmalıdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir.
28. Kollegiya yuxarıda qeyd olunanları, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 363, 366, 402.2-402.2.1, 405.0.2, və 406.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*- **)-*/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və iş şikayətin geri qaytarılması məsələsinə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. ##.##.2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən Borclu qaytarılsın. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Sənan Qarayev Hakimlər: Səxavət Bəylərli və Zamiq Əliyev.