Məhkəmə qərarları › İş №8-2(3-1)-2/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8-2(3-1)-2/2026

28.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 8-2(3-1)-2/2026 28.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin 2026-cı il ## ### tarixli təqdimatına əsasən borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin daşınar əmlaklarının üzərinə həbs qoyulmasına dair iş üzrə Açar sözlər: hüquqi şəxsin daşınar əmlaklarının (nəqliyyat vasitələrinin) üzərinə həbs qoyulması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri - X11 (sədrlik edən və məruzəçi hakim), X13 və X14 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin nümayəndəsi X4, borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 iştirakları ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qərardadından borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkilinümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxılmışdır. Işin halları

1. Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsi 2026-cı il ## ### tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə təqdimatla müraciət edərək, Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli ##.##.2025-ci il tarixli, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023- cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli icra sənədləri üzrə borclu “xxxx” MMC-dən (VÖEN **********) 2.700.534,00 manatın alınaraq tələbkar Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (VÖEN**********) bank hesabına, 26.398,37 manatın tutularaq X9 MMC-nin (VÖEN: **********) hesabına, 91.980 ABŞ dolları, 65.100 ABŞ dolları, 63.000 ABŞ dolları, 63.000 ABŞ dolları və 53.166,09 avro, 45.699,7 avro, 60.000 ABŞ dolları, 50.000 ABŞ dolları, 27.480 ABŞ dolları məbləğində inzibati cərimələrin tutularaq dövlət büdcəsinə ödənilməsi məqsədilə məcburi icra tədbiri kimi Naxçıvan MR Daxili Işlər Nazirliyinin X1 Idarəsinin ##.##.2026-cı il tarixli, *- **-**-**/*-**/**** nömrəli məktubunda göstərilən borclu “xxxx” MMC-yə məxsus avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. Naxçıvan MR Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qərardadına əsasən, Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin borclu "xxxx” MMC-yə məxsus daşınar əmlak üzərinə həbs qoyulması barədə təqdimatının qismən təmin olunması, Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli ##.##.2025-ci il tarixli və Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli icra sənədləri üzrə "Icra haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində qeyd olunan növbəlilik əsas götürülməklə borclu "xxxx” MMC-yə məxsus bank hesablarına 2.698.653,18 manat məbləğində qoyulacaq həbsin kəsir qalacaq məbləği üzrə borclu "xxxx” MMC-yə məxsus X2 yük markalı **AF*** dövlət qeydiyyat nişanlı, Hastarmak yarımqoşqu **ZA***, **ZA***, **ZA*** dövlət qeydiyyat nişanlı, Volkswagen Touareg R-Line minik markalı, **AA*** dövlət qeydiyyat nişanlı, KS xüsusi təyinatlı, **AC*** dövlət qeydiyyat nişanlı, Kamaz xüsusi təyinatlı, **AC*** dövlət qeydiyyat nişanlı, Qaz 322131-95 markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Hyundaı HD65 yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Mıtsubıshı canter 859G yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, X23340 yük markalı, **AD***, **AD***, **AD*** dövlət qeydiyyat nişanlı, Mıtsubıshı L200 minik markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Hyundaı County mıkroavtobus markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Kamaz xüsusi təy. markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Qaz 5312 xüsusi təy. markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Kamaz 6520 43 yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Kamaz 53229 S yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Isuzu NPR yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, X2 yuk markalı, **AD***, **AD***, **AD***, **AD***, **AD***, **AD***, **AD***, **AD***, **AD***, **AD***, **AD*** dövlət qeydiyyat nişanlı, X2 3028 yük markalı, **AD*** və **AD*** dövlət qeydiyyat nişanlı, Toyota Hılux minik markalı, **AD*** dövlət qeydiyyat nişanlı, X2 1840LS yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Hyundaı HD65 yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Ford mikroavtobus markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Ford transıt yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Isuzu NPR yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Ford yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, X2 3029 yük markalı, 85AЕ012 dövlət qeydiyyat nişanlı, X2 1824 К yük markalı, **AE*** dövlət qeydiyyat nişanlı, Mercedes benz yük markalı, **AE*** dövlət qeydiyyat nişanlı, X2 3340 yük markalı, **AE*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz yük markalı, **AE*** dövlət qeydiyyat nişanlı, X23340 yük markalı, **AE***, **AE***, 85AEO99 dövlət qeydiyyat nişanlı, X2 3028B yük markalı, **AE*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz yük markalı, **AE*** dövlət qeydiyyat nişanlı, JAC НЕС 3251 KR1 yük markalı, **AE*** dövlət qeydiyyat nişanlı, X2 3340 K/36 yük markalı, **AE*** dövlət qeydiyyat nişanlı, X2 1829 yük markalı,**AE*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz yük markalı, **AE*** dövlət qeydiyyat nişanlı, Hyundaı County avtobus markalı, **AE*** dövlət qeydiyyat nişanlı, X2 3028 yük markalı, **AE*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Tofaş minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Hyundaı Elantra minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Volkswagen Passat minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Hyundaı Tucson minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Ford Ranger minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Hyundaı Accent minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Vaz 21214 minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Mıtsubıshı Pajero minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Hyundaı Accent minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, X5 minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, X2 3028K yük markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Volkswagen Touareg minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Kıa Cerato minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Naz Lifan LF 6430 minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Hyundaı Accent minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Hyundaı Accent minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 300 minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Vaz 21213 minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 208D markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Vaz 21214 minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, X2 yük markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Hyundaı Elantra minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Naz Lifan LF7240-820 minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Volkswagen Touareg minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Erdogan Oz yarımqoşqu markalı, **ZA***, **ZA*** dövlət qeydiyyat nişanlı, Hastarmak yarımqoşqu markalı, **ZA***, **ZA***, **ZA*** dövlət qeydiyyat nişanlı, Zil 43141 yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, X2 yük markalı, **AD*** dövlət qeydiyyat nişanlı, Zil 130 xüsusi təy. markalı, **AD*** dövlət qeydiyyat nişanlı,Vaz 21213 minik markalı, **AF*** dövlət qeydiyyat nişanlı, X2 xüsusi təy. markalı, **AF*** dövlət qeydiyyat nişanlı, Harmut yarımqoşqu markalı, **ZA*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə qalan kəsir məbləği həddində həbs qoyulması, təqdimatın qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, verilmiş təqdimata təqdimatda qeyd olunan inzibati işlər üzrə yaranmış borc məbləğinə münasibətdə deyil, Naxçıvan MR Ali Məhkəməsinin 2 *(***)-*/**** nömrəli ##.##.2025-ci il tarixli və Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2 *(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli icra sənədləri üzrə yaranmış borc məbləğinə münasibətdə baxılmalıdır.

4. Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə başlanmış, tələbin könüllü icrası haqqında bildiriş icraata başlamaq haqqında qərarla birlikdə həmin tarixdə borcluya göndərilmiş və sonuncu tərəfindən ##.##.2025ci il tarixdə imzalanaraq təhvil alınmışdır.

5. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123) ***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraata Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin ## #### 2026-cı il tarixli qərarı ilə başlanmış, tələbin könüllü icrası haqqında bildiriş icraata başlamaq haqqında qərarla birlikdə həmin tarixdə borcluya göndərilmiş və sonuncu tərəfindən ##.##.2026-cı il tarixdə imzalanaraq təhvil alınmışdır.

6. Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli “eyni borclu barəsində olan bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə” qərarına əsasən, borclunun barəsində olan *-*(***)-*/**** nömrəli ##.## 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli ##.##.2026-cı il tarixli və digər icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır.

7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borclu tərəfindən *-*(***)-*/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədi üzrə 28.279,19 manat ödəniş edilmiş, 2.672.254,81 manat məbləğində borcu qalmış, lakin e-*-*(***)-***/**** nömrəli ##.##.2026cı il tarixli icra sənədi üzrə heç bir ödəniş həyata keçirilməmişdir.

8. Hazırkı iş üzrə borcluya məxsus bank hesablarındakı pul vəsaiti məhkəməyə aşkar olmadığından, məhkəmə hesab edir ki, verilmiş icra sənədlərinin icrasını təmin etmək məqsədilə ödənilməli borc məbləğinin bank hesablarındakı pul vəsaitləri ilə təmin olunmayacaq hissəsinə münasibətdə borcluya məxsus nəqliyyat vasitələrinə kəsir qalacaq məbləğ həcmində həbs qoyulması mütənasibdir. Belə ki, təqdimata tələbin həcmi və əmlakın ağlabatan dəyəri nəzərə alınmaqla mütənasiblik prinsipinin tələbləri baxımından yanaşıldıqda da müəyyən olunur ki, hüquqa müdaxilənin yolverilən olması ilə birlikdə sözügedən tədbirin tətbiqi nəticəsində müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazılığa da əməl olunur.

9. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə, 129-cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 15.2 və 15.3 və 26.2-ci, Icra haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra “Icra haqqında” Qanun) 12.1, 43.1-43.1.1, 44, 50.1, 50.2, 57.1, 58.1 və 58.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və Inzibati Kollegiyalarının “Icra şöbəsinin təqdimatına əsasən əmlak üzərinə həbs qoyulması” barədə ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli və “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il # ######## tarixli Qərarlarına istinad etmişdir.

10. Borclu “xxxx” MMC-nin (bundan sonra - borclu) vəkili-nümayəndəsi Vəkil 2026-cı il # #### tarixdə şikayətlə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək *-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qərardadın qismən, yəni Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin təqdimatının təmin edildiyi hissədə ləğv edilməsini və təqdimatın tamamilə rədd olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, həmin şikayətə 2026-cı il # #### tarixdə baxılaraq təmin edilməmiş və Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinin tələblərinə müvafiq olaraq işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmiş, 2026-cı il ## #### tarixli qərardadla verilmiş şikayət mümkün hesab edilərək həmin şikayətə yazılı icraat qaydasında, 2026-cı il # #### tarixli qərardadla isə şifahi icraat qaydasında məhkəmə iclasında baxılması qərara alınmışdır.

Şikayətin dəlilləri

11. Işin halları üzrə - məhkəmə ərizəni təmin edərkən işin faktiki hallarını düzgün qiymətləndirməmiş və borclunun kommersiya fəaliyyətinin iflic olunması ilə nəticələnən qərardad qəbul etmişdir.

12. Məhkəmə nəzərə almamışdır ki, borclu genişmiqyaslı tikinti fəaliyyəti ilə məşğuldur. Sözügedən və bilavasitə istehsalatda istifadə edilən avtonəqliyyat vasitələrinin/xüsusi texnikaların üzərinə həbsin qoyulması borclunun həyata keçirdiyi tikinti layihələrinin dayanmasına, digər sifarişçilər qarşısında müqavilə öhdəliklərinin pozulmasına və borclunun ciddi maliyyə itkilərinə məruz qalmasına, hətta müflis olmasına səbəb ola bilər. Borcun ödənilməsini təmin etmək üçün boprclunun təsərrüfat fəaliyyətinin davam etməsi və qazanc əldə etməsi zəruridir. Yalnız bu halda tələbkar(lar)ın mənafeyi təmin oluna bilər.

13. Qərardadla üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin bir qismi artıq digər hüquqi şəxslərə satılmışdır (elektron qaimə fakturalar əlavə olunur). Yəni nəqliyyat vasitələrinin bir hissəsi artıq başqa hüquqi şəxslərin balansına - mülkiyyətinə verilmişdir.

14. Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə borcludan tutulmalı olan pul vəsaitinin bir hissəsi - 1.108.215,06 manat 2026-cı il # #### tarixdə, yəni məhkəmə qərardadının qəbul edildiyi vaxtdan sonra tələbkar Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bank hesabına ödənilmişdir.

15. “Icra haqqında” Qanunun 58.1.1-ci maddəsi üzrə - icra orqanının təqdimatında göstərilən daşınar əmlaklar bilavasitə istehsalatda istifadə edilən nəqliyyat vasitələri və xüsusi texnikalardır. Məhkəmə bu halı nəzərə almamış və mübahisə üzrə tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozuntusuna yol vermişdir. (əlavə bax 12-ci bənd)

16. “Icra haqqında” Qanunun 45.7-ci maddəsi (“X6 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il ## ### tarixli Qərarı - “mütənasiblik” barədə mövqe) üzrə - məhkəmə, öz qərardadında qeyd etmişdir ki, *-*(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli və e-*-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədləri üzrə “Icra haqqında” Qanunun 58.1-ci maddəsində qeyd olunan növbəlilik əsas götürülməklə borcluya məxsus bank hesablarına 2.698.653,18 manat məbləğində qoyulacaq həbsin kəsir qalacaq məbləği üzrə borcluya məxsus avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır.

17. Məhkəmə, öz qərardadını bu şəkildə qəbul etməklə mütənasiblik prinsipini pozmuşdur. Çünki məhkəmə mövcud qərardadı ilə təkcə borcluya məxsus daşınar əmlak (nəqliyyat vasitətələri, xüsusi texnikalar) üzərinə həbs qoymaqla kifayətlənməmiş, icra məmuruna borclunun bank hesabları üzərinə həbs qoyulmalı olmasını göstərmişdir. Bununla da icra məmuru hazırkı qərardadla ilk olaraq bank hesabları üzərinə həbs/məhdudiyyət tətbiq edəcək, sonra isə qərardadın icrasını təmin edəcəkdir. Bu da borclunun hüquqlarının pozulmasına səbəb olmaqla, onun vəziyyətini daha da ağırlaşdıracaqdır.

18. “Icra haqqında” Qanunun 45.6-cı maddəsi üzrə - tərəflərindən məhkəməyə vəsatət təqdim edilərək, borclunun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 6797.9 kv.m olan, ********** qeydiyyat nömrəli əmlak kompleksi kimi müəssisənin (mebel sexi və avadanlıqlar) üzərinə həbs qoyulması təklif edilmişdir. Belə ki, müvafiq qiymətləndirmə rəyinə əsasən, həmin əmlakın sadəcə daşınmaz əmlak hissəsinin bazar dəyəri 3.972.726,50 AZN təşkil edir. Bu məbləğ icra sənədləri üzrə yaranmış borcları tamamilə və artıqlaması ilə qarşılayır.

19. Bundan başqa, həmin əmlak kompleksi üzərinə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-**(***)-*/**** nömrəli qərardadı əsasında müvəqqəti təminat tədbiri tətbiq edilmiş, lakin sonradan məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi üçün qərardad öz qüvvəsini itirmişdir. Bu hal onu göstərir ki, sözügedən əmlak uzun müddət mübahisəli tələbin təminatı qismində nəzərdən keçirilmiş və faktiki olaraq borcun təminatı funksiyasını daşımışdır. Göründüyü kimi, bu əmlakın borcların ödənilməsinə yönəldilməsi icra sənədlərinin icrasına heç bir maneə yaratmır, əksinə, borcların tam ödənilməsi üçün etibarlı təminatı formalaşdırır, icra qanunvericiliyinin tələblərinə uyğundur və hətta tələbkarların maraqlarına xidmət edir.

20. Digər tərəfdən, “Icra haqqında” Qanunun 50.2-ci maddəsi məhkəməyə təqdimat verilməsi imkanını nəzərdə tutsa da, həmin norma icra məmuruna borcun təminatı üçün yetərli əmlak (daşınmaz əmlak) mövcud olduğu halda, borclunun bütün aktivlərinə qeyri-məhdud həcmdə həbs qoyulması hüququ vermir.

21. Mülki Prosessual Məcəllənin 9.3 və 88-ci maddələri üzrə - məhkəmə ##.##.2026-cı il tarixdə, borcluya məxsus nəqliyyat vasitələri/xüsusi texnikaları üzərinə həbs qoyulmasına dair iclasda, həmin tarixdə saat 1205-ə təyin edilmiş iclasda həll edilməli olan məsələni (borclunun bank hesabları üzərinə həbs qoyulması) də əvvəlcədən həll etmişdir. Bununla da, məhkəmə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qərardad qəbul etmişdir.

22. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsi üzrə - icra orqanının təqdimatı daşınar əmlak - nəqliyyat vasitələri/xüsusi texnikalar üzərinə həbsin qoyulması ilə məhdudlaşmasına baxmayaraq, məhkəmə təqdimatda göstərilən tələbdən kənara çıxaraq müvafiq icra sənədləri üzrə “Icra haqqında” Qanunun 58.1-ci maddəsində qeyd olunan növbəlilik əsas götürülməklə borcluya məxsus bank hesablarına 2.698.653,18 manat məbləğində qoyulacaq həbsin kəsir qalacaq məbləği üzrə borcluya məxsus nəqliyyat vasitələri üzərinə həbs qoymuşdur. Bunun üçün qanunda göstərilən müstəsna halların olması barədə məhkəmə qərardadında hər hansı qeyd yoxdur. Halbuki, icra məmuru yalnız borclunun daşınar əmlaklarına həbs qoyulmasını xahiş etmiş, məhkəmə isə təqdimatda olmayan tam fərqli bir predmeti - bank hesablarını da qərardada daxil etmişdir. Məhkəmənin icra məmurunun xahiş etmədiyi bir obyektə (bank hesabına) həbs qoyulmasını (hətta dolayısı ilə və ya şərtlə belə) qərardadın icra hissəsinə daxil etməsi tələb hüdudlarından kənara çıxmaqdır və bu prosessual baxımdan yolverilməzdir.

23. Bundan başqa, “bank hesabına qoyulacaq həbsin kəsir qalacaq məbləği üzrə daşınar əmlaka həbs qoyulsun” ifadəsi icra mexanizmini tamamilə qeyri-müəyyən vəziyyətə salır və aşağıdakı sualları yaradır: Bank hesabında nə qədər pul vardır?; Kəsir nə qədər qalacaq?; Daşınar əmlakın hansı hissəsinə həbs qoyulmalıdır? Göründüyü kimi, bu sualların cavabı qərardadda qeyd edilmədiyi üçün qərardad qeyri-müəyyəndir və icrası zamanı suiistifadəyə şərait yarada bilər.

Şikayətə qarşı etirazın dəlilləri

24. Şikayətə qarşı etiraz daxil olmamışdır.

Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

25. Apellyasiya baxışında borclunun nümayəndəsi nümayəndə1 şikayətdə göstərilənlərə uyğun izahat verməklə şikayətin təmin olunmasını xahiş etdi.

26. Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin nümayəndəsi Nicat Bayramlı təqdimatda göstərilənlərə uyğun izahat verərək təqdimatın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

27. Apellyasiya baxışında məhkəmə iclasları 2026-cı il 21 və 28 iyul tarixlərə təyin olunaraq tələbkarlar işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Tələbkar Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi ##.##.2026-cı il tarixli ərizəsində “## #### 2026-cı il tarixdə saat 1730-da keçiriləcək məhkəmə hazırlıq iclasında iştirak edə bilməməsinin üzrlü hesab edilməsini, iclasın təxirə salınmasını xahiş etmişdir (kollegiya ərizədə qeyd olunan “hazırlıq iclası”nın texniki səhv olaraq ifadə olunduğunu nəzərə alır, çünki apellyasiya instansiyası məhkəməsində mülki məhkəmə icraatında hazırlıq iclası deyil, məhkəmə baxışı iclası keçirilir). Digər tələbkar “X9” MMC isə nümayəndəsinin məhkəmə iclaslarına gəlməməsinin səbəbi və ya mümkünsüzlüyü barədə kollegiyaya heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tələbkarların nümayəndələrinin iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

28. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

29. Apellyasiya baxışında təqdim olunmuş; Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli *****/**** nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi, Naxçıvan MR Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə borcluya göndərilmişdir. Lakin tələblər borclu tərəfindən verilmiş 10 gün müddətdə könüllü təmin edilməmiş, bu səbəbdən borclu barəsində məcburi icra tədbirləri təyin edilmiş, icra məmurunun ##.##.2026cı il tarixli qərarı ilə borclunun bank hesabları üzərinə həbs qoyulmuş, ##.##.2026-cı il tarixli qərarı ilə borclunun daşınar əmlakları (avtonəqliyyat vasitələri) üzərinə həbs qoyulmuşdur.

30. ##.##.2026-cı il tarixli inkasso sərəncamları icra olunması üçün borclunun hesabları olan banklara göndərilmiş, “xxxx” ASC tərəfindən 27.856.90 manat və 336 manat olmaqla, cəmi 28192.90 manat ##.##.2026-cı il tarixdə tutularaq tələbkar Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bank hesabına köçürülmüşdür.

31. ##.##.2026-cı il tarixdə borclunun əmlakının axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Naxçıvan MR Daxili Işlər Nazirliyinin X1 Idarəsinə göndərilmişdir.

32. Təkrar olaraq ##.##.2026-cı il tarixli inkasso sərəncamları tərtib edilərək icra olunması üçün borclunun hesabları olan banklara göndərilmiş, “xxxx” ASC tərəfindən 86.29 manat ##.##.2026-cı il tarixdə və “xxxx” ASC tərəfindən 1.108.215.06 manat ##.##.2026-cı il tarixdə tutularaq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bank hesabına köçürülmüşdür.

33. ##.##.2026-cı il tarixdə borclunun bank hesabları, daşınar (avtonəqliyyat vasitələri) üzərinə və daşınmaz əmlakları üzərinə həbs qoyulmasına dair təqdimatlar baxılması üçün Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilmiş, məhkəmənin *- *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə borclunun bank hesabları üzərinə, *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə borclunun daşınar əmlakları üzərinə həbs qoyulmuşdur. Naxçıvan MR Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə icra məmurunun borclunun daşınmaz əmlakları üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməmişdir.

34. Hazırda borclunun Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 1.564.039, 75 manat, “X9” MMC-yə 26.398.37 manat, icra ödənişləri üzrə 272.692,84 manat, dövlət rüsumu üzrə 2.140,27 manat və ekspertiza xərci üzrə 400 manat borcu mövcuddur.

35. Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən qəbul olunmuş: - ##.##.2026-cı il tarixli qərardan görünür ki, Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)- */**** nömrəli, ##.##.2025-cı il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin: *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, 3(078)- ***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli və *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli icra sənədləri üzrə borclu "xxxx" MMC-nin (VÖEN: **********) banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri üzərinə 3.518.310 (üç milyon beş yüz on səkkiz min üç yüz on) manat həcmində həbs qoyulması, üzərinə həbs qoyulmuş məbləğ xarici valyuta ilə olduqda xarici valyutanın satışının borclunun hesabları yerləşən banka həvalə edilməsi qərara alınmışdır.

36. - ##.##.2026-cı il tarixli qərardan məlum olur ki, Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu “xxxx” MMC-nin (VÖEN-**********) mülkiyyətində olan, qərarın təsviri hissəsində qeyd olunan avtonəqliyyat vasitələrinin (93 ədəd) üzərinə həbs qoyulması qərara alınmışdır. (II cild, i/v.)

37. - ##.##.2026-cı il tarixli qərardan görünür ki, Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu “xxxx” MMC-nin balansında olan, qərarın təsviri hissəsində qeyd olunan avtonəqliyyat vasitələrinin barəsində axtarış elan edilməsi, həmin avtonəqliyyat vasitələrinin aşkar edildiyi yerdə məcburi saxlanılması və cərimə meydançasına qoyulmasının təmin edilməsi qərara alınmışdır.

38. - ##.##.2026-cı il tarixli qərardan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ##.##.2025-cı il tarixli, Naxçıvan MR Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin: *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli və *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli icra sənədləri üzrə borclu “xxxx” MMC-nin mülkiyyətində olan, qərarın təsviri hissəsində qeyd olunan daşınmaz əmlaklarının (8 ədəd qeyri-yaşayış sahəsi) üzərinə həbs qoyulması qərara alınmışdır.

Apellyasiya baxışının hədləri

39. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq şikayət qərardadın ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən hüquq

40. "Icra haqqında" Qanun: Maddə 3. Icra məmurunun tələblərinin məcburiliyi 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 12. Icra hərəkətlərinin həyata keçirilməsi müddətləri 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. ... 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması 50.1. Icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Icra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Maddə 54. Bir neçə icra sənədi üzrə icraatın xüsusiyyətləri 54.1. Icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Maddə 57. Tələbin borclu hüquqi şəxsin digər əmlakına yönəldilməsi 57.1. Borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. 57.2. Mülkiyyət hüququ əsasında borclu hüquqi şəxsə məxsus olan əmlakın başqa yerdə və başqa şəxsdə olması tələbin həmin əmlaka yönəldilməsinə mane olmur.

41. Dövlət icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 8. Icra məmurlarının hüquqları Icra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: ... əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa); ...

42. Mülki Prosessual Məcəllə: Maddə 10. Məhkəmə baxışının aşkarlığı 10.8-1. 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: ... 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; ... Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

43. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin şikayətində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

44. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, işdə iştirak edən şəxslərin izahatlarını və tətbiq edilməli hüquq normalarını əlaqəli araşdıraraq işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

45. Hazırkı iş üzrə mübahisənin mahiyyəti borclunun daşınar əmlakına həbs qoyulmasının mümkün olub-olmamasından deyil, artıq qüvvədə olan icra məmurunun qərarları mövcud olduğu halda həmin əmlak üzərinə məhkəmə qərardadı ilə yenidən həbs qoyulmasının qanuniliyi məsələsindən ibarətdir.

46. “Icra haqqında” Qanunun 45 və 50-ci maddələrinə müvafiq olaraq, icra məmuru həmin normada göstərilən səlahiyyətlərini icra edərək ##.##.2026-cı il tarixli qərarla Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu “xxxx” MMC-nin mülkiyyətində olan, qərarın təsviri hissəsində qeyd olunan avtonəqliyyat vasitələrinin (93 ədəd) üzərinə həbs qoyulması barədə qərar qəbul etmiş, ##.##.2026-cı il tarixli qərarla qeyd olunan icra sənədi üzrə həmin avtonəqliyyat vasitələrinin barəsində axtarış elan edilməsi, avtonəqliyyat vasitələrinin aşkar edildiyi yerdə məcburi saxlanılması və cərimə meydançasına qoyulmasının təmin edilməsi qərara alınmışdır.

47. Həmçinin icra məmurunun ##.##.2026-cı il tarixli qərarı ilə digər icra sənədləri ilə yanaşı, Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli ##.##.2025-cı il tarixli (2.700.534,00 manat) və Naxçıvan MR Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli (26.398,37 manat) icra sənədləri üzrə borclu “xxxx” MMC-nin mülkiyyətində olan, daşınmaz əmlaklarının (8 ədəd qeyri-yaşayış sahəsi) üzərinə həbs qoyulması qərara alınmış, həmin qərardan da qanunla müəyyən olunmuş müddətdə şikayət verilməyərək artıq qanuni qüvvəsini almışdır.

48. Təqdimatın tarixi ##.##.2026-cı il qeyd olunsa da, faktiki olaraq həmin təqdimat ##.##.2026-cı il tarixdə elektron qaydada birinci instansiya məhkəməsinə göndərilmişdir.

49. Kollegiya qeyd edir ki, icra məmurunun artıq mövcud olan qərarları olduğu halda məhkəməyə yenidən təqdimat verməsi qanunauyğun deyil.

50. Icra məmurunun qeyd olunan qərarları ləğv edilməmiş və ya dəyişdirilməmişdir. Belə olan halda yenidən məhkəməyə müraciət edilməsinin hüquqi əsası yoxdur. Çünki məhkəmə yeni həbs qoymur, artıq mövcud olan həbsi təkrar təsdiqləmiş olur. Məhkəmənin qərardadı mövcud hüquqi vəziyyəti dəyişmir.

51. "Icra haqqında" Qanunun 50.2-ci maddəsi iki müxtəlif vəziyyəti nəzərdə tutur. Birinci vəziyyət - icra sənədi icraya yönəldilənədək həbs qoyulmayıbsa, onda məhkəmə qərardadı ilə həbs qoyulur. Ikinci vəziyyət - təxirəsalınmaz hallarda icra məmuru özü həbs qoyur, sonra 24 saat ərzində məhkəməyə məlumat verir. Burada diqqət edilməli mühüm məqam odur ki, qanun eyni əmlak üzərində həm icra məmurunun, həm də sonradan ayrıca məhkəmə qərardadının qəbul edilməsini nəzərdə tutmur. Əks halda eyni hüquqi nəticə iki müxtəlif aktla rəsmiləşdirilmiş olur. Bu isə hüquqi müəyyənlik prinsipinə ziddir.

52. Hazırkı iş üzrə məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həlli yalnız "Icra haqqında" Qanunun ayrı-ayrı normalarının formal tətbiqi ilə məhdudlaşdırıla bilməz. Icra icraatı dövlət hakimiyyətinin məcburetmə səlahiyyətinin həyata keçirilməsi forması olmaqla yanaşı, Konstitusiya ilə qorunan müxtəlif hüquqi dəyərlərin qarşılıqlı balansının təmin edilməsini tələb edir. Bir tərəfdən, Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq tələbkar məhkəmə qərarının real icrasını tələb etmək hüququna malikdir. Digər tərəfdən isə Konstitusiyanın 13 və 29-cu maddələri mülkiyyət hüququnun toxunulmazlığını təmin edir. Konstitusiyanın 71-ci maddəsi isə müəyyən edir ki, insan hüquqlarına müdaxilə yalnız qanunla nəzərdə tutulduğu həddə və demokratik cəmiyyət üçün zəruri olduğu qədər mümkündür. Deməli, icra tədbirləri iki konstitusion dəyər arasında: məhkəmə qərarının icrasının təmin edilməsi və mülkiyyət hüququnun qorunması arasında ədalətli tarazlığı təmin etməlidir. Bu tarazlıq pozulduğu halda dövlət müdaxiləsi artıq qanuni hesab edilə bilməz.

53. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu müxtəlif qərarlarında qeyd etmişdir ki, qanunun tətbiqi proqnozlaşdırılan, aydın, ardıcıl olmalıdır. Eyni hüquqi nəticə iki müxtəlif dövlət aktı ilə təkrar yaradılmamalıdır. Mülkiyyət hüququna dövlət müdaxiləsi yalnız qanuni məqsəd daşımalı, zəruri, proporsional olmalı, artıq müdaxiləyə yol verilməməlidir. Həmçinin icra tədbirləri borclunun sahibkarlıq fəaliyyətini tam iflic etməməlidir.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının formalaşmış hüquqi mövqeyinə görə, icra tədbirlərinin məqsədi borclunu cəzalandırmaq deyil, icra sənədinin real icrasını təmin etməkdir. Bu səbəbdən icra tədbirləri məqsədə çatmaq üçün kifayət edən minimum həcmdə tətbiq edilməlidir. Kollegiya hesab edir ki, eyni hüquqi nəticəni yaradan ikinci həbs qərarı icranın effektivliyini artırmır. Əksinə, borclunun hüquqi vəziyyətini qeyri-müəyyən edir. Belə yanaşma Ali Məhkəmənin proporsionallıq və zərurilik meyarlarına uyğun gəlmir.

55. X7 Hüquqları Məhkəməsinin formalaşmış təcrübəsinə görə, uzun müddət davam edən və ya artıq məhdudiyyət yaradan tədbirlərin təkrar tətbiqi mülkiyyət hüququna qeyri-proporsional müdaxilə hesab edilə bilər (Sporrong and Lönnroth v.Sweden). Icra tədbirləri qanuni məqsədə xidmət etməli, lakin şəxsin mülkiyyət hüququ ilə ictimai maraq arasında ədalətli tarazlıq (fair balance) saxlanmalıdır (Immobiliare Saffi v.Italy). Dövlət eyni məqsədə çatmaq üçün şəxsə artıq yük yaradan təkrar tədbirlər tətbiq edə bilməz (X12 v.Czech Republic).

56. Qeyd olunanlarla yanaşı, apellyasiya baxışı zamanı məlum olmuşdur ki, borcludan 1.136.494,25 manat məbləğində pul tutularaq tələbkar Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesabına köçürülmüşdür. Bu hal onu göstərir ki, icra məmurunun qəbul etdiyi qərarlar faktiki olaraq icra olunur və onların hüquqi nəticələri artıq yaranmışdır.

57. Şikayətə əlavə olunmuş malların təqdim olunması barədə elektron qaiməfakturalarda və apellyasiya baxışı zamanı təqdim edilmiş Naxçıvan MR DIN-in X1 Idarəsinin məktubunda icra məmurunun ##.##.2026-cı il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş borclu “xxxx” MMC-nin mülkiyyətində olduğu qeyd edilən 93 ədəd nəqliyyat vasitəsinin bəzilərinin özgəninkiləşdirilməsi və borclunun balansında olmaması göstərilmiş, eləcə də borclunun nümayəndəsinin izahatında həmin nəqliyyat vasitələrindən bəzilərinin istismara yararsız vəziyyətdə olduğu bildirilmişdir ki, bu məsələ də icra mərhələsində həll olunmalıdır.

58. Kollegiya şikayətin qərardadın 21-22-ci bəndlərində göstərilən dəlili ilə razılaşır və hesab edir ki, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 99cu maddəsinin tələbi (müşavirə otağının sirrini qorumaq) pozulmuşdur.

59. Həmin dəlil də nəzərə alınmaqla kollegiya qeyd edir ki, icra məmurunun qərarları qüvvədə olduğu halda eyni daşınar əmlakın (nəqliyyat vasitələrinin) üzərinə həbs qoyulması barədə yenidən məhkəmə qərardadı alınması icra tədbirlərinin təkrarlanmasına səbəb olmuşdur. Belə qərardad yeni hüquqi nəticə yaratmır, artıq mövcud olan həbsi təkrarlayır, hüquqi müəyyənlik prinsipini pozur, proporsionallıq prinsipinə uyğun deyil və "Icra haqqında" Qanunun 45, 50.1, 50.2, 54.1 və 58-ci maddələrinin məqsədinə ziddir.

60. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Mülki Prosessual Məcəllənin 398ci maddəsinə müvafiq olaraq şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və icra məmurunun təqdimatı rədd edilməlidir.

61. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə qəbul edilən qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Nəticə

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 397.2, 398.0 və 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qərardadından borclu “xxxx” MMC-nin vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qərardadı ləğv edilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin 2026-cı il ## ### tarixli təqdimatı təmin olunmasın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Səxavət Bəylərli Hakimlər: Mehman Allahverdiyev, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar