Məhkəmə qərarları › İş №8-2(3-1)-3/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8-2(3-1)-3/2026

28.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 8-2(3-1)-3/2026 28.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin 2026-cı il ## ### tarixli təqdimatına əsasən borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesablarının üzərinə həbs qoyulmasına dair iş üzrə Açar sözlər: hüquqi şəxsin bank hesablarına həbsin qoyulması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri - X7 (sədrlik edən və məruzəçi hakim), X10 və X11ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin nümayəndəsi X2, borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 iştirakları ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qərardadından borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkilinümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxılmışdır. Işin halları

1. Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsi 2026-cı il ## ### tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə təqdimatla müraciət edərək, Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli ##.##.2025-ci il tarixli, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin: *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli və *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli icra sənədləri üzrə borclu “xxxx” MMC-dən (VÖEN **********) 2.700.534,00 manatın alınaraq tələbkar Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (VÖEN**********) bank hesabına, 26.398,37 manatın tutularaq “X5” MMC-nin (VÖEN: **********) hesabına, 91.980 ABŞ dolları, 65.100 ABŞ dolları, 63.000 ABŞ dolları, 63.000 ABŞ dolları və 53.166,09 avro, 45.699,7 avro, 60.000 ABŞ dolları, 50.000 ABŞ dolları və 27.480 ABŞ dolları məbləğində inzibati cərimələrin tutularaq dövlət büdcəsinə ödənilməsi məqsədilə məcburi icra tədbiri kimi Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər Idarəsinin ##.##.2026-cı il tarixli 3-21-2- **-*/*-***/**** nömrəli məktubunda göstərilən borclu “xxxx” MMC-nin “xxxx” ASC, “xxxx" ASC, “Aqrarkredit” SKT Naxçıvan Filialı və “xxxx” ASC-də olan hesablarının üzərinə həbs qoyulmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. Naxçıvan MR Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qərardadı ilə Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin borclu “xxxx” MMC-yə məxsus bank hesablarının üzərinə həbs qoyulması barədə təqdimatının qismən təmin olunması, Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)- */**** nömrəli ##.##.2025-ci il tarixli və Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*- *(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli icra sənədləri üzrə borclu “xxxx” MMC-nin “xxxx” ASC, “xxxx” ASC, “Aqrarkredit” SKT Naxçıvan Filialı və “xxxx” ASC-də mövcud olan bank hesablarının üzərinə 2.698.653,18 manat məbləğində həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, verilmiş təqdimata təqdimatda qeyd olunan inzibati işlər üzrə yaranmış borc məbləğinə münasibətdə deyil, Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli ##.##.2025-ci il tarixli və Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2 *(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli icra sənədləri üzrə yaranmış borc məbləğinə münasibətdə baxılmalıdır.

4. Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə başlanmış, tələbin könüllü icrası haqqında bildiriş icraata başlamaq haqqında qərarla birlikdə həmin tarixdə borcluya göndərilmiş və sonuncu tərəfindən ##.##.2025ci il tarixdə imzalanaraq təhvil alınmışdır.

5. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraata Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin ## #### 2026-cı il tarixli qərarı ilə başlanmış, tələbin könüllü icrası haqqında bildiriş icraata başlamaq haqqında qərarla birlikdə həmin tarixdə borcluya göndərilmiş və sonuncu tərəfindən ##.##.2026-cı il tarixdə imzalanaraq təhvil alınmışdır.

6. Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli “eyni borclu barəsində olan bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə” qərarına əsasən, borclunun barəsində olan *-*(***)-*/**** nömrəli ##.## 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli ##.##.2026-cı il tarixli və digər icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır.

7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borclu tərəfindən *-*(***)-*/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədi üzrə 28.279,19 manat ödəniş edilmiş, 2.672.254,81 manat məbləğində borcu qalmış, lakin e-*-*(***)-***/**** nömrəli ##.##.2026cı il tarixli icra sənədi üzrə heç bir ödəniş həyata keçirilməmişdir.

8. Hazırkı iş üzrə borcluya məxsus bank hesablarındakı pul vəsaiti məhkəməyə aşkar olmadığından, məhkəmə hesab edir ki, verilmiş icra sənədlərinin icrasını təmin etmək məqsədilə ödənilməli borc məbləği həcmində borclunun bank hesablarına həbs qoyulması mütənasibdir. Belə ki, təqdimata tələbin həcmi və əmlakın ağlabatan dəyəri nəzərə alınmaqla mütənasiblik prinsipinin tələbləri baxımından yanaşıldıqda da müəyyən olunur ki, hüquqa müdaxilənin yolverilən olması ilə birlikdə sözügedən tədbirin tətbiqi nəticəsində müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazılığa da əməl olunur.

9. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə, 129-cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 15.2 və 15.3 və 26.2-ci, Icra haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra “Icra haqqında” Qanun) 12.1, 43.1-43.1.1, 44, 50.1, 50.2, 56.1, 56.2, 57.1, 58.1 və 58.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və Inzibati Kollegiyalarının “Icra şöbəsinin təqdimatına əsasən əmlak üzərinə həbs qoyulması” barədə ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli və “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il # ######## tarixli Qərarlarına istinad etmişdir.

10. Borclu “xxxx” MMC-nin (bundan sonra - borclu) vəkili-nümayəndəsi Vəkil 2026-cı il # #### tarixdə şikayətlə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək *-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qərardadın ləğv edilməsini və təqdimata dair iş üzrə icraata xitam verilməsini xahiş etmiş, həmin şikayətə 2026-cı il # #### tarixdə baxılaraq təmin edilməmiş və Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinin tələblərinə müvafiq olaraq işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmiş, 2026-cı il ## #### tarixli qərardadla verilmiş şikayət mümkün hesab edilərək həmin şikayətə yazılı icraat qaydasında, 2026-cı il # #### tarixli qərardadla isə şifahi icraat qaydasında məhkəmə iclasında baxılması qərara alınmışdır.

Şikayətin dəlilləri

11. Işin halları üzrə - məhkəmə ərizəni təmin edərkən işin faktiki hallarını düzgün qiymətləndirməmiş və borclunun kommersiya fəaliyyətinin iflic olunması ilə nəticələnən qərardad qəbul etmişdir.

12. Məhkəmə nəzərə almamışdır ki, borclunun bank hesablarına həbsin qoyulması onun vergi, DSMF, kommunal və digər məcburi dövlət ödənişlərinin, o cümlədən digər kontragentlər qarşısında ödəniş öhdəliklərinin pozulmasına, beləliklə borclunun ciddi maliyyə itkilərinə məruz qalmasına, hətta müflis olmasına səbəb ola bilər. Tələbkarlar qarşısında öhdəliklərin icra ediməsindən ötrü, borclunun təsərrüfat fəaliyyətinin davam etməsi, pul dövriyyəsinin həyata keçirilməsi son dərəcə zəruridir. Yalnız bu halda tələbkar(lar)ın mənafeyi təmin oluna bilər.

13. Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə borcludan tutulmalı olan pul vəsaitinin bir hissəsi - 1.108.215,06 manat 2026-cı il # #### tarixdə, yəni məhkəmə qərardadının qəbul edildiyi vaxtdan sonra tələbkar Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bank hesabına ödənilmişdir.

14. “Icra haqqında” Qanunun 43.1-43.1.1, 45.2, 45.3, 45.7, 45.7-1 və 45.7-2-ci maddələri üzrə - maddi hüquq normasından göründüyü kimi, məcburi icra tədbiri kimi borclunun nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə həbs qoyulması və tələbin həmin vəsaitlərə yönəldilməsi hər bir halda icra məmurunun səlahiyyətinə aid olan məsələdir. Lakin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsi özünə aid olan səlahiyyətlərin həyata keçirilməsinə dair məhkəməyə təqdimat vermiş, məhkəmə isə icra məmuruna aid olan səlahiyyətləri həyata keçirməklə borclunun bank hesabları üzərinə həbs qoyulması barədə qərardad çıxarmışdır.

15. Digər tərəfdən, məhkəmə ##.##.2026-cı il tarixdə, borcluya məxsus nəqliyyat vasitələri/xüsusi texnikaları üzərinə həbs qoyulmasına dair iclasda, həmin tarixdə saat 1205-ə təyin edilmiş iclasda həll edilməli olan məsələni (borclunun bank hesabları üzərinə həbs qoyulması) də əvvəlcədən həll etmiş və bununla bağlı *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardad qəbul etmişdir. Yəni, məhkəmə borcluya məxsus nəqliyyat vasitələri/xüsusi texnikalar üzərinə həbs qoyulmasına dair qərardadında qeyd etmişdir ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində qeyd olunan növbəlilik əsas götürülməklə borcluya məxsus bank hesablarına 2.698.653,18 manat məbləğində qoyulacaq həbsin kəsir qalacaq məbləği üzrə borcluya məxsus daşınar əmlak üzərinə həbs qoyulmalıdır.

16. Məhkəmə həmin qərardadla: 1) bank hesablarına həbs qoyulmasının icra məmurunun səlahiyyətinə aid olduğunu etiraf etmişdir; 2)icra məmuruna borcluya məxsus bank hesabları üzərinə həbs qoyulmasının zəruriliyini açıq-aşkar bildirmişdir. Bu mənada əgər, belə bir səlahiyyət icra məmuruna məxsusdursa, məhkəmə hansı səbəbdən borcluya məxsus bank hesabları üzərinə yenidən həbs qoymuşdur? Bu hansı zərurətdən irəli gəlmişdir? Məhkəmə qərardadında belə bir əsaslandırmaya rast gəlinmir. Bu mənada, məhkəmə icra məmurunun səlahiyyətinə aid olan məsələ üzrə məhkəmə aktı qəbul etməklə, qeyd olunan maddi hüquq normasının kobud pozuntusuna yol vermişdir

17. Mülki Prosessual Məcəllənin 153.2-153.2.1-ci maddələri üzrə - qeyd olunan norma iddia ərizəsinə aid olduğu kimi məhkəməyə verilən digər müraciətlərə (ərizə, təqdimat və s.) də aid edilir. Bu baxımdan məhkəmə, Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin təqdimatını (borclunun bank hesablarına həbsin qoyulması), yolverilməzliyinə görə (orada göstərilən məsələnin məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə) qəbul etməkdən imtina etməli idi.

18. Mülki Prosessual Məcəllənin 261.0-261.0.1-ci maddələri üzrə - məhkəmə təqdimatı icraata qəbul etmişdisə belə, qeyd olunan maddədə ifadə olunan hüquq normasına istinadən iş üzrə icraata xitam verməli idi. Beləliklə, məhkəmə maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol vermiş, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Şikayətə qarşı etirazın dəlilləri

19. Şikayətə qarşı etiraz daxil olmamışdır.

Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

20. Apellyasiya baxışında borclunun nümayəndəsi nümayəndə1 şikayətdə göstərilənlərə uyğun izahat verməklə şikayətin təmin olunmasını xahiş etdi.

21. Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin nümayəndəsi Nicat Bayramlı təqdimatda göstərilənlərə uyğun izahat verərək təqdimatın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

22. Apellyasiya baxışında məhkəmə iclasları 2026-cı il 21 və 28 iyul tarixlərə təyin olunaraq tələbkarlar işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Tələbkar Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi ##.##.2026-cı il tarixli ərizəsində “## #### 2026-cı il tarixdə saat 1700-da keçiriləcək məhkəmə hazırlıq iclasında iştirak edə bilməməsinin üzrlü hesab edilməsini, iclasın təxirə salınmasını xahiş etmişdir (kollegiya ərizədə qeyd olunan “hazırlıq iclası”nın texniki səhv olaraq ifadə olunduğunu nəzərə alır, çünki apellyasiya instansiyası məhkəməsində mülki məhkəmə icraatında hazırlıq iclası deyil, məhkəmə baxışı iclası keçirilir). Digər tələbkar “X5” MMC isə nümayəndəsinin məhkəmə iclaslarına gəlməməsinin səbəbi və ya mümkünsüzlüyü barədə kollegiyaya heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tələbkarların nümayəndələrinin iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

23. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

24. Apellyasiya baxışında təqdim olunmuş; Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli *****/**** nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2- *(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi, Naxçıvan MR Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə borcluya göndərilmişdir. Lakin tələblər borclu tərəfindən verilmiş 10 gün müddətdə könüllü təmin edilməmiş, bu səbəbdən borclu barəsində məcburi icra tədbirləri təyin edilmiş, icra məmurunun ##.##.2026cı il tarixli qərarı ilə borclunun bank hesabları üzərinə həbs qoyulmuş, ##.##.2026-cı il tarixli qərarı ilə borclunun daşınar əmlakları (avtonəqliyyat vasitələri) üzərinə həbs qoyulmuşdur.

25. ##.##.2026-cı il tarixli inkasso sərəncamları icra olunması üçün borclunun hesabları olan banklara göndərilmiş, “xxxx” ASC tərəfindən 27.856.90 manat və 336 manat olmaqla, cəmi 28.192.90 manat ##.##.2026-cı il tarixdə tutularaq tələbkar Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bank hesabına köçürülmüşdür.

26. ##.##.2026-cı il tarixdə borclunun əmlakının axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Naxçıvan MR Daxili Işlər Nazirliyinin X1 Idarəsinə göndərilmişdir.

27. Təkrar olaraq ##.##.2026-cı il tarixli inkasso sərəncamları tərtib edilərək icra olunması üçün borclunun hesabları olan banklara göndərilmiş, xxxx ASC tərəfindən 86.29 manat ##.##.2026-cı il tarixdə və xxxx ASC tərəfindən 1.108.215.06 manat ##.##.2026-cı il tarixdə tutularaq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bank hesabına köçürülmüşdür.

28. ##.##.2026-cı il tarixdə borclunun bank hesabları, daşınar (avtonəqliyyat vasitələri) üzərinə və daşınmaz əmlakları üzərinə həbs qoyulmasına dair təqdimatlar baxılması üçün Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilmiş, məhkəmənin *- *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə borclunun bank hesabları üzərinə, *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə borclunun daşınar əmlakları üzərinə həbs qoyulmuşdur. Naxçıvan MR Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə icra məmurunun borclunun daşınmaz əmlakları üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməmişdir.

29. Hazırda borclunun Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 1.564.039, 75 manat, “X5” MMC-yə 26.398.37 manat, icra ödənişləri üzrə 272.692,84 manat, dövlət rüsumu üzrə 2.140,27 manat və ekspertiza xərci üzrə 400 manat borcu mövcuddur.

30. Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən qəbul olunmuş: - ##.##.2026-cı il tarixli qərardan görünür ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin *-*(***)-*/****-*** nömrəli, ##.##.2025-cı il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin: *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, 3(078)- ***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli və *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli icra sənədləri üzrə borclu "xxxx" MMC-nin (VÖEN: **********) banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri üzərinə 3.518.310 (üç milyon beş yüz on səkkiz min üç yüz on) manat həcmində həbs qoyulması, üzərinə həbs qoyulmuş məbləğ xarici valyuta ilə olduqda xarici valyutanın satışının borclunun hesabları yerləşən banka həvalə edilməsi qərara alınmışdır.

31. - ##.##.2026-cı il tarixli qərardan məlum olur ki, Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/****-*** nömrəli ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu “xxxx” MMC-nin (VÖEN-**********) mülkiyyətində olan, qərarın təsviri hissəsində qeyd olunan avtonəqliyyat vasitələrinin (93 ədəd) üzərinə həbs qoyulması qərara alınmışdır. (II cild, i/v.)

32. - ##.##.2026-cı il tarixli qərardan görünür ki, Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu “xxxx” MMC-nin balansında olan, qərarın təsviri hissəsində qeyd olunan avtonəqliyyat vasitələrinin barəsində axtarış elan edilməsi, həmin avtonəqliyyat vasitələrinin aşkar edildiyi yerdə məcburi saxlanılması və cərimə meydançasına qoyulmasının təmin edilməsi qərara alınmışdır.

33. - ##.##.2026-cı il tarixli qərardan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ##.##.2025-cı il tarixli, Naxçıvan MR Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin: *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli və *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli icra sənədləri üzrə borclu “xxxx” MMC-nin mülkiyyətində olan, qərarın təsviri hissəsində qeyd olunan daşınmaz əmlaklarının (8 ədəd qeyri-yaşayış sahəsi) üzərinə həbs qoyulması qərara alınmışdır.

Apellyasiya baxışının hədləri

34. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq şikayət qərardadın ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən hüquq

35. “Icra haqqında” Qanun: Maddə 3. Icra məmurunun tələblərinin məcburiliyi 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 5. Banklar və digər kredit təşkilatları, elektron pul təşkilatları tərəfindən icra hərəkətlərinin təmin edilməsi 5.1. Bankda və ya digər kredit təşkilatında, elektron pul təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru, məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına, elektron pul təşkilatına göndərir. Maddə 12. Icra hərəkətlərinin həyata keçirilməsi müddətləri 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: ... 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. Icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. ... 45.3. Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatlardan elektron qaydada sorğulanır, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. ... 45.5. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. ... 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə X9 Sistemində müvafiq qeyd aparılmalıdır. 45.7-2. Icra sənədləri üzrə tələbin borclunun bank və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilməsi barədə icra məmurunun qərarı “Elektron icra” informasiya sistemi vasitəsilə ötürülür. ... Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması 50.1. Icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. ... Icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Icra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Maddə 54. Bir neçə icra sənədi üzrə icraatın xüsusiyyətləri 54.1. Icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Maddə 56. Tələbin borclu hüquqi şəxsin pul vəsaitlərinə yönəldilməsi 56.3. Borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür. Maddə 58. Borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması qaydası 58.1. Borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması aşağıdakı növbəlilik üzrə həyata keçirilir: 58.1.1. birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak); 58.1.2. ikinci növbədə - hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər; 58.1.3. üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər; 58.1.4. dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak.

36. Dövlət icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 8. Icra məmurlarının hüquqları Icra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: ... tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəltmək;

37. Mülki Məcəllə: Maddə 135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.

38. Mülki Prosessual Məcəllə: Maddə 10. Məhkəmə baxışının aşkarlığı 10.8-1. 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: ... 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; ... Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

39. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından borclunun şikayətində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

40. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, işdə iştirak edən şəxslərin izahatlarını və tətbiq edilməli hüquq normalarını əlaqəli araşdıraraq işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

41. “Icra haqqında” Qanunun 45-ci maddəsinə müvafiq olaraq, icra məmuru həmin normada göstərilən səlahiyyətlərini icra edərək ##.##.2026-cı il tarixli qərarla digər icra sənədləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin *-*(***)-*/****-*** nömrəli ##.##.2025-cı il tarixli icra sənədi üzrə (2.700.534,00 manat) borclunun banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri üzərinə həbs qoyulması, üzərinə həbs qoyulmuş məbləğ xarici valyuta ilə olduqda xarici valyutanın satışının borclunun hesabları yerləşən banka həvalə edilməsi barədə qərar qəbul etmiş, həmin qərardan qanunla müəyyən olunmuş müddətdə şikayət verilməyərək qanuni qüvvəsini almış və icra üçün müvafiq banklara yönəldilmişdir.

42. Eyni zamanda, icra məmurunun ##.##.2026-cı il tarixli qərarı ilə digər icra sənədləri ilə yanaşı, Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-*/**** nömrəli ##.##.2025-cı il tarixli (2.700.534,00 manat) və Naxçıvan MR Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli (26.398,37 manat) icra sənədləri üzrə borclunun mülkiyyətində olan, daşınmaz əmlaklarının (8 ədəd qeyri-yaşayış sahəsi) üzərinə həbs qoyulması qərara alınmış, həmin qərardan da qanunla müəyyən olunmuş müddətdə şikayət verilməyərək artıq qanuni qüvvəsini almışdır.

43. Təqdimatın tarixi ##.##.2026-cı il qeyd olunsa da, faktiki olaraq həmin təqdimat ##.##.2026-cı il tarixdə elektron qaydada birinci instansiya məhkəməsinə göndərilmişdir.

44. Kollegiya qeyd edir ki, icra məmurunun artıq mövcud olan qərarları olduğu halda məhkəməyə yenidən təqdimat verməsi qanunauyğun deyildir.

45. Iş materiallarından görünür ki, borclunun ##.##.2026-cı ildə bank hesablarına, ##.##.2026-cı ildə 93 nəqliyyat vasitəsinə həbs qoyulmuş, ##.##.2026-cı ildə həmin əmlak üzrə axtarış elan edilmiş və ##.##.2026-cı ildə daşınmaz əmlaklara həbs qoyulmuşdur. Yəni təqdimat verilən tarixədək artıq bütün məcburi icra tədbirləri həyata keçirilmişdir.

46. Həmçinin iş materiallarından məlum olur ki, bu qərarlar ləğv edilməmiş və ya dəyişdirilməmişdir. Belə olan halda yenidən məhkəməyə müraciət edilməsinin hüquqi əsası yoxdur. Çünki məhkəmə yeni həbs qoymur, artıq mövcud olan həbsi təkrar təsdiqləmiş olur. Məhkəmənin qərardadı mövcud hüquqi vəziyyəti dəyişmir. Bu isə qanunda nəzərdə tutulmamış prosedurdur.

47. "Icra haqqında" Qanunun 50.2-ci maddəsi iki müxtəlif vəziyyəti nəzərdə tutur. Birinci vəziyyət - icra sənədi icraya yönəldilənədək həbs qoyulmayıbsa, onda məhkəmə qərardadı ilə həbs qoyulur. Ikinci vəziyyət - təxirəsalınmaz hallarda icra məmuru özü həbs qoyur, sonra 24 saat ərzində məhkəməyə məlumat verir. Burada diqqət edilməli mühüm məqam odur ki, qanun eyni əmlak üzərində həm icra məmurunun, həm də sonradan ayrıca məhkəmə qərardadının qəbul edilməsini nəzərdə tutmur. Əks halda eyni hüquqi nəticə iki müxtəlif aktla rəsmiləşdirilmiş olur. Bu isə hüquqi müəyyənlik prinsipinə ziddir.

48. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu müxtəlif qərarlarında qeyd etmişdir ki, qanunun tətbiqi proqnozlaşdırılan, aydın, ardıcıl olmalıdır. Eyni hüquqi nəticə iki müxtəlif dövlət aktı ilə təkrar yaradılmamalıdır. Mülkiyyət hüququna dövlət müdaxiləsi yalnız qanuni məqsəd daşımalı, zəruri, proporsional olmalı, artıq müdaxiləyə yol verilməməlidir. Həmçinin icra tədbirləri borclunun sahibkarlıq fəaliyyətini tam iflic etməməlidir.

49. X3 Hüquqları Məhkəməsinin formalaşmış təcrübəsinə görə, uzun müddət davam edən və ya artıq məhdudiyyət yaradan tədbirlərin təkrar tətbiqi mülkiyyət hüququna qeyri-proporsional müdaxilə hesab edilə bilər (Sporrong and Lönnroth v.Sweden). Icra tədbirləri qanuni məqsədə xidmət etməli, lakin şəxsin mülkiyyət hüququ ilə ictimai maraq arasında ədalətli tarazlıq (fair balance) saxlanmalıdır (Immobiliare Saffi v.Italy). Dövlət eyni məqsədə çatmaq üçün şəxsə artıq yük yaradan təkrar tədbirlər tətbiq edə bilməz (X8 v.Czech Republic). Bank hesablarının məhdudlaşdırılması yalnız zəruri həddə tətbiq oluna bilər. Artıq məhdudiyyət mülkiyyət hüququnun pozuntusuna çevrilir (Capital Bank AD Bolqarıstana qarşı).

50. Qeyd olunanlardan başqa, apellyasiya baxışı zamanı məlum olmuşdur ki, icra məmuru tərəfindən banklara müxtəlif tarixlərdə inkasso sərəncamları göndərilmiş və həmin sərəncamlar nəticəsində borclunun bank hesablarından ümumilikdə 1.136.494,25 manat məbləğində pul tutularaq tələbkar Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesabına köçürülmüşdür. Bu hal göstərir ki, icra məmurunun qəbul etdiyi qərarlar faktiki olaraq icra olunur və onların hüquqi nəticələri artıq yaranmışdır.

51. Kollegiya şikayətin qərardadın 15-ci bəndində göstərilən dəlili ilə razılaşır. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 99-cu maddəsinin tələbi (müşavirə otağının sirrini qorumaq) pozulmuşdur.

52. Həmin dəlil də nəzərə alınmaqla kollegiya hesab edir ki, icra məmurunun qərarları qüvvədə olduğu halda eyni bank hesabları üzrə yenidən məhkəmə qərardadı alınması icra tədbirlərinin təkrarlanmasına səbəb olmuşdur. Belə qərardad yeni hüquqi nəticə yaratmır, artıq mövcud olan həbsi təkrarlayır, hüquqi müəyyənlik prinsipini pozur, proporsionallıq prinsipinə uyğun deyil və "Icra haqqında" Qanunun 45, 50.1, 50.2, 54.1 və 58-ci maddələrinin məqsədinə ziddir.

53. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Mülki Prosessual Məcəllənin 398ci maddəsinə müvafiq olaraq şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və icra məmurunun təqdimatı rədd edilməlidir.

54. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə qəbul edilən qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Nəticə

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 397.2, 398.0 və 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qərardadından borclu “xxxx” MMC-nin vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli 2026-cı il # #### tarixli qərardadı ləğv olunsun. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin 2026-cı il ## ### tarixli təqdimatı təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Səxavət Bəylərli Hakimlər: Mehman Allahverdiyev, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar