Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8-2(3-10)-10/2026 31.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri (qanuni təmsilçisi) borclu2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər Icra və Probasiya Şöbəsi ## ### 2026-cı ildə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimatla Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-***/****-*** nömrəli icra sənədinin icrası ilə əlaqədar icra sənədi üzrə borclu hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri (qanuni təmsilçisi) borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə həmin təqdimat məhkəmə aidiyyatı qaydalarına uyğun olaraq baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmiş və Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ilə həmin məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ilə Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə həmin təqdimatı təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ##### 2026-cı il tarixli, *-*(***)- ***/****-*** nömrəli icra sənədi icra edilənədək borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri (qanuni təmsilçisi) borclu2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (hakim Mübariz Hüseynov). Borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri (qanuni təmsilçisi) borclu2 həmin qərardaddan şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadının tamamilə ləğv olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin iş üzrə qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri (qanuni təmsilçisi) borclu2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardaddan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri (qanuni təmsilçisi) borclu2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Tələbkar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ## #### 2026-cı ildə məhkəməyə “qərardaddan verilən şikayətə qarşı” yazılı Etiraz təqdim edərək, borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri (qanuni təmsilçisi) borclu2 şikayətinin rədd olunmasını və Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, onun aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri (qanuni təmsilçisi) borclu2 tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Şəki Kommersiya Məhkəməsinin icraatında olmuş *-*(*-**)-**/**** nömrəli işin materialları ilə müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə direktoru (icra orqanının rəhbəri) borclu2 olduğu borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 6945 manat əsas borc, ##.##.2024-cü il tarixli müqavilə üzrə 7000 avro əsas borc öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə, 43,7 manat əldən çıxmış fayda, 300 manat vəkil xidmət haqqı və 35,65 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (yeni adı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) ödənilməlidir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində həmin icra sənədi üzrə ödənilməli olan pul vəsaitinin borclu hüquqi şəxs tərəfindən ödənilməsi təmin edilməmişdir. Yəni, borclu məhkəmə tərəfindən verilmiş icra sənədini müəyyən edilmiş vaxt ərzində heç bir üzrlü səbəb olmadan könüllü icra etməmişdir. Bundan sonra Mingəçevir şəhər Icra və Probasiya Şöbəsi icra sənədinin icrasının təmin edilməsinə görə borclu “xxxx” MMC-nin rəhbəri (qanuni təmsilçisi) borclu2 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimatla məhkəməyə müraciət etmiş və Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ilə həmin təqdimat təmin edilərək, borclu “xxxx” MMC-nin rəhbəri (qanuni təmsilçisi) borclu2 ölkədən getmək hüququnun Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixdə verilmiş *-*(***)-***/****-*** nömrəli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsi - ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadla Mingəçevir şəhər Icra və Probasiya Şöbəsinin icra məmurunun “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimatını təmin etməkdə və eləcə də, həmin qərardaddan borclu “xxxx” MMC-nin rəhbəri (qanuni təmsilçisi) borclu2 verdiyi hazırkı şikayəti ## #### 2026-cı il tarixli qərardadla təmin etməməkdə haqlı olmuşdur. Çünki, şikayətin dəlilləri əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayətin dəlilləri əsassız olduğundan, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Eyni zamanda, məhkəmə kollegiyası hazırkı şikayətin dəlilləri və şikayətçi tərəfindən məhkəməyə təqdim edilən müraciət və sənədlərlə əlaqədar qeyd etməyi lazım bilir ki, *-*(*-**)-**/**** nömrəli iş üzrə borclu “xxxx” MMC-nin rəhbəri (qanuni təmsilçisi) borclu2 təqdim etdiyi şikayət, o cümlədən də digər müraciət və sənədlər müvafiq qaydada araşdırılmaqla yuxarıda qeyd edilən məhkəmə aktları, yəni Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli və ## #### 2026-cı il tarixli qərardadları qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri (qanuni təmsilçisi) borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(3-10)-10/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-10)-10/2026
31.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver