Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8-2(3-10)-2/2026 02.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından QƏRARDAD Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsı Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Kərimov Əyyub Vaqif oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Göyçay rayon İcra və Probasiya Şöbəsinin Şəki Apellyasiya Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2-2(107)-96/2025 saylı icra sənədi üzrə borclu “Kənd” MMC-yə məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatı üzrə Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tаrixli, 8-2(4-15)-2/2026 sаylı qərаrdаdındаn borclu “Kənd” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Dadaşov Adil Qadir oğlu və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Teymur Əhmədov adına “Aznar” QSC tərəfindən verilmiş şikayətlərə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay rayonu İcra və Probasiya Şöbəsi məhkəməyə təqdimatla müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-96/2025 saylı 08.09.2025-ci il tarixli icra sənədi üzrə borclu Kənd MMC-yə məxsus əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 08.09.2025-ci il tarixli, 2-2(107)-96/2025-008 saylı icra sənədinə əsasən ilkin iddia üzrə cavabdeh “Kənd” MMCdən 1.503.837.5 (bir milyon beş yüz üç min səkkiz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı “Qara Çay” Şirkətinə ödənilməli, Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1018/2022 saylı qətnaməsi ilkin iddianın həll edilməsinə aid hissəsində qismən, yəni cavabdeh “Kənd” MMC-dən əlavə görülən işlərə görə tələb olunan pulun tutulmaması hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş və iddia tələbi həmin hissədə də təmin edilmiş, əlavə görülən işlərə görə tələb olunan 1.3120421 (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaiti cavabdeh “Kənd” MMC-nə tutularaq iddiaçı “Qara Çay” Şirkətinə ödənilməlidir. İcra sənədi 08.09.2025-ci il tarixdə Göyçay rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu "Kənd" MMC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Kənd MMC-nin yerləşdiyi müəssisəyə baxış keçirilmişdir. Kənd MMC-nin yerləşdiyi müəssisəyə baxış keçirilərkən aşağıdakı əmlaklar aşkar olunmuşdur. Daşınıla bilən 2 otaqdan və sanuzeldən ibarət modul tipli ev və evin içərsində olan "Gree" markalı 1 ədəd kondisioner, 1 ədəd "Arcelik" markalı 2 qapılı soyuducu, 6 ədəd şkaf,6 ədəd stul, 1 ədəd qabaq stolu, mətbəx mebeli, 2 mərtəbəli çarpayı,1 ədəd unitaz, 1 ədəd duş kabin,1 ədəd Shturmann markalı işıq tənzimləyici (YUPEYS). Qeyd olunanlardan əlavə olaraq baxış keçirilən ərazidə 1 ədəd 400 KV olan transformator, 1 ədəd günəş paneli, PH markalı 1 ədəd monitor, 1 ədəd "İcecold "markalı soyuducu kontiner, 1 ədəd adi soyducu kontiner əlavə olaraq 1 ədəd kontiner müəyyən olunmuşdur. Bundan başqa Kənd MMC-nin və Aznar QSC-nin hüquqi ünvanına baxış keçirərkən hazır məhsul anbarında qablaşdırılmış müxtəlif markalı meyvə şirələri və təbii sular aşkar olunmuş və aşağıdakı əmlaklar siyahıya alınmışdır. Aria 05 markalı təbii su-27 Palet ümumi 40788 ədəd, Fruitme Şaftalı 033 markalı-14 Palet 19152 ədəd, Fruitme Portağal 0.33- 13 palet-17784 ədəd, Fruitme Çiyələk 0.33-28 palet -38304 ədəd, Moxito 0,5-29 palet -31320 ədəd, Bubble 0.5-22.5 palet-24336 ədəd, Tulti fruit 0.1510.5 palet-11.460 ədəd, Jumo Alma Şaftalı 0.5-12.5 palet -11688 ədəd, Jumo Manqo Portağal 0,5 - 4 palet 3840 ədəd, Jumo Nar Moruq 0.5 -14 palet -13440 ədəd, Jumo Multi 0,5 - 6 palet - 6288 ədəd, Nar 0.75 - 6872+5832 ədəd, tərxun -1088 ədəd, Duşes - 256 ədəd, Nar Şirəsi 1 L-240 ədəd 16.Satrux Mix - 408 ədəd və 6 ədəd 10 tonluq çənlər. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimatı təmin edilməlidir. Göyçay rayonu İcra və Probasiya Şöbəsi 16.02.2026-cı il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin 08.09.2025-ci il tarixli, 2-2(107)- 96/2025 saylı icra sənədinə əsasən verilmiş 17.10.2025-ci il təqdimatda qeyd olunan su şirələrinin hamsının son istifadə tarixi bitdiyi üçün onun üzərinə hər hansısa bir məhdudiyyət qoyulmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən icra məmuru təqdimatın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən tələbkarın nümayəndəsi Səmədov Zaman Afrad oğlu izahatında bildirmişdir ki, 4 ilə yaxındır ki, bu iş əlaqədar məhkəmə instansiyalarında araşdırmalar aparılmışdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş və həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Göyçay rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Tərəflərindən Dövlət Vergi Xidmətinə sorğu göndərilmiş və “Kənd” MMC-nin 23000000 manat məbləğində nizamnamə kapitalı müəyyən edilmişdir. “Kənd” MMC-nin 23000000 manat məbləğində nizamanə kapitalının üzərinə Şəki Apellyasiya Məhkəməsi tərəfindən həbs qoyulmuşdur. Lakin 23000000 manat nizamnamə kapitalının nədən ibarət olması qeyri-müəyyəndir. 2019-cu il 28 noyabr tarixli “Aznar” QSC-nin direktorlar şurasının qərarı ilə 23000000 manat məbləğində əmlak “Kənd” MMC-yə verilmiş, lakin həmin əmlakların siyahısı yoxdur. Təqdimatın təmin olunmasını və əmlakların üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən borclunun nümayəndəsi və vəkili Dadaşov Adil Qadir oğlu izahatında bildirmişdir ki, təqdimatın məzmunundan da görünür ki, Göyçay rayon İcra və Probasiya Şöbəsi “Kənd” MMC-yə məxsus əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Ümumiyyətlə “Kənd” MMC-yə məxsus əmlakların olmasına dair hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Göyçay şəhəri, Natəvan küçəsi, 120 ünvanında yerləşən əmlak “Aznar” QSC-yə məxsusdur. Həmin məhsullar da “Aznar” QSC-yə məxsusdur. Sadəcə “Kənd” MMC Göyçay şəhəri, Natəvan küçəsi 118 ünvanında, “Aznar” QSC isə Göyçay şəhəri, Natəvan küçəsi 120 ünvanında yerləşir. Ayrı-ayrı hüquqi ünvanlardır və ayrı-ayrı inzibati binalardır. “Kənd” MMCnin ümumiyyətlə Göyçay rayonunda hüquqi ünvanı şəhər olsa da, Göyçayİsmayıllı sərhədində, Kürdmaşı və Qaraməryəm kəndləri arasındakı ərazidə fəaliyyət göstərir. Orada balıqçılığın inkişafı ilə kənd təsərüfatı sahəsində fəaliyyət göstərir. Göyçay rayon İcra və Probasiya şöbəsi məhkəməyə təqdimatla müraciət etməmişdən qabaq “Aznar” QSC-nin istehsal sexinin anbarına qanunsuz olaraq məhdudiyyət qoymuşdur. Bildirilir ki, “Kənd” MMC-nin təsisçisi “Aznar” QSC-dir. Maddi hüquq normalarının tələbindən göründüyü kimi hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün cavabdehlik daşımır. Verilmiş sorğular və alınmış cavablardan da görünür ki, “Kənd” MMC-nin adına hər hansı daşınar və daşınmaz əmlak və eyni zamanda bank hesblarında heç bir vəsait yoxdur. Təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 17 fevral 2026-cı il tаrixli, 8- 2(4-15)-2/2026 sаylı qərardadı ilə təqdimat təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin 08.09.2025-ci il tarixli, 2-2(107)-96/2025 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Kənd MMC-yə məxsus daşınar əmlak: 2 otaqdan və sanuzeldən ibarət modul tipli ev və evin içərsində olan "Gree" markalı 1 ədəd kondisioner, 1 ədəd "Arcelik" markalı 2 qapılı soyuducu, 6 ədəd şkaf, 6 ədəd stul, 1 ədəd qabaq stolu, Mətbəx mebeli, 2 mərtəbəli çarpayı, 1 ədəd unitaz, 1 ədəd duş kabin, 1 ədəd Shturmann markalı işıq tənzimləyici (YUPEYS), 1 ədəd 400 KV olan transformator, 1 ədəd günəş paneli, PH markalı 1 ədəd monitor, 1 ədəd "İcecold "markalı soyuducu kontiner, 1 ədəd adi soyducu kontiner əlavə olaraq 1 ədəd kontinerin və hazır məhsul anbarında qablaşdırılmış 05 litr həcmli 40788 ədəd “Aria” markalı təbii su, 19152 ədəd 0.33 litr həcmli “Fruitme” markalı şaftalı meyvə şirəsi, 17784 ədəd 0.33 litr həcmli “Fruitme” markalı portağal meyvə şirəsi, 38304 ədəd 0.33 litr həcmli “Fruitme” markalı çiyələk meyvə şirəsi, 31320 ədəd 0.5 litr həcmli “Moxito” markalı maxitonun, 0.5 litr həcmli 24336 ədəd “Bubble” markalı şirələrin, 11.460 ədəd 0.150 litr həcmli “Tulti fruit” şirəsi, 11688 ədəd 0.5 litr həcmli “Jumo” markalı alma şaftalı meyvə şirəsi, 3840 ədəd 0.5 litr həcmli "Jumo" markalı manqo portağal şirəsi, 13440 ədəd 0.5 litr həcmli "Jumo" markalı nar moruq meyvə şirəsi, 6288 ədəd 0.5 litr həcmli "Jumo" markalı multimeyvə şirəsi, 12.704 ədəd 0.75 litr həcmi “nar” meyvə şirəsi, 1088 ədəd “tərxun” meyvə şirəsi, 256 ədəd “duşes” meyvə şirəsi, 240 ədəd 1 litr həcmli nar şirəsi, 408 ədəd “Satrux mix” meyvə şirəsi və 6 ədəd 10 tonluq çənlərin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu “Kənd” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Dadaşov Adil Qadir oğlu və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Teymur Əhmədov adına “Aznar” QSC Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tаrixli, 8-2(4-15)-2/2026 sаylı qərardadından şikayətlər vermişlər. Borclu “Kənd” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Dadaşov Adil Qadir oğlu tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, təqdimatdan görünür ki, icra məmuru üzərinə həbs qoyulmasını tələb etdiyi məhsullar, eləcə də daşınar əmlaklar borclu “Kənd” MMC-nin təsisçisi “Aznar” QSC-yə məxsus əmlaklardır. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələbindən göründüyü kimi hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün cavabdehlik daşımır. Hüquqi şəxs öz öhdəlikləri üçün yalnız ona mənsub bütün əmlakla cavabdehdir. Belə olan halda məhkəmə qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuş, Kənd MMC-nin öhdəliklərinə görə təsisçisi Aznar QSC-yə məxsus əmlakların üzərinə həbs qoymuş və nəticə də Aznar QSC-nin Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilən mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Digər tərəfdən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06.10.2023-cü il tarixli, 16(107)-65/2023 saylı qərardadı ilə iddiaçı Qara Çay Şirkətinin cavabdeh Kənd MMC-yə qarşı “podrat müqaviləsi üzrə pul tələbinə” dair ilkin, iddiaçı Kənd MMC-nin cavabdeh Qara Çay şirkətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə qarşılıqlı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı Qara Çay Şirkəti tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, Kənd MMC-nin nizamnamə kapitalının üzərinə 3.780.627 manat həcmində həbs qoyulmuşdur. Həmin qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri barədə ərizəyə əlavə edilmiş Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Kənd MMC-nin nizamnamə kapitalı 23.000.000 manatdır. Hazırkı mübahisənin predmetini (müqavilə öhdəlikləri üzrə pul tələbi) nəzərə alaraq məhkəmə kolegiyası hesab edir ki, Kənd MMC-nin əmlakı üzərinə, yəni bilavasitə istehsalda iştirak etməyən əmlakınizamnamə kapitalındakı pul vəsaitinə cavabdehdən tələb olunan pul vəsaiti həcmində həbs qoyulması barədə müvəqqəti təminat tədbirini seçilməlidir. Belə ki, mübahisənin mahiyyətindən görünür ki, cavabdehin hesabında olan pul vəsaitinin üzərinə həbs qoyulmaması ərizəçinin hüquqlarının qorunmasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Göründüyü kimi təqdimata baxan məhkəmə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06.10.2023-cü il tarixli, 16(107)-65/2023 saylı qərardadını nəzərə almamış, Şəki Apellyasiya Məhkəməsinin 08.09.2025-ci il tarixli, 2-2(107)-96/2025 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Kənd MMC-nin nizamnamə kapitalına Qara Çay Şirkətinin xeyrinə tutulan pul vəsaiti həddində həbs qoyulduğu və icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə göndərildiyi halda, məhkəmə yenidən Aznar QSC-nin əmlakları üzərinə əsassız olaraq həbs qoymuşdur. Kənd MMC-nin hüquqi ünvanı Göyçay şəhəri Natəvan küçəsi 118 olduğu halda icra məmuru həmin ünvanda yerləşən əmlakları deyil, Aznar QSC-nin hüquqi ünvanında yəni Göyçay şəhəri Natəvan küçəsi 120 ünvanda yerləşən və təqdimatda göstərilən meyvə şirələrini, eləcə də digər daşınar əmlakları siyahıya almış və üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət etmişdir. Bu xüsusata məhkəmə diqqət yetirməmiş, yuxarıda qeyd edildiyi kimi əsassız olaraq Aznar QSC-nin əmlakları üzərinə həbs qoyulmuşdur. Digər tərəfdən həbs qoyulması tələb edilən əmlakların Kənd MMC-yə məxsus olmasına dair hər-hansı sübut məhkəməyə təqdim edilməmiş, məhkəmədə bu barədə hər-hansı sübut tələb etməmişdir. Yuхаrıdа sаdаlаnаnlаrdаn аşkаr şəkildə görünür ki, təqdimata bахаn birinci instаnsiyа məhkəməsi istinаd оlunаn nоrmаtiv hüquqi аktlаrın tələblərini pоzmuş, işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə qərardad Kənd MMC-nin və Aznar QSC-nin hüquqlarının pozulması ilə nəticələnən qərardad qəbul etmişdir. Həmçinin icra məmuru üzərinə həbs qoyulması tələb edilən meyvə şirələrinin istifadə müddətinin bitdiyinə dair məhkəməyə məlumat versə də, məhkəmə bu xüsusatı ətraflı araşdırmamış, istifadə müddəti bitmiş meyvə şirələrinin də üzərinə həbs qoymuşdur. Göstərilənləri nəzərə alaraq Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tаrixli, 8-2(4-15)-2/2026 sаylı qərardadı ləğv edilərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Teymur Əhmədov adına “Aznar” QSC tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, ... icra məmuru üzərinə həbs qoyulmasını tələb etdiyi məhsullar, eləcə də daşınar əmlaklar borclu “Kənd” MMC-nin təsisçisi “Aznar” QSC-yə məxsus əmlaklardır. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələbindən göründüyü kimi hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün cavabdehlik daşımır. Hüquqi şəxs öz öhdəlikləri üçün yalnız ona mənsub bütün əmlakla cavabdehdir. Belə olan halda məhkəmə qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuş, Kənd MMC-nin öhdəliklərinə görə təsisçisi Aznar QSC-yə məxsus əmlakların üzərinə həbs qoymuş və nəticə də Aznar QSC-nin Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilən mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Digər tərəfdən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06.10.2023-cü il tarixli, 16(107)-65/2023 saylı qərardadı ilə iddiaçı Qara Çay Şirkətinin cavabdeh Kənd MMC-yə qarşı “podrat müqaviləsi üzrə pul tələbinə” dair ilkin, iddiaçı Kənd MMC-nin cavabdeh Qara Çay şirkətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə qarşılıqlı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı Qara Çay Şirkəti tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, Kənd MMC-nin nizamnamə kapitalının üzərinə 3.780.627 manat həcmində həbs qoyulmuşdur. Həmin qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri barədə ərizəyə əlavə edilmiş Dövlət vegi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Kənd MMC-nin nizamnamə kapitalı 23.000.000 manatdır. Hazırkı mübahisənin predmetini (müqavilə öhdəlikləri üzrə pul tələbi) nəzərə alaraq məhkəmə kolegiyası hesab edir ki, Kənd MMC-nin əmlakı üzərinə, yəni bilavasitə istehsalda iştirak etməyən əmlakı-nizamnamə kapitalındakı pul vəsaitinə cavabdehdən tələb olunan pul vəsaiti həcmində həbs qoyulması barədə müvəqqəti təminat tədbirini seçilməlidir. Belə ki, mübahisənin mahiyyətindən görünür ki, cavabdehin hesabında olan pul vəsaitinin üzərinə həbs qoyulmaması ərizəçinin hüquqlarının qorunmasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Göründüyü kimi təqdimata baxan məhkəmə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06.10.2023-cü il tarixli, 16(107)-65/2023 saylı qərardadını nəzərə almamış, Şəki Apellyasiya Məhkəməsinin 08.09.2025-ci il tarixli, 2-2(107)-96/2025 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Kənd MMC-nin nizamnamə kapitalına Qara Çay Şirkətinin xeyrinə tutulan pul vəsaiti həddində həbs qoyulduğu və icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə göndərildiyi halda, məhkəmə yenidən Aznar QSC-nin əmlakları üzərinə əsassız olaraq həbs qoymuşdur. Kənd MMC-nin hüquqi ünvanı Göyçay şəhəri Natəvan küçəsi 118 olduğu halda icra məmuru həmin ünvanda yerləşən əmlakları deyil, Aznar QSC-nin hüquqi ünvanında yəni Göyçay şəhəri Natəvan küçəsi 120 ünvanda yerləşən və təqdimatda göstərilən meyvə şirələrini, eləcə də digər daşınar əmlakları siyahıya almış və üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət etmişdir. Bu xüsusata məhkəmə diqqət yetirməmiş, yuxarıda qeyd edildiyi kimi əsassız olaraq Aznar QSC-nin əmlakları üzərinə həbs qoyulmuşdur. Digər tərəfdən həbs qoyulması tələb edilən əmlakların Kənd MMC-yə məxsus olmasına dair hər-hansı sübut məhkəməyə təqdim edilməmiş, məhkəmədə bu barədə hərhansı sübut tələb etməmişdir. Yuхаrıdа sаdаlаnаnlаrdаn аşkаr şəkildə görünür ki, təqdimata bахаn birinci instаnsiyа məhkəməsi istinаd оlunаn nоrmаtiv hüquqi аktlаrın tələblərini pоzmuş, işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə qərardad Kənd MMC-nin və Aznar QSC-nin hüquqlarının pozulması ilə nəticələnən qərardad qəbul etmişdir. Həmçinin icra məmuru üzərinə həbs qoyulması tələb edilən meyvə şirələrinin istifadə müddətinin bitdiyinə dair məhkəməyə məlumat versə də, məhkəmə bu xüsusatı ətraflı araşdırmamış, istifadə müddəti bitmiş meyvə şirələrinin də üzərinə həbs qoymuşdur. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tаrixli, 8-2(4-15)-2/2026 sаylı qərardadı ləğv edilərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 03 mart 2026-cı il tаrixli, 8-2(4-15)-2/2026 sаylı qərardadları ilə şikayətlər təmin edilməmiş və şikayətlər baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431- 3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayətlər təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tаrixli, 8-2(4-15)-2/2026 sаylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. “Kənd” MMC-nin nizamnaməsindən görünür ki, Kənd MMC-nin təsisçisi Teymur Əhmədov adına “Aznar” QSC-dir. Hüquqi ünvanı Göyçay şəhəri Natəvan küçəsi 118 kimi qeyd edilmişdir. Kənd MMC-nin Nizamnamə kapitalında Teymur Əhmədov adına Aznar QSC-nin payı 100 faiz təşkil edir. Göründüyü kimi, Kənd MMC-nin nizamnamə kapitalının əsasını Teymur Əhmədov adına Aznar QSC-yə məxsus 2.877.000 manat vəsait təşkil edir, Kənd MMCnin mülkiyyəti Teymur Əhmədov adına Aznar QSC vəsaiti hesabına formalaşmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd olunmalıdır ki, icra sənədinin tam icra olunmaması tələbkarın hüquqlarının müdafiəsi baxımından ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Borclu “Kənd” MMC-nin fəaliyyəti ilə bağlı zərər üçün məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olan Teymur Əhmədov adına “Aznar” QSC qoyduğu mayanın dəyəri həddində risk daşıyır. Bu səbəbdən təqdimatın təmin olunması qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu “Kənd” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Dadaşov Adil Qadir oğlu və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Teymur Əhmədov adına “Aznar” QSC tərəfindən verilmiş şikayətlər əsassız olduğundan təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tаrixli, 8- 2(4-15)-2/2026 sаylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu “Kənd” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Dadaşov Adil Qadir oğlu və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Teymur Əhmədov adına “Aznar” QSC tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 17 fevral 2026-cı il tаrixli, 8-2(4-15)-2/2026 sаylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №8-2(3-10)-2/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-10)-2/2026
02.04.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver