Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8-2(3-10)-6/2026 12.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, Göyçay rayon Icra və Probasiya Şöbəsinin “daşınar əmlak üzərinə həbs qoyulması” barədə təqdimatı üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Göyçay rayon Icra və Probasiya Şöbəsi ## ##### 2026-cı ildə “daşınar əmlak üzərinə həbs qoyulması” barədə təqdimatla Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, icra sənədi üzrə borclu Borclu məxsus olan soyuducu anbarın tərkib hissəsi olan sökülə bilən 1 (bir) ədəd dəmir giriş qapısı (darvaza), 13 (on üç) ədəd sökülə bilən “Burçelik” markalı soyuducu matoru, 1 (bir) ədəd “Isbir” markalı dizel yanacağı ilə işləyən elektrik təchizatı təmin edən cihaz (generator), 1 (bir) ədəd elektrik paylayıcı transfarmator, giriş hissədə yerləşən 13 (on üç) ədəd ferma və 14 (on dörd) ədəd dirəkdən qurulmuş üzəri dəmir şiferlə örtülmüş söküləbilən naves, soyuducu anbarın qarşısında yerləşən 19 (on doqquz) ədəd ferma və 15 (on beş) ədəd dirəkdən qurulmuş və üzəri dəmir şiferlə örtülmüş söküləbilən naves, soyuducu anbarın sol tərəfində yerləşən 19 (on doqquz) ədəd ferma və 16 (on altı) ədəd dirəkdən qurulmuş və üzəri dəmir şiferlə örtülmüş söküləbilən naves, 13 (on üç) ədəd söküləbilən konstruksiyalardan yığılmış soyuducu kameralar, 13 (on üç) ədəd soyuducu kameraların giriş qapısı və 1 (bir) ədəd soyuducu anbarın giriş qapısının üzərinə həbs qoyulmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, 8-2(4-15)-16/2026 nömrəli qərardadı ilə Göyçay rayon Icra və Probasiya Şöbəsinin “daşınar əmlak üzərinə həbs qoyulması” barədə həmin təqdimatı təmin edilmişdir (hakim Hüseynova Elnarə). Borclu Borclu həmin qərardaddan şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadının ləğv olunmasını və Göyçay rayon Icra və Probasiya Şöbəsinin “daşınar əmlak üzərinə həbs qoyulması” barədə təqdimatının təmin edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin iş üzrə qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardaddan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Məlum icra işi üzrə tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi isə ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına “qərardaddan verilən şikayətə qarşı” yazılı Etiraz təqdim edərək, borclu Borclu tərəfindən verilmiş şikayətin rədd olunmasını və Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, onun aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*- **)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Şəki Kommersiya Məhkəməsinin icraatında olmuş *-*(*-**)-**/**** nömrəli işin materialları ilə müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli icra sənədinə əsasən borclu Borclu 136105,6 manat borc, 500 manat hüquqi yardıma görə ödənilmiş pul və 426,11 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Həmin icra sənədi ## #### 2026-cı ildə Göyçay rayon Icra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və Icra orqanı tərəfindən “Icra haqqında" Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə əsasən “icraata başlamaq” haqqında qərar qəbul edilərək, həmin qərarın surəti müvafiq “bildiriş”lə bərabər icra sənədi üzrə borclu Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Göyçay rayon Icra və Probasiya Şöbəsi tərəfindən borclu Borclu göndərilmiş ##.##.2026-ci il tarixli bildirişdən görünür ki, borcluya Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-****/****-*** nömrəli ##.##.2026-ci il tarixli icra sənədi üzrə tələbi könüllü icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Göyçay rayon Icra və probasiya şöbəsi tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli “borclunun əmlakının axtarılması” barədə qərarlardan görünür ki, Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-****/****-*** nömrəli ##.##.2026-ci il tarixli icra sənədinin icrası məqsədi ilə borclu Borclu məxsus daşınmaz əmlaklar (avtomobillər) axtarışa verilmişdir. Göyçay rayon Icra və Probasiya Şöbəsi tərəfindən borclu Borclu göndərilmiş ##.##.2026-cı il tarixli “inzibati məsuliyyətə cəlb olunma” haqqında xəbərdarlıqdan görünür ki, borclu Borclu Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-****/****-*** nömrəli ##.##.2026-ci il tarixli icra sənədinin icrasının təmin edilmədiyi halda müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Borclu Borclu tərəfindən məlum icra sənədi üzrə 136105,6 manat borc, 500 manat hüquqi yardıma görə ödənilmiş pul və 426,11 manat dövlət rüsumu könüllü olaraq, qanunla müəyyən edilmiş müddətdə icra edilmədiyindən, icra vərəqəsinin icrasının məcburi təmin edilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti və gəlirləri araşdırılmış və nəticədə Göyçay rayonu Icra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli Aktla borcluya məxsus Göyçay rayonu Kürdəmiş kəndində yerləşən soyuducu anbarın tərkib hissəsi olan söküləbilən 1 (bir) ədəd dəmir giriş qapısı (darvaza), 13 (on üç) ədəd sökülə bilən "Burçelik" markalı soyuducu matoru, 1 (bir) ədəd "Isbir" markalı dizel yanacağı ilə işləyən elektrik təchizatı təmin edən cihaz (generator), 1 (bir) ədəd elektrik paylayıcı transfarmator, giriş hissədə yerləşən 13 (on üç) ədəd ferma və 14 (on dörd) ədəd dirəkdən qurulmuş üzəri dəmir şiferlə örtülmüş söküləbilən naves, soyuducu anbarın qarşısında yerləşən 19 (on doqquz ( ədəd ferma və 15 (on beş) ədəd dirəkdən qurulmuş üzəri dəmir şiferlə örtülmüş söküləbilən naves, soyuducu anbarın sol tərəfində yerləşən 19 (on dobquz) ədəd ferma və 16 ədəd dirəkdən qurulmuş üzəri dəmir şiferlə örtülmüş söküləbilən naves, 13 (on üç) ədəd sökülə bilən konstruksiyalardan yığılmış soyuducu kameralar, 13 (on üç) ədəd soyuducu kameraların giriş qapısı və 1 (bir) ədəd soyuducu anbarın giriş qapısı icra məmuru tərəfindən siyahıya alınmışdır. Icra orqanı tərəfindən Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli icra sənədinin icrası ilə əlaqədar yuxarıda qeyd olunan əmlakların siyahıya alınması təmin edildikdən sonra, məhkəmə qərarı üzrə ödənilməli məbləğin tam şəkildə ödənilməsinin təmini məqsədi ilə “daşınar əmlak üzərinə həbsin qoyulması” barədə hazırkı təqdimat ##.##.2026-cı il tarixli məktubla baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin təqdimata birinci instansiya məhkəməsində tərəflərin iştirakı ilə baxılaraq, qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ilə təqdimat təmin edilmiş və Şəki Kommersiya Məhkəməsinin e-*- *(***)****/****-*** nömrəli ##.##.2026-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Borclu məxsus Göyçay rayonu Kürdəmiş kəndində yerləşən soyuducu anbarın tərkib hissəsi olan sökülə bilən 1 (bir) ədəd dəmir giriş qapısı (darvaza), 13 (on üç) ədəd sökülə bilən "Burçelik" markalı soyuducu matoru, 1 (bir) ədəd "Isbir" markalı dizel yanacağı ilə işləyən elektrik təchizatı təmin edən cihaz (generator), 1 (bir) ədəd elektrik paylayıcı transfarmator, giriş hissədə yerləşən 13 (on üç) ədəd ferma və 14 (on dörd) ədəd dirəkdən qurulmuş üzəri dəmir şiferlə örtülmüş söküləbilən naves, soyuducu anbarın qarşısında yerləşən 19 (on doqquz) ədəd ferma və 15 (on beş) ədəd dirəkdən qurulmuş üzəri dəmir şiferlə örtülmüş söküləbilən naves, soyuducu anbarın sol tərəfində yerləşən 19 (on doqquz) ədəd ferma və 16 ədəd dirəkdən qurulmuş üzəri dəmir şiferlə örtülmüş söküləbilən naves, 13 (on üç) ədəd söküləbilən konstruksiyalardan yığılmış soyuducu kameralar, 13 (on üç) ədəd soyuducu kameraların giriş qapısı və 1(bir) ədəd soyuducu anbarın giriş qapısının üzərinə həbs qoyulması və qərardadın icrasının Göyçay rayonu Icra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Borclu Borclu həmin qərardaddan şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadının ləğv olunmasını və Göyçay rayon Icra və Probasiya Şöbəsinin “daşınar əmlak üzərinə həbs qoyulması” barədə təqdimatının təmin edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): M a d d ə 4 3 . Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. M a d d ə 4 4 . Məcburi icra tədbirlərinin tətbiqinin əsasları 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. M a d d ə 4 5 . Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. M a d d ə 5 0 . Borclunun əmlakı üzərinə həbs qoyulması 50.1. Icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Iş üzrə apellyasiya instansiyasında aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində icra məmuru tərəfindən verilmiş “daşınar əmlak üzərinə həbs qoyulması” barədə təqdimatın dəlillərinə, borclu tərəfin təqdimata etirazının dəlillərinə və tərəflərin təqdimat üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və borclu Borclu tərəfindən verilmiş şikayətdə mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadında düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsi - ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli məhkəmə qərardadı ilə Göyçay rayon Icra və Probasiya Şöbəsinin icra məmurunun “daşınar əmlak üzərinə həbs qoyulması” barədə təqdimatını təmin etməkdə və eləcə də, həmin qərardaddan borclu Borclu verdiyi hazırkı şikayəti isə ## ### 2026-cı il tarixli qərardadla təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayətin dəlilləri əsassızdır və Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3), iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (maddə 402.2.5) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(3-10)-6/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-10)-6/2026
12.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver