Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8-2(3-10)-7/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəki Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyəti “icra şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi” barədə şikayətlə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrasının təmin edilməməsinə görə Zərdab rayon Icra və Probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş edilmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)- ***/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyətinin “icra şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi” barədə həmin şikayəti təmin edilməmişdir (hakim Mübariz Hüseynov). Tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardadla razılaşmayaraq, ## ### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı qərardadının ləğv edilməsi və “icra şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi” haqqında şikayətinin təmin edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ilə tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından verilmiş şikayəti geri qaytarılmış və birinci instansiya məhkəməsi həmin qərardadda bu mövqeyini onunla əsaslandırmışdır ki, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *- *(*-**)-**/**** nömrəli qərardadı ## ### 2026-cı il tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir ki, bu hal “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışla da təsdiq olunur. Bu halda, həmin qərardaddan şikayət verilməsi üçün son müddət ##.##.2026-cı il tarixdə bitsə də, tələbkar tərəfindən müddət keçdikdən sonra, yəni ##.##.2026-cı il tarixdə şikayət verilmişdir. Göründüyü kimi, tələbkar tərəfindən qeyd edilən qərardaddan şikayət verilməsi müddəti ötürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, tələbkar tərəfindən qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən və eyni zamanda, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə hər hansı sənəd (ərizə) təqdim edilmədiyindən Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından verilmiş şikayət geri qaytarılmalıdır. Tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardadla razılaşmayaraq, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından şikayət vermişdir. Həmin iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)- **/**** nömrəli qərardadından tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardaddan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, onun aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, aşağıda təsvir olunanlara əsasən hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Şəki Kommersiya Məhkəməsinin icraatında olmuş *-*(*-**)-**/**** nömrəli işin materialları və "AZEMIS" Elektron Məhkəmə Informasiya Sistemindəki məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, ## ###### 2020-ci ildən tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vardır. Iş üzrə ## ##### 2026-cı ildə keçirilən məhkəmə iclasında qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*- **)-**/**** nömrəli qərardadı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə ## ### 2026-cı ildə yerləşdirilməklə, imzalanmışdır. Eyni zamanda, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ## ### 2026-cı ildə tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş və bununla bağlı onun elektron kabinetinə bağlı olan “e-mail” ünvanına avtomatik bildiriş göndərilmişdir. Tələbkar Tələbkar MMC isə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından şikayətini ## ### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinə təqdim etmişdir. Buna görə də, yəni tələbkar Tələbkar MMC tərəfindən məlum qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən və eyni zamanda, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə hər hansı vəsatət (ərizə) təqdim edilmədiyindən - Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından verilmiş həmin şikayət geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən, şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an - elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an - elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, qərardaddan şikayət - qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Beləliklə də, yuxarıda qeyd olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsi - Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ### 2026-cı ildə verilmiş şikayəti ## ### 2026-cı il tarixli, *-*(*- **)-**/**** nömrəli qərardadla qaytarmaqda və eləcə də, həmin qərardaddan onun verdiyi hazırkı şikayəti isə ## #### 2026-cı il tarixli qərardadla təmin etməməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3), iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (maddə 402.2.5) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130, 133, 263, 264, 267-269, 395-399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadından tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8-2(3-10)-7/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-10)-7/2026
07.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver