Məhkəmə qərarları › İş №8-2(3-10)-8/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-10)-8/2026

07.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 8-2(3-10)-8/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Mehdiyev Elçin Məhəməd oğlundan ibarət tərkibdə, Borclu Borclu “Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraatın dayandırılması, həmin qətnamənin icrasına 1 il möhlət verilməsi” barədə ərizəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, 8-2(4-15)-19/2026 sаylı qərаrdаdındаn borclu Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Borclu Borclu tərəfindən verilmiş “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli, qətnaməsinin ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraatın dayandırılması, həmin qətnamənin icrasına 1 il möhlət verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Şəki Kommersiya Məhkəməsi tərəfindən e-*-*(***)-****/**** saylı qətnamənin icrasına dair icra sənədi verilmiş, Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən cavabdehin mülkiyyətində olan Göyçay rayonu, Kürdəmiş kəndi ərazisində yerləşən ümumi sahəsi 1.8901 ha olan torpaq sahəsinin real bazar qiymətinin müəyyən edilməsi məqsədilə sifariş verilmiş, qiymətləndirməni həyata keçirən “Sərraf-MMC” tərəfindən həmin torpaq sahəsinin ##.##.2026-cı il tarixə olan real bazar dəyəri 48 000 müəyyən edilmiş, həmin torpaq sahəsi tələbkar tərəfindən qəbul edilmiş və icra sənədi üzrə ödənilməli borc 88 105,6 manat qalmışdır. Bundan sonra qalan borcun ödənilməsi məqsədilə icra qurumu tərəfindən borclunun əmlakı üzərinə həbs qoyulması barədə Şəki Kommersiya Məhkəməsinə təqdimat təqdim edilmiş və borcluya məxsus olan soyuducu anbarın tərkib hissəsi olan sökülə bilən 1 ədəd dəmir giriş qapısı (darvaza), 13 ədəd sökülə bilən “burçelik” markalı soyuducu motoru, 1 ədəd “İSBİR” markalı dizel yanacağı ilə işləyən elektrik təchizatı təmin edən cihaz (generator), 1 ədəd elektrik paylayıcı transformator, giriş hissədə yerləşən 13 ədəd ferma və 14 ədəd dirəkdən qurulmuş üzəri dəmir şiferlə örtülmüş sökülə bilən naves, soyuducu anbarın qarşısında yerləşən 19 ədəd ferma və 15 ədəd dirəkdən qurulmuş üzəri dəmir şiferlə örtülmüş sökülə bilən naves, soyuducu anbarın sol tərəfində yerləşən 19 ədəd ferma və 16 ədəd dirəkdən qurulmuş üzəri dəmir şiferlə örtülmüş sökülə bilən naves, 13 ədəd sökülə bilən konstruksiyalardan yığılmış soyuducu kameralar, 13 ədəd soyuducu kameraların giriş qapısı və 1 ədəd soyuducu anbarın giriş qapısının üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması xahiş edilmişdir. Borclunun sahibkarlıq fəaliyyətini davam etdirməsi üçün ona məxsus soyuducu anbarın tərkib hissələri, soyuducu motorlar, generatorlar, ferma və naveslər, soyuducu kameralar və digər daşınar və daşınmaz mülkiyyətlərin üzərinə həbs qoyulması borclunu çox pis vəziyətə gətirəcək, onun qazanc əldə etməsini və borcunu ödəməsini mümkünsüz edəcək. Həmin soyuducu anbarda üçüncü şəxslərin məhsulları saxlanılır, həmin soyuducu anbar və ona dair mülkiyyət hissələrinin üzərinə həbs qoyulması üçüncü şəxslərin də hüquqlarına zərər vuracaq. Həmçinin üzərinə həbs qoyulması tələb edilən əmlaklar borca mütənasib deyil, belə ki, əvvəllər 6 nəqliyyat vasitəsinin üzərinə də həbs qoyulmuşdur. Bu da onu göstərir ki, borcluya məxsus yetəri qədər əmlakın üzərinə həbs qoyulmuşdur. Bütün bu hallar borclunun gəlir qazanmaq imkanını məhdudlaşdıraraq, hətta sıfıra endirərək həm hüquqlarının əhəmiyyətli dərəcədə pozulması, həm də üçüncü şəxslərə zərər vurulması ilə nəticələnir. Borcluya məxsus və ya onun istifadəsində olan əmlaklar onun kommersiya fəaliyyətinin davamı üçün zəruridir. Borclunun əsas istehsal vasitələrinin, fəaliyyətini davam etdirməsi üçün zəruri olan əmlakının üzərinə həbs qoyulması yalnız son çarə kimi tətbiq edilə bilər. Hazırda isə borclunun hər hansı başqa bir əmlakı olmadığından qətnamənin icrasına möhlət verilməsi zəruridir. Qeyd olunanlara əsasən icra sənədi üzrə bütün icraatlar (müvəqqəti təminat tədbirlərinin, həmçinin qətnamənin icrasına dair yekun sənəd) dayandırılmalı, qətnamənin icrasına ən az bir il möhlət verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231ci maddələrinə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Tələbkar MMC ## ### 2026-cı il tarixdə etiraz ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, borclunun ərizəsi əsassız və icranın süni şəkildə uzadılmasına yönəlmiş olduğundan təmin edilməməlidir. Borclu artıq 2023-cü ildən etibarən öhdəliyin icrasından yayınır, müxtəlif bəhanələr gətirərək borcun ödənilməsini qəsdən gecikdirir və bu günədək məhkəmə qətnaməsinin könüllü icrası istiqamətində real iradə nümayiş etdirməmişdir. Halbuki borclunun maliyyə imkanları və sahibkarlıq fəaliyyəti nəzərə alındıqda, istədiyi halda qısa müddət ərzində borcun ödənilməsi mümkündür. Lakin borclu məsələni prinsip halına çevirmiş, məqsədli şəkildə qətnamənin icrasını yubadır və müxtəlif formal əsaslarla icradan yayınmağa çalışır. Borclunun davranışları onu göstərir ki, o, vicdanlı borclu kimi deyil, məhz icradan yayınmaq niyyəti ilə hərəkət edən şəxs kimi çıxış edir. Belə ki, onun üzərinə həbs qoyulmuş əmlakları özgəninkiləşdirməsi, gizlətməsi və icra yönəldilməsinin qarşısını almağa çalışması barədə faktlar mövcuddur. Halbuki üzərinə həbs qoyulmuş əmlakların satılması qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaradan haldır. Buna baxmayaraq borclu məhkəmə qərarlarına və icra tədbirlərinə açıq şəkildə hörmətsiz münasibət nümayiş etdirməkdə davam edir. Borclunun davranışları sistemli xarakter daşıyır. Belə ki, icra yönəldilməsi ehtimal olunan əmlakları və avadanlıqları gecə saatlarında soyuducu anbardan çıxarması, onların borcun ödənilməsinə yönəldilməsinin qarşısını almağa çalışması hesablanmış açıq hərəkətlərdir. Hazırkı vəziyyətdə borclunun məhkəmədən 1 il müddətinə möhlət istəməsi onun səmimi niyyətindən deyil, sadəcə əlavə vaxt qazanaraq qalan əmlaklarını da gizlətmək və icranı nəticəsiz qoymaq niyyətindən irəli gəlir. Borclu ərizəsində guya sahibkarlıq fəaliyyətinin dayanacağını və çətin vəziyyətə düşəcəyini göstərməyə çalışsa da, onun faktiki davranışları bunun əksini sübut edir. Belə ki, borclu bir tərəfdən məhkəməyə “çətin vəziyyətdə olması” barədə müraciət edir, digər tərəfdən isə müxtəlif şəxslər arasında “Hacı Mehmanın başına oyun açacağını” açıq şəkildə bildirir. Bu hal onun ərizəsinin səmimiyyətsiz olduğunu, məhkəmə müdafiəsindən sui-istifadə etdiyini və qətnamənin icrasını məqsədli şəkildə pozmağa çalışdığını göstərir. Əlavə olaraq qeyd edilməlidir ki, borclunun prosessual hüquqlardan sui-istifadə etməsi və müxtəlif icraatlarda ardıcıl şəkildə prosesləri uzatmağa çalışması əvvəllər təqdim edilmiş etirazlarda da ətraflı göstərilmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, borclu guya müxtəlif səbəblərə istinad etsə də, eyni dövrdə ardıcıl şəkildə müxtəlif məhkəmələrə müraciətlər etmiş, çoxsaylı ərizə və şikayətlər təqdim etmiş, prosessual hərəkətləri sərbəst şəkildə həyata keçirmişdir. Eyni zamanda həmin etirazda borclunun prosessual hüquqlardan məhz icranı və prosesi uzatmaq məqsədilə istifadə etdiyi, onun davranışlarının formal bəhanə xarakteri daşıdığı geniş əsaslandırılmışdır. Tələbkar uzun müddətdir qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını gözləyir, borcun ödənilməməsi isə onun maliyyə vəziyyətinə, sahibkarlıq fəaliyyətinə və öhdəliklərinə ciddi mənfi təsir göstərir. Belə olan halda, icradan məqsədli şəkildə yayınan, əmlak gizlədən və üzərinə həbs qoyulmuş əmlakları belə özgəninkiləşdirməyə çalışan şəxsə 1 il müddətinə möhlət verilməsi nə qanunauyğun, nə də ədalətli hesab edilə bilər. Göstərilənlərə əsasən, borclu Borclu Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(117)- ****/**** saylı qətnaməsinin icrasına 1 il möhlət verilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında borclu verdiyi izahatında bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, lakin qarşı tərəf onu işləməyə qoymur, obyektə verilən elektriki dayandırmışdır. Borcundan aylıq 10 000 manat ödəyə bilər. Qarşı tərəfə olan bütün borcunu gələn ilin yanvar ayının 15-nə kimi tam ödəyib qurtarmağı təklif etmiş, qarşı tərəf həmin şərtlərlə razılaşmır. Özünə məxsus torpaq sahəsi vardır, həmin torpaq sahəsinin 250 000 manat qiyməti vardır. O, torpağını satıb borcunu ödəyə bilər. Hazırda himayəsində 4 uşağı var, sahibkar kimi vergi ödəyir, ona məxsus obyekti işıq kəsilməsi səbəbindən işlədə bilmir, buna görə də hazırda gəliri də yoxdur. Qətnamənin icrasına möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında tələbkarın nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, borclunun borcu ödəməyə kifayət qədər vəsaiti vardır. Ona məxsus olan və üzərinə həbs qoyulmuş 5 ədəd avtomaşını gizlətmişdir. Polis orqanları hazırda həmin maşınları axtarır. Bundan əlavə borcluya məxsus torpaq sahəsi var. Onun bir ədəd maşını icradadır, köhnə maşın olmaqla onun real qiyməti 1500 manatdır. Ona məxsus 48000 manatlıq torpağın üzərinə həbs qoyulub, borcun bir hissəsi həmin vəsait hesabına ödənilib. Borcluya məxsus avtokar deyilən maşına icra məmurları ilə baxış keçirildikdən sonra, borclu onun yerini dəyişmişdir. Borcun ödənilməsini yubatmaq məqsədilə bir neçə məhkəməyə müraciət edib, hazırda bir neçə məhkəmədə işləri var. Borclunun hazırkı ərizəsi də borcun ödənilməsini yubatmaq məqsədi güdür. Odur ki, borclunun ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## #### 2026-cı il tаrixli, 8- 2(4-15)-19/2026 sаylı qərardadı ilə borclu Borclu “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*-*(***)****/**** saylı qətnaməsinin ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraatın dayandırılması, həmin qətnamənin icrasına 1 il möhlət verilməsi” barədə ərizəsi rədd edilmişdir. Borclu Borclu Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, 8-2(4-15)- 19/2026 sаylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun sahibkarlıq fəaliyyətini davam etdirməsi üçün ona məxsus soyuducu anbarın tərkib hissələri, soyuducu motorlar, generatorlar, ferma və naveslər, soyuducu kameralar və digər daşınar və daşınmaz mülkiyyətlərin üzərinə həbs qoyulması borclunu çox pis vəziyətə gətirir, onun qazanc əldə etməsini və borcunu ödəməsini mümkünsüz edir. Həmin soyuducu anbarda üçüncü şəxslərin məhsulları saxlanılır, soyuducu anbar və ona dair mülkiyyət hissələrinin üzərinə həbs qoyulması üçüncü şəxslərin də hüquqlarına zərər vuracaq. Borcluya məxsus yetəri qədər əmlakın üzərinə həbs qoyulmuşdur. Bütün bu hallar borclunun gəlir qazanmaq imkanını məhdudlaşdıraraq, hətta sıfıra endirərək həm hüquqlarının əhəmiyyətli dərəcədə pozulması, həm də üçüncü şəxslərə zərər vurulması ilə nəticələnir. Borcluya məxsus və ya onun istifadəsində olan əmlaklar onun kommersiya fəaliyyətinin davamı üçün zəruridir. Borclunun əsas istehsal vasitələrinin, fəaliyyətini davam etdirməsi üçün zəruri olan əmlakının üzərinə həbs qoyulması yalnız son çarə kimi tətbiq edilə bilər. Hazırda isə borclunun hər hansı başqa bir əmlakı olmadığından qətnamənin icrasına möhlət verilməsi zəruridir. Qeyd olunanlara əsasən icra sənədi üzrə bütün icraatlar (müvəqqəti təminat tədbirlərinin, həmçinin qətnamənin icrasına dair yekun sənəd) dayandırılmalı, qətnamənin icrasına ən az bir il möhlət verilməlidir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərardadının ləğv edilməsini və Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ##.##.2026-cı il tarixli icra sənədi üzrə icraatın dayandırılması, həmin qətnamənin icrasına 1 il möhlət verilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, 8-2(4-15)-19/2026 sаylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431- 3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, 8-2(4-15)-19/2026 sаylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” qərarın 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkəmə tərəfindən qətnamənin hissə-hissə icra edilməsi və icrasına möhlət verilməsi o halda mümkün ola bilər ki, borclu həqiqətən qətnamənin icra edə bilməməsi barədə məhkəməyə əmlak vəziyyətinin dəyişməsi, yaxud digər neqativ hallar barədə sübut təqdim etsin. Hazırkı iş üzrə borclu tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda borclu sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Tələbkar MMC-yə borcu məhz borclunun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır. Borcun ödənilməsini illərlə gözləməli olan tələbkar daha artıq məbləğdə maddi ziyana düşür. Bu halda tələbkarın hər hansı bir razılığı olmadan borclunun tələbinin təmin edilməsi ədalətli tarazlığı pozmuş olar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17 və 18-ci maddəsində icra sənədi üzrə icraat məcburi olaraq dayandırılması və icraatın dayandırılmasının mümkün olduğu hallar sadalanmışdır. Borclu bununla bağlı əsaslı fakt və ya arqument irəli sürməmiş və bu halları əsaslandırmamışdır. Qeyd edilən normalarda icra üzrə icraatın dayandırlmasına əsas ola bilən hallar borclunun hazırkı vəziyyətdə icra hərəkətlərinin dayandırlmasını tələb etdiyi hər hansı bir hala uyğun deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd olunmalıdır ki, icra sənədinin tam icra olunmaması tələbkarın hüquqlarının müdafiəsi baxımından ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, borclu Borclu tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, 8-2(4-15)-19/2026 sаylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, 8-2(4-15)-19/2026 sаylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar