Məhkəmə qərarları › İş №8-2(3-6)-10/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-10/2026

11.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(3-6)-10/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Borclu "xxxx" MMC-nin icra orqanının rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Kommersiya Məhkəməsinin 15 dekabr 2025ci il tarixli qərardadından Binəqədi rayon İcra şöbəsinin icra məmuru Elvin Mansurov tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2431/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, cavabdeh "xxxx" MMC-dən 21536,75 manat pul məbləğində əsas borc, 1 076,84 manat cərimə, ümumillikdə 22613(iyirmi iki min altı yüz on üç) manat, 59(əlli doqquz) qəpik borc, ödənilmiş 157(yüz əlli yeddi) manat 84 (səksən dörd) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək həmin icra sənədinin icrası ilə əlaqədar borclu "xxxx" MMC-nin icra orqanının rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-198/2025 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Elvin Mansurovun təqdimatının təmin edilməsi,Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2431/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1989-cu il təvəllüdlü Borclu ölkədən getmək hüququ, həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclu həmin qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-198/2025 saylı qərardadı ilə borclu tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Bundan sonra borclu şikayət və müddətin bərpasına dair ərizə verərək, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini və şikayətin icraata götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-198/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-198/2025 saylı qərardadından şikayətin verilməsi üzrə prosessual müddət Borclu münasibətdə bərpa edilməsi qərara alınmışdır. Daha sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)- 198/2025 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 8-2(113)-198/2025 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Elvin Mansurovun təqdimatı təmin edilməməsi qərara alınmışdır. Daha sonra icra məmuru E.Mansurov həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-198/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 8-2(113)-198/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-198/2025 saylı qərardadından icra məmuru tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Daha sonra icra məmuru E.Mansurov həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-198/2025 saylı qərardadının ləğv edilməsini və şikayətin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 8-2(113)-198/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8-2(113)-198/2025 saylı qərardadındnan şikayətin verilməsi üzrə prosessual müddət Binəqədi rayon İcra şöbəsinin icra məmuru Elvin Mansurova münasibətdə bərpa edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin: 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. AR MPM-də dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli AR Qanunu ilə Mülki Prosessual Məcəlləyə 2 nömrəli Əlavə – “Apellyasiya şikayətinin forması” təsdiq edilmişdir. İcra məmuru Elvin Mansurovun məhkəməyə təqdim etdiyi şikayətdən görünür ki, həmin şikayət apellyasiya şikayətləri üçün MPM-ə əlavə kimi təsdiq edilmiş “Apellyasiya şikayətinin forması”na uyğun tərtib edilməmişdir. Belə ki, şikayətdə ayrı-ayrı bəndlər üzrə göstərilməli olan məlumatlar (maddi və prosessual hüquq normalarının pozulması və s.) müvafiq qaydada bəndlərə ayrılmamış, habelə nəzərdə tutulmuş cədvəl formasında təqdim edilməmişdir. EMİS vasitəsilə təqdim edilmiş apellyasiya şikayətinə gəldikdə isə, kollegiya qeyd edir ki, həmin şikayətdə yalnız apelyatorun tələbi göstərilmiş, lakin MPM-in 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq şikayətin məzmununda əks olunmalı digər zəruri məlumatlar göstərilməmişdir. Beləliklə, cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətlərinin heç biri MPM-in tələblərinə cavab vermədiyindən həmin şikayətlərə baxılması mümkün deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli qərardadından Binəqədi rayon İcra şöbəsinin icra məmuru Elvin Mansurov tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Ziya Şirinov Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar