Məhkəmə qərarları › İş №8-2(3-6)-12/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-12/2026

27.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8-2(3-6)-12/2026 27.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin Borclu ilə Tələbkar arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə təqdimatının təmin edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-8-2(113)-348/2025 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyev, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-485/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8(113)-348/2025 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. xx.xx.2026-cı il tarixdə iş üzrə Tələbkar “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək barışıq sazişində texniki səhvə yol verilərək 1,07 ha torpaq sahəsinin Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat sayının son rəqəminin “0” əvəzinə “9” kimi qeyd edildiyini bildirmiş, qərardada həmin hissədə düzəliş edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-8-2(113)-348/2025 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. xx.xx.2026-cı il tarixdə Tələbkar “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-8-2(113)-348/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-8-2(113)-348/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2026-cı il tarixdə Tələbkar “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-8-2(113)-348/2025 saylı qərardadından verdiyi şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Tələbkar ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. 398.0.4-cü maddəsinə əsasən qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək apellyasiya instansiyası məhkəməsinin hüququdur. 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Tələbkar şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-8-2(113)-348/2025 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətdən imtina qəbul edilsin və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar