AzərbaycanșRespublikasıșadından Qərardad Bakıșşəhəri İşș№ș8-2(3-6)-18/2026 03.04.2026 BAKIșAPELLYASIYAșMƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Qərardad Tələbkar ASC-nin ləğvedicisi Ərizəni verən şəxs “qərarın ləğv edilməsi” barədə şikayəti üzrə (Açar sözlər: icra sənədi üzrə icraata xitam) Hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə,ș Qəbələ rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən ##.##.2020-ci il tarixdə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2014-cü il tarixli, *-*(***)-***/**** saylı icra sənədi üzrə “icraata xitam verilməsi” haqqında qərardan ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasındașbaxaraqșqərarașaldılar.șșș müəyyən etdi: Işin halları
1. Iddiaçı Tələbkar ASC cavabdeh "xxxx”xxxx"xxxx' MMC-nin "Əmlakın qiymətləndirilməsinin naticələri haqqında” ## ### 2011-ci il **-*** saylı, "xxxx” MMC-yə məxsus olan Qəbələ șəhərində yerləşən 10,0003 ha torpaq sahəsinin bugünki günə ilkin bazar qiymətinin müəyyənləşdirilməsinə dair hesabatını lağv edib həmin əmlakın bugünki günəșhəqiqișqiymətininșmüəyyənləşdirilməsinișməhkəmədənșxahişșetmişdir.ș
2. * saylı Bakı Ínzibati-Iqtisadi Məhkəməsinin ## #### 2013-cü il tarixli qətnaməsi ilə iddiașrəddședilmişdir.
3. Iddiaçı Tələbkar ASC apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasındanșxahişșetmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının *-*(***)-***/**** saylı, ## ###### 2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyașməhkəməsininșqətnaməsișdəyişdirilmədənșsaxlanılmışdır.ș
5. Iddiaçı "xxxx” ASC həmin qatnamədən kassasiya șikayəti verərək qətnaməni ləğv edib işin yenidən apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.ș
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının *-*(***)- ***/**** saylı, ## ### 2014-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasımin *-*(***)-***/**** saylı, ## ###### 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.ș
7. Işin apellyasiya qaydasında təkrar baxılması zamanı tərəflər və üçüncü şəxslər ("xxxx" MMC və H.Ə.Allahverdiyev) ərizə ilə məhkəməyə müraciət edərək barışıq əldə etdiklərinișvəșhəminșsazişinștəsdiqședilərəkșişșüzrəșicraatașxitamșverilməsinișxahişșetmişlər.
8. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Tələbkar ASC-nin nümayəndəsi İ.Həsənova bildirmişdir ki, tərəflərin barışıq sazişi borcluların iştirakı ilə bağlanmışdır. Saziş həm tələbkarın, həm də borcluların və cavabdeh təşkilatın mənafeyinə uyğundur, başqa şəxslərin hüquqlarını pozmur. Hamı barışıq sazişinin şərtləri ilə tam razıdır. Ona görə də məhkəmə kollegiyasından barıșıq sazişinin şərtlərinin təsdiq olunmasını iș üzrə icraatașxitamșverilməsinișxahişședirik.șș
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü șəxslər "xxxx" MMC-nin va H.Ə.Allahverdiyevin nümayəndəsi Z.Mirzəyev barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirərəkșsazişinștəsdiqșolunmasınıșxahişșetmişdir.ș
10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının *-*(***)-***/**** saylı, ## ####### 2014-cü il tarixli qərardadı ilə iddiaçı Tələbkar ASC, cavabdeh "xxxx” MMC və üçüncü şəxslər "xxxx" MMC və X4 (ipoteka qoyan) arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli icra sənədinə əsasən cavabdeh “xxxx” MMC-dən bağlanmış Barışıq sazişinə əsasən ümumilikdə 1.986.024 (bir milyon doqquz yüz səksən altı min iyirmi dörd) ABŞ dolları məbləğində pul vəsaiti Tələbkar ASC-nin xeyrinə tutulması və tutmanın X4 mülkiyyətində olan Qəbələ şəhərində yerləşən 10.0003 ha torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır.
12. ##.##.2015-ci il tarixdə verilmiş icra sənədi tələbin yönəldildiyi daşınmaz əmlakın yerləşdiyi yer üzrə icra olunması üçün Qəbələ rayon Icra və probasiya şöbəsinə göndərilmişdir.
13. Icraat dövründə aparılmış icra hərəkətləri nəticəsində tələbin yönəldildiyi X4 mülkiyyətində olan Qəbələ şəhərində yerləşən 10.0003 ha torpaq sahəsinin açıq hərracdan realizə edilməsi məqsədi ilə hərrac təşkilatı olan “xxxx” MMC-yə sifariş məktubu ünvanlanmış, lakin keçirilmiş ilkin və təkrar hərraclar zamanı qalib alıcı olmadığından “Ipoteka haqqında” AR Qanununun tələbinə əsasən sözügedən əmlakı hərracın yekunlarına dair *** saylı, ##.##.2016-cı il tarixli protokol əsasında bank tərəfindən 1466250 (bir milyon dörd yüz altmış altı min iki yüz əlli) manata əldə edilərək balans dəyəri həcmində “xxxx” MMC-ninșbankșqarşısındașolanșöhdəliyindənșsilinmişdir.
14. Qəbələ rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən ##.##.2020ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2014-cü il tarixli, *-*(***)-***/**** saylı icra sənədi üzrə “icraata xitam verilməsi” haqqında qərar qəbul edilmişdir.ș
Apellyasiya instansiya məhkəməsindəki hazırki icraat
15. ## #### 2026-cı il tarixdə Tələbkar ASC-nin ləğvedicisi Ərizəni verən şəxs tərəfindən Qəbələ rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən ##.##.2020-ci il tarixdə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2014-cü il tarixli, *-*(***)-***/**** saylı icra sənədi üzrə “icraata xitam verilməsi” haqqında qərardan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.ș
16. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən ##.##.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Inzibati- Iqtisadi kollegiyasının ##.##.2014-cü il tarixli *-*(***)-***/**** saylı icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Qəbələ rayon Icra və Probasiya şöbəsinin icra məmuru Həmidli Ülvi tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2014-cü il tarixli icra sənədinə əsasən cavabdeh “xxxx” MMC-dən bağlanmış Barışıq sazişinə əsasən ümumilikdə 1.986.024 (bir milyon doqquz yüz səksən altı min iyirmi dörd) ABŞ dolları məbləğində pul vəsaiti Tələbkar ASC-nin xeyrinə tutulması və tutmanın X4 mülkiyyətində olan Qəbələ şəhərində yerləşən 10.0003 ha torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır. ##.##.2015-ci il tarixdə verilmiş icra sənədi tələbin yönəldildiyi daşınmaz əmlakın yerləşdiyi yer üzrə icra olunması üçün Qəbələ rayon Icra və probasiya şöbəsinə göndərilmişdir. Icraat dövründə aparılmış icra hərəkətləri nəticəsində tələbin yönəldildiyi X4 mülkiyyətində olan Qəbələ şəhərində yerləşən 10.0003 ha torpaq sahəsinin açıq hərracdan realizə edilməsi məqsədi ilə hərrac təşkilatı olan “xxxx” MMC-yə sifariş məktubu ünvanlanmış, lakin keçirilmiş ilkin və təkrar hərraclar zamanı qalib alıcı olmadığından “Ipoteka haqqında” AR Qanununun tələbinə əsasən sözügedən əmlakı hərracın yekunlarına dair *** saylı, ##.##.2016-cı il tarixli protokol əsasında bank tərəfindən 1466250 (bir milyon dörd yüz altmış altı min iki yüz əlli) manata əldə edilərək balans dəyəri həcmində “xxxx” MMC-nin bank qarşısında olan öhdəliyindən silinmişdir. Bundan sonra icra məmuru icra sənədi üzrə qalıq borcun ödənilməsini nəzərə alaraq iş üzrə borclu şəxs barəsində məcburi icra tədbirlərini davam etdirməli olduğu halda sözügedən qərarı qəbul etmişdir. Belə ki, icra sənədinin mahiyyətindən göründüyü kimi məhkəmə qərarına əsasən icra edilməli tələblər iki hissədən ibarətdir: 1. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2014-cü il tarixli icra vərəqəsi ilə borclu “xxxx” MMC tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun tələbkar Tələbkar ASC-yə ödənilməsi; 2.Tutmanın bank qarşısında girov qoyulmuş daşınmaz əmlaka yönəldilməsi. Qeyd olunanlardan göründüyü kimi icra sənədinin icra edilməsi yalnız “tutmanın girov predmetinə yönəldilməsi” hissəsində təmin edilmişdir. Qətnamənin qət etdi hissəsinin 1-ci abzası ilə borcun cavabdehdən tutulması aydın göstərilmişdir. Həmçinin “Icra Haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilir. Göstərilən maddənin tələbindən göründüyü kimi icra məmuru sözügedən qərarı qəbul edən zaman icra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydasına riayət etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, icra məmurunun “icrașsənədișüzrəșicraatașxitamșverilməsișhaqqında”șqərarıșləğvședilməlidir.ș
17. Məhkəmənin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmiş, yazılı icraat qaydasında işə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir.șșșș
18. “xxxx” MMC şikayətə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, barıșıq sazişinin 6-cı bəndinə uyğun olaraq (şərtləri Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2014-cü il tarixli, *-*(***)-***/** saylı qərardadının 5-ci bəndində əks olunmuşdur), tərəfllər razılaşmışdır ki, ipoteka predmeti olan Qəbələ șəhərində yerləşən 10,0003 ha torpaq sahəsi hərracda satılmazsa və tələbkar tərəfindən borcun əvəzinə qəbul edilərsə, həmin əmlak borcun ödənilməsi hesab olunur va bank borcluya qarşı əlavə tələblər irəli sürmür. Barışıq sazişinin 7-ci bəndi (şərtləri qərardadın 6-cı bəndində aks olunmuşdur) nəzərdə tutur ki, əmlak borc məbləğindən yüksək qiymətə satılarsa, yaranmış fərq ipoteka qoyana qaytarılmalıdır. Bu göstərir ki, tərəflər əmlakın verilməsini öhdəliyin yekun hesablaşma forması kimi qabul etmiş və dəyər dayişiklikləri ilə bağlı riski tələbkar öz üzərinə götürmüşdür. Bu risk bölgüsü həmçinin onunla təsdiqlənir ki, əmlakın ilkin qiyməti 4 200 000 manat olmuş, lakin tərəflərin razılığı ilə 2 300 000 manat başlanğıc qiymətlə hərraca çıxarılmışdır ki, bu da Bakı Apellyasiya Məhkəməsinin ##.##.2014-cü il tarixli qərardadında əksini tapmışdır. Icra icraatı çərçivəsində əmlak hərraca çıxarılmış, alıcı olmadığı üçün 1 466 250 manat məbləğində tələbkar tərəfindən borcun əvəzinə qabul edilmişdir. Beləliklə, təxminən 1 556 000 manat ekvivalentində olan borc faktiki olaraq ödənilmiş, qalan fərq isə təxminən 90 000 manat təşkil etmişdir ki, bu da əhəmiyyətli sayılmır. Icra icraatı çərçivəsində əmlak hərraca çıxarılmış, alıcı olmadığı üçün 1 466 250 manat mabləğinda tələbkar tərafindən borcun əvəzinə qəbul edilmişdir. Beləliklə, barışıq sazişinin 6-cı bəndində nəzərdə tutulan şərt baş vermiş və tərəflərinșöhdəliklərișsonașçatmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onlarınșicrasıșməcburidir.
“Icra haqqında” Azərbaycan Respublikası Qanununun
20. Maddə 20.1. Icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icrașsənədiștamșicrașolunduqda.ș
21. Maddə 20.3. Icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonrașicraatșüzrəșhərșhansıșicrașhərəkətlərininșhəyatașkeçirilməsinəșyolșverilmir.
22. Maddə 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyəșşikayətșverəșbilərlər.șș
23. Maddə 20.6. Icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraatașbaşlamaqșhaqqındașqərarınșqəbulședildiyișvaxtdanșhesablanır.
24. Maddə 20.7. Icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Notariusun icra qeydișvəșxüsusișicrașməmurununșicraatındașolanșicrașsənədiștələbkarașqaytarılır.ș
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
25. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıdașgöstərilənlərəșəsasənșşikayətștəminședilməməlidir.ș
26. Belə ki, iş materiallarında olan ## ######## 2014-cü il tarixli barışıq sazişinin 6-cı bəndinə əsasən Tələbkar ASC, “xxxx” MMC və X4 razılaşmışdır ki, ipoteka predmeti olan Qəbələ șəhərində yerləşən 10,0003 ha torpaq sahəsi 2.300.000 (iki milyon üç yüz min) manat ilkin qiymətə qiymətləndirilib hərraca çıxarılaraq hərracdan satılmazsa və tələbkar kimi Tələbkar ASC-yə təklif olunarsa, Tələbkar ASC təkliflə razılaşıb həmin əmlakı borcun əvəzinə götürməsinə razılıq verəcək və “xxxx” MMC-yə, ipoteka qoyan X4 qarşı əlavə tələb irəlișsürməyəcəkdir.
27. Həmin sazişin 7-ci bəndinə əsasən Tələbkar ASC öhdəsinə götürür ki, ipoteka predmeti olan Qəbələ șəhərində yerləşən 10,0003 ha torpaq sahəsi hərracda bu barışıq sazişinin 1-ci bəndində göstərilən borc məbləğindən, yəni 975660 (doqquz yüz yetmiş beş min altı yüz altmış) ABŞ dolları əsas borc, 1.010.364 (bir milyon on min üç yüz altmış dörd) ABŞ dolları faiz borcu məbləğindən artıq qiymətə Tələbkar ASC tərəfindən satılarsa, həmin fərqișipotekașqoyanșX4 qaytaracaq.
28. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının *-*(***)-***/**** saylı, ## ####### 2014-cü il tarixli qərardadı ilə iddiaçı Tələbkar ASC, cavabdeh "xxxx” MMC və üçüncü şəxslər "xxxx" MMC və X4 (ipoteka qoyan) arasında bağlanmış ## ######## 2014-cüșilștarixlișbarışıqșsazişininșşərtləriștəsdiqședilmişdir.
29. Şikayətə əlavə edilmiş “xxxx” MMC-nin *** saylı, ##.##.2016-cı il tarixli hərracın nəticələri haqqında yekun protokolundan müəyyən edilir ki, Tələbkar ASC tərəfindən Qəbələ șəhərində yerləşən 10,0003 ha torpaq sahəsi 1466250 (bir milyon dörd yüz altmış altı min ikișyüzșəlli)șmanatașəldəședilmişdir.
30. Belə olan halda kollegiya qeyd edir ki, tərəflərin iradə ifadəsi ilə bağlanmış və məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişi onların qarşılıqlı hüquq və öhdəliklərini müəyyən edir və bu sazişin şərtləri tərəflər üçün məcburidir. Həmin sazişə əsasən tələbkarın Qəbələ șəhərində yerləşən 10,0003 ha torpaq sahəsini qəbul etməsi borc öhdəliyinin son nəticəsi kimi nəzərdə tutulmuş və əlavə tələblərin irəli sürülməsini istisna etmişdir. Bu baxımdan, icra sənədində nəzərdə tutulan öhdəliyin icrası yalnız pul vəsaitinin tam şəkildə ödənilməsi ilə deyil, həm də tərəflərin razılaşdığı alternativ icra üsulu – ipoteka predmetinin borcunșəvəzinəșqəbulședilməsișiləștamamlanmışșhesabșolunur.
31. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə tələblər tam icra olunduqda icraata xitam verilir. Hazırki halda barışıq sazişinin şərtləri yerinə yetirildiyindən və tələbkar tərəfindən əlavə tələb irəli sürülməyəcəyi öhdəliyi götürüldüyündən icra sənədi üzrə öhdəlik faktiki olaraq tam icra edilmişșhesabședilməlidir.
32. Şikayətçinin icra sənədinin yalnız bir hissəsinin icra olunması və qalıq borcun mövcudluğu barədə arqumentləri əsassızdır. Belə ki, həmin mövqe barışıq sazişinin məzmununa zidd olmaqla yanaşı, tərəflərin əvvəlcədən razılaşdırdığı hüquqi nəticələri nəzərəșalmır.ș
33. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, icra məmuru tərəfindən ##.##.2020-ci il tarixdə qəbul edilmiş “icraata xitam verilməsi haqqında” qərar qanunvericiliyin tələblərinə uyğun olmuş, icra sənədi üzrə öhdəliklər tam icra edildiyindən icraata xitam verilməsi üçün hüquqi əsaslar mövcud olmuşdur. Buna görə də şikayət təmin edilməməlidir.ș
34. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddanșkassasiyașşikayətișveriləșbilməz.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrinișrəhbərștutaraq,șməhkəməșkollegiyası
qərara a l d ı: Qəbələ rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən ##.##.2020-ci il tarixdə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2014-cü il tarixli, *-*(***)-***/**** saylı icra sənədi üzrə “icraata xitam verilməsi” haqqında qərarından Tələbkar ASC-nin ləğvedicisi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətștəminședilməsin.șș Qərardadșdərhalșqanunișqüvvəyəșminirșvəșondanșşikayətșveriləșbilməz.