Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-38/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Icra məmurunun qərarının ləğv edilməsinə dair Ərizəni verən şəxs MMC-nin şikayəti üzrə (Açar sözlər: icra sənədi üzrə icraata xitam, icra məmurunun qərarından şikayət) Hakimlər X8 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Tovuz rayon Icra və probasiya şöbəsinin icra məmuru X2 ##.##.2025-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Işin halları
1. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə Ərizəni verən şəxs MMC ilə Borclu arasında bağlanmış ## #### 2023-cü il tarixli Daxili lizinq müqaviləsinin ləğv olunaraq xitam verilmiş hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində X5 adına qeydə alınmış dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv edilməsi, lizinq obyekti olan mənzilin boşaldılaraq Ərizəni verən şəxs MMC-yə təhvil verilməsi, Borclu və X3 lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 13 000 manat cərimə məbləğinin, habelə ödənilmiş 172 manat dövlət rüsumunun 129 manatının əvəzinin tutulub Ərizəni verən şəxs MMC-yə ödənilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin qismən–13 000 manat məbləğində cərimənin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 172 manat məbləğində dövlət rüsumunun 100 manat hissəsinin Borclu tutularaq iddiaçıya ödənilməsi, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 40 manat hissəsinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il ## ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin əsasında ##.##.2025-ci il tarixdə icra sənədi verilmiş və icra edilməsi üçün Tovuz Rayon Icra və Probasiya Şöbəsinə göndərilmişdir.
5. Tovuz Rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 ##.##.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə xitam verilmişdir.
6. Ərizəni verən şəxs MMC şikayət ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Tovuz rayon Icra və probasiya şöbəsinin icra məmuru X2 ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icra sənədinin yenilənərək Nəsimi Rayon Icra və Probasiya Şöbəsinə yenidən göndərilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Ərizəni verən şəxs MMC ilə Borclu arasında bağlanmış ## #### 2023-cü il tarixli Daxili lizinq müqaviləsinin ləğv edilərək xitam verilmiş hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində X5 adına qeydə alınmış dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv edilməsi, lizinq obyekti olan mənzilin boşaldılaraq Ərizəni verən şəxs MMC-yə təhvil verilməsi və iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 172 manat məbləğində dövlət rüsumunun 100 manat hissəsinin cavabdeh Borclu tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Tələbkar tərəfindən ##.##.2025-ci il tarixli ərizə ilə Tovuz Rayon Icra və Probasiya Şöbəsinə müraciət olunaraq sözügedən daşınmaz əmlakın ünvan 1 ünvanında yerləşməsi nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin icra olunması üçün aidiyyəti qaydada Nəsimi rayon Icra və probasiya şöbəsinə göndərilməsi xahiş edilmişdir. Növbəti mərhələdə icra işi “lizinq obyekti olan mənzil boşaldılaraq Ərizəni verən şəxs MMС-yə təhvil verilməsi” hissəsində icra olunması üçün Nəsimi rayon Icra və probasiya şöbəsinə göndərilmişdir. Icra işinin gedişində qətnamənin “iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 172 manat məbləğində dövlət rüsumunun 100 manat hissəsinin Borclu tutulub iddiaçıya ödənilməsi” hissəsi Tovuz rayon Icra və probasiya şöbəsi tərəfindən icra olunmuş, lakin icra məmurunun ##.##.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinə ümumilikdə, yəni iş üzrə bütün icra hərəkətlərinə xitam verilmişdir. Bu səbəbdən hazırda icra vərəqəsinin digər hissələri icra oluna bilmir. Məsələ ilə əlaqədar tərəfindən həm Tovuz, həm də Nəsimi rayon Icra və probasiya şöbələri ilə əlaqə saxlanılmışdır. Lakin sözügedən texniki səhvə görə problem həllini tapmamış və onlara bildirilmişdir ki, icra orqanları sistemində iş üzrə icraata ümumi şəkildə xitam verildiyindən iş təzələnə və ya icra oluna bilmir. Odur ki, yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin qeyd olunmalıdır ki, nə Ərizəni verən şəxs MMC, nə də Bakı Apellyasiya Məhkəməsi icra işinin xitam olunması barədə rəsmi qaydada məlumatlandırılmışdır. Sözügedən məsələ barədə ##.##.2025-ci il tarixində Nəsimi Rayon Icra və Probasiya Şöbəsinə müraciət edən zaman məlum olmuşdur ki, icra işinə xitam verilmişdir. Daha sonra Tovuz rayon Icra və probasiya şöbəsi ilə əlaqə saxlanılmış və ##.##.2025-ci il tarixli qərarın surəti istənilmişdir.
8. Məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədi üzrə Tovuz rayon Icra və probasiya şöbəsinin icra məmuru X2 ##.##.2025-ci il tarixli “icraata xitam verilməsi barədə” qərarının ləğv edilməsi qərara alınmışdır.
9. Məhkəmə, gəldiyi nəticəni “Icra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.2ci, 12.1-ci, 20.2-ci, 20.3-cü, 20.4-cü, 20.5-ci, 20.6-cı, 26-cı, 29.1-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, Tovuz rayon Icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarın “Icra haqqında” Qanunun tələblərini pozmaqla qəbul edildiyi müəyyən olunduğundan, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilməlidir.
10. Həmin qərardaddan borclu Borclu tərəfindən verilmiş şikayət məhkəmənin ## #### 2026-cı tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
11. Şikayət belə əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini və aidiyyat məsələlərini kobud şəkildə pozaraq Tovuz Rayon Məhkəməsinin səlahiyyətlərindən çıxış edərək Tovuz rayon Icra və Probasiya şöbəsinin “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməklə icraata xitam verilməsi” haqqında qərarının qanuniliyinin mübahisələndirilməsinə baxaraq qərardad qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynova qanun necə və hansı səlahiyyətləri vermişdir ki, qərardad çıxardaraq qərardadda göstərir ki, Tovuz rayon Icra və probasiya şöbəsinin icra məmuru X2 “Icra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə istinad etməklə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Qərardad vahid məhkəmə təcrübəsinə də ziddir.
12. Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-**/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qərardadının ləğv olunması və icra məmurunun qərarından verilmiş şikayətə səlahiyyətli məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmasını təmin etmək üçün müvafiq materialın Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına təhvil verilməsi, Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasının işin (materialın) ümumi bölgüyə (paylamaya) verilməsini təmin etməsi qərara alınmışdır.
Apellyasiya baxışı
13. Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə “xxxx” MMC tərəfindən verilmiş şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir.
14. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
15. Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
“Icra Haqqında” Azərbaycan Respublikasının Qanunu
16. Maddə 8.2. Icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
17. Maddə 12.1. Icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.
18. Maddə 20.2. Icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.
19. Maddə 20.3. Icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.
20. Maddə 20.4. Icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir.
21. Maddə 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər.
22. Maddə 20.6. Icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır.
23. Maddə 26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
24. Maddə 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2017-ci il tarixli Qərarı
25. ... “Icra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır.
26. Göründüyü kimi, “Icra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il ## ###### tarixli Qanunu ilə “Icra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir.
27. Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“Icra haqqında” Qanunun 20.5-ci maddəsi).
28. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “Icra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrininsistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər.
29. Bununla yanaşı qeyd olunmalıdır ki, “Icra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər.
30. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. Icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.
Məhkəmə kollegiyasının mövqeyi
31. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı hüquqi mövqeyi rəhbər tutmaqla kollegiya hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir.
32. Iş materiallarından aydın olur ki, Tovuz rayon Icra və probasiya şöbəsinin icra məmuru ##.##.2025-ci il tarixli qərarla icraata xitam verərkən “Icra haqqında” Qanunun 20.1.5ci maddəsini əsas götürmüş, beləliklə də icra sənədinin tam icra olunduğunu vurğulamışdır. Lakin həmin qərarın məzmunundan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədinin tam şəkildə icra edildiyi nəticəsinə gəlmək mümkün deyil.
33. Belə ki, icra məmuru yalnız iddiaçı tərəfindən ödənilmiş 172 manat dövlət rüsumunun 100 manatının borclu Borclu tutulmasını təmin etmiş, icra sənədinin Ərizəni verən şəxs MMC ilə Borclu arasında bağlanmış ## #### 2023-cü il tarixli Daxili lizinq müqaviləsinin ləğv olunaraq xitam verilmiş hesab edilməsi, daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində X5 adına qeydə alınmış dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv olunması, lizinq obyekti olan mənzilin boşaldılaraq Ərizəni verən şəxs MMC-yə təhvil verilməsi” hissələri isə icra olunmamışdır.
34. Başqa sözlə, icra məmurunun “Icra haqqında” Qanunun 20.1.5-ci maddəsinə istinad etməklə icra sənədi üzrə icraata xitam verməsi əsaslı hesab oluna bilməz.
35. Buna görə də kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Tovuz rayon Icra və probasiya şöbəsinin icra məmuru X2 ##.##.2025-ci il tarixli qərarı ləğv olunmalı, həmin icra sənədi Ərizəni verən şəxs MMC ilə Borclu arasında bağlanmış ## #### 2023-cü il tarixli Daxili lizinq müqaviləsinin ləğv olunaraq xitam verilmiş hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində X5 adına qeydə alınmış dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv olunması, lizinq obyekti olan mənzilin boşaldılaraq Ərizəni verən şəxs MMC-yə təhvil verilməsi” hissələrində icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinə göndərilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Ərizəni verən şəxs MMC-nin şikayət ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Tovuz rayon Icra və probasiya şöbəsinin icra məmuru X2 ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli icra sənədinin Ərizəni verən şəxs MMC ilə Borclu arasında bağlanmış ## #### 2023-cü il tarixli Daxili lizinq müqaviləsinin ləğv olunaraq xitam verilmiş hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində X5 adına qeydə alınmış dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv olunması, lizinq obyekti olan mənzilin boşaldılaraq Ərizəni verən şəxs MMC-yə təhvil verilməsi” hissələri üzrə icra hərəkətləri Bakı şəhəri Nəsimi rayon Icra şöbəsi tərəfindən davam etdirilsin. Qərardaddan şikayət verilə bilməz.