Məhkəmə qərarları › İş №8-2(3-6)-41/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8-2(3-6)-41/2026

18.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-41/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadından tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadının tam icra etməsi (müvafiq olaraq icra sənədinin tam icrası), icra işi üzrə bütün icra hərəkətlərinin həyata keçirilməsi və onlar barədə tələbkara məlumat verilməsi öhdəliyinin Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadı ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı icra sənədi üzrə tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin hərəkətsizliyindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunsun, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hazırda tələbkar Tələbkar MMC həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə (iş № *-2(113)-335/2025) Bakı Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli icra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi vəzifəsi Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin (icra məmuru Heydər Bəxtiyarovun) üzərinə qoyulmuşdur. Həmin qərardad qanuni qüvvəsini almış və icra üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadını icra etmir. Onun şikayəti məhz həmin qərardadın icra edilməməsi ilə bağlıdır. Hazırda mübahisə eyni predmet üzrə deyil. Əvvəlki iş üzrə şikayət Bakı Kommersiya Məhkəməsinin. ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı icra sənədi üzrə olmuş, hazırki iş üzrə şikayət isə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadını icra etməməsi üzrədir. Göstərilənləri nəzərə alaraq, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*- **)-***/**** saylı qərardadının ləğv edilməsi və işə baxılmasının davam etdirilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 8-2(113)- ***/**** saylı qərardadı ilə tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin olunaraq, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(113)- ****/**** saylı icra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi vəzifəsi Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardad qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Beləliklə də, tələbkarın şikayətdə qeyd etdiyi Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı icra sənədi üzrə icra məmurunun hərəkətsizliyi barədə məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.2 və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Eyni zamanda tələbkarın şikayətdə qeyd edilən əvvəlki iş üzrə şikayətin Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı icra sənədi üzrə olması və hazırki iş üzrə şikayətin isə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadının icra etməməsi ilə bağlı olmasına dair dəlilləri ilə bağlı isə qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı da Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı icra sənədi üzrə icra məmurunun məcburi icra tədbirlərinin həyata keçirilməsi vəzifəsi ilə bağlı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Tələbkar Tələbkar Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar