Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8-2(3-6)-44/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlu (sədrliyi və məruzəsi ilə), Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Borclu “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi-vəkili vəkil1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 icraata başlamaq haqqında ## ###### 2025-ci il tarixli icraata başlamaq haqqında qərarından borclu Ərizəni verən şəxs Açıq Səhmar Cəmiyyətinin şikayətinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadından borclunun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Borclu Ərizəni verən şəxs ATSC şikayətlə məhkəməyə müraciət edərək, icra sənədinin geri qaytarılması, həmin icra sənədi əsasında Xəzər rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərarın ləğv edilməsi və icra icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ATSC cavabdeh Ərizəni verən şəxs ATSC-yə qarşı iddia ərizəsi ilə * saylı Yerli İqtisad Məhkəməsinə müraciət edərək, cavabdehdən 718 750 000 manat əsas borc, 170 545 000 manat cərimə, 119 381 500 manat bank faizinin və 99 000 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli ****/*-*** nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Ərizəni verən şəxs ATSC-dən 718 750 000 manat əsas borc, 170 545 000 manat cərimə, 119 381 500 manat bank faizi, 99 000 manat dövlət rüsumu, cəmi 1008 784 500 manatın iddiaçı “BakıTaxıl” ATSC-nin xeyrinə tutulması, cavabdehdən dövlət büdcəsinə 20000 manat məhkəmə xərcinin tutulması qət edilmişdir. * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli ****/*-*** nömrəli qərardadı ilə ##.##.2004cü il tarixli ****/*-*** nömrəli qiyabi qətnamə ləğv edilmişdir. * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli ****/*-*** nömrəli qərardadı ilə tərəflər arasında barışıq sazişinin aşağıdakı məzmunda təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi, ödənilmiş 99000 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır: Ərizəni verən şəxs ATSC maliyyə vəziyyətinin ağır olması ilə əlaqədar «BAKITAXIL» ATSC-yə vaxtında qaytara bilmədiyi 718750000 manat məbləğində borcunu həmin müqavilədə göstərilən qrafik üzrə və şərtlərlə hər ay 10000000 manatdan az olmamaq şərti ilə 2005-ci ilin yanvar ayından başlayaraq 72 ay müddətində ödəməyi öhdəsinə götürür. «xxxx» ATSC vaxtı ötmüş borcun Ərizəni verən şəxs ATSC-dən alınması üçün Ərizəni verən şəxs ATSC tərəfindən həmin müqavilənin şərtlərinə riayət edildiyi halda məcburi icra tədbirlərinin görülməsi üçün icra vərəqəsinin verilməsindən ötrü məhkəməyə müraciət etməməyi öhdəsinə götürür. Həmin müqavilə ilə ödənilməsi nəzərdə tutulan borcun vaxtı ötmüş borc olduğu və onun 72 ay müddətində ödənilməsini nəzərə alaraq həmin müddət ərzində respublikada milli manatın devalvasiyası baş verdikdə bu ödəniş vaxtı nəzərə alınaraq tətbiq ediləcəkdir. Nəzərə alınmalı olan devalvasiya dedikdə həmin müqavilənin bağlandığı vaxt ABŞ dollarının milli manata qarşı kursunun 1 ABŞ dolları üçün 4910 manat olduğu əsas götürülür və ödəniş vaxtı onun artımı nəzərdə tutulur. Bu artım 15%dən artıq olduqda qaytarılması həmin müqavilə ilə nəzərdə tutulan vaxtı keçmiş borcun ödənilməsinə tətbiq edilir. Tərəflərin qarşılıqlı razılığı ilə debitor borcunu 2005-ci ilin yanvar ayından başlayaraq aşağıdakı qrafik üzrə ödəməlidir: 2005-ci ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat 2006-cı ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat 2007-ci ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat 2008-ci ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat 2009-cu ildə hər ay 10,0 mln manat x 12ay 1 120,0 mln manat 2010-cu ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat ABŞ dollarının milli manata qarşı kursu artımı hər aylıq ödəmə aparılarkən nəzərə alınaraq tətbiq edilməli və ödənilməlidir. Qrafik üzrə aylıq ödənilməli məbləğ ayın sonuna qədər köçürülmə və ya nağd qaydada ödənilməlidir. Debitor borcunu bank vasitəsi ilə ödədikdə bu haqda kreditora məlumat verməlidir. Kreditor müqavilənin qüvvədə olduğu müddətdə borcun ödənilməsi və ya tələbin debitorun əmlakına yönəldilməsi üçün icra vərəqəsi verilməsini aşağıdakı halda məhkəmədən tələb edə bilər: İl başa çatdıqdan sonra il ərzində ödənilməli məbləğin ilin sonuna qədər ödənilməyən hissəsinin və cərimənin alınması üçün debitor müqavilə ilə hər təqvim ili ərzində ödənilməli məbləği həmin ilin sonuna qədər ödəmədikdə həmin məbləğin ödənilməyən hissəsinə görə əlavə olaraq 10 % cərimə ödəməlidir».Tələbkar Tələbkar ASC pul məbləğinin indeksaksiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulmalı olan 248 687 manat pul məbləğinin indeksasiya edilərək 969 879 manat müəyyən edilməsi edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli ****/*-*** nömrəli qərardadı ilə borclu Ərizəni verən şəxs ASC-dən tələbkar Tələbkar ASC-nin xeyrinə tutulmalı 143750 manat məbləğində pul 2005-ci ilin yanvar ayından 2025-ci ilin noyabr ayınadək olan dövr üçün indeksasiya olunaraq 560 625 manat müəyyən edilməsi qərara alınmışdır. İş üzrə barışıq əldə edilmişdir və barışıq sazişi bağlanaraq * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli ****/*-*** nömrəli qərardadı qəbul olunmuşdur. Bundan başqa * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli ****/*-*** nömrəli qərardadı əsasında icra vərəqəsi verilərək Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmiş, lakin Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 ##.##.2025-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlamışdır. Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli ****/*-*** nömrəli qərardadı ilə tərəflər arasında bağlanan barışıq sazişinə əsasən «xxxx» ATSC vaxtı ötmüş borcun Ərizəni verən şəxs ATSC-dən alınması üçün Ərizəni verən şəxs ATSC tərəfindən həmin müqavilənin şərtlərinə riayət edildiyi halda məcburi icra tədbirlərinin görülməsi üçün icra vərəqəsinin verilməsindən ötrü məhkəməyə müraciət etməməyi öhdəsinə götürmüşdür. Daha sonra ##.##.2025-ci il tarixində «xxxx» ASC ##.##.2006-cı il tarixli ****/*-*** nömrəli icra vərəqəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək həmin sənədin icra olunub olunmaması, icrası ilə bağlı bağlı görülmüş tədbirlər barədə sənədlərin, məlumatların təqdim edilməsini xahiş etmişdir. Xəzər rayon İcra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, icra sənədi şöbənin icraatında mövcud deyildir. Buna görə də tələbkar tərəf Bakı Kommersiya Məhkəməsinə ##.##.2025-ci il tarixində icra sənədinin yenidən icraya yönləndirilməsinə dair ərizə ilə müraciət etmişdir. Bakı Kommersiya məhkəməsi tərəfindən yeni icra vərəqəsi verilərək iş icra şöbəsinə yönləndirilmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının İcra haqqında Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Normativ göstərişə nəzər yetirsək sözügedən norma mövcud icra sənədinin yenidən icraya yönləndirilməsi məsələsini tənzimləyir. Lakin buna baxmayaraq tələbkarın ərizəsi əsasında Bakı Kommerisya Məhkəməsi ##.##.2006cı il tarixində 2025-ci il tarixli yeni icra sənədi verərək işi icra şöbəsinə göndərmişdir. Bunun əsasında Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərəfindən ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bildirmək istəyir ki, barışıq sazişinə əsasən icra vərəqəsinin verilməsi tələbkarın ərizə ilə müraciət etməsi şərtinə bağlanılmışdır. Lakin buna baxmayaraq ##.##.2006-cı il tarixli ****/*-*** nömrəli icra vərəqəsinin verilməsi üçün əsas olan tələbkarın ərizəsi və icra vərəqəsinin əsli iş materiallarında mövcud deyildir. Eyni zamanda icra şöbəsi tərəfindən verilən ##.##.2026-cı il tarixli vəkil sorğusuna cavab məktubunda da qeyd edilmişdir ki, # ###### 2004-cü il tarixli ****/*-*** nömrəli qərardadı üzrə Xəzər rayon İcra şöbəsinə yalnız ## ###### 2025-ci il tarixli icra sənədi daxil olmuşdur. Faktiki halın hüquqi tənzimləmə dairəsinə nəzər yetirdikdə ##.##.2006-cı il tarixli ****/*-*** nömrəli icra vərəqəsinin həqiqiliyi və mövcudluğu şüphə doğurur. Hazırki iş üzrədə icra vərəqəsinin və qərardadın əsli eyni zamanda tələbkarın icra vərəqəsinin verilməsi üçün məhkəməyə ünvanladığı ərizə iş materiallarında yer almamışdır. Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılan qərardad tam obyektiv araşdırılmadan və ən əsası sübutların əsli olmadan qanunsuz şəkildə çıxarılmışdır.Tələbkar tərəfindən Xəzər rayon icra şöbəsinə ünvanlanan vəkil sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda Xəzər Rayon İcra Şöbəsi qeyd etmişdir ki icra sənədi şöbənin icraatında mövcud deyildir. Buna baxmayaraq mövcud olmayan icra işi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə “yenidən icraya yönləndirmə” tələbi ilə bağlı ərizə ünvanlanmış və hakim yeni icra vərəqəsi ilə işi icra şöbəsinə yönləndirmişdir. Tərəflərindən Xəzər rayon icra şöbəsinə vəkil sorğusu ünvanlanaraq 2# ###### 2004-cü il tarixli N°****/-*** nömrəli Qərardad üzrə icra şöbəsinə daxil olmuş icra vərəqələri barədə məlumatın verilməsi xahiş edilmişdir. Xəzər rayon icra şöbəsi ##.##.2026-cı il tarixli cavab məktubunda bildirmişdir ki, sözügedən qərardad ilə bağlı icra şöbəsinə yalnız ## ###### 2025-ci il tarixli icra sənədi daxil olmuşdur. Bu da özlüyündə ##.##.2006-cı il tarixli, ****/*-*** nömrəli icra vərəqəsinin Xəzər rayon icra şöbəsində olmadığını təsdiq edir. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Fərid Hətəmzadə) şikayət təmin edilməmişdir. Həmin qərardaddan borclu tərəfindən verilmiş şikayət təmin olunmayaraq, məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli 2115/3- *** nömrəli qərardadı ilə tərəflər arasında bağlanan barışıq sazişinə əsasən «BAKITAXIL» ATSC vaxtı ötmüş borcun Ərizəni verən şəxsATSC-dən alınması üçün Ərizəni verən şəxs ATSC tərəfindən həmin müqavilənin şərtlərinəriayət edildiyi halda məcburi icra tədbirlərinin görülməsi üçün icra vərəqəsinin verilməsindən ötrü məhkəməyə müraciət etməməyi öhdəsinə götürmüşdür.Daha sonra ##.##.2025-ci il tarixində “xxxx” ASC ##.##.2006cı il tarixli ****/*-*** nömrəli icra vərəqəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək həmin sənədin icra olunub olunmaması, icrası ilə bağlı bağlı görülmüş tədbirlər barədə sənədlərin, məlumatların təqdim edilməsini xahiş etmişdir. Xəzər rayon İcra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, icra sənədi şöbənin icraatında mövcud deyildir.Buna görədə tələbkar tərəf Bakı Kommersiya Məhkəməsinə ##.##.2025-ci il tarixində icra sənədininyenidən icraya yönləndirilməsinə dair ərizə ilə müraciət etmişdir.Bakı Kommersiya məhkəməsi tərəfindən yeni icra vərəqəsi verilərək iş icra şöbəsinə yönləndirilmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının İcra haqqında Qanununun 23.3.-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Normativ göstərişə nəzər yetirsək sözügedən norma mövcud icra sənədinin yenidən icraya yönləndirilməsi məsələsini tənzimləyir. Lakin buna baxmayaraq tələbkarın ərizəsi əsasında Bakı Kommerisya Məhkəməsi ##.##.2025- ci il tarixində 2025-ci il tarixli XXX nömrəliyeni icra sənədi verərək işi icra şöbəşinə göndərmişdir.Bunun əsasında Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bildirir ki, barışıq sazişinə əsasən icra vərəqəsinin verilməsi tələbkarın ərizə ilə müraciət etməsi şərtinə bağlanılmışdır. Lakin buna baxmayaraq ##.##.2006-cı il tarixli ****/*-*** nömrəli icra vərəqəsinin verilməsi üçün əsas olan tələbkarın ərizəsi və icra vərəqəsinin əsli iş materiallarında mövcud deyildir. Eyni zamanda icra şöbəsi tərəfindən verilən ##.##.2026-cı il tarixli vəkil sorğusuna cavab məktubunda da qeyd edilmişdir ki # ###### 2004-cü il tarixli ****/*-*** nömrəli qərardadı üzrə Xəzər rayon İcra şöbəsinə yalnız ## ###### 2025-ci il tarixli icra sənədi daxil olmuşdur. Faktiki halınhüquqi tənzimləmə dairəsinə nəzər yetirdikdə ##.##.2006-cı il tarixli 2115/3- *** nömrəli icra vərəqəsinin həqiqiliyi və mövcudluğu şüphə doğurur.Belə ki, BakıApellyasiya MəhkəməsininKommersiya Kollegiyasınınicraatında olmuş 8- 2(3-6)- **/**** saylı iş üzrə 2004-cü il tarixli ****/*-*** nömrəli icra vərəqəsinin mövcudluğu ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu göndərilmişdir.Sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən icra vərəqəsi və icra işi materialları Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin Arxiv şöbəsinə təhvil verilməmişdir.Sorğuya cavam məktubundanda göründüyü kimi icra vərəqəsi mövcud deyildir. Hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 26 may2026-cı il tarixili İş № *-2(4- **)-***/**** saylı qərardadı Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsində nəzərdə nəzərdə tutulan aşağıdakı əsaslara görə ləğv edilməlidir: Bildirir ki, ##.##.2006-cı il tarixli ****/*-*** nömrəli icra vərəqəsinin əsli və ya qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş surəti iş materiallarında mövcud deyildir. Eyni zamanda icra şöbəsi tərəfindən verilən ##.##.2026-cı il tarixli vəkil sorğusuna cavab məktubunda da qeyd edilmişdir ki # ###### 2004-cü il tarixli 2115/3- *** nömrəli qərardadı üzrə Xəzər rayon İcra şöbəsinə yalnız ## ###### 2025-ci il tarixli icra sənədi daxil olmuşdur. Faktiki halın hüquqi tənzimləmə dairəsinə nəzər yetirdikdə ##.##.2006-cı il tarixli ****/*-*** nömrəli icra vərəqəsinin həqiqiliyi və mövcudluğu ilə bağlı məhkəməyə heçbir sübut təqdim edilməmişdir. Qeyd olunanlara baxmayaraq Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixili, 8-2(4- **)-***/**** saylı qərardadında hakim ##.##.2006-cı il tarixli ****/*-*** saylı icra vərəqəsinin mötəbərliyinə və mümkünlüyünə xüsusi əhəmiyyət verməyərək, həmin sübutların mənbələrinin və əldə edilmə üsullarının qanunvericiliyin tələblərinə cavab vermədiyini bildiyi halda məhkəmə aktında həmin sübuta əsaslanaraq qanunsuz qərardad çıxarmışdır. Tələbkar “xxxx” Açıq Səhmdar cəmiyyəti şikayətə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı şikayətə şifahi icraat qaydasında, tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi-vəkili şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və barədə tələbkara və Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və şikayət qismən təmin edilməklə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 ## ###### 2025-ci il tarixli icraata başlamaq haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 129-cü maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1. İcra sənədi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmə və ya digər orqan, habelə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilir. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilən icra sənədləri istisna olmaqla, digər icra sənədləri “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər; İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 9.1. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. 13.3. Bu maddə ilə müəyyən edilən müddətlər icra sənədinin tələbkar tərəfindən xüsusi icra məmurunun icraatına yönəldilməsi hallarına şamil edilmir. İcra sənədi tələbkara təqdim olunduğu vaxtdan 3 (üç) il müddətində tələbkar tərəfindən icraya yönəldilə bilər. 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:
76. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.
* saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli, ****/*-*** nömrəli qərardadından görünür ki, tərəflər arasında barışıq sazişinin aşağıdakı məzmunda təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi, ödənilmiş 99000 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır: Ərizəni verən şəxs ATSC maliyyə vəziyyətinin ağır olması ilə əlaqədar «BAKI- TAXIL» ATSC-yə vaxtında qaytara bilmədiyi 718 750 000 manat məbləğində borcunu həmin müqavilədə göstərilən qrafik üzrə və şərtlərlə hər ay 10 000 000 manatdan az olmamaq şərti ilə 2005-ci ilin yanvar ayından başlayaraq 72 ay müddətində ödəməyi öhdəsinə götürür. «xxxx» ATSC vaxtı ötmüş borcun Ərizəni verən şəxs ATSC-dən alınması üçün Ərizəni verən şəxs ATSC tərəfindən həmin müqavilənin şərtlərinə riayət edildiyi halda məcburi icra tədbirlərinin görülməsi üçün icra vərəqəsinin verilməsindən ötrü məhkəməyə müraciət etməməyi öhdəsinə götürür. Həmin müqavilə ilə ödənilməsi nəzərdə tutulan borcun vaxtı ötmüş borc olduğu və onun 72 ay müddətində ödənilməsini nəzərə alaraq həmin müddət ərzində respublikada milli manatın devalvasiyası baş verdikdə bu ödəniş vaxtı nəzərə alınaraq tətbiq ediləcəkdir. Nəzərə alınmalı olan devalvasiya dedikdə həmin müqavilənin bağlandığı vaxt ABŞ dollarının milli manata qarşı kursunun 1 ABŞ dolları üçün 4910 manat olduğu əsas götürülür və ödəniş vaxtı onun artımı nəzərdə tutulur. Bu artım 15%-dən artıq olduqda qaytarılması həmin müqavilə ilə nəzərdə tutulan vaxtı keçmiş borcun ödənilməsinə tətbiq edilir. Tərəflərin qarşılıqlı razılığı ilə debitor borcunu 2005-ci ilin yanvar ayından başlayaraq aşağıdakı qrafik üzrə ödəməlidir: 2005-ci ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat 2006-cı ildə hər ay 10,0 mln manat x12 ay 1120,0mln manat 2007-ci ildə hər ay 10,0 mln manat x12 ay 1120,0 mln manat 2008-ci ildə hər ay 10,0 mln manat x12 ay 1120,0mln manat 2009-cu cu ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat 2010-cu ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat ABŞ dollarının milli manata qarşı kursu artımı hər aylıq ödəmə aparılarkən nəzərə alınaraq tətbiq edilməli və ödənilməlidir. Qrafik üzrə aylıq ödənilməli məbləğ ayın sonuna qədər köçürülmə və ya nağd qaydada ödənilməlidir. Debitor borcunu bank vasitəsi ilə ödədikdə bu haqda kreditora məlumat verməlidir. Kreditor müqavilənin qüvvədə olduğu müddətdə borcun ödənilməsi və ya tələbin debitorun əmlakına yönəldilməsi üçün icra vərəqəsi verilməsini aşağıdakı halda məhkəmədən tələb edə bilər: İl başa çatdıqdan sonra il ərzində ödənilməli məbləğin ilin sonuna qədər ödənilməyən hissəsinin və cərimənin alınması üçün. Debitor müqavilə ilə hər təqvim ili ərzində ödənilməli məbləği həmin ilin sonuna qədər ödəmədikdə həmin məbləğin ödənilməyən hissəsinə görə əlavə olaraq 10 % cərimə ödəməlidir». İş üzrə icraata xitam verilmişdir. Tələbkar Tələbkar ASC-nin nümayəndəsinin ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, tələbkar, Azərbaycan Respublikasının * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli, ****/*-*** saylı qərardadının yenidən icraya yönəldilməsini xahiş etmişdir. Xəzər rayon icra şöbəsinin ##.##.2025-ci il tarixli, ****/**P nömrəli məktubunda Tələbkar ASC-nin tələbkar olduğu Azərbaycan Respublikasının * saylı Yerli İqtisad Məhkəməsi tərəfindən verilmiş ##.##.2006-cı il tarixli, ****/*-*** saylı icra sənədinin hal-hazırda şöbənin icraatında olmadığı qeyd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli, ****/*-*** nömrəli qərardadı yenidən icraya yönəldilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Pərvin Mehralıyevin ##.##.2025- ci il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətlərindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadından görünür ki, * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli 2115/3- *** nömrəli qərardadı ilə borclu Ərizəni verən şəxs Açıq Səhmdar Cəmiyyətindən tələbkar “Nadir Quliyev adına xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı 143 750 manat məbləğində pul 2005-ci ilin yanvar ayından 2025-ci ilin noyabr ayınadək olan dövr üçün indeksasiya olunaraq 560 625 manat müəyyən edilmişdir. Xəzər rayon icra şöbəsinin ##.##.2026-cı il tarixli cavab məktubunda bildirmişdir ki, sözügedən qərardad ilə bağlı icra şöbəsinə yalnız ## ###### 2025-ci il tarixli icra sənədi daxil olmuşdur. Yuxarıda sadalanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2004-cü il tarixli qərardadla əvvəlki qiyabi qətnamə əsasında müəyyən edilmiş pul məbləğinin birdəfəlik tutulması deyil, tərəflərin tamamilə yeni icra mexanizmini müəyyən edən barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən, borclu öhdəliyini 2005-ci ilin yanvar ayından başlayaraq 72 ay müddətində müəyyən edilmiş qrafik üzrə icra etməli, tələbkarın icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququ isə borclunun müvafiq təqvim ili üzrə ödənilməli məbləği həmin ilin sonunadək ödəməməsi şərti ilə əlaqələndirilmişdir. Beləliklə, tərəflər barışıq sazişində məcburi icraya müraciətin həm əsaslarını, həm də həddini müəyyən etmişlər. Yəni, kreditor müvafiq təqvim ili başa çatdıqdan sonra həmin il üzrə ödənilməmiş hissə və cərimə üçün məhkəməyə müraciət edə bilərdi. Göründüyü kimi tərəflər barışıq sazişi ilə borcun ödənilməsinin müddətini və qaydasını, habelə öhdəliyin sazişdə nəzərdə tutulmuş qaydada icra edilməməsi halında tələbkarın məcburi icraya müraciət etməsinin şərtlərini müəyyən etmişlər. Barışıq sazişində müəyyən edilmiş ödəniş qrafikinə əsasən, borcun ödənilməsi üçün nəzərdə tutulmuş müddət 2010-cu ilin sonunda başa çatmışdır. İş materiallarında ##.##.2006-cı il tarixli, ****/*-*** nömrəli icra vərəqəsinin verilməsinə dair məlumat mövcud olsa da, həmin icra vərəqəsinin əsli və ya qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda, həmin icra vərəqəsinin əsasında icraata başlanılıb-başlanılmadığını, hər hansı icra hərəkətinin həyata keçirilib-keçirilmədiyini, habelə icra sənədinin sonradan qanunla müəyyən edilmiş qaydada tələbkara qaytarılıb-qaytarılmadığını müəyyən etməyə imkan verən mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Qeyd olunan hallar iş materiallarında olan digər sübutlarla da təsdiq olunur. Belə ki, Xəzər Rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli məktubunda ##.##.2006-cı il tarixli, ****/*-*** nömrəli icra sənədinin şöbənin icraatında olmadığı, həmin icra qurumunun ##.##.2026-cı il tarixli cavab məktubunda isə ##.##.2004-cü il tarixli qərardad üzrə şöbəyə yalnız ##.##.2025-ci il tarixli icra sənədinin daxil olduğu bildirilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmənin sorğusuna verdiyi cavab məktubunda ##.##.2006-cı il tarixli, ****/*-*** nömrəli icra vərəqəsi üzrə həmin dövrdə başlanmış icra işinin materiallarının nazirliyin müvafiq Arxiv şöbəsinə təhvil verilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 6.4-cü bəndində də göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz və qətnamədə iş üçün əhəmiyyətli olan hallar qanunun tələblərinə uyğun, mötəbər sübutlarla təsdiq edilməlidir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş halları və təqdim olunmuş sübutları nəzərə alaraq hesab edir ki, ##.##.2006-cı il tarixli icra vərəqəsinin verilməsinə dair məlumatın mövcudluğu həmin icra sənədinin 2025-ci ildə yenidən icraya yönəldilməsinin hüquqi əsasını təsdiq etmir. İcra sənədinin yenidən icraya yönəldilməsi üçün onun əvvəllər tələbkara və ya icra qurumuna təqdim olunub-olunmadığı, onun əsasında icraata başlanılıb-başlanılmadığı, sənəd üzrə hər hansı icra hərəkətinin həyata keçirilib-keçirilmədiyi, icra sənədinin qanunda nəzərdə tutulmuş əsasla və müvafiq qərarla geri qaytarılıb-qaytarılmadığı mötəbər sübutlarla təsdiq edilməli idi. Lakin ##.##.2025-ci il tarixli icra sənədi verilərkən ##.##.2006-cı il tarixli icra vərəqəsinin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti əldə edilməmiş, onun əsasında əvvəlki dövrdə icraata başlanılıb-başlanılmadığı, həmin sənəd üzrə hər hansı icra hərəkətinin həyata keçirilibkeçirilmədiyi və icra sənədinin qanunla müəyyən edilmiş qaydada tələbkara qaytarılıbqaytarılmadığı müəyyən edilməmişdir. Beləliklə, əvvəlki icra sənədinin hüquqi vəziyyəti və onun yenidən icraya yönəldilməsi üçün zəruri olan faktiki hallar müəyyən edilmədən, eləcə də həmin halların mötəbər sübutlarla təsdiq olmadan ##.##.2025-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi üçün kifayət qədər hüquqi əsasın mövcud olmadığı qənaətinə gəlinir. Bu səbəbdən həmin icra sənədi əsasında Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru tərəfindən ##.##.2025-ci il tarixdə icraata başlanılması da əsaslı hesab edilə bilməz. Bakı Kommersiya Məhkəməsi ##.##.2025-ci il tarixdə icra vərəqəsi verərkən məhkəməyə ##.##.2004-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə qərardadın qəbul edildiyi, ##.##.2006-cı ildə artıq bir icra vərəqəsinin verildiyi, əvvəlki icra işinin materiallarının mövcud olmadığı və həmin sənədin icra şöbəsinin icraatında olmadığı müəyyən idi. Tələbkarın ##.##.2025-ci il tarixli müraciəti əsasında icra sənədinin yenidən icraya yönəldilməsi məsələsi həll edilərkən, ilk növbədə ##.##.2006-cı il tarixli icra sənədi üzrə əvvəlki icra prosedurunun nəticələri və onun qanunla müəyyən edilmiş qaydada təkrar icraya təqdim edilməsinə əsas verən halların mövcudluğu müəyyən edilməli idi. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, məhkəmə əvvəlki icra sənədinin hüquqi vəziyyətini araşdırmadan eyni məhkəmə aktı üzrə ##.##.2025-ci il tarixdə yeni icra sənədinin verilməsinə yol vermişdir. Əvvəlki icra sənədi üzrə icraata başlanılması, onun əsasında hər hansı icra hərəkətinin həyata keçirilməsi və həmin sənədin qanunla müəyyən edilmiş əsaslar olduğu halda tələbkara qaytarılması halları müəyyən edilmədən, eyni məhkəmə aktı əsasında ##.##.2025-ci il tarixli icra sənədinin yenidən rəsmiləşdirilərək icraya yönəldilməsi üçün tələb olunan hüquqi və faktiki əsasların mövcudluğu öz təsdiqini tapmır. Bununla yanaşı, Bakı Kommersiya Məhkəməsi ## ### 2026-cı il tarixli qərardadla hazırkı iş üzrə şikayəti rədd edərkən “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlib ki, məhkəmədən icra sənədi daxil olduğuna görə icra məmuru üç gün ərzində icraata başlamaq haqqında qərar qəbul etməsi üçün kifayət edən hüquqi əsas kimi qiymətləndirmişdir . Kollegiya qeyd edir ki, icra məmurunun qarşısında sadəcə formal olaraq “icra sənədi”nin olması kifayət deyil. “İcra haqqında” Qanunun 7.1.7-ci maddəsi icra sənədində onun icraya yönəldilməsi müddətinin göstərilməsini tələb edir. Həmçinin, həmin Qanunun 9.1-ci maddə isə 7-ci maddənin tələblərinə uyğun olmayan sənədin məhkəməyə qaytarılmasını nəzərdə tutur. Yəni, icra şöbəsinə icra sənədi daxil olubsa icra məmuru mütləq icraata başlamalıdır şəklində formal yanaşma Qanunun sistemli təfsirinə uyğun deyildir. Kollegiya hesab edir ki, ilk öncə həmin sənədin qanunla müəyyən edilmiş qaydada icraya yönəldilə bilən sənəd olubolmaması müəyyən edilməlidir. Bundan əlavə, “İcra haqqında” Qanunun 23.3-cü maddəsinə görə, icra sənədinin 23.1-ci maddədə nəzərdə tutulan əsaslarla qaytarılması həmin əsaslar aradan qalxdıqdan sonra sənədin yenidən icraya yönəldilməsinə imkan verir. Normadan da göründüyü kimi, eyni məhkəmə aktı əsasında yeni icra sənədinin rəsmiləşdirilməsi deyil, qanunda nəzərdə tutulmuş əsaslarla tələbkara qaytarılmış əvvəlki icra sənədinin yenidən icraya yönəldilməsi nəzərdə tutulmuşdur. Halbuki, hazırkı iş üzrə ##.##.2006-cı il tarixli icra sənədinin icraata qəbul edilibedilmədiyi, həmin sənəd əsasında hər hansı icra hərəkətinin həyata keçirilib-keçirilmədiyi, habelə onun qanunla nəzərdə tutulmuş hansı əsasla tələbkara qaytarıldığı iş materialları ilə müəyyən edilmir. İş materiallarından isə görünür ki, icra məmuru həmin icra sənədinin onun icraatında olmadığını bildirmişdir. Sonradan, yəni 2025-ci ildə yeni sənəd tərtib edilərək icraya göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, icra sənədinin “yenidən icraya yönəldilməsi” institutu əvvəlki icra sənədinin və onun hüquqi taleyinin müəyyən edilə bildiyi vəziyyəti nəzərdə tutur. Mövcudluğu, əvvəlki icraata qəbul edilməsi və qanunda nəzərdə tutulmuş qaydada qaytarılması müəyyən edilməyən icra sənədinin əvəzinə uzun müddət sonra yeni icra sənədinin rəsmiləşdirilməsi “İcra haqqında” Qanunun 23.3-cü maddəsinin tətbiqi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ##.##.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyinin əsas elementidir. Hüquqi münasibətlərdə aydınlıq və müəyyənlik təmin edilməli, məhkəmə aktlarında ziddiyyət yaradan vəziyyətlər aradan qaldırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iyirmi il əvvəl verildiyi bildirilən, lakin əvvəlki icra proseduru və sonrakı hüquqi vəziyyəti müəyyən edilməyən icra sənədinin “yenidən icraya yönəldilməsi” adı altında yeni icra sənədi ilə əvəz edilməsi və həmin sənəd əsasında icraata başlanılması hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun hesab edilə bilməz. Çünki barışıq sazişi ##.##.2004-cü ildə təsdiq olunub. Borcun 2005-ci ilin yanvarından başlayaraq 72 ay ərzində ödənilməsi nəzərdə tutulub və kreditorun hər təqvim ili üzrə ödənilməmiş hissə üçün icra vərəqəsi tələb edə bilməsi ayrıca müəyyən edilmişdir. Buna baxmayaraq 2025-ci ildə, yəni barışıq sazişindən təxminən 21 il, son ödəniş dövründən isə 15 il sonra məcburi icra mexanizmi yenidən işə salınmışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər arasında barışıq sazişi 2# ###### 2004-cü il tarixində təsdiq edilmiş, sazişlə borcun 2005-ci ilin yanvar ayından başlayaraq 72 ay müddətində hissə-hissə ödənilməsi, habelə hər təqvim ili ərzində ödənilməli məbləğin ilin sonunadək ödənilmədiyi halda kreditorun icra vərəqəsi tələb edə bilməsi müəyyən edilmişdir. Beləliklə, tərəflərin öz razılaşmasına əsasən belə kreditorun məcburi icraya müraciət etmək hüququnun yaranması konkret zaman çərçivəsinə bağlanmışdır. Kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının məcburiliyi ilə həmin akt əsasında dövlət məcburiyyət tədbirlərinin qeyri-məhdud müddətdə tətbiq edilməsi eyniləşdirilə bilməz. İcra qanunvericiliyinin icra sənədlərinin icraya yönəldilməsinə müddətlər müəyyən etməsi onu göstərir ki, qanunverici məhkəmə aktının qüvvədə olmasını məcburi icra imkanının müddətsizliyi kimi qəbul etmir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə barışıq sazişinin təsdiq edilməsindən təxminən 21 il keçməsinə baxmayaraq, tələbkarın həmin müddət ərzində borcun məcburi icrasına yönəlmiş hər hansı prosessual hərəkət həyata keçirdiyi iş materialları ilə təsdiq olunmur. Belə uzun müddət ərzində tələbin irəli sürülməməsi öhdəliyin icra edildiyini özlüyündə təsdiq etməsə də, borcun tam və ya qismən ödənilmiş olması ehtimalını istisna etmir. Digər tərəfdən, təxminən 21 il sonra məcburi icraya başlanılması borclunun öhdəliyin icrasına dair sübutları qoruyub saxlamaq və təqdim etmək imkanlarını obyektiv olaraq məhdudlaşdırır. Belə olduğu halda, tələbkarın uzunmüddətli hərəkətsizliyi nəticəsində borclunun öhdəliyin icra olunması ilə bağlı sübuetmə imkanlarının məhdudlaşdırılmasının mənfi prosessual nəticələrinin borclunun üzərinə qoyulması hüquqi müəyyənlik, çəkişmə və tərəflərin hüququ bərabərliyi prinsiplərinin tələbləri ilə uzlaşmır. Bu baxımdan kollegiya nəzərə alır ki, ayrı-ayrı hüquq münasibətlərini tənzimləyən qanunvericilik normalarında hüquqların həyata keçirilməsi və məcburi icra imkanının müəyyən hüquqla məhdudlaşdırılması hüquqi müəyyənliyin, hüquq münasibətlərinin sabitliyinin və tərəflərin səmərəli müdafiə imkanlarının təmin edilməsinə xidmət edən ümumi hüquqi yanaşma kimi çıxış edir. Belə ki, “İcra haqqında” Qanunun 13.3-cü maddəsindən görünür ki, qanunverici məhkəmə aktının qanuni qüvvəyə minməsini onun müddətcə qeyri-müəyyən vaxtda icra edilə bilməsi kimi qəbul etmir. Qanun məhkəmə qərarları əsasında verilmiş icra sənədlərinin icraya yönəldilməsi ilə bağlı konkret müddət müəyyən etmişdir. Həmçinin, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, hətta mübahisəsiz borca dair icra qeydinin aparılması zamanla məhdudlaşdırılmış, xüsusi müddət müəyyən edilmədikdə bu imkan müvafiq iddia müddətlərinin keçməməsi şərtinə bağlanmışdır. Bundan əlavə, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, yuxarıda göstərilən nəticə ##.##.2004-cü il tarixli qərardadın qanuni qüvvəsini və məcburiliyini şübhə altına almır. Kollegiyanın gəldiyi nəticə həmin məhkəmə aktının maddi hüquqi qüvvəsinə deyil, onun icrasının qanunla müəyyən edilmiş prosessual qaydada həyata keçirilməməsinə əsaslanır. Məhkəmə aktının qanuni qüvvəyə minməsi ilə həmin aktın məcburi icrasının həyata keçirilməsi bir birindən fərqləndirilməli olan hüquqi məsələlərdir. Məhkəmə aktının məcburiliyi onun əsasında məcburi icra tədbirlərinin qanunvericiliklə müəyyən edilmiş prosessual tələblər nəzərə alınmadan həyata keçirilməsinə hüquqi zəmin yaratmır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, icraata başlamaq haqqında qərar icra icraatının yaranmasının ilkin prosessual əsasıdır. İcra məmurunun konkret icra sənədi üzrə məcburi icra tədbirlərini həyata keçirmək səlahiyyəti məhz həmin icra sənədinin qanunauyğun olaraq icraya yönəldilməsi və onun əsasında icraata başlamaq haqqında qərarın qəbul edilməsi ilə yaranır. Hazırkı işdə kollegiya ##.##.2025-ci il tarixli icra sənədinin rəsmiləşdirilməsi və icraya yönəldilməsi zamanı əvvəlki icra sənədinin hüquqi taleyinin, onun icraya təqdim olunması və qaytarılması hallarının, habelə sənədin yenidən icraya yönəldilməsi üçün qanunla nəzərdə tutulmuş şərtlərin araşdırılmadığını müəyyən etmişdir. Beləliklə, ##.##.2025-ci il tarixli icra sənədinin icraya yönəldilməsi üçün qanunla müəyyən edilmiş zəruri şərtlər mövcud olmadan həmin sənəd əsasında ##.##.2025-ci il tarixdə icraata başlanılması icra qanunvericiliyinin tələblərinə ziddiyyət təşkil edir. Nəticə etibarilə, həmin qərar əsasında başlanmış icra icraatının davam etdirilməsi və məcburi icra tədbirlərinin həyata keçirilməsi icra qanunvericiliyinin tələbləri ilə uzlaşmır. Kollegiya nəzərə alır ki, “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam institutu qanuni əsaslarla başlanmış icra icraatının sonradan qanunla müəyyən edilmiş hallardan birinin yaranması ilə əlaqədar başa çatdırılmasını tənzimləyir. Hazırkı halda isə icraata xitam verilməsi zərurəti icra icraatının başlanılmasından sonra qanunda nəzərdə tutulmuş hər hansı xitam əsaslarından birinin yaranmasından deyil, icra məmurunun icraata başlamaq haqqında qərarının özünun qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul olunmamasından irəli gəlir. Buna görə hazırkı iş üzrə yaranmış hüquqi vəziyyət həmin Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş ənənəvi xitam halı ilə eyniləşdirilə bilməz. İcraata başlamaq haqqında qərarın ləğv edilməsi onun qəbul edildiyi andan etibarən həmin konkret icra icraatının prosessual əsasını aradan qaldırır. Belə olan halda ləğv edilmiş qərara əsaslanan məcburi icra tədbirlərinin davam etdirilməsi hüquqi baxımdan mümkün deyildir. Əks yanaşma məhkəmə tərəfindən qanunsuz hesab edilərək ləğv edilmiş prosessual aktın faktiki hüquqi nəticələrinin saxlanılması mənasına gələrdi ki, bu da məhkəmə nəzarətini formal xarakterə çevirmiş olardı. Bu baxımdan, ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğvi nəticəsində həmin qərarla başlanmış icra icraatının davam etdirilməsi üçün hüquqi əsas qalmır və həmin icraat çərçivəsində hər hansı növbəti məcburi icra tədbirinin həyata keçirilməsinə yol verilə bilməz. Yaranmış hüquqi vəziyyətin icra qanunvericiliyinin tələblərinə uyğun prosessual qaydada rəsmiləşdirilməsi isə icra orqanının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Borclu Ərizəni verən şəxs Açıq Səhmar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 icraata başlamaq haqqında ## ###### 2025-ci il tarixli icraata başlamaq haqqında qərarı ləğv edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.